Məhkəmə qərarları › İş №e-2(021)-743/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-743/2025

06.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-743/2025 06.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X10 nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X9rşı “əmrin ləğv edilməsi” tələbi barədə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X9rşı məhkəmədə iddia qaldıraraq, 1 avqust 2024-cü il tarixli 18-1-28/3-1-12963/2024 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X13 Şəxs Bərdə Rayon X3 Hüquqi Şəxsin xx.xx.2024cü il tarixli, 18-1-28/3-1-12963/2024 saylı əmri ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılma, həmin müddət ərzində peşə hazırlığına göndərilmə və təkrar sertifikasiyaya cəlb olunması qərara alınmışdır. Cavabdeh orqanın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə istinad edərək 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılması barədə gətirdiyi dəlil əsassızdır. Cavabdeh orqanın əmrinin əsassız olması ilə bağlı bildirir ki, 1993-cü ildən 1 avqust 2024-cü il tarixədək Bərdə Rayon Mərkəzi X1 Yardım briqadasında işləmişdir. 2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitundan ******* saylı şəhadətnamə almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müəyyən edilmişdir. 2016-cı il tarixdən tibb işçilərinin sertifikasiya prosesinə başlamaq üçün onların diplomlarının həqiqiliyinin yoxlanılmasına başlanılmışdır. Qeyd olunan tarixdə onun diplomunun həqiqi və ya saxta olması araşdırılmış, bu əsasa görə də onu sertifikasiya imtahanına buraxmamışlar. 2016-cı il tarixdən 2024-cü il tarixədək hər hansı sertifikasiya imtahanına daxil olmadan əmək fəaliyyəti ilə məşğul olmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinin müddəalarını olduğu kimi diqqətə çatdırır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanuunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəqsinin və peşə yararlılığının yoxlnılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təqsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüqunu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyaadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktiki tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Pratik tibb və ya əczaçılıq fəlaiyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd olunan maddənin 6-cı və 7-ci bəndlərinin müddəlarının məzmununu hərfi və genişləndirici tədqiq etdikdə çıxan nəticə odur ki, bu müddəa yalnız sertifikasiya imtahanından keçməyən şəxslərə aiddir. Sertifikasiyadan keçməmə anlayışı isə odur ki, şəxs imtahan verir. İmtahan nəticəsində minimum bal toplaya bilər. Bu gün o, sertifikasiya imtahanına girmək hüququndan məhrum edilmişdir. Belə ki, diplomunun saxta olması əsası ilə sertifikasiya imtahanına buraxılmır. Bununla bağlı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı sertifikasiya imtahanına buraxılma öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. İnzibati işin hazırlıq ilk hazırlıq iclası xx.xx.2025ci il tarixə saat 11.15-ə təyin edilmişdir. Cavabdeh orqanın verdiyi 6 aylıq müddət 01ş02ş2025-ci il tarixdə bitəcəkdir. Bu isə o deməkdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən onunla bağlanmış əmək müqavilsinə xitam veriləcəkdir. Sertifikasiya imtahanına buraxılmaması işçi olaraq hüquqlarının kobud şəkildə pozulması ilə nəticəslənmişdir. Əgər imtahan verib keçə bilmsəydi, düşünərdi ki, peşəkarlıq və bilik səviyyəsi aşağıdır. İndi isə onun uzun illər ərzində əldə etdiyi bilik və bacarığın göstərilməsini məhdudlaşdırırlar. Tərəflərin iştirakı və izahatları: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, işə iştirakları olmadan baxılmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X10 nümayəndəsi X16 iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının tələbi əsassızdır, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X10 1 avqust 2024-cü il tarixli 18-1-28/3-1-12963/2024 saylı əmri qanuni əsaslarla qəbul edildiyindən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçının 1993-cü ildən 2024-cü ilədək fasiləsiz praktiki tibb fəaliyyəti ilə məşğul olduğunu, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsində edilmiş dəyişikliyin 2016-cı il tarixdə olduğunu, buna baxmayaraq 2024-cü il tarixədək iddiaçının sertifikasiyadan keçirilmədiyini, hazırda isə sertifikasiyadan keçməməsinin səbəblərinin üzrlü olduğunu, iddiaçının sertifikasiya imtahına buraxılması ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət edildiyini bildirdi. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında cavabdehin nümayəndəsi X5 izahat verərək 2022-ci ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasında 242 nəfər əməkdaşın sertifikasiyadan keçmədiyi və ya sertifikasiyasının müddətinin bitdiyü müəyyən edildiyini, həmin şəxslərin sertifikasiydan keçirilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edildiyini, COVİD 19 pandemiyası ilə əlaqədar bu qədər əməkdaşın sertifikasiyadan keçirilməsi prosesi ləngidiyini, tədricən həmin şəxslərin mərhələli şəkildə sertifikasiyadan keçirilməsi prosesinə başlanıldığını, 242 nəfər tibb işçisindən iddiaçı da daxil olmaqla 6 nəfər şəxsin diplomunun tanınmadığının müəyyən edildiyi, xx.xx.2024-cü ildə isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq əmri ilə İddiaçı iş yeri saxlanılmaqla 6 ay müddətində praktiki tibb fəaliyyətinə buraxılmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: Bərdə 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 2 dekabr 2024-cü il tarixli MŞB/MTO39/2024-01324 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışından görünür ki, tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Bərdə Rayon X3 Hüquqi Şəxsin Mediasiya təklifinə baxılmasının nəticəsi barədə iddiaçıya və ünvan ünvanlanmış məktubdan görünür ki, cavabdeh tərəfindən mediasiya təklifinin qəbul edilməsindən imtina edilmişdir. Bakı 2 nömrəli Baza Tibb Məktəbi tərəfindən verilmiş PT-İ 132062 diplomun surətindən görünür ki, o, 6 iyul 1993-cü ildə tibb bacısı işi ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı 24 sentyabr 2012-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, İddiaçı Bərdə Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin 24 may 2024-cü il tarixli 18-1/2-4791/2024 saylı işçilərin sertifikasiyaya cəlb olunması ilə bağlı məktubundan görünür ki, tibb müəssələrində çalışan sertifikasiya müddəti bitmiş və ya hər hansı səbəbdən sertifikasiyadan keçməyən (sertifikasiyadan keçməkdən qanunvericilikdə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla) işçilərin sertifikasiyaya cəlb olunması, həmçinin orta-ixtisas təhsili olmayan, yalnız hər hansı tibbi kurs bitirmiş orta tibb işçiləri fəaliyyət göstərdiyi halda həmin işçilərin sertifiksiyaya cəlb olunmaları ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə yazılı qaydada müraciət etmək tapşırılmışdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X10 1 avqust 2024-cü il tarixli 18-1-28/3-1- 12963/2024 saylı “praktiki tibb fəaliyyətinə buraxılmaması haqqında” əmrindən görünür ki, İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinə uyğun olaraq 1 avqust 2024-cü il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətində praktik tibb fəaliyyətinə buraxılmaması, həmin müddət ərzində peşə hazırlığına göndərilməsi və təkrar sertifikasiyaya cəlb edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, X4 təkmilləşdirmə kursuna göndərilən Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili və X15 Yardım Stansiyasının feldşeri İddiaçı orta ixtisas tibb təhsili haqqında diplomu yoxlanılarkən onun 2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil almadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, orta ixtisas tibb təhsili haqqında diplom yoxlanılarkən İddiaçı 2 nömrəli Bakı Baza Tibb Kollecində təhsil almadığı və ona PT-İ 132062 nömrəli diplom verilmədiyi aşkar olunmuşdur. X11 Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 2-1(114)-4671/2024 saylı sərəncamından görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı sertifikasiya imtahanına buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işin hazırlıq icraatı üzrə iclası 18 fevral 2025-ci il tarixə, saat 11.15-ə təyin edilmişdir. Tələb edilən hüquq: Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsi:

1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.

4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsi: Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”: 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. 2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir. 5.1. Sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. 6.1. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. 6.2. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Məhkəmənin mövqeyi: “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X10 1 avqust 2024-cü il tarixli 18-1-28/3-1- 12963/2024 saylı “Praktiki tibb fəaliyyətinə buraxılmaması haqqında əmri” nin hüquqi əsası qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” çıxış edir. Qeyd edilən Qayda “Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli, 891-İİİQQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli, 189 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyin Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli, 891-İİİQQD nömrəli Qanunu ilə edilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin dəlillərinə münasibətdə hesab edir ki, iddiaçının 1993-cü ildən fasiləsiz olaraq praktiki tibb fəaliyyəti ilə məşğul olması onun sertifikasiyadan keçməkdən azad edilməsi ilə bağlı qanun qarşısında hər hansı leqitim gözləntisinin formalaşmasına səbəb ola bilməz. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmədiyini imperativ şəkildə müəyyən edir. Cavabdeh tərəfindən iddiaçının sertifikasiya imtahanında iştirak etməsinə hər hansı məhdudiyyət qoyulmamış, müəssisənin sertifikasiyadan keçməyən digər praktiki tibb işçiləri ilə bərabər imkanlar yaradılmışdır. İddiaçı sertifikasiyadan azad olunan şəxslərin dairəsinə düşmür, həmin şəxsin diplomunun Səhiyyə Nazirliyi tərəfindən tanınmaması və həmin şəxsin imtahanlara buraxılmaması üzrlü səbəb kimi müəyyən edilə bilməz. Cavabdeh tərəfindən qəbul edilən əmr “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədləri üçün əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş 1 avqust 2024-cü il tarixli 18-1-28/3-1-12963/2024 saylı Əmrin ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası" X9rşı «əmrin ləğv olunması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar