Məhkəmə qərarları › İş №e-2(022)-163/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-163/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-163/2025 30.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borca görə 2050 (iki min əlli) manat, vəkillə bağladığı müqaviləyə görə ödənilmiş 300 (üç yüz) manat və iddia verməyə görə kapital Banka ödədiyi 43,5 manat olmaqla, cəmi 2.393,5 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, Cavabdeh ilə bir neçə ildir ki, tanışdır. Onun Sabunçu rayonu, Zabrat qəsəbəsində işləntdiyi kafedə işləmişdir. Onunla münasibəti ilk əvvəl normal olmuş və bu səbəbdən də biri-birilərinə qarşılıqlı inam və etibar yaranmışdır. Hətta münasibətləri o dərəcədə yaxşı olmuşdur ki, biri- birinin şəxsi həyatında olmuş və olan bütün məlumatları aralarında bölüşmüşlər. Aralarında yaranmış həmin dostluq münasibəti səbəbindən Cavabdeh xx.xx.2023-cü il tarixdə ona pul lazım olduğunu bildirmiş, bu məqsədlə ondan 500 manat borc almışdır və həmən pulu ilin axırına kimi qaytaracağına söz vermişdir. Cavabdeh ondan aldığı həmin pulu dediyi müddətdə qaytarmamış və xx.xx.2023-cü il tarixdə ona təkrar müraciət edərək əlində olan bəzi işlərini yoluna qoymaq üçün ona pul lazım olduğunu bildirmiş və yenə də borc olaraq 1000 manat pul verməyini xahiş etmişdir. Onunla olan yaxın dostluq münasibətnə, hətta bir-birinə olan inam və etibarına güvənib, həmin tarixdə 1000 manat pulu hazırki iş üzrə cavabdehə vermişdir. Cavabdeh həmin 1000 manat pulu ondan borca alarkən ona bildirmişdir ki, yaxın tanışlarının vasitəsi ilə girişdiyi bəzi biznes işlərinin həyata keçirilməsi və genişləndirilməsi üçün həm özündə olan bütün pulları xərcləmiş, həm də ondan aldığı pulları da həmin işə sərf edəcəyini demişdir. Əlavə olaraq Cavabdeh hətta onu da həvəsləndirərək bildirmişdir ki, həmin biznes işini qurduqdan sonra onu da həmin işə cəlb edəcəyini və həmin işdən çoxlu pullar qazanacağını demişdir. O, ondan xx.xx.2023-cü ildə aldığı 500 manatı və xx.xx.2023-cü ildə aldığı 1000 manatı, cəmi 1500 manat pulu həmin ilin dekabr ayının sonuna kimi qaytaracağını demişdir. Lakin həmin müddət bitsə də, Cavabdeh işlərinin yoluna getmədiyini, yəni girişdiyi işlərdən hələ gəlir gəlmədiyini, bunun üçün müəyyən vaxt tələb olunduğunu bildirmiş və bu məqəsədlə pulların qaytarılması üçün onu tələsdirməməyi xahiş etmişdir. Ona inam və etibarı səbəbindən hər dəfə ondan verdiyi pulları dediyi vaxtda geri istəməmiş və pullarını qaytarmaq üçün yenə də ona 2024cü ilin iyun ayına kimi vaxt vermişdir. Həmişə hesab etmişdir ki, yaxın rəfiqəsi və dostu kimi onun biznes işlərinin getməsi üçün onun köməyi lazımdırsa, o, həmin köməyi əsirgəməməlidir. Doğrudan da bacı qədər çox istədiyi və özü qədər inandığı Cavabdeh dürüstlüyünə heç vaxt şübhə etməmiş və aldığı pulları qaytarcağına inanmışdır. Hətta aralarında olan əsl dostluq münasibəti xatirinə aldığı pulları ona bağışlamaq qədər hər şeyə hazır biri kimi Cavabdeh yolunda hər şey etməyə hər an hazır olmuşdur. 2024-cü ilin iyun ayının ortalarında Cavabdeh ona bildirmişdir ki, ondan iki dəfəyə aldığı 1500 manat məbləğində pulu xərclədiyi biznes işindən geri çəkib ona qaytara bilmir. Gərək həmin pulu vermək üçün ya kimnənsə borc ala, ya da bankan kredit götürə. Rəfiqəsi və özünə bacı qədər yaxın bildiyi Cavabdeh maddi sıxıntılarını və biznes işinə girişdiyini başa düşüb, halhazırda özünün pula ehtiyacının olmadığını dərk edərək ona bildirmişdir ki, “narahat olma, hal-hazırda pula ehtiyacım yoxdur. Borcunu ödəmək üçün 2024-cü ilin avqust ayına kimi də vaxt verə biləcəyini” demiş və o da onunla razılaşmışdır. Həqiqətən də Cavabdeh maddi sıxıntılarını başa düşüb, ona əlavə borc lazım olub-olmadığını soruşmuş və o, bildirmişdir ki, əlavə 1000 manat borc verərsə, onun girişdiyi biznes işində xırda xərcləri yoluna qoya bilər. O, onu inandıraraq bildirmişdir ki, tanışları ilə birlikdə qoşulduğu biznes işində yaxın müddətlərdə müsbət dəyişiklər gözlənildiyini, maddi gəlir əldə ediləcəyi və həmin gəlirdən ona çatası gəlirlə ondan aldığı bütün pulları bir dəfəyə qaytaracağını demişdir. Onun düzgün və qətiyyən yalan danışmadığına tam əmin olan şəxs kimi təkrarən xx.xx.2024-cü il tarixdə 750 (yeddi yüz əlli ) manat pulu ona vermişdir. Hətta ona veridyi pullarıın bir hissəsini bir kart vasitəsi ilə bankdan götürmüşdür. Bank qaydalarına görə, bir kart vasitəsi ilə götürülən pullar vaxtında qaytarılmadığına görə bankın müəyyən etdiyi faizlər götürülmüş borcun üstünə hesablanır və bu səbəbə görə də borcun məbləği avtomatik olaraq artır.Bu səbəbdən də həmin faizləri özü ödəməyə məcbur olmuşdur. Belə ki, Cavabdeh ondan aldığı borc pullardan indiyə kimi 200 manatını qaytarmışdır. Halhazırda Cavabdeh 2050 (iki min əlli manat) manat əsas borca görə, vəkillə bağladığı müqavilə xərcinə görə 300 (üç yüz) manat olmaqla, cəmi 2350 manat borcu qalmışdır. Cavabdeh onu aldatmış və ondan aldığı pulları razılaşdırılmış müddətdə ona qaytarmamışdr. Onun bu hərəkətləri və onu aldatması nəticəsində xeyli miqdarda maddi zərərə düşmüşdür. Hesab edir ki, pozulmuş hüquqlarının bərpa olunması üçün cavabdehdən borclu olduğu 2050 (iki min əlli) manat əsas borc, vəkillə bağladığı müqaviləyə görə ödənilmiş 300 (üç yüz) manat və iddia verməyə görə ödədiyi 43,5 manat olmaqla, cəmi 2.393,5 manat məbləğində pul alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi barədə» Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru Ramin Güləliyevin 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh izahatında işlətdiyi kafenin icarə haqqını verə bilmədiyi üçün İddiaçı faizə 700 manat pul aldığını və həmin pulun üstündə ona 50 manat da əlavə verəcəyini, Nəsibənin pulundan 200 manatını qaytardığını, qalan 500 manat və üstündə 50 manatı da tezliklə qaytaracağını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru Ramin Güləliyevin «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh izahatında işlətdiyi kafenin icarə haqqını verə bilmədiyi üçün İddiaçı faizə 700 manat pul aldığını və həmin pulun üstündə ona 50 manat da əlavə verəcəyini, Nəsibənin pulundan 200 manatını qaytardığını, qalan 500 manat və üstündə 50 manatı da tezliklə qaytaracağını göstərmişdir. İddia tələbindən görünür ki, İddiaçı Cavabdeh borc olaraq xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və xx.xx.2024-cü il tarixdə 750 manat pul verdiyini, cavabdehin ondan borc olaraq aldığı həmin puldan 200 manat ona qatardığını göstərmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehin müxtəlif vaxtlarda ondan cəmi 2250 manat borc olaraq aldığını göstərsə də, istinad etdiyi halları təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin iş materiallarına əlavə edilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin baş təhqiqatçısı polis mayoru Ramin Güləliyevin «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 21 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, cavabdeh izahatında iddiaçıdan cəmi 700 manat borc olaraq pul aldığını və əlavə olaraq 50 manat da iddiaçıya ödəməli olduğunu göstərmişdir. Göründüyü kimi cavabdeh iddiaçının ona cəmi 750 manat pulu borc olaraq verdiyini, lakin həmin puldan 200 manatını iddiaçıya qaytardığını göstərmiş, iddiaçı isə cavabdehə 2250 manat borc olaraq verməsini təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməsə də, cavabdehdən tələb etdiyi puldan 200 manatının ona qaytarıldığını göstərmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh borc olaraq 750 manat pul verməsi işin mübahisə doğurmayan halı olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 550 (beş yüz əlli) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavbadeh Cavabdeh 550 (beş yüz əlli) manat pul, 100 (yüz) manat hüquqi xidmətinə görə ödənilmiş pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar