Məhkəmə qərarları › İş №e-2(022)-116/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-116/2023

16.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-116/2023 16.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 72.085 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 72.085 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirib yenidən məhkəməyə müraciət etmək istədiklərini, buna görə də hazırda mülki işin mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirdi, bununla əlaqdar iddianın baxılmamış saxlanmasını, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və dövlət rüsumu haqqında qəbzi geri qaytarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi İ.V.Səfərli iddianın baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi ərizə verdiyinə, cavabdeh isə məhkəmə iclaslarına gəlmədiyinə görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxıdlmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Məhkəmə hesab edir ki, üzürlü səbəblər olmadan təkrarən məhkəmə çağrışlarına gəlməyən cavabdehin işin mahiyyəti üzrə baxılmasını tələb edib-etmədiyini müəyyən etməyə zərurət yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçının nümayəndəsi xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əsilləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 72.085 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar rayon məhkəməsinə şikayət verilə bilər. Biləsuvar rayon məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar