Məhkəmə qərarları › İş №e-2(021)-777/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-777/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-777/2024 11.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı ASC Cavabdeh qarşı “Pul məbləğinin” tələbinə dair mülki işə 11 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC-i məhkəmədə iddia qaldıraraq, 2023-cü il 06 aprel tarixli 03/01988 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2920 (iki min doqquz yüz iyirmi manat) manat borcun vöə 49, (qırx doqquz Manat 20 qəpik) manat dövlət rüsumunun, cəmi 2969,20 (iki min doqquz yüz altmış doqquz manat 20 qəpik) manat pul vəsaitinin Cavabdeh tutlaraq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aqroservis ASC-nin sədri Nümayəndə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. MPM-nin 259.0.11-ci maddəsinə istinadən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu Məcəllənin 114.1.5-ci maddəsinə əsasən iddiaçının ödədiyi 49,20 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC Cavabdeh qarşı “Pul məbləğinin” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar