Məhkəmə qərarları › İş №e-2(021)-63/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-63/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-63/2025 02.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Gülnaz Cəlil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPOİddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun qaytarılması, tutumanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki işə Bərdə rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları.

1. LPOİddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli, 161118/291991 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir

2. 16 noyabr 2018-ci il tarixli, 161118/291991 saylı ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 109.1 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli “Çıxarış”dan görünür ki, Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 109.1 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. 16 noyabr 2018-ci il tarixli, 161118/291991 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit müqaviləsi üzrə aylıq 1571.90 manat ödəniş etməyi razılaşdırmışlar.

7. 01 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 9732,35 manat əsas, 3860,73 manat faiz, 5% əldən çıxmış fayda kimi 1093,50 manat olmaqla, cəmi 14686,58 manat borcu vardır.

8. 20 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi əks halda ipoteka predmetinə tutumanın yönəldilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinə ünvanlanmış 27 fevral 2023-cü il tarixli ərizədən görünür ki, ipoteka predmtinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş olunmuşdur.

10. 01 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsində qeydiyyata alınmış və iddiaçı tərəfindən 15 manat dövlət rüsumu ödənmişdir.

11. 01 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 134.06 manat dövlət rüsumu ödəmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 3/16-16-2/9/6352/2023 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarına olan hesabdan çıxarış məlumatları və 16 noyabr 2018-ci il tarixli 16118/291991 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X1 LPO İddiaçı ASC olan borcu 16 noyabr 2020-ci il tarixə( müqavilənin bitdiyi tarixə) 9732,35 manat əsas, faiz borcu 1.305.76 manat, 01 may 2023-cü il tarixə ( iddia ərizəsi tarixə) əsas borc üzrə 9732,35 manat əsas, faiz borcu 1305.76 manat, faiz borcu (5%) təşkil edir. Ekspertiza rəyində əlavə olaraq qeyd edilmişdir ki, 16 noyabr 2018-ci il tarixli 16118/291991 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən X2 cərimə borcu hesablanmamışdır.

13. "xxxx" MMC-nin 23 oktyabr 2025-ci il tarixli, 512/E №-li rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin likvid dəyəri 8145 manat, həmin torpaq sahəsinin üzərində yerləşən 109.1 kv.m fərdi yaşayış evinin likvid dəyəri 84345 manat məbləğində müəyyən edilir.

İşin faktiki halları.

14. Cavabdeh ilə “LPO İddiaçı ASC arasında kredit müqaviləsinin bağlanması, həmin kredit müqaviləsi üzrə cavabdehə 30.000 manat məbləğində kredit verilməsi, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 109.1 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi işin mübahisəsiz halıdır.

İddia tələbi.

15. LPOİddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun qaytarılması, tutumanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 14686.58 (on dörd min altı yüz səksən altı manat 58 qəpik) manat - bundan 9732.35 (doqquz min yeddi yüz otuz iki manat 35 qəpik) manat əsas, 3860.73 (üç min səkkiz yüz altmış manat 73 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%- lə hesablanmış 1093.50 (bir min doxsan üç manat 50 qəpik) manat faiz və iş üzrə ödənilmiş 134.06 (yüz otuz dörd manat 06 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

16. İddiaçı LPOİddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə göndərərək ilə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı bankdan iş qurmaq məqsədi ilə 30.000 manat kredit götürmüşdür. Bir müddət vaxtlı vaxtında ödəniş etmiş, sonradan karantin rejimi elan olunduğundan işləyə bilməmiş və ödənişləri gecikdirmişdir. Bundan başqa oğlu avtomobil qəzası nəticəsində xəsarət almış, onun mülaicəsi üçün 40.000 manata yaxın pul xərcləmişdir. Hazırda maddi imkanı olmadığından ödəniş edə bilmir. Hesab edir ki, bank tərəfindən borc məbləğləri artıq hesablanmışdır. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 29. Mülkiyyət hüququ. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 742. Borcun qaytarılması 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 269. Girov və ipoteka hüququ anlayışı. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 279. Girovla təmin edilən tələb. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Maddə 295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; 26.1.5. əsas öhdəlik üzrə tələbi başqa şəxsə güzəşt etmək və ya satmaq; 26.1.6. ipoteka hüququnu girov qoymaq.

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə norma ləğv edilmişdir.) 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun Qərarı.

Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarıın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı.

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarı.

Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

23. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Məhkəmənin mövqeyi.

24. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

25. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank Cavabdeh borcun ödənilməsini tələb edir.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və əldən çıxmış faydanın tutulması barədə iddia tələbi qismən əsaslıdır.

27. 20 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, LPOİddiaçı ASC tərəfindən Cavabdeh borcun ipoteka predmeti olan 0.08 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi barədə lazımi qaydada xəbərdarlıq edilmiş, adı çəkilən bildiriş qeydə alınması üçün xx.xx.2023-ci il tarixli ərizə ilə ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə bildiriş qeydə alınmışdır.

28. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birlikdə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

29. İpoteka predmetinin qiyməti ilə bağlı məhkəmə tərəfindən müstəqil qiymətləndirici təyin edilmiş, Legal Hüquq və Ekspert Mərkəzi” MMC-nin 23 oktyabr 2025-ci il tarixli, 512/E №-li rəyində qeyd olunmuşdur ki, Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 109.1 kv. metr olan fərdi yaşayış evinin likvid dəyəri 92,490 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin qiymət ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir.

30. Məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan sonra fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır.

31. Məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı və Cavabdeh həmin evi tərk etmədiyi halda evdən çıxarılmalıdır.

Məhkəmə xərcləri.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. 01 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 134.06 manat dövlət rüsumu ödəmişdir.

35. Elektron sistemdən edilmiş çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 15 manat dövlət rüsumu ödənilmişdir.

36. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126,34 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cəmi 141,34 manat məbləğində pul Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 7,72 manat hissəsi iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir.

37. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

38. Təyin edilmiş qiymətləndirmə ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi üzrə mütəxəssis xidmətinin qiymətləndirilmə xərci olan 500 manat məbləğində vəsait Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə.

39. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 9732.35 manat əsas, 1305.76 manat faiz, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1076.27 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12114.38 (on iki min yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində borc iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən 109.1 kv. metr fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən 109.1 kv. metr fərdi yaşayış ilkin satış qiyməti 92,490 (doxsan iki min dörd yüz doxsan) manat müəyyən edilməli, ipotekaya qoyulmuş 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 109.1 kv. metr fərdi yaşayış evi açıq hərrac vasitəsi ilə satılmalı və satışdan əldə olunan məbləğdən 12114.38 ( on iki min yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, ipotekaya qoyulmuş 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 109.1 kv. metr fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalı və Cavabdeh həmin evi tərk etmədiyi halda evdən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 9732.35 manat əsas, 1305.76 manat faiz, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1076.27 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12114.38 (on iki min yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində borc iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh mülkiyyətində olan Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə və onun üzərində yerləşən 109.1 kv. metr fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi və onun üzərində yerləşən 109.1 kv. metr fərdi yaşayış evinin ilkin satış qiyməti 92.490 (doxsan iki min dörd yüz doxsan) manat müəyyən edilsin və açıq hərrac vasitəsi ilə satılsın və satışdan əldə olunan məbləğdən 12114.38 ( on iki min yüz on dörd manat otuz səkkiz qəpik) manat məbləğində borc iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin, qalan məbləğ Cavabdeh qaytarılsın. İpotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın və Cavabdeh həmin evi tərk etmədiyi halda evdən çıxarılsın. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126.34 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu olmaqla, cəmi 141.34 (yüz qırx bir manat otuz dörd qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 7.72 (yeddi manat yetmiş iki qəpik) manat hissəsi iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi üzrə mütəxəssis xidmətinin qiymətləndirilmə xərci olan 500 manat məbləğində vəsait Cavabdeh alınaraq "xxxx" MMCnin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar