Məhkəmə qərarları › İş №e-2(022)-19/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-19/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-19/2024 04.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh və Maraqlı şəxs iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Maraqlı şəxs qarşı qətnamə üzrə yaranmış borcun ödənilməsi üçün tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs Banka ödənilməmiş 11 650 (on bir min altı yüz əlli manat) manat icra edilməmiş əsas borc, 1666,98 (bir min altı yüz altmış altı manat 98 qəpik) manat faiz, 1869.82 (bir min səkkiz yüzaltmış doqquz) manat cərimə olmaqla, cəmi 15 186.80 (on beş min bir yüz səksən altı manat 80 qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh Xanalı oğluna məxsus olan Biləsuvar şəhəri, X5 küçəsində yerləşən, 174,5 kv.m ümumi, 91,6 kv.m yaşayış və 82 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı 20 nömrəli fərdi yaşayış evinə və mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Maraqlı şəxs arasında bağlanmış xx.xx.2013- cü il tarixli, 3818 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu əsas borcun hesabdan çıxarıldığı günə müvafiq olaraq, növbəti aydan etibarən hər ayın eyni günündə banka ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh Maraqlı şəxs kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Həmin borcun tutulması üçün iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin Banka ödənilməmiş 11 650 (on bir min altı yüz əlli manat) manat əsas borcu, 1666,98 (bir min altı yüz altmış altı manat 98 qəpik) manat faiz borcu, 1869.82 (bir min səkkiz yüzaltmış doqquz) manat cərimə olmaqla cəmi 15 186.80 (on beş min bir yüz səksən altı manat 80 qəpik) manat borcu mövcud olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin etmiş, cavabdeh Maraqlı şəxs banka ödənilməmiş 15 186.80 (on beş min bir yüz səksən altı manat 80 qəpik) əsas və 25 (iyirmi beş) manat dövlət rusumunun tutulması qət edilmişdir. Həmin qətnamədən tərəfimizdən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 1268/2020 saylı qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)- 1268/2020 saylı qətnaməsindən iddiaçı tərəfində verilən kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-99/2020 saylı qərarı ilə dəyişdirilməmiş saxlanılmışdır. Bildiririk ki, qeyd olunan kredit məbləği bank tərəfindən veriləndə tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh Xanalı oğluna məxsus Biləsuvar şəhəri, X5 küçəsində yerləşən, 174,5 kv.m ümumi, 91,6 kv.m yaşayış və 82 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 20 nomrəli fərdi yaşayış evi və mülkiyyətində olan 0.12 ha torpaq sahəsi ipoteka qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh Xanalı oğlu arasında xx.xx.2013-cü il tarixli 3383 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bu səbəbdən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə təmin olunan borc məbləğinin ödənilməsi üçün tələb ipoteka predmetinə yönəldilməlidir. Cavabdeh Maraqlı şəxs kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanın təsir dairəsinə düşmüşdür. Tərəflərindən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsi hazırlanmış və Fərmanla tövsiyə edilən tədbirlər tərəflərindən təmin edildiyi halda, cavabdehlər bankla restrukturizasiya müqaviləsini və ipoteka müqaviləsini imzalasa da, qanunun tələblərinə uyğun olaraq məlum olmayan səbəbdən notarial qaydada imzalanması üçün notariat ofisinə getməkdən imtina etmişlər. Sonda iddiaçının nümayəndəsi X2 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasında iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2013-cü il tarixli 3818 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Maraqlı şəxs kreditdən istifadəyə görə illik 6 faiz ödəməsi şərti ilə 36 ay müddətinə 15000 manat məbləğdə kredit vermiş, həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh məxsus olan Biləsuvar şəhəri X5 küçəsində yerləşən 174.5 kvm ümumi, 91.6 kvm yaşayış və 82.9 kvm yardımçı sahəsindən ibarət bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka predmeti tərəflərin razılığı ilə 25000 (iyirmi beş min) manat qiymətləndirilmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)- 1077/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11650 (on bir min altı yüz əlli) manat, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı (reyestr nömrəsi **********43-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2103-cü il) çıxarışa əsasən Cavabdeh məxsus Biləsuvar şəhəri, X5 küçəsi ev 20 ünvanında yerləşən fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi (36 ay) Zaminbank ASC Biləsuvar filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Zaminbank ASC-nin daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın Dövlət reyestrində 3 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı restruktirzasiya müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borclu Maraqlı şəxs arasında bağlanmış müqaviləyə əsasən ləğv prosesində olan bank tərəfindən Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3818 saylı kredit müqavilsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 11650 (on bir min altı yüz əlli) manat məbləğ restruktirzasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 29 oktyabr 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsində göstərilmişdir ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı «Borclu»nun 29 oktyabr 2021-ci il tarixli LM ********* saylı restruktirzasiya müqaviləsinə əsasən yaranmış öhdəliyinin təminatı kimi ipoteka saxlayana girova verir. Hazırkı müqavilə üzrə sonrakı ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas ləğv prosesində olan İddiaçı və Maraqlı şəxs arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli LM102100339 saylı restruktirzasiya müqaviləsidir. İş materiallarında olan "xxxx" MMC-nin 21 may 2024-cü il tarixli № 0251a/24/ZB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Biləsuvar şəhəri, X5 küçəsində, Cavabdeh Xanalı oğlunun mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 174,50 m2 ümumi, 91,60 m2 yaşayış, 82,90 m2 yardımçı sahədən və tikintialtı sahəsi 7,50 m2 olan hamam (liter V), 9,60 m2 olan təsərrüfat damı (liter D), 4,0 m2 olan ayaq yolu (liter İ), 4,0 m2 olan su hovuzu (liter İİ), 14,0 m2 olan hasar (liter İİİ), darvaza (liter İV), hasardan (liter V) ibarət 20 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 50 000 (əlli min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminat üsulu kimi çıxış edən ipoteka müqaviləsi Azərbaycan Respublikası MM-in 307-ci maddəsinin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış və müqavilə ipoteka qoyanın iradə ifadəsinə zidd olmamış və onun tərəfindən imzlanmışdır. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11650 (on bir min altı yüz əlli) manat, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğdə borcun ödənilməsi məqsədi ilə tutma ipoteka qoyulmuş Cavabdeh məxsus Biləsuvar şəhəri, X5 küçəsi ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kvm ümumi, 91.6 kvm yaşayış və 82 kvm yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı evə yönəldilməlidir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 21 may 2024-cü il tarixli № 0251a/24/ZB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Biləsuvar şəhəri, X5 küçəsi ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kvm ümumi, 91.6 kvm yaşayış və 82 kvm yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı evin likvid dəyəri 50.000 (əlli min) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə işin faktiki hallarını və qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmiş 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə 11650 (on bir min altı yüz əlli) manat əsas borc, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat ipoteka qoyulmuş Cavabdeh məxsus Biləsuvar şəhəri, X5 küçəsi ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kvm ümumi, 91.6 kvm yaşayış və 82 kvm yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı yaşayış evinə və 0,12 ha torpaq sahəsinə yönəldilməli, həmin ev və torpaq sahəsi açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsait hesabına 11650 (on bir min altı yüz əlli) manat borc Zaminbank ASC-yə ödənilməli, satışdan əldə edilmiş vəsatin qalan hissəsi Cavabdeh qaytarılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin 5 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(022)-1077/2019 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması müəyyən edilmiş 21 oktyabr 2013-cü il tarixli 3818 saylı kredit müqaviləsi üzrə 11650 (on bir min altı yüz əlli) manat əsas borc, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat pul ipoteka qoyulmuş Cavabdeh məxsus Biləsuvar şəhəri, X5 küçəsi ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kvm ümumi, 91.6 kvm yaşayış və 82 kvm yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı yaşayış evinə yönəldilsin, həmin ev və torpaq sahəsi açıq hərracda satılsın, satışdan əldə edilmiş vəsait hesabına 11650 (on bir min altı yüz əlli) manat borc Zaminbank ASC-yə ödənilsin, satışdan əldə edilmiş vəsatin qalan hissəsi Cavabdeh qaytarılsın. Biləsuvar şəhəri, X5 küçəsi, ev 20 ünvanında 0,12 ha torpaq sahəsi ilə birlikdə 174,5 kvm ümumi, 91.6 kvm yaşayış və 82 kvm yardımçı sahədən ibarət 1 mərtəbəli 4 otaqlı evin likvid qiyməti 50.000 (əlli min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş 25 (iyirmi beş) manat pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar