Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-19/2025 18.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızı, X15 məhkəmə-iclas katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tapşırıq müqaviləsindən irəli gələn öhdəliyin pozulmasına dair pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: Cavabdeh tapşırıq xərcləri və əlavə muzd olaraq 1000 (min) manat tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, Bakı Dövlət Univeritetinin hüquq fakültəsinin məzunudur. Uzun illər vəkillik fəaliyyəti ilə məşğul olsa da, Vəkillər Kollegiyasının üzvü deyildir. Amma buna baxmayaraq o, hələ 1998-ci ildən vergi orqanlarında “pullu hüquqi xidmətə dair" vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Son dəfə isə o, 2006 cı ildə yeni VÖEN almış və rəsmən “Hüquq xidməti" göstərmiş və dövlətə sadələşdirilmiş vergi ödəmişdir. Son illərdə isə ümumiyyətlə fəaliyyəti olmayıb. 2023 cü idin dekabr ayının əvəllərində tanış bir qadın ondan xahiş etdi ki, Cavabdeh onun rəfiqəsi və həm də yerlisidir. Yazığın ərini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə həbs edib ona 5 il 2 ay iş veriblər. İndi apellyasiya məhkəməsi üçün ona vəkil tutmaq və apellyasiya şikayəti yazmaq lazımdır ki, həmin hökmə apellyasiya qaydasında bir daha baxılsın. Xanıma bildirmişdir ki, o, Vəkillər Kollegiyasının üzvü deyildir. Amma hər halda dedi kı, o, hüquqşünas kimi cavabdehə ağsaqqallıq edə bilər. Tapşırıq xərclərini isə cavabdeh ödəyəcək. Razı oldu ki, ona kömək etsin. Onunla tapşırıq müqaviləsi bağlamış həmin müqaviləyə və etibarnaməyə asasən o, aşağıdakı öhdəçiliyi götürmüşdür: O, cavabdehin həyat yoldaşı X16 üçün apellyasiya şikayəti tərtib etməyi, onun üçün vəkil axtarmaq vəkil ilə müqavilə bağlamaq onun adından vəkilin kassasına pul köçürmək, onun verdiyi etibarnamə əsasında istintaq təcridxanasına getmək, orada ona lazımı əşyalar vermək, təcridxanadan onun həbsxanada olmasına dair sosial orqanlara təqdim etmək üçün arayış almaq, əgər həyat yoldaşı təcridxanadan “Tapşırıq alana” zəng etsə onunla telefonda danışmaq ona məsləhətlər vermək, əri ilə görüş almaqda kömək etmək, apellyasiya şikayətiniin surəti ilə tanış olmaq üçün ərinə göndərib onun fikrini öyrənmək, zərərçəkmişlərlə telefonla və şəxsən əlaqələr saxlamaq, lazım gəlsə onların yaşadıqları ünvana və iş yerlərinə gedərək onlarla barışığa cəhd və vasitəçilik etmək hadisə zamanı zərərçəkmişlərə onların tələb etdikləri məbləği hiss-hissə ödəməyə onları razı salmaq, ziyan məbləğini zərərçəkmişlərə şəxsən yaxud da poçtla göndərmək, lazım gələrsə onların işləri ilə bağlı yuxarı instansiyalara ərizə və şikayətlər tərtib etmək, məhkəmə prosesi zamanı ona və qohumlarına mənəvi dəstək vermək onları evlərinə və məhkəməyə aparıb-gətirmək və sair işlər etməyi ümumiyyətlə həmin işlə bağlı bütün qanuni hərəkətlər etməyə tapşırır. Bunun üçün isə cavabdeh ona tapşırıq xərci və əlavə muzd vəd etmişdir. O da qıza bir müddətdə 10 səhifədən ibarət apellyasiya şikayəti yazmış, vəkil tutmuş və vəkil də işi apellyasiyaya göndərmişdir. Məhkəmənin ilk iclasına qədər bütün bu tapşırıqları həyata keçirmişdir. Bu məqsədlə cavabdeh ona əvvəlcə notariat qaydasında etibarnamə vermiş həmin gün də o, cavabdehlə “tapşırıq müqaviləsi” bağlamışdır. Etibarnamədə və müqavilədə ona verilən tapşırıqlar dəqiq göstərilmiş hətta vəkil ilə müqavilə bağlamaq da etibarnamədə göstərilib. O da həm Vəkillər Kollegiyasından Zaur adlı vəkil ilə müqavilə bağlamış, həm də cavabdehin həbsdə olan əri Məmmədov Rəhmanın adından “ASAN” xidmətindəki vəkillərin əli ilə apellyasiya şikayəti yazdırmışdır. Bundan sonra vəkil həmin apellyasiya şikayətini Apellyasiya Məhkəməsinə göndərmişdir. Daha sonra cavabdeh zərərçəkmişlə barışmaq üçün onlarla əlaqə saxlamağı onların evinə və iş yerlərinə getməyi onlara vurulmuş ziyanın məbləğini aşağı salmağa və ödəməyi tapşırmışdır. Üç dəfə təcridxanaya getmiş, sənədlər vermiş oradan arayış almış, zərərçəkmişlərın üçü ilə ayrı-ayrılıqda söhbət etmişdir. Zərərçəkmişlər onlara vurulmuş ziyanın 45 (qırx beş) min manat olduğunu desələr də o, onlarla danışıq apararaq bu məbləği minimuma endirmişdir. Bir hissəsini isə poçtla onlara göbdərmiş, digər hissəni isə verib daha sonra onlardan notariat qaydasında qəbz alacağını planlaşdırmışdır. Onlar da buna razı olmuşlar. O, hətta zərərçəkmişlərə 6036 (altı min otuz altı) manat pul göndərmişdir ki, onlara dəymiş ziyan ödənsin. Bu barədə onda poçt qəbzinin olduğunu bildirmişdir. Amma cavabdeh işin həlledici mərhələsində öhdəçiliyini pozaraq əvəlcə onun tutduğu vəkilə və daha sonra isə ona şər atmaqla həm xidmətlərindən yararlanmış, həm də onları şərləməyə başlamışdır. O, özünə digər vəkil tutduğunu bildirərək ondan və vəkildən imtina eləmiş, ona verdiyi etibarnaməni isə ləğv etmiş və tapşırıqla əlaqədar çəkdiyi xərclərin əvəzini ödəməkdən və əlavə muzd ödəməkdən imtina etmişdir. Bununla da o, ona rəsmi pretenziya vermədən öhdəçiliyini pozmuşdur. Nəticədə İddiaçı dövlətə vergi verə bilmədiyini qeyd etmişdir. Cavabdehin etirazı: İddiaçı iddia tələbini qəbul etmir və onu qanunsuz hesab edir. Əvvəla onların aralarında tapşırıq müqaviləsi bağlanmamışdır. O, yalnız ona etibarnamə vermişdir. İddiaçı ilk əvvəl özünü ona vəkil kimi təqdim etmişdir. Yol nəqliyyat hadisəsi törətmiş ərini qurtaracağı haqda ilk əvvəllər çoxlu vədlər vermişdir. Lakin, sonradan ona bəlli olmuşdur ki, bu şəxs rəsmi olaraq vəkil deyil. Özü də bunu etiraf etmişdir. Lakin ona savadlı bir vəkil tutacağını demişdir. Sonra o həmin kişi ilə müqavilə bağlanması üçün 400 manat pul lazım olduğunu bildirmişdir. O, iddiaçıya 400 (dörd yüz) manat pul vermişdir. Lakin sonradan məlum oldu ki, o, həmin pulun hamısını vəkilə verməmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsində verilmiş apellyasiya şikayətinin müdafiəsi üçün o, yeni bir vəkillə müqavilə bağlayaraq ona 1500 manat məbləğində pul vermək məcburiyyətində qalmışdır. Əri Kürdəxanıda təcridxanada idi. Ona da bununla bağlı arayış lazım olmasını iddiaçıya demişdir .Sonra Camal ona zəng edib bunun üçün 250 manat pul istəmişdir. O, Camala həmin pulu vermiş və Camalda həqiqətən də arayışı ona gətirmişdir. O, əri ilə görüşmək istəyirdi. Bu haqda fikirini iddiaçıya demiş o da bu məsələni həll edə biləcəyini lakin, buna görə ondan 300 (üş yüz) manat pul istəmişdir. O da həmin məbləği Camala vermişdir. İddia ərizəsində göstərilir ki, zərəçəkmiş tərəflə dəfələrlə görüşmüş barışıq üçün danışıqlar aparmışdır. Bu tamamailə yalandır. Bir -iki dəfə telefonla əlaqə saxlayıb danışıq üçün heç bir şərait yarada biiməmişdir. Zərərçəkmiş tərəflə ancaq qardaşı danışıq aparmışdır. Həmin danışıqların nədən ibarət oimasını qardaşı ona iddiaçıya birlikdə olanda danışmışdır. İddiaçı qardaşından eşitdiklərini öz adına çıxarır. İddiaçı zərərçəkmiş tərəfə verilməsindən ötəri ondan 1000 (min) manat pul istəmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, həmin 1000 (min) manat məbləğində pulu o zərəçəkmiş tərəfə verməmişdir. Bu ad altında ondan həmin məbləği alaraq onun ona olan inam və etibarından sui-istifadə etmişdir. Ümumilikdə İddiaçı ona köməklik etmək adı altında vəkilə müqavilə bağlanması üçün 400 (dörd yüz) manat, arayış almaq üçün 250 (iki yüz) manat , əri ilə görüş təşkil etmək üçün 300 (üç yüz) manat və zərərçəkmiş tərəfə ödənilməsi üçün 1000 (min) manat cəmi 1950 (min doqquz yüz əlli) manat məbləğində pulunu ələ keçirmişdir. İddiaçı bu qanunsuz hərəkətləri ilə bağlı adiyyatı üzrə Xətai Rayon Polis İdarəsinə şikayət etmişdir. Şikayətdən sonra o, polis şöbəsində öyrənmişdir ki, ondan başqa iddiaçının haqqında 7 nəfər şikayətçi vardır. Bütün şikayətlər eyni onun rastlaşdığı yalanların nəticəsidir. O, Camalın barəsində polis orqanına şikayət etdiyindən və hazırda şikayəti ilə bağlı onun bərəsində araşdırma getdiyindən iddiaçını iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi verməmişdir. Qeyd etdiyi hallar ilə bağlı onun “Watsapp” yazışmaları və telefon danışıqlarının səs yazıları kimi sübutlarının olduğunu bildirmişdir. İddaiçı İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin 14 may 2025-ci il iclasında çıxış edən İddiaçı izahatında bildirdi ki, cavabdeh xanım dostu vasitəsi ilə ona yaxınlaşaraq, hadisələrin gedişatı barədə məlumat verərək, hüquqi savadının az olması səbəbindən ona yardım etməyini məndən xahiş etdi. O da üzərimə düşən öhdəlikləri yerinə yetirməsinin qarşılığında nə qədər pul veriləcəyini ona başa saldı. Aralarında tapşırıq müqaviləsi bağlandı. Aralarında tapşırıq müqaviləsi yalnız yazılı deyil, həmçinin şifahi şəkildədə bağlanmışdır. Həmin tapşırıq müqaviləsinin qanuni olması Xətai Rayon Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Bu səbəbdən cavabdehlə aralarında bağlanmış tapşırıq müqaviləsinə əsasən, o üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib. Dəfələrlə cavabdehin yoldaşı ilə görüşmək üçün onun cəza çəkdiyi müəssisəyə getmişdir. Hətta cavabdehin yoldaşı ilə cəza çəkdiyi müəssisə də görüşərək, barəsində çıxarılan yekun məhkəmə aktından apellyasiya şikayəti hazırlayıb və aidiyyəti üzrə göndərmişdir. O,vəkillər kollegiyasının üzvü olmasa da, qanunamüvafiq olaraq VÖEN hesabı vardır, fəaliyyəti qanunamüvafiq olaraq təsdiq edilmişdir. O, cavabdehin ona tapşırdığı bütün işləri həll etdikdən sonra, onun xidmət haqqısını vermədilər. Hesab edir ki, ona maddi ziyandan əlavə mənəvi zərərdə dəymişdir. İddia tələbini müdafiə edirəm. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 20 iyul 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh öz vəsaiti ilə ödədiyi tapşırıq xərclərinə görə 1000 (min) manat, muzd kimi 1000 (min) manat - cəmi 2000 (iki min) manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 14 may 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbi ilə bağlı geniş izahat verərək bildirdi ki, iddiaçı ilə aralarında hər hansı yazılı tapşırıq müqaviləsi bağlanmamışdır. Xətai Rayon prokurorluğunda araşdırma aparılarkən ona tapşırıq müqaviləsi təqdim olundu. Həmin zaman tapşırıq müqaviləsinin əsli olmasına baxmayaraq, tapşırıq müqaviləsindəki imzanın ona aid olmadığı məlum oldu. O da ifadəsində imzanın ona məxsus olmadığını bildirəndə, ona ekspertiza təyin edilməli olduğu bildirildi. Bu səbəbdən, keçən məhkəmə iclasında ekpertizanın keçirilməsi barədə vəsatət verdi. Lakin tapşırıq müqaviləsinin əsli təqdim edilmədiyi üçün ekspertizanın keçirilməsi mümkün olmadı. O, sadəcə iddiaçının vəkil olduğunu hesab edib, ərini məhkəmədə müdafiə etməsini xahiş etmişdir. İddiaçı ərinin başqa vəkil ilə məhkəmə iclasında müdafiəsinin təmin olunacağını bildirsə də, qeyd edilən vəkil heç bir məhkəmə iclasına gəlməmişdir. İddiaçının qeyd etdiyi işləri görməsi ilə bağlı lazımi qaydada iddiaçının pulunu vermişdir. Hətta yenidən vəkil tutduğu üçün ona maddi ziyan dəymişdir. İddia tələbini qəbul etmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 18 iyun 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsinin tələblərini qəbul etmədiyini məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. 18 iyun 2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tləblərini tam müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 05 dekabr 2023-cü il tarixli AR-İİİ seriyalı 215274 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən şəxs ünvan 1 ünvanında yaşayan Cavabdeh, etibar edilən şəxs ünvan 2 ünvanında yaşayan İddiaçıdur. 06 dekabr 2023-cü il tarixli vəkil orderinin surətindən görünür ki, X2 Rəhman Şahin oğluna Azərbaycan Respubliksının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərəcək şəxsdir 05 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Tapşırıq alan” “Tapşırıq verəndən” heç bir qazanc və xeyir güdmədən onun tərəfindən notariat qaydada ona verilmiş etibarnamə və bu Müqavilənin şərtləri əsasında fəaliyyət göstərərək tapşırıqı qəbul edir və icra edir. Tapşırıqın icrası zamanı bütün gücünü sərf eləsə də, işin uğurla başa çatması üçün qarantiva vermir. Belə ki, Tapşırıq verənin tapşırığı ilə onun həyat yoldaşı X10 üçün hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti tərtib etmək üçün “ASAN" xidmətinə müraciət edir.vəkil ilə müqavilə bağlayır,vəkilin qanorarını özündən ödəyir, istintaq təcridxanasından məhkəmə və sosial müavinət almaq üçün arayış alır. Müqavilənin 3-cü bəndinə əsasən tapşırıqla əlaqədar bütün xərclən ya işin əvvəlində, ya da işin sonunda tapşırıq verən ödəyir. Tapşırığın icrası ilə bağlı verilən məbləğ tapşırıq xərcləri sayılır və geri qaytarılmır. 05 yanvar 2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh X3 6000 (altı) min manat məbləğində pul köçürmüşdür. “Watsapp” telefon yazışmalarından görünür ki, 416973....2918 nömrəli “Leo bank” kart hesabına 50 (əlli) manat, 06 dekabr 2023-cü il tarixli ********** nömrəli əməliyyat üzrə 200 (iki yüz) manat, 21 dekabr 2023-cü il tarixli qəbz üzrə pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya köçürülmüşdür. İddiaçının yazdığı mesajlardan görünür ki, cavabdeh ayrı-ayrı vaxtlarda İddiaçı müxtəlif məbləğlərdə pul göndərmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” “01 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, X4 və X1 onun barəsində şikayət ərizələri ilə tanış oldu. X9 tanımır, onunla heç bir əlaqəsi və hər hansı bir münasibəti olmamışdır. Çox güman ki, həmin şəxs də bunu təsdiq edə bilər. 2023 cü idin dekabr ayının əvəllərində tanış bir qadın ondan xahiş etmişdir ki, Cavabdeh əri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə həbs edilib ona 5 il 2 ay iş verimişlər. İndi apellasiya məhkəməsi üçün ona vəkil tutmaq və apellyasiya şikayəti yazmaq lazımdır ki, həmin hökmə apellyasiya bir daha baxsın. Xanıma bilirmişdir ki, Vəkillər Koilegiyasnın üzvü deyildir. Buna görə də, onlara tanıdığı bir vəkilin nömrəsini vermişdir. Elə oradan da vəkilə zəng etmiş və onun alacağı qonorarın məbləğini soruşmuşdur. Lakin vəkilin dediyi qonorar onları qane etməmişdir. Bundan sonra onlar ondan onlara bu işdə ağsaqqallıq etməyini xahiş etmişlər. Xahiş etmişlər ki, onlar üçün apellyasiya şikayəti yazdırsın və onlara "ucuz" vəkil tutsun. Razı olmuşdur ki, ona kömək etsin. Hər ehtimala qarşı onlarla tapşırıq müqaviləsi bağlamış, onlar da ona etibarnamə vermişlər. Həmin müqaviləyə və etibarnaməyə asasən öhdəçilik götürmüşdür. Amma ona etibarnamənı verən Mehdizadə Tahir olmamışdır. Səadətin həyat yoldaşı X16 üçün Apellyasiya şikayəti tərtib etməyi, onun üçün vəkil axtarmağı, vəkil ilə müqavilə bağlamağı, onun adından vəkilin kassasına pul köçürməyi, onun verdiyi etibarnamə əsasında istintaq təcridxanasına getməyi, orada ona lazımı əşyalar verməyi, təcridxanadan onun həbsxanada olmasına dair sosial orqanlara təqdim etmək üçün arayış almağı, əgər həyat yoldaşı təcridxanadan zəng etsə, onunla telefonda danışmaq, ona məsləhətlər vermək, əri ilə görüş almaqda kömək etmək, apellyasiya şikayətinin surətini tanış olmaq üçün ərinə göndərib onun fikrini öyrənmək, zərərçəkmişlərlə telefonla və şəxsən əlaqələr saxlamaq, lazım gəlsə, onların yaşadıqları ünvana gedərək onlarla barışığa cəhd və vasitəçilik etmək, hadisə zamanı zərərçəkmişlərə onların tələb etdikləri məbləği hissə-hissə ödəməyə onları razı salmaq, ziyan məbləğini zərərçəkmişlerə şəxsən, yaxud da poçtla göndərmək. Lazım gələrsə, onların işləri ilə bağlı yuxarı instansiyalara ərizə və şikayətlər tərtib etmək, məhkəmə prosesi zamanı ona ve qohumlarına mənəvi dəstək yermək, onları evlərinə və məhkəməyə aparıb-gətirmək və sair işlər etməyi, ümumiyyətlə həmin işlə bağlı bütün qanuni hərəkətlər etməy öhdəsinə götürmüşdür. Bunun üçün isə Səadət ona Mülki Məcəllənin 783-cü maddəsinə əsasən çəkdiyi tapşırıq xərci və əlavə muzd vəd etmişdir. Qısa bir müddətdə 150 manat verib Məmmədov Rəhman üçün "ASAN” xidmətində 10 səhifədən ibarət apellyasiya şikayəti yazdırmış, sonra 26 saylı Vəkil Bürosuna gedib oradan Zaur adlı bir vəkil ilə müqavilə bağlamışdır. Vəkilə 220 manat pul ödəmişdir. Bundan sonra vəkil həmin apellyasiya şikayətini Apellyasiya Məhkəməsinə göndərmişdir. Daha sonra ondan xahiş etmişlər ki, zərərçəkmişlə barışmaq, onlarla əlaqə saxlamaq, zərərçəkmişin evinə və iş yerlərinə getməyi, onlara vurulmuş ziyana görə tələb etdikləri məbləği aşağı salmağı tapşırmışdır. Bu zamanlarda arayış almaq üçün təcridxanaya getmiş, sənədlər vermiş, oradan arayış almış, zərərçəkmişlərlə 3 dəfə söhbət etmiş, müəyyən razılığa gəlmişdir. Zərərçəkmişlər onara vurulmuş ziyanın 45 min manat olduğunu desələr də, onlarla danışıq apraraq məbləği minimuma endirmişdir. Həm də məhkəmədən vəkilə bildirmişlər ki. zərərçəkmişlərlə mütləq barışıq olmalı və ziyan qismən də olsa, ödənməlidir. Bundan sonra Rəhmanın dayısı onu götürüb baş poçta gedib zərərçəkmişin ünvanına pul gönrərmək istədiyini bildirmişdir, özündə olan min manatı da onun gətirdiyi 5000 manatın üstünə qoyub zərərçəkmiş hüquqi varisi Rəsmiyyə Vəliyevaya göndərmişlər. Pulun digər hissəsini isə məhkəmə zamanı ödəmək fikirləri olmuşdur. Lakin sonradan onlar zərərin qalan hissəsini ödəməkdən imtina etmişlər. Demişdir ki, özləri bilsinlər. Amma sonra o da məlum olmuşdur ki, müqavilə bağladığım vəkil Zaur məhkəmə prosesinə gəlməyərək deyib ki, ona ödədiyi 220 manat pul güya azdır. Halbuki ona ondan çox pul verilməmişdir. Halbuki vəkilin özü demişdi ki, bu qədər istədin, o da ödəmiş və müqavilə bağlamışlar. Onlar isə vəkilin prosesə gəlməməsinin təqsirini onda görüb vəkildən imtina edərək elə həmin gün diger bir vəkil tutublarmış. Səadət işin həlledici mərhələsində öhdəçiliyini pozaraq əvəlcə onun tutduğu vəkilə, daha sonra isə ona şər atmaqla həm xidmətlərindən yararlanmış, həm də onlan şərləməyə başlamışdır. O, özünə digər vəkil tutduğunu bildirərək ondan və vəkildən imtina etmiş, ona verdiyi etibarnaməni isə ləğv etmiş və tapşırıqla əlaqədar çəkdiyi xərclərin əvəzini ödəməkdən və əlavə muzd ödəməkdən imtina etmişdir. Buna görə də, iddia ilə Biləsuvar rayon məhkəməsinə müraciət etmişdir. Hazırda həmin iddiası məhkəmədədir. Həmçinin İddiaçı təqdim etdiyi sənədlərin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsi bağlanmış və sonuncu tərəfindən etibarnamə verilmişdir. Bütün bunlar isə Cavabdeh və X5 ilə İddiaçı arasında yaranmış münasibətlərin mülki-əmlak xarakterli olmasına dəlalət edir və mülki-əmlak xarakterli münasibətlər məhkəmə qaydasında baxılaraq həll olunmalıdır. Göstərilənlərə əsasən, X4 və X1 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının cinayət hadisəsi olmadığına görə rədd ediməsi qərara alınmışdır. “Bolt” taksi şirkətinin iddiaçı X6 göndərdiyi sms bildirişindən görünür ki. X11 Bakı 3 saylı İstintaq Təcridxanasına gedən zaman gediş haqqı olaraq 16.63 (on altı manat altmış üç qəpik) manat ödəniş etmişdir. Cavabdeh 04 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh məhkəməxəttşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(022)-746/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmı-xəttşünaslıq ekspertizası qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16/2-4/1948/2024 saylı məktubundan görünür ki, məhkəmə ekspertizasının aparılmasından aşağıdakı səbəblərə görə imtina edilmişdir: 5 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin əsli, Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə 13 dekabr 2024-cü il tarixdə ekspert vəsatəti verilmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələri təmin edilmiş, 5 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin əslinin təqdim edilməsi barədə vəsatət təmin edilməmişdir. Bu səbəbdən rəy vermək qeyri-mümkün olmuşdur. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş səs yazılarına baxış keçirildiyi zaman cavabdehin ərinin cinayət işi və zərərçəkmişlərə zərərin ödənilməsi ilə bağlı tərəflər arasında söhbətlər aparıldığı müəyyən olunmuşdur. Eləcə də, səs yazılarının birində İddiaçı tərəfindən “mənə heç nə lazım deyil, mən sizin üçün əlimdən gələni edirəm” ifadələrinin işləndiyi aşkar olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəlillərini, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tapşırıq müqaviləsi üzrə tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 05 dekabr 2023-cü il tarixli AR-İİİ seriyalı 215274 nömrəli etibarnaməyə əsəsan Cavabdeh İddiaçı müəyyən işlərin görülməsi səlahiyyətini vermişdir. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sübut qismində məhkəmə təcrübəsinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)-1083/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsini əlavə edərək bildirmişdir ki, irəli sürdüyü “öhdəçiliyin pozulması ilə əlaqədar vurulmuş zərərin ödənilməsinə dair” iddia tələbi qismən təmin edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, adı çəkilən qətnamənin təsviri hissəsində tərəflər arasında razılaşdırılmış şərtə əsasən əldə olunan xərclərlə bağlı 10 faiz mükafat nəzərdə tutulmuşdur. Hazırkı tələb üzrə məhkəməyə təqdim olunan 05 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin surətində əks olunmuş ikinci bənddən görünür ki, tapşırıq alan, tapşırıq verəndən heç bir qazanc və xeyir güdmədən onun tərəfindən notariat qaydada ona verilmiş etibarnamə və bu Müqavilənin şərtləri əsasında fəaliyyət göstərərək tapşırıqı qəbul edir və icra edir. Tərəflər arasında şərtləşdirilmiş şifahi razılaşma ilə əlaqədar məhkəmə bildirir ki, iddia ərizəsində iddiaçı cavabdeh tərəfindən etibarnamə üzrə ona tapşırılmış bütün işləri gördüyünü, lakin cavabdehin tapşırıqla əlaqədar çəkdiyi xərclərin əvəzini ödəməkdən və əlavə muzd ödəməkdən imtina etdiyini qeyd etmişdir. Əlavə muzd tələbinə münasibətdə məhkəmə bildirir ki, nə tərəflər arasında iddiaçı tərəfindən mövcudluğu israr edilən tapşırıq müqaviləsinin surətində, nə də başqa razılaşmada belə bir müqavilə şərtinin mövcudluğu iddiaçı tərəfindən subut edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən əlavə muzd tələbinə dair şərtin və ya razılaşmanın mövcud olmasının sübut edilməsi yükü iddiaçının üzərinə düşür. İddia tələbinin tapşırıqla əlaqədar çəkilən xərclər hissəsinə münasibətdə məhkəmə bildirir ki, cavabdeh tərəfindən iddiaçıya vəkillə müqavilə bağlanması üçün 400 (dörd yüz) manat, arayış almaq üçün 250 (iki yüz) manat, cavabdehin əri ilə görüş təşkil etmək üçün 300 (üç yüz) manat və zərərçəkmiş tərəfə ödənilməsi üçün 1000 (min) manat cəmi 1950 (min doqquz yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmiş və bu məbləğlərin verilməsi mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə elcə də tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla təsdiq olunmuşdur. İddiaçının irəli sürdüyü digər tapşırıq xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələbin əsası kimi istinad olunan hallar, yəni çəkilmiş digər xərclərə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının irəli sürdüyü əlavə xərclərlə bağlı tələb üzrə o, yalnız “Bolt” taksi şirkətinin X6 göndərdiyi sms bildirişə dair qəbz təqdim etmişdir. Həmin qəbzdən görünür ki. X11 Bakı 3 saylı İstintaq Təcridxanasına gedən zaman gediş haqqı olaraq 16.63 (on altı manat altmış üç qəpik) manat ödəniş etmişdir. Lakin məhkəmə hesab edir ki, bu gedişin hansı məqsədlə həyata keçirilməsi və mübahisəli vəziyyətə dair əlaqəsi iddiaçı tərəfindən sübut oluna bilməmişdir. Cavabdeh 04 avqust 2024-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh məhkəməxəttşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 2(022)-746/2024 saylı qərardadından görünür ki, iş üzrə məhkəmıxətşünaslıq ekspertizası qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16/2-4/1948/2024 saylı məktubundan görünür ki, məhkəmə ekspertizasının aparılmasından aşağıdakı səbəblərə görə imtina edilmişdir: 5 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin əsli, Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələrinin təqdim edilməsi barədə 13 dekabr 2024-cü il tarixdə ekspert vəsatəti verilmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh 3-5 sənəddə sərbəst imza nümunələri təmin edilmiş, 5 dekabr 2023-cü il tarixli tapşırıq müqaviləsinin əslinin təqdim edilməsi barədə vəsatət təmin edilməmişdir. Bu səbəbdən rəy vermək qeyri-mümkün olmuşdur. İddiaçının cavabdehlə arasında yazılı qaydada tapşırıq müqaviləsinin bağlanmasını iddia etməsi, cavabdehin isə belə bir müqaviləni imzalamasını, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən tapşırıq müqaviləsinin surətində əks olunan imzanın Cavabdeh tərəfindən ona aid olmamasını bildirməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mövcudluğu iddia edilən müqavilənin əslinin ekspertizaya, eləcə də məhkəməyə təqdim edilməsi öhdəliyi, sübutetmə yükü olan iddiaçının üzərinə düşdüyü halda onun tərəfindən təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hesab edir ki, İddiaçı Cavabdeh qarşı “tapşırıq müqaviləsindən irəli gələn öhdəçiliyin pozulmasına dair pul tələbi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “tapşırıq müqaviləsindən irəli gələn öhdəçiliyin pozulmasına dair pul tələbi” barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-19/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-19/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver