Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-46/2025 17.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçılar X4, X16, İddiaçı2, X9 etibarnamə əsasına səlahiyyətli nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar X4, X16, İddiaçı2 və X9 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi İddiaçı1 Cavabdeh qarşı “zəbt edilmiş torpaqdan çıxarılma və maddi zərər” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddia tələbi: İddiaçılar X4, X16, İddiaçı2 və X9 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş, iddiaçılara məxsus, Bərdə rayonu Cumalar kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən onlara verilmiş xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçılara verilmiş kənd təsərrüfat təyinatlı 1.47 ha torpaq sahəsindən çıxarılmasına və cavabdehdən iddiaçıların xeyrinə 15000 (on beş min) manat maddi zərərin və 100 manat dövlət rüsumunun onların xeyrinə tutulmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddia tələbi onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Cumalar kəndində 1.47 ha torpaq sahəsi var, həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları 10 iyun 2020-ci il tarixli DƏDRX-dən çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehlə iddiaçılar öz aralarında 15 noyabr 2003-cü il tarixdə icarə müqaviləsi bağlanmışlar. Lakin sonra cavabdeh icarə haqqını ödəməkdən imtina etdiyi üçün müqavilənin birtərəfli qaydada pozulduğunu cavabdehə bildirərək torpağı boşaltmağı tələb etsələr də, Cavabdeh iddiaçıların tələblərini yerinə yetirməkdən iddianın verildiyi günə qədər imtina edərək əsassız olaraq torpağın ona məxsus olduğunu, icarə müqaviləsinin müddətinin başa çatmamasını bəhanə gətirərək, mülkiyyətə qanunsuz müdaxiləni və zəbti davam etdirir. Cavabdeh heç bir qanuni və hüquqi əsası olmadan iddiaçıların mülkiyyətində olan 1.47 ha kənd təsərrüfat təyinatlı torpağı zəbt edərək istifadə edir, dəfələrlə ondan torpaqdan çıxmasını tələb etsələr də, nəticəsi olmayıb. İddiaçılar və cavabdeh arasında bağlanmış 15 noyabr 2003-cü il tarixli torpağın icarəyə verilməsinə dair müqavilə iddiaçıların verdiyi iddia əsasında Gəncə Apellyasiya Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(021)-2195/21 saylı Qətnaməsinin ləğv olunması haqqında 17 noyabr 2021-ci il tarixli 2(104)-3957/21 saylı Qətnaməsi ilə ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli 2(102)-2104/22 saylı Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qəbul etdiyi 17 noyabr 2021-ci il tarixli 2(104)-3957/21 saylı Qətnaməsi qüvvədə qalmışdır. Ali Məhkəməsinin sözügedən Qərarı qanuni qüvvəsini almış olsa da, cavabdeh, baxmayaraq ki, iddiaçılar ilə aralarında torpağa dair münasibətləri tənzimləyən müqavilə öhdəliklərinə məhkəmə qaydasında son qoyulmuşdur, iddiaçılara məxsus torpaqdan çıxmaq istəmir və hələ də həmin torpağı əkib becərir. İddiaçılar istəyir ki, torpaqlarından tam təyinatı üzrə istifadə edərək, özləri əkib becərsinlər. Cavabdeh isə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən öz xeyri və gəliri üçün istifadə edir. Cavabdeh tamamilə qeyri-qanuni olaraq iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar X11, X22, İddiaçı2 və X9 zəbt edilmiş torpaq sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair iddianın əsassız hesab edilərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırlmışdır ki, iddiaçılar X11, X22, İddiaçı2 və X19 ona qarşı məhkəmədə iddia qaldıraraq 1.47 ha torpaq sahəsindən çıxarılmağına və ondan 15000 manat ziyan alınaraq onalara ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddia tələbini əsassız və qeyri-obyektiv hesab edir. Belə ki, mübahisəli torpaq sahəsini iddiaçılar ona 25 il müddətinə icarəyə vermiş və bu barədə aralarında notarial təsdiq edilmiş müqavilələri vardır. İddiçıların ona qarşı qaldırdıqları iddia tələbini əsassız və qanunsuzdur, ona görə rədd edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar X4, X16, İddiaçı2, X6 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh onlara məxsus olan torpaq sahəsindən 2024-cü ildən çıxmışdır, hazırda torpaq öz istifadələrindədir, cavabdeh iddiaçıların torpaqdan istifadə etmələrinə maneə yaratmır, torpağı cavabdehə 2002-ci ildə icarəyə veriblər, 2003cü il üçün icarə haqqını ödəyib, qalan illərin, yəni 2004-cü ildən 2022-ci ilə qədər icarə haqqını ödəməmişdir, hazırda 20 ilin icarə haqqını tələb edir, 2022-ci ildə cavabdehin onların ümumi birgə mülkiyyətində olan torpaqdan çıxarılması barədə qərar qəbul edilib, cavabdeh isə həmin torpaqdan 2024-cü ilin sentyabr ayında çıxmışdır, icarə müqaviləsində hər il üçün köhnə pulla 200.000 manat icarə haqqı ödənməli idi, lakin ödəməmişdir, icarə haqqı ödənilmədiyindən məhkəmə həmin icarə müqaviləsini ləğv etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçılar X4, X16, İddiaçı2, X19, İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə Bünyad oğlu iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, artıq uzun müddətdir ki, hazırki, mülki iş üzrə dəfələrlə məhkəmə iclasları keçirilib, 2024-cü ildə məhkəməyə vəsatətlə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş 1.47 ha torpaq sahəsindən onunla iddiaçılar aralarında bağlanmış icarə müqaviləsi ləğv edildikdən sonra 2021-2022-ci illər ərzində istifadə edərək, torpaqdan əldə etdiyi gəlirlərin-2021- 2022-ci illər ərzində əkilmiş taxıl və yonca əkinindən əldə edilən məhsuldarlığın ayrıayrılıqda orta ümumi göstəricilərinin hər ilə düşən gəlir rentabeliyinə dair məhkəmə sorğusu vasitəsi ilə əldə edilərək mülki iş materiallarına əlavə edilməsini xahiş etmişdir, çünki göstəricilərin hər ilə düşən gəlir rentabelliyinə dair müraciətinə Bərdə X30 Mərkəzi tərəfindən cavab verilməmiş, sorğusuna cavab olaraq əkin sahələrinə dəymiş ziyanın müəyyən edilməsi barədə səlahiyyətlərinin olmadığını bildirmişdirlər. Ziyanın dəyərinin məhkəmənin sorğusu vasitəsilə alınmasını xahiş edir. Hal-hazırda cavabdeh iddiaçıların mülkiyyətindəki torpaq sahəsindən çıxmışdır, lakin ödənilməmiş icarə haqqını və 2021- 2022-ci illərdə torpaqdan istifadə etdiyinə görə iddiaçılara dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Cavabeh çıxışında bildirdi ki, mübahisəli torpaq sahəsini iddiaçılar ona satmışdır, lakin İddiaçı1 həyat yoldaşı ilə boşandığından və onu tapmadıqlarından torpağı alqı satqı kimi sənədləşdirə bilməmişdir. İddiaçılara heç bir borcu yoxdur, torpağı faktiki olaraq alğı-satqı qiymətinə almışdır. Lakin qeyd edilənlərə baxmayaraq aralarında yalnız icarə müqaviləsi bağlanmışdır. İddiaçı1 özü də məhkəmə iclasında ona 18 şirvan pul verildiyini etiraf etmişdir. 2022-ci ildən torpaqdan çıxmışdır, torpaq iddiaçıların öz istifadələrindədir, onlara heç bir maneçilik yaratmır, torpağı onların öz razılıqları, icarə müqaviləsi əsasında əkmişdir, icarə haqqına münasibətdə də müqavilə bağlanan zaman torpağın pulunu tam şəkildə qabaqcadan ödəmişdir, əgər ödəməsəydi, iddiaçılar bu vaxta qədər gözləməzdi, icarə haqqını tələb edərdilər, torpaq sahəsindən 2022-ci ilin noyabrdekabr aylarında çıxmışdır, iddiaçının iddia qaldırması üçün qanunla müəyyən edilmiş müddət də ötmüşdür, iddia tələbinin təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaq əmlakın dövlət reyestindən Çıxarışdan görünür ki, X5, X16, X2, X10, İddiaçı2 Bərdə rayonu Cumalar kəndində 1.47 ha torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. 15 noyabr 2003-cü il tarixli İcarə müqaviləsindən görünür ki, X17 və X1 rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 saylı qərarına və JN 137 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X3, X17, X7 və X12 məxsus olan və Bərdə rayonu Cumalar kəndində yerləşən torpaq sahəsini 25 il müddətinə ildə 200.000 manat ödəmək şərtilə Cavabdeh icarəyə vermişlər. Bərdə Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(021)-1258/2021 nömrəli Qətnaməsindən görünür ki, iddiaçılar X11, X22, İddiaçı2, X19 və İddiaçı1 Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(021)-2195/2021 saylı Qətnaməsindən görünür ki, iddiaçılar X4, X16, İddiaçı2, X9, İddiaçı1 Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi” tələbinə dair iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(104)-3957/2021 saylı Qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 2(021) 2195/2021 saylı Qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia təmin edilmiş, iddiaçılar X11, X22, İddiaçı2, X19, İddiaçı1 ilə Cavabdeh arasında icrarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli 2(102)-2104/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli 2(104)-3957/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli və 12 mart 2024-cü il tarixli məktubları ilə daxil olmuş rəylərdən, həmçinin 22 oktyabr 2024-cü il tarixli 10/7641 nömrəli ekspert rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən İddiaçı1 və ailə üzvlərinin JN-1378 nömrəli Dövlət Aktı ilə (********** qeydiyyat nömrəli çıxarış) 1.21 ha nəzərdə tutulmuşdur və naturada 1.47 ha torpaq sahəsi mövcud deyil. TEKUİS məlumat bazasına əsasən İddiaçı1 və ailə üzvülərinin JN-137 nömrəli Dövlət Aktı ilə (********** qeydiyyat nömrəli çıxarış) mülkiyyətlərinə nəzərdə tutulmuş 1.21 ha torpaq sahəsindən 1.18 hektarı Cavabdeh tərəfindən istifadə edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 22 oktyabr 2024-cü il tarixli rəy üçün aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 21 fevral 2025-ci il tarixli Cavabdeh ərizəsindən görünür ki, iddiaçılar X4, X16, İddiaçı2, X9, İddiaçı1 ona qarşı “torpaqdan çıxarılma və maddi zərər” tələbinə dair iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiqinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X30 Mərkəzi tərəfindən vəkil Nümayəndə ünvanlanmış və mülki iş materiallarına əlavə edilmiş 5 dekabr 2022-ci il il tarixli MİHd1.2.25-2-2022-149 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respulikası Kənd Təsərrüfat Nazirinin 2018-ci il 16 avqust tarixli 04Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X30 mərkəzlərinin Əsasnaməsi”ndə fiziki şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəbdən vətəndaşların istifadəsində olan əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi onların səlahiyyəti xaricindədir. İddiaçıların etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, nümayəndə Cavabdeh tərəfindən zəbt edilmiş 1.47 ha torpaq sahəsindən bağlanmış icarə müqaviləsi ləğv edildikdən sonra 2021-2022-ci illər ərzində istifadə edərək, torpaqdan əldə etdiyi gəlirlərin – 2021-2022-ci illər ərzində əkilmiş taxıl və yonca əkinindən əldə edilən məhsuldarlığın ayrı-ayrılıqda orta ümumi göstəricilərinin hər ilə düşən gəlir rentabeliyinə dair rəsmi məlumatların məhkəmə sorğusu vasitəsilə əldə edilərək mülki işin materiallarına əlavə olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə uyğun olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 189 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilsin. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019cu il tarixli Qərarında göstərilmişdir ki, Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün, ilk növbədə, nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (Mülki Məcəllənin 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (Mülki Məcəllənin 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyul 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, iddianın torpaqdan çıxarılma tələbinə dair hissəsinə iddiaçı tərəf cavabdehin torpaqdan çıxarıldığını, cavabdeh isə torpağı təhvil verdiyini bildirir. Bu, işin mübahisəsiz halıdır. İddia tələbinin digər hissəsinə, yəni maddi zərərə münasibətdə məhkəmə bildirir ki, Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-3957/2021 nömrəli qətnaməsində məhkəmə kollegiyası hesab etmişdir ki, xx.xx.2003-cü il tarixli icarə müqaviləsi üzrə cavabdeh icarə haqqını bir dəfə ödəmişdir, qeyd edilən əsas ilə xx.xx.2003-cü il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında da məhkəmə kollegiyası eyni hüquqi nəticəyə gəlmişdir. Baxmayaraq ki, məhkəmənin 6 fevral 2025-ci il tarixli hazırlıq iclasında iddiaçıların nümayəndəsi İddiaçı1 xx.xx.2003-cü il tarixli icarə müqaviləsi üzrə cavabdehin 18 şirvan ödədiyini qeyd etsə də, sonradan həmin izahatını təqzib etsə də, məhkəmə hesab edir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin mövqeyi məhkəmə üçün preyudisial əhəmiyyət daşıyır. Həmin məhkəmə qərarlarından görünür ki, cavabdeh tərəfindən 2004-cü ilin noyabr ayından 2022-ci il tarixədək (xx.xx.2003-cü il tarixli icarə müqaviləsi ləğv edildiyi tarixədək) icarə haqları iddiaçılara ödənilməmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli icarə müqavilən görünür ki, həmin müqavilə üzrə vaxtaşırı icra edilməli olan öhdəliyin həcmi ildə 200.000,0 köhnə manat olmuşdur. “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 189 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən 2006cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın -manatın denominasiyası həyata keçirilmişdir. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Belə olan təqdirdə 19 il ərzində ödənilməli olan icarə haqqının məbləği 3.800.000 köhnə manatdır (19 x 200.000 =3.800.000). Qeyd edilən fərman əsasında köhnə manatın yeni manata keçidi nəticəsində həmin məbləğ 760 manat ( 3.800.000 : 5000= 760) həcmində müəyyən edilir. Beləliklə cavabdeh tərəfindən iddiaçılara ödənilməli olan icarə haqqının məbləği 760 manat təşkil edir. Mülki iş üzə məhkəmənin hazırlıq iclasında Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə ərizəyə münasibətdə tərəflərin mövqeyini dinləyərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə olan təqdirdə iddia tərəfi müqavilə ləğv edildiyi tarixədək olan son üç il ərzində cavabdeh tərəfindən vaxtaşırı icra edilməli olan öhdəliklərin icrasını tələb edə bilər. Bu öhdəliyin həcmi isə 120 manatdır (200.000 x 3=600.000 manat / 600.000 : 5000= 120 manat). İddiaçıların nümayəndəsi İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə vəsatətinə münasibətdə məhkəmə bildirir ki, təqdim edilən vəsatət Mülki Prosessual Məcəllənin 78ci maddəsinin təsir dairəsinə düşmür. Belə ki, vəsatət mücərrəd xarakter daşıyır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X30 Mərkəzinin 5 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, əkin sahələrinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi Mərkəzin səlahiyyətləri xaricindədir. Vəsatətdə hansı quruma sorğu edilməsi və ya konkret olaraq hansı növ ekspertizanın aparılması ilə bağlı nümayəndənin xahişi əks etdirilmədiyindən vəsatət baxılmamış saxlanılmışdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 105 manat hissəsi isə iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş 205 manat pul cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılar X4, X16, İddiaçı2, X9, İddiaçı1 xeyrinə 120 (yüz iyirmi) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçılara ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 105 (yüz beş) manatı iddiaçılara aid edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş 205 (iki yüz beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçılar X8, X20, İddiaçı2, X13, İddiaçı1 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov