Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-515/2024 08.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin nümayəndəsi X3 Cavabdeh qarşı “Yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi”nə dair mülki işə 08 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 may 2023-cü il tarixli 02/02874 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3 150 (üç min yüz əlli) manat borcun, 1 ədəd Sampo-Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1884 (bir min səkkiz yüz səksən dörd) manat dəymiş maddi ziyanın və 70,34 manat dövlət rüsumunun-cəmi 5 104,34 (beş min yüz dörd manat 34 qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 10 may tarixli 02/02874 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4000,00 (dörd min) manat öhdəlikdən 850 (səkkiz yüz əlli) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3 150,00 (üç min yüz əlli) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq bugünə cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə ünvan 1ində anadan olmuşdur, ünvan 1i ünvanında qeydiyyatdadır. AB seriyalı 002616 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh traktor və digər nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. AZ seriyalı 017723 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsinin surətindən görünür ki, kombayn Sampo SR-2045 nəqliiyat vasitəsi İddiaçı ASC-nin mülkiyyətindədir. SR-2045 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə arayışdan görünür ki, Yevlax RN-nin Goranboy rayon bölməsi ilə mexanizator Cavabdeh arasında bağlanmış 02/02874 saylı xx.xx.2023-cü il tarixli müqavilə əsasında müvəqqəti olaraq onun istifadəsinə verilmiş 561459 şassi nömrəli SR- 2045 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq məbəğ 1884 manat təşkil edir. İddiaçı ASC-nin ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02/02874 saylı kənd təsərrüfat texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləsindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən lizinq alan texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq 4000,00 (dörd min) manat məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. xx.xx.2023-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 02/02874 nömrəli müqavilə üzrə xx.xx.2023-ci il tarixə olan borcu cəmi 3 150 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 02/02874 (texniki istifadəyə verilərkən 02/02874 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə edilən) aktdan görünür ki,SR-2045 ** AB *** qəydiyyat nömrəli Taxılyığan kombayn Cavabdeh saz vəziyyətində təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 02/02874 (texnika rayon bölməsinə geri qaytarılarkən tərtib edilən) aktdan görünür ki, SR-2045 ** AB *** qəydiyyat nömrəli Taxılyığan kombayn Cavabdeh nasaz vəziyyətində təhvil alınmışdır. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, Cavabdeh Goranboy RB-dən 02/02874 nömrəli operativ lizinq müqaviləsinə götürmüş olduğu, Şampo SR-2045 markalı, 561459 şassi nömrəli kombayna baxış keçirərkən kombaynın xeydərin motovilası nasaz vəziyyətdədir, motovilanın 1 ədəd çubuğu yoxdur, ləyəni yararsızdır. Baş köçərinin remeni yoxdur, üçqardaş və yürüş remeni yararsızdır. Üst şadara, alt ələk, arxa udlenitel, alt ventilyator, ventilyatorun valyatoru, ələyin qolları, ələyin valı yararsızdır. Baş köçərinin alt ötürücü turbası və qaldırıcı çinək yararsızdır. Xeydərin valının paçemniki yarasız vəziyətdədir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh kombaynı təhvil vermək, akt-2, qüsur aktı və digər zəruri sənədləri imzalamaq məqsədilə bölməyə çağırılsada o bölməyə gəlməkdən və bu sənədləri imzalamaqdan imtina etmişdir. 11 may 2023-cü il tarixli iltizamnan görünür ki, mexanizator Nəsibov X4 Rb-dən müqavilə əsasında saz vəziyyətdə müvəqqəti istifadəyə götürdüyü taxılyığan kombayna görə ödəməli olduğu 4000 min manat məbləğin yarısını xx.xx.2023-cü il tarixə qədər ödəməyi öhdəsinə götürür və qalan hissəsini də biçin mövsümünün sonuna qədər ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli 3-22-13/2-N-16-251/2023 nımrəli məktubdan görünür ki, İddiaçı ASC-i ilə bağladığı 2023-cü il 10 may tarixli 02/02874 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2045 markalı taxılyığan kombayn istifadəyə götürmüşdür. Müqavilənin 1.4- cü bəndin şərtlərinə əsasən texnikadan istifadəyə görə müəyyən edilmiş məbləği ödəməli olduğu halda, həmin texnikaya görə Cavabdeh tərəfindən ödəniş tam edilməmiş və İddiaçı ASC-nin qarşısında 3 150 manat yerinə yetirilməmiş öhdəliyi qalmışdır. Həmçinin müqavilə əsasında istifadəyə verilmiş Şampo SR-2045 markalı taxılyığn kombayn bölməyə təhvil edilərkən baxış keçirilmiş və nəticədə texnikaya dəymiş zərərin 1 884 manat məbləğində olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 3-22-13/3-7102/2023 saylı etibarnamədən görünür ki, X1 etibarnamə üzrə səlahiyyətli şəxsdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-515-2024 saylı qərardaddan görünür ki, iddiaçı AQROSERVİS" ASC–nin Cavabdeh qarşı "yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi" tələbinə dair 2(021)-515/2024 nömrəli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş ekspert rəyindən görünür ki, İddiaçı ASC tərəfindən tərtib edilmiş “Arayışa” əsasən 2014-cü il buraxılışı “SR-2045 Sambo” markalı taxılyığan kombaynın təmir-bərpa xərci təxminən 1884 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrinin qiyməti 1784 manat , təmir bərpa işlərinin qiyməti -100 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəsissələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2014-cü il buraxılışlı “SR-2045 Sambo” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın bərpası məqsədilə zədələnmiş hissələrin və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(021)-515/2024 nömrəli mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanmışdır. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 70,74 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki, məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 may 2023-cü il tarixli 02/02874 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3 150 (üç min yüz əlli) manat borcun, 1 ədəd Sampo-Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1884 (bir min səkkiz yüz səksən dörd) manat dəymiş maddi ziyanın və 70,34 manat dövlət rüsumunun- cəmi 5104,34 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, hazırki iş üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi:
1. İddia təmin edilsin.
2. 10 may 2023-cü il tarixli 02/02874 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3 150 (üç min yüz əlli) manat borcun, 1 ədəd Sampo-Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1884 (bir min səkkiz yüz səksən dörd) manat dəymiş maddi ziyanın və 70,34 manat dövlət rüsumunun- cəmi 5 104,34 (beş min bir yüz dörd manat 34 qəpik) dövlət rüsumu tutulsun.
3. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
4. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev