Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1100/2025 29.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbi barədə iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Əsgərabad bələdiyyəsi tərəfindən əvvəlki məsləhətçi-menecment və ya ona bərabər tutulan digər vəzifəyə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayır. Biləsuvar rayonu və Respublikanın digər bir neçə rayonunda müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi dövrlərdə rəhbərlik tərəfindən fəxri fərmanlar və təşəkkürlər almışdır. İşlədiyi dövrdə dövlət qarşısında xidmətləri nəzərə alınmış və ona əmək veteranı adı verilmişdir. Hal-hazırda əmək veteranıdır və təqaüdçüdür. O, fevral 2025-ci il daxil olmaqla Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsində məsləhətçi-menecment vəzifəsində işləmişdir. Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və məcəllələrin həlli üçün “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13a nömrəli sərəncamı ilə Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyyəsi birləşmişdir və bundan sonra Əsgərabad bələdiyyəsi adlandırılmışdır. 20 fevral 2025-ci il tarixdən Əsgərabad bələdiyyəsi yeni tərkibdə fəaliyyətə başlamışdır. Mirəşrəf Mirsultanov yenidən Əsgərabad bələdiyyəsinin sədri seçilmişdir. Əsgərabad bələdiyyəsi Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisi olmuşdur. O, Əsgərabad bələdiyyəsində işinə bərpa olunmaq üçün Mirəşrəf Misultanova şifahi müraciət etmiş, lakin şifahi müraci rədd edilmişdir. Bundan sonra o, hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fərid Əhmədova, Bələdiyyələrlə İş Baş idarəsinin rəisi cənab Elmin Həsənova və İmişli Regional Ədliyyə idarəsinin rəisi cənab İsgəndər Orucova rəsmi müraciət etmişdir. Daha sonra o, qanuna uyğun olaraq 25 fevral 2025-ci il tarixdə keçmiş Aşağı Cürəli- Muğan bələdiyyəsində əvvəllər işlədiyi məsləhətçi-menecment və ya ona bərabər digər işə qəbul olunmaq istəyi barədə onunla əmək müqaviləsi bağlamaq üçün Əsgərabad bələdiyyəsinin sədri Mirəşrəf Mirsultanova rəsmi olaraq ərizə ilə müraciət etmişdir. 06 mart 2025-ci il tarixdə Mirəşrəf Mirsultanov müraciətinə cavab olaraq rəsmi şəkildə bildirmişdir ki, birləşmiş bələdiyyələr arasında təhvil-təslim işləri aparıldıqdan sonra onun ərizəsinə mahiyyəti üzrə baxıla bilər. Təhvil-təslim işləri M.Mirsultanov tərəfindən süni şəkildə gecikdirildiyindən o, işə bərpa ilə əlaqədar 11 aprel 2025-ci il tarixdə yenidən M.Mirsultanova rəsmi müraciət etmişdir. M.Mirsultanov yenidən eyni məzmunlu məktubla müraciətini cavablandırmışdır. Nəhayət 21 aprel 2025-ci il tarixdə keçmiş Aşağı Cürəli- Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyyəsi arasında təhvil-təlim işləri tam başa çatmışdır. İşə bərpa ilə bağlı etdiyi müraciətlərə Əsgərabad bələdiyyəsi tərəfindən baxılmadığından o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci madəsinə əsasən mübahisənin Mediasiya yolu ilə həll edilməsi məqsədi ilə işə bərpa tələbi əsasında Lənkəran 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Əsgərabad bələdiyyəsinin sədri X2 25 aprel 2025-ci il tarixdə təklif göndərmişdir. Həmin vaxtdan 10 (on) iş günü keçməsinə baxmayaraq M.Mirsultanov işə bərpa barədə Mediasiya vasitəsi ilə etdyi təklifə öz münasibətini bildirməmişdir. Göründüyü kimi Əsgərabad bələdiyyəsi keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin hüquqi varisidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun olaraq o, Əsgərabad bələdiyyəsində əvvəllər tutduğu vəzifədə və yaxud ona bərabər digər vəzifədə işləyərək əmək fəaliyyətini davam etdirməlidir. O, eyni zamanda əmək veteranıdır. Veteranlar haqqında Azərbaycan Respublikası qanununda göstərilmişdir ki, “Veteranlar öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etmək üçün təminatları müəyyənləşdirir”. Əsgərabad bələdiyyəsi Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə birləşmə əsasnda formalaşmışdır. Sabiq bələdiyyə sədri tərəfindən ştat cədvəli, əmək müqavilələri, əmrlər və əmrlərin qeydiyyatı kitabı Əsgərabad bələdiyyəsinə təhvil verilmişdir. Təhvil verilmiş sənədlərdən görünür ki, o, bələdiyyə qulluqçusudur. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin və “Veteranlar haqqında” Azərbaycan Respublikasınının qanununun tələblərinə görə işəgötürən tərəfindən məhdudlaşdırıla bilməz. Onun işə bərpa olunması Əsgərabad bələdiyyəsinin səlahiyyətindədir. Odur ki, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etmədiyini, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Aşağı-Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-39-16/2-294/2025 saylı arayışından görünür ki, Səidov X5 rayonu Aşağı-Cürəli kəndində yaşayır. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2025-00492 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh sədri X3 ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azırbaycan Respublikası Qanununun 15.4-cü bəndinə əsasən Aşağı-Cürəli-Muğan, Əsgərabad və Yuxarı Ağalı bələdiyyələrinin əhatə etdiyi Aşağı-Cürəli, Əsgərabad, Muğan və Yuxarı Ağalı kəndlərində Əsgərabad bələdiyyəsi yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. İddia ərizəsindən görünür ki, İddiaçı daha əvvəl Biləsuvar rayonu Aşağı Cürəli- Muğan bələdiyyəsində məsləhətçi-menecment vəzifəsində işləməsini, hazırda “Azərbaycan Respublikası bələdiyyələrinin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13a nömrəli sərəncamı ilə Biləsuvar rayonu Aşağı Cürəli-Muğan bələdiyyəsi ilə Əsgərabad bələdiyyəsinin birləşməsi nəticəsində Əsgərabad bələdiyyəsinin yarıdılmasını əsas gətirməklə Əsgərabad bələdiyyəsində əvvəlki məsləhətçi-menecment vəzifəsinə və ya ona bərabər vəzifəyə bərpa edilməsini xahiş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Aşağı Cürəli-Muğan bələdiyyəsində məsləhətçi-menecment vəfifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci bəndinin tələbinə görə işəgötürən tərəfimndən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddəlrində nəzərədə tutulan əsaslardan yanız biri ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq noralarının tələblərindən görünür ki, ƏM-nin 70-ci maddəsinin «a» bəndi işəgötürənə müəssisə ləğv olunduqda işçi ilə əmək müqaviləsini ləğv etmək hüququnu nəzərdə tutmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müəssisənin ləğv edilmədiyini, müəssisənin yenidən təşil edilməsini əsas gətirməklə işə bərpa tələbini irəli sürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 76-cı maddəsinin 1ci bəndi əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərədə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilməsi imkanını nəzərdə tutmuşdur. Ona görə də hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) əsası ilə işçinin əvvəlki işinə bərpa edilməsi qanunla müəyyən edilməmişdir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Biləsuvar rayonu Əsgərabad bələdiyyəsində işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı Biləsuvar rayonu Əsgərabad bələdiyyəsində işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №e-2(022)-1100/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1100/2025
29.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver