Məhkəmə qərarları › İş №e-2(021)-786/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-786/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-786/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər X1, Bank BTB ASC-yə, Əmlak Hərrac Mərkəzi MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və onun yaratığı nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X1, Bank BTB ASC-yə, Əmlak Hərrac Mərkəzi MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və onun yaratığı nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədə icra qeydinin ləğv edilməsi və onun yaratdığı nəticələrin etibarsız hesab edilməsi və iddia icraatı qaydasında baxılaraq qərar qəbul olunması xahiş olunmuş, tərəflər kimi iddiaçı və cavabdeh qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, icra qeydinin ləğvi mümkün olsa belə, formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər və məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanuna əsasən icra sənədi üzrə icraatda tərəflər tələbkar və borcludur. Hazırkı halda borclu icra qeydini deyil, iddia qaldırıb borcun məbləğini, müqavilənin etibarsızlığını və s. məsələləri mübahisələndirərək, nəticədə icra qeydinin ləğvini tələb edə bilərdi. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X1, Bank BTB ASC-yə, Əmlak Hərrac Mərkəzi MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və onun yaratığı nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər X1, Bank BTB ASC-yə, Əmlak Hərrac Mərkəzi MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və onun yaratığı nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 100 (bir yüz )manat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar