Məhkəmə qərarları › İş №e-2(022)-274/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-274/2024

15.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-274/2024 15.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mizəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil1, cavadeh Cavabdeh1 nümayəndəsi Vəkil2, cavabdeh Biləsuvar rayon Notariat Ofisinin nümayəndəsi X40 iştirakları ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Biləsuvar rayon Notariat Ofisinə qarşı miras qalmış fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən miras paylarının müəyyən edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Biləsuvar rayon Notariat Ofisinə qarşı fərdi yaşayış evi, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən vəsiyyət üzrə və qanun üzrə vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X4 miras qalmış Biləsuvar şəhəri, B.Abbasov küçəsi, ev 47 ünvanında yerləşən 111,6 kvadrat metrdən ibarət fərdi yaşayış evinə və Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 17 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri, B.Abbasov küçəsi 47-də yerləşən **********060- 10301 saylı Çıxarışa əsasən mərhum X6 ümumi birgə mülkiyyətində olan 0,164 ha torpaq sahəsinə onun vərəsələri – Cavabdeh1, İddiaçı hər birinin 1/2 (ikidə bir) hissədə irs alması barədə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsinin cavabdeh Biləsuvar rayon Notariat Ofisinə həvalə edilməsi, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X33 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatlı təyinatlı 1.2148 ha torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payının müəyyən edilməklə onun naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, ünvan 1-də qeydiyyatdadır və həmin evdə ailəsi ilə bərabər yaşamışdır. Onlar ailədə 9 uşaq olmuşlar. O, 2013-ci il tarixə kimi ünvan 1 ünvanında valideynləri ilə birlikdə ata evində yaşamışdır. Daha sonra o, ata evindən çıxaraq Biləsuvar rayon ərazisində yaşamağa başlamış, mütəmadi ata evinə getmək istəsə də, qardaşı Cavabdeh1 onunla yola getməyərək evdən çıxararaq onu evinə buraxmamışdır. Bundan sonra ona çatası bütün payların müəyyən edilməsini istəsə də, sonradan ancaq həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi barədə Biləsuvar rayon məhkəməsinə müraciət etmiş, Biləsuvar rayon məhkəməsində onun iddia ərizəsinə baxılaraq iddiası təmin edilməklə 2(022)-415/2022 saylı 20 iyul 2022-ci il tarixdə qətnamə qəbul edilmişdir. Bundan sonra o, qərara gəlmişdir ki, həmin torpaq sahəsinin üzərində tikilmiş evdən və əkin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi barədə məhkəməyə müraciət etsin. O, ayrılandan sonra Cavabdeh1 onu mülkiyyətlərində olan evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahəsinə qoymur. Onların ünvan 1 ünvanında yerləşən 0,17 həyətyanı torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində 2 mərtəbəli, 4 otaqlı, bir mətbəx, bir hamamdan ibarət yaşayış evi yerləşir. Bu da o deməkdir ki, ata və anasının mülkiyyətində olan ev həm də onun mülkiyyətidir. Eyni zamanda 1.2148 kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahələri vardır. Bu o deməkdir ki, mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həm də onun mülkiyyətidir. Digər tərəfdən ata və anası rəhmətə getmişdir. Qeyd olunan ev isə atası X18 və X16 ilə birgə nikahda olduqları müddətdə tikilmişdir. Bundan başqa o, özü uzun müddət fərdi əməklə məşğul olmuş, qazandığı vəsait evin təmirinə və həyətdə olan digər tikililərin tikintisinə sərf edilmişdir. Bundan başqa o, bərabər yaşadıqları müddətdə əldə olunan mülkiyyətdir. Həmçinin Biləsuvar rayon X27 1997-ci il 34 saylı qərarı birgə mülkiyyətlərinə 0,17 sot həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin sıralamasında onun da adı vardır. Hazırda həmin torpaq sahəsində tikilmiş ev və kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsində onun payı olmasına baxmayaraq qeyd olunan torpaq sahəsindən istifadə edə bilmir. O, yuxarıda qeyd edilənlərlə bağlı Biləsuvar rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Biləsuvar şəhəri, B.Abbasov küçəsi 47-də yerləşən **********60- 10301 çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir mətbəx, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən, **********18 saylı çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı 1.2148 pay torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsi (N.Mirzəyev) ilə iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarış ilə X33, Cavabdeh1, X12, X6 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun 1/5 hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bununla (bu bölgü ilə) razılaşmadığı üçün qeyd edilən məhkəmə qətnaməsindən aidiyyatı üzrə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1288/2023 saylı qətnaməsi ilə iddiaçı olaraq onun apellyasiya şikayəti qismən təmin edilməklə Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş atasına məxsus 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir mətbəx, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdə vərəsə payının müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, Biləsuvar Rayon Məhkəməsinin 2(022)348/2023 saylı, 18 may 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş atasına məxsus 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir mətbəx, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdə vərəsə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bu əsasla da yenidən iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Burada isə xüsusilə nəzərə alınmalı hal ondan ibarətdir ki, iddiaçı və cavabdehin valideynlərinin, hər ikisi rəhmətə getməmişdən əvvəl xüsusi mülkiyyətlərində daşınmaz əmlak olduğundan vərəsələr, yəni iddiaçı ilə yanaşı həm də cavabdehlə bərabər digər vərəsələr də (onların övladları) mirasın açıldığı yer üzrə Biləsuvar rayon Notariat Ofisinə müraciət edərək miras qalmış əmlaklarla bağlı münasibətlərini bildirmiş, bacı və qardaşlar (vərəsələr) öz miras paylarından iddiaçı olaraq onun xeyrinə imtina etmiş, Cavabdeh1 isə bu cür pay bölgüsünə narazı olduğundan Notariat Ofisi imtina verərək məsələnin araşdırılması üçün məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Beləliklə, miras qalmış əmlakları aşağıdakı kimidir: X8 tam mülkiyyət hüququ əsasında məxsus olan Biləsuvar şəhəri, B.Abbasov küçəsi, ev 47 ünvanında yerləşən 111,6 kvadrat metrdən ibarət fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı ev, həyətyanı torpaq sahəsi, X33 mülkiyyətində olan Biləsuvar şəhərində kənd təsərrüfatlı təyinatlı 1.2148 ha torpaq sahəsinin 1/5 hissəsi. Ümumi birgə mülkiyyətdə olan əmlaklar:Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 çıxarışa əsasən 0,164 ha torpaq sahəsi, Biləsuvar şəhərində kənd təsərrüfatlı təyinatlı 1.2148 ha torpaq sahəsi. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, Notariat Ofisi tərəfindən imtina verilmiş və miras kütləsinə daxil olan əmlaklar iddiaçının ata və anasının mülkiyyətlərində olan əmlaklardan ibarət olmaqla, naturada ümumi birgə mülkiyyətdən ayrılmaqla payları müəyyən edilməli hissələr isə vərəsələrə verilmiş paylardır. Eyni samanda, məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, tərəfindən aidiyyatı üzrə Notariat Ofisindən rəsmi qaydada təsdiq edilmiş və hazırkı iş materiallarına əlavə edilmiş notariat qovluğunda 06 yanvar 2021-ci il tarixdə 2V-04 reyestrlə təsdiq edilmiş vəsiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, mərhum X18 ona məxsus olan bütün əmlakları, o cümlədən Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 17 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evi, həyətyanı torpaq sahəsini Cavabdeh1 vəsiyyət etmişdir. Belə olan halda isə hesab edir ki, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçının digər vərəsələrlə yanaşı həmin mirasdan məcburi payı vardır. Ona görə də digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X4 miras qalmış Biləsuvar şəhəri B.Abbasov küçəsi ev 47 ünvanında yerləşən 111,6 kvadrat metrdən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evinə, həyətyanı torpaq sahəsinə və Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********060-10301 saylı çıxarışa əsasən mərhum X6 və mərhum X33 ümumi birgə mülkiyyətində olan 0,164 ha torpaq sahəsinə vərəsələri– Cavabdeh1 və İddiaçı hər birinin ½ (ikidə bir) hissədə irs alması barədə paylarının müəyyən edilməsi, digər vərəsələrin razılığını nəzərə alaraq mərhum X33 adına verilmiş reyestr nömrəsi **********16 olan payının və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatlı təyinatlı 1.2148 ha torpaq sahəsindən İddiaçı ½ (ikidə bir) hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ünvan 3 ünvanında yerləşən 111.60 kvadratmetrlik fərdi yaşayış evində payının məyyən edilməsi hissəsində iddianın rədd edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilərək ünvan 4 ünvanında yerləşən 111.60 kvadratmetrlik fərdi yaşayış evində X19 payını çıxmaqla, həmin evdə vəsiyyət üzrə onun payının müəyyən edilməsi, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində atasına münasibətdə vəsiyyət üzrə, anasına münasibətdə isə qanun üzrə vərsəlik payının müəyyən etməklə həmin hissədə də ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 iddiaçı ilə eyni məzmunda ifadə verərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 atası X18 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası ölənə qədər analığı X34 ilə nikahda olmuşdur. Bundan əvvəl isə atası onun X16 ilə nikahda olmuşdur. Onların birgə nikahlarından xx.xx.1961-ci ildə X29, xx.xx.1963-cü ildə X20, xx.xx.1965-ci ildə X21, xx.xx.1967-ci ildə X35, xx.xx.1969-cu ildə X13, xx.xx.1973-cü ildə Cavabdeh1, xx.xx.1976-cı ildə X22 və xx.xx.1978-ci ildə İddiaçı anadan olmuşdur. Biləsuvar rayon məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsinə əsasən atası ilə anası arasında nikah pozulmuşdur. Atası 1992-ci ildə X34 ilə el adətinə uyğun olaraq ailə qurmuş, 14 oktyabr 1993-cü il tarixdə isə X36 adlı uşaqları anadan olmuşdur. X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Anası xx.xx.1991-ci ildən ölən günə kimi atası ilə heç bir münasibət saxlamamış və aralarında heç bir əlaqə olmamışdır. Atası 06 yanvar 2021-ci il tarixdə ölən günədək ona məxsus olan bütün əmlakları, o cümlədən ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı evini, həyətyanı torpaq sahəsi ilə birlikdə Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat sənədinə əsasən ünvan 5 ünvanında (keçmiş V .Abbasov küçəsi ev 17) yerləşən 111.60 kvadratmetrlik fərdi yaşayış evi xüsusi mülkiyyət kimi tam mülkiyyət hüququ ilə atası X8 məxsusdur. 0,164 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyətdədir. Həmin yaşayış evi atası ilə onun tərəfindən 2009-cu ildə inşa edilmişdir. Sonradan onun tərəfindən evdə təmir və yenidənqurma işləri aparılmışdır. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atası vəfat edəndən sonra vərəsəlik şəhadətnaməsinin alınmasından ötrü Biləsuvar rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin vərəsələr arasında narazılıq olduğundan notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və bu barədə 171 nömrəli, 20 fevral 2023-cü il tarixli məktub vermişdir. Qanunun tələbi baxımından atası vəfat etdiyindən tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olan yaşayış evinin ½ hissəsi arvadı X23, atası onun xeyrinə vəsiyyətnamə qoyduğundan yaşayış evinin ikinci ½ hissəsi vəsiyyət üzrə ona çatan miras əmlakdır. Bundan başqa, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 1997ci il 24 dekabr tarixli 34 nömrəli qərarı ilə ailələrinin, yəni mərhum atası Məmmədov Fərhad oğlunun, mərhum X16nın, cavabdeh İddiaçı, X7, onun və X12 ümumi birgə mülkiyyətnə 1.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni hər birinin birgə mülkiyyətdə olan torpaq sahəsində 0.243 hektar torpaq sahəsi vardır. Mərhum atası onun xeyrinə vəsiyyatnamə qoyduğundan onun torpaq payı ona, anası da vəfat etdiyindən onun torpaq payı onun və digər 7 yeddi bacı-qardaşı arasında qanun üzrə vərəsəlik qaydasında bərabər bölünməli və hər birinin özünə aid olan torpaq sahəsində payları müəyyən edilməlidir. İddiaçı iddia ərizəsini qanunun tələblərinə müvafiq olaraq əsaslandırmamış, atasının başqa bir qadınla nikahda olmasını, mərhum atasının onun xeyrinə vəsiyyətnamə qoymasını məhkəməyə bildirsə də, yaşayış evinin onların birgəyaşayış dövründə, yəni 2009-cü ildə tikmələrini bildirmək istəməyərək, qanunsuz olaraq əsassız qaydada miras əmlakdan pay əldə etmək istəmişdir. Bildirmək istəyir ki, Nəzakət 2012-ci il tarixdən evindən çıxmış, müxtəlif ünvanlarda yaşamışdır. Hazırda da harada yaşamasından məlumatı yoxdur. Evdə əsaslı təmir və yenidən qurma işləri onun tərəfindən aparılmışdır. Həmin evdə o, yaşadığından və atası evi əvvəlcə qeyri-rəsmi və sonradan rəsmi qaydada vəsiyyət etdiyindən evdə bütün təmir və yenidən qurma işlərini öz şəxsi vəsaiti hesabına həyata keçirmişdir. Ev əvvəlcə İki otaqdan ibarət olmuş, sonradan təmir zamanı bir otaq da tikərək evi 3 otaqlı etmişdir. Həmin işlərə o, xərc çəkmişdir. Ustanın və fəhlələrin pullarını o, vermişdir. Lazımı tikinti materiallarını o almışdır. Evə mətbəx və sanitar qovşaq əlavə etmişdir. Evin ban hissəsini dəyişərək yenidən tikmişdir. Əgər lazım gələrsə məhkəməyə dəvət edəcəyi şahidlər həmin faktları təsdiq edə bilərlər. Nəzakət heç bir vaxt ev tikilərkən, evdə təmir işləri gedərkən və əsaslı yenidən qurma tikinti işləri aparılarkən iştirak etməmiş və heç bir vəsait qoymamışdır. Yuxarıda qeyd etdiyi qanun normalarına uyğun olaraq və göstərdiyi qaydada atasından miras qalmış yaşayış evində onun arvadı X24m payı ümumi evin yarısı, həmin evlə bağlı atası vəsiyyətnamə qoyduğundan evin ikinci yarısı miras əmlak kimi ona aiddir. Bundan əvvəl, Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən birgə mülkiyyətlərində olan 0,17 ha. torpaq sahəsində İddiaçı 1/10 hissədə payı müəyyən edilmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-348/2023 sayl qətnaməsinə əsasən birgə mülkiyyətlərində olan 1,2148 ha. torpaq sahəsində İddiaçı 1/5 hissədə payı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1288/2023 saylı qərardadına əsasən iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(022)-348/2023 sayl qətnaməsi mübahisələndirilən hissədə, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-19301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,17 sot həyətyanı torpaq sahəsində inşa edlİmiş atasına məxsus 111,6 kv.m. olan yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililrədə vərəsə payının müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023- i il tarixli, 2(022)-348/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan. 0,17 sot həyətyanı torpaq sahəsində inşa edilmiş atasına məxsus 111,6 kv.m. olan fərdi yaşayiş evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililrədə vərəsə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.Qeyd edilmiş məhkəmə qətnamələrindən məlum olur ki, İddiaçı 0,17 ha. həyətyanı torpaq sahəsində payı 1/10 hissə, 1,2148 ha. pay torpaq sahəsində isə 1/5 hissə payı müəyyən edilmişdir. Bundan başqa, atası X18 05 yanvar 2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnamə qoyaraq sərəncam vermişdir ki, “ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Biəsuvar şəhəri B.Abbasov küçəsi ev 17 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı evini həyətyanı ərpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 vəsiyyət edir.” Yuxanda qeyd edilmiş hər üç məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq İddiaçı iddia ərizəsində X4 miras qalmış Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 47 ünvanında yerləşən 111,6 kvadrat metrdən ibarət fərdi yaşayış evinə və ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli, 3 otqalı evinə, həyətyanı torpaq sahəsinə onun özünün, yəni İddiaçı hər birinin ½ hissədə irs alması barədə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsini cavabdeh Biləsuvar rayon Notariat ofisinə həvalə edilməsi və digər vərəsələrin razılığı nəzərə alınaraq mərhum X33 adına verilmiş reyestr nömrəsi **********16 olan və Biləsuvar şəhəri ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 1.2148 ha. torpaq sahəsindən onun-İddiaçı ½ hissədə payının müəyyən edilməklə onun naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Atalarından miras qalmış bir yaşayış evi vardır. ünvan 6 ünvan, ünvan 7ayış evi olmamışdır. İddiaçı ona məlum olmayan səbəbdən atasının adına iki yaşayış evinin qeydə alınmasını göstərərək hər iki evdən qanun üzrə vərəsəlik payının müəyyən edilməsini xahiş edir.Yuxarıda göstərdiyi məhkəmə qərarları ilə İddiaçı həyətyanı torpaq sahəsində payı 1/10 hissə, pay torpaq sahəsində isə payı 1/5 hissə müəyyən edilmişdir. Beləliklə, qeyd edilmiş məhkəmə qətnamələri ilə İddiaçı hazırkı iddiası arasında ziddiyyət vardır.Lakin mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, məhkəmə qətnamələri ilə hər iki torpaq sahəsində İddiaçı payının müəyyən edilməsini daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyätdan keçirilməmişdir. Belə olan halda İddiaçı həmin payların naturada ayrılması barədə iddia qaldırmağa səlahiyyətli deyildir.Bundan başqa, yuxanda qeyd etdiyi kimi mərhum atası X1 Zərxanım Zalı qızı ilə 14 oktyabr 1993-cü il tarixdən nikahda olduğundan və həmin ev onların tərəfindən 2009-cu ildə inşa edildiyindən və mərhum atası xx.xx.2021-ci il tarixdə yaşayış evinə tam mülkiyyət hüququ əldə etdiyindən həmin ev atası ilə analığının birgə mülkiyyəti hesab olunur.Buna görə də həmin evin yarısı atasına və atasının arvadı Zərxanım Əliyevaya aiddir. Atası da yaşayış evinin özünə düşən hissəsini ona vəsiyyət etmişdir. Yaşayış evinin atasına düşən hissəsinə görə vəsiyyət üzrə tam onun payı müəyyən edilməlidir. Lakin hazırkı vaxta qədər vəsiyyət olunan daşınmaz əmlaklarla bağlı ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Notarius həmin şəhadətnaməni verməkdən imtina etmişdir. Eyni zamanda həm hətəyanı topraq sanəsində, həm də pay torpaq sahəsində atasına münasibətdə vəsiyyət üzrə, anasına münasibətdə isə qanun üzrə vərəsə payı müəyyən edilməlidir. Atası ilə anasının 8 övladı olmuşdur. Onlar xx.xx.1961-ci ildə anadan olmuş X29, xx.xx.1963-cü ildə anadan olmuş X20, xx.xx.1965-ci ildə anadan olmuş X21, xx.xx.1967-ci ildə anadan anadan olmuş X35, xx.xx.1969-cu ildə anadan olmuş X13, xx.xx.1973-cü ildə anadan olmuş Cavabdeh1, xx.xx.1976-cı ildə anadan olmuş X22 və xx.xx.1978-ci ildə anadan olmuş İddiaçıdır. İddiaçı ünvan 8 ünvanında yerləşən 111.60 kvadratmetrlik fərdi yaşayış evində payının məyyən edilməsi hissəsində iddianın rədd edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilərək ünvan 8 ünvanında yerləşən 111.60 kvadratmetrlik fərdi yaşayış evində X14 payını çıxmaqla, həmin evdə vəsiyyət üzrə Cavabdeh1 payının müəyyən edilməsi, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində atasına münasibətdə vəsiyyət üzrə, anasına münasibətdə isə qanun üzrə vərsəlik payını müəyyən etməklə həmin hissədə də ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Biləsuvar rayon Notariat Ofisinin nümayəndəsi X54 izahatında göstərmişdir ki, vərəsələlik işinin aparılması zamanı həm İddiaçı, həm də Cavabdeh1 ərizə ilə notariat ofisinə müraciət edərək, mərhum valideynlərindən miras qalan ünvan 9 ünvanında yerləşən miras evin və həyətyani torpaq sahəsinin bölüşdürülməsi ilə bağlı aralarında ixtilaflar mövcud olduğundan həmin mirasın bölüşdürülməsini məhkəmə qaydasında aparmaq istədiklərini və bu səbəbdən vərəsəlik işinin aparılmasından imtina rəyi və bu barədə müvafiq qaydada məktub verilməsini xahiş etmişlər. Belə vəziyyətdə vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmamış və vərəsələrə aralarında ixtilaf olması səbəbindən məhkəməyə müraciət etmələri tövsiyyə edilməklə müvafiq qaydada məktublar verilmişdir. Digər tərəfdən iddiaçılar əslində artıq yuxarıda göstərilən məsələni mübahisələndirməklə məhkəmə müstəvisinə keçirmiş və məhkəmə qətnamələri alınmasına nail olmuşlar. Ona görə də ilkin iddia və qarşılıqlı iddia tələbinə münasibətdə qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X29, X20, X35, X13, X22, X34 və X25 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrini işin faktiki hallarına uyğun araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Qeydiyyat Şöbəsinin 16 fevral 2023cü il tarixli arayışından görünür ki, X18 ilə X33 nikahı haqqında 22 dekabr 1966-cı il tarixdə 82 №li akt qeydi tərtib edilmişdir. Nikah Biləsuvar rayon məhkəməsinin xx.xx.1991-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarına əlavə edilmiş X28 Şəhadətnamədən görünür ki, X18 ilə X34 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmış və Masallı rayon İHB-nın Tüklə Ərazi Nümayəndəliyində №18 ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada verilmiş 06 yanvar 2021-ci il tarixli vəsiyyətnamədən görünütr ki, X18 ona məxsus olan bütün əmlakını, o cümlədən Biləsuvar şəhəri, B.Abbasov küçəsi ev 17 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı evini həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan AZ-İİ № 232926 saylı X17 surətindən görünür ki, X18 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ İİ № 141268 saylı X17 surətindən görünür ki, X48 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 2529 saylı arayışından görünür ki, X18 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhum ölənədək ünvan 2-də daimi qeydiyyatda olmaqla yaşamışdır. Mərhum vəfat etdikdən sonra aşağıda adları göstərilən vərəsələri qalmış və miras əmlakı faktiki olaraq qəbul etmişlər: X29, X30, X9, X35, X13, Cavabdeh1, X31, İddiaçı, X34, X36. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən 111.6 kvm sahədən ibarət yaşayış evi X6 adına tam və həmin evin yerləşdiyi 0.164 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********60-10301 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli) isə X18, Cavabdeh1, X35, X22, X29, X32, X37, X41, X48 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı torpaqlarından 1.2148 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********16 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il tarixli) X48, Cavabdeh1, X35, X18 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilməklə daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmdır. İş materiallarında olan X3 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 vəfatından sonra ondan qalan miras əmlakın ona düşən hissəsini bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmir. İş materiallarında olan X12 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 vəfatından sonra ondan qalan miras əmlakın ona düşən hissəsini bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmir. İş materiallarında olan X5 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 vəfatından sonra ondan qalan miras əmlakın ona düşən hissəsindən qardaşı Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarında olan X5 xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16nın vəfatından sonra ondan qalan miras əmlakın ona düşən pay hissəsindən imtina edir və həmin miras əmlakın bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmir. İş materiallarında olan X12 xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16nın vəfatından sonra ondan qalan miras əmlakın ona düşən pay hissəsindən imtina edir və həmin miras əmlakın bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmir. İş materiallarında olan X7 xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16nın vəfatından sonra ondan qalan miras əmlakın ona düşən pay hissəsindən imtina edir və həmin miras əmlakın bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmir. İş materiallarında olan X7 xx.xx.2023-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 vəfatından sonra ondan qalan miras əmlakın ona düşən hissəsindən imtina edir və həmin miras əmlakın bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmir. İş materiallarında olan X10 xx.xx.2023-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 vəfatından sonra ondan qalan miras əmlakın ona düşən hissəsindən imtina edir və həmin miras əmlakın bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmir. İş materiallarında olan X10 və X3 xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onlar xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16nın vəfatından sonra ondan qalan miras əmlakın ona düşən pay hissəsindən imtina edir və həmin miras əmlakın bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmirlər. İş materiallarında olan X11 xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X16nın vəfatından sonra ondan qalan miras əmlakın ona düşən pay hissəsindən imtina edir və həmin miras əmlakın bacısı İddiaçı adına rəsmləşdirilməsinə etiraz etmir. İş materiallarında olan X11 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 vəfatından sonra ondan qalan miras əmlakın ona düşən hissəsindən qardaşı Cavabdeh1 xeyrinə imtina edir. İş materiallarında olan X15 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X6 vəfatından sonra ondan qalan miras əmlakın ona düşən hissəsindən qardaşı Cavabdeh1 xeyrinə imtina edir. İş materiallarında olan sənəddən görünür ki, X18 xx.xx.2022-ci il tarixində, onun arvadı X48 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və onlardan ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, X18 ölümündən əvvəl notariat qaydada təsdiq edilmiş 06 yanvar 2021-ci il tarixili vəsiyyətnaməyə əsasən ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı evini həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. İşin müəyyən edilmiş hallarından görünür ki, ilkin iddiaçı və qarşılıqlı iddiaçı hər ikisi miras əmlakda paylarının müəyyən edilməsini tələb etmişdir. İlkin İddiaçı vəsiyyətnamə nəzərə alınmadan digər vərəsələrlə bərabər pay hüquqlu vərəsə olmasını və eyni zamanda digər birinci növbənin vərəsələri olan qardaş və bacılarının miras payından onun xeyrinə imtina etmələrini əsas gətirməklə miras əmlakda ½ hissədə payının müəyyən edilməsini, qarşılıqlı iddiaçı Cavabdeh1 isə vəsiyyət üzrə vərəsə olmasını əsas gətirməklə miras əmlakda vəsiyyət üzrə payının müəyyən edilməsi, eyni zamanda X16na münasibətdə qanun üzrə vərəsəlik payının müəyyən edilməsini xahiş etmişdir. İlkin iddiaçı və qarşılıqlı iddiaçı ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evini, həmin evin yerləşdiyi 0,164 ha torpaq sahəsini və Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı 1.2148 ha torpaq sahəsini miras əmlak olaraq göstərmiş və həmin miras əmlakda paylarının müəyyən edilməli olduqlarını göstərmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İşin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X18 06 yanvar 2021-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı evini həyətyanı torpaq sahəsi ilə birlikdə oğlu Cavabdeh1 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İlkin iddia ərizəsindən görünür ki, ilkin İddiaçı birinci növbənin vərəsələri olan qardaş və bacılarının bir qisminin miras payından onun xeyrinə imtina etməsini əsas gətirmiş, ona görə də onların həmin imtina ərizələrinin nəzərə alnmaqla onun miras payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məhkəmə qeyd edir ki, miras qoyan X18 vəsiyyətnamə ilə bütün əmlakını vərəsələr sırasından Cavabdeh1 vəsiyyət etdiyi üçün onun həmin miras əmlakına münasibətdə İddiaçı məcburi pay hüququna malik vərəsə hesab olunur. Lakin digər vərəsələr də (Cavabdeh1 istisna olmaqla) vəsiyyətnaməyə əsasən X6 miras əmlakına münasibətdə məcburi pay hüququna malik olduqlarına görə onların məcburi paydan imtinası İddiaçı məcburi payının artmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Qarşılıqlı iddia ərizəsindən görünür ki, Cavabdeh1 miras əmlak hesab olunan ünvan 2 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı yaşayış evinin atası X18 ilə X34 ilə xx.xx.1993-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra birgə nikah dövründə tikildiyini, ona görə də İddiaçı anasına münasibətdə həmin miras əmlakda qanun üzrə vərəsəlik payının olmadığını göstərmişdir. İş materallarına əlavə edilmiş Arxivdə saxlanılan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu ildə tikilmişdir. Həmin vaxt isə X1 Vəsi Cəfər qızı ilə rəsmi nikahda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən 111.6 kvm sahədən ibarət yaşayış evi X6 adına tam və həmin evin yerləşdiyi 0.164 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********60-10301 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il tarixli) isə X18, Cavabdeh1, X35, X22, X29, X32, X37, X41, X48 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına münasibətdə belə hesab edir ki, ünvan 10 ünvanında yerləşən 111.6 kvm sahədən ibarət yaşayış evi X18 ilə X33 birgə nikah dövündə tikildiyi üçün hər iki miras qoyanların ölümü ilə miras açılmışdır. X18 miras əmlakını vəsiyyətnamə qoymaqla vəsiyyət etsə də, X33 miras əmlaka, yəni ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə, həmin evin yerləşdiyi 0,164 ha torpaq sahəsinə və Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı 1.2148 ha torpaq sahəsinə münasibətdə vərəsələrinin, o cümlədən Cavabdeh1 və İddiaçı qanun üzrə vərəsəlik hüquqları vardır. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(022)-415/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı ümumi mülkiyyətdən payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, 1029F KOD 80800001 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixi 34 saylı qərarı ilə X18, Cavabdeh1, X35, X22, X29, X32, X37, X41, X33 ümumi birgə mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsindən İddiaçı 1/10 hissədə payı müəyyən edilmişqdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 2(022)-348/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı ümumi mülkiyyətdə olan evin, kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə X48, Cavabdeh1, X35, X18 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasınada ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Qeyd olunan maddi hüquq normasının tələbini və prosessual qənaət prinsipi nəzərə alınmaqla məhkəmə belə hesab edir ki, 1029F KOD 80800001 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixi 34 saylı qərarı ilə birgə mülkiyyətdə olan 0,17 ha torpaq sahəsində mərhum X33 1/10 hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə X48, Cavabdeh1, X35, X18 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində X33 1/5 hissədə payı vardır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarının dinləyərək və işin müəyyən edilmiş hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməli, X8 məxsus ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə 41/80 hissədə Cavabdeh1, həmin fərdi yaşayış evinə İddiaçı 11/80 hissədə, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin 0.164 ha torpaq sahəsinə 73/400 hissədə Cavabdeh1, həmin yaşayış evinin 0.164 ha torpaq sahəsinə 47/400 hissədə İddiaçı, Biləsuvar şəhəri 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 73/200 hissədə Cavabdeh1, həmin 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı 47/200 hissədə mirasda payları müəyyən edilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlkin iddia və qarşılıqlı iddia qismən təmin edilsin. X8 məxsus ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə 41/80 (səksəndə qırx bir) hissədə Cavabdeh1, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı 11/80 (səksəndə on bir) hissədə, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin 0.164 ha torpaq sahəsinə Cavabdeh1 73/400 (dörd yüzdə yetmiş üç) hissədə, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin 0.164 ha torpaq sahəsinə İddiaçı 47/400 (dörd yüzdə qırx yeddi) hissədə, Biləsuvar şəhəri 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 73/200 (iki yüzdə yetmiş üç) hissədə, Biləsuvar şəhəri 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı 47/200 (iki yüzdə qırx yeddi) hissədə mirasda payları müəyyən edilsin. İlkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X59

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar