Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1403/2023 31.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı işlə təmin edilməsi, əks təqdirdə sosial yardım hüqununun təmin ediləmsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət işlə təmin edilməsi, əks təqdirdə sosial yardım hüquqununun təmin ediləməsini xahiş etmişdir. İddiaçı tələbində 2019-cu ildən işsiz və işaxtaran kimi qeydiyyatda olması, lakin ona heç bir köməklik göstərilməməsi, hər müraciətində ona yalan vədlər verilməsi, süründürməçilik halları ilə qarşı-qarşıya qalması, ona görə də adını çəkdiyi dövlət orqanlarının əməkdaşlarının məhkəməyə çağırılaraq onun iştirakı ilə yerində iclas keçirilməsini, onun işləmək hüququnun bərpa edilməsi, işlə təmin edilə bilmədiyi təqdirdə işsizlikdən sığorta haqqının, sosial yardım hüququnun, Azərbaycan Respublikası vətəndaşlarına Konstitusiyanın müəyyən etdiyi sosial hüquqlardan faydalanmaq hüququnun təmin edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı 2019-cu ildən işsiz və işaxtaran kimi qeydiyyatda olmasına baxmayaraq ona köməklik göstərilmədiyini, onun işlə təmin edilməli olduğunu, lakin dövlət orqanlarının onun işlə təmin edilməsi sahəsində vəzifələrini yerinə yetirmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq avə azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Yuxarıda qeyd olunan mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla məhkəmə belə hesab edir ki, iddiaçının işsiz qalmasının səbəbi olaraq göstərdiyi müvafiq dövlət orqanlarının hərəkətlərindən (hərəkətsizliyindən) şikayəti həmin iddia tələbinə mülki mühakimə icraat qaydasında baxılmasını istisna edir. Ona görə də İddiaçı ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı işlə təmin edilməsi, əks təqdirdə sosial yardım hüquqununun təmin ediləməsi tələbinə dair iddia ərizəsi ərizəçiyə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(022)-1403/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1403/2023
31.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver