Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1374/2023 25.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Qanuni nümayəndə işlə təmin edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qanuni nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət işlə təmin edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin elektron reyestr sistemində və Biləsuvar rayon Məşğulluq mərkəzində işsiz kimi qeydiyyatada olduğunu, dəfələrlə Məşğulluq Mərkəzinə və Nazirliyə müraciət etsə də, qəbullarda iştirak etsə də, ona köməklik edilmədiyini, ona görə də işlə təmin edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin elektron reyestr sisteminə və Biləsuvar rayon Məşğulluq mərkəzinə işsiz kimi müraciətlər etmiş və həmin dövlət orqanlarının onu işlə təmin etmədiyini qanunsuz hesab edərək işlə təmin edilməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Yuxarıda qeyd olunan mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçı Qanuni nümayəndə işlə təmin edilməsi tələbinə dair iddiası iddianın yolverilməzliyinə görə ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Qanuni nümayəndə işlə təmin edilməsi tələbinə dair iddia ərizəsi ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(022)-1374/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1374/2023
25.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver