Məhkəmə qərarları › İş №e-2(022)-427/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-427/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-427/2024 30.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın əvəzi qismində 20.563 manat 93 qəpik və dövlət rüsumun ödəniməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 152 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair işə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 fevral 2024-cü il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti Cavabdeh qarşı vurulmuş ziyanın əvəzi qismində 20.563 manat 93 qəpik və dövlət rüsumun ödəniməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 152 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. 17 aprel 2024-cü il tarixdə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında məhkəmədən kənar qaydada aralarında razılıq əldə edilmiş və buna görə də iddiaçı iddiadan imtina edir. Sonda, iddiaçının nümayəndəsi E.İ.Cəfərov mülki işə onun iştirakı olamdan baxılmasını və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi E.İ.Cəfərov iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verməlidir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçının nümayəndəsinə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı qapalı səhmdar cəmiyyətinin nümayəndısinin iddiadan imtinası qəbul edilsin. İddiaçı qapalı səhmdar cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın əvəzi qismində 20.563 manat 93 qəpik və dövlət rüsumun ödəniməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 152 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçının nümayəndəsinə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar