Məhkəmə qərarları › İş №e-2(022)-638/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-638/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-638/2024 27.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 44 (qırx dörd) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, 17 (on yeddi) manat 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla cəmi 61 (altımış bir) manat 50 (əlli) qəpik əsas kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti Biləsuvar filialına işəgötürən X1 və işçi Cavabdeh xx.xx.2019-cu il tarixdə 03 saylı Ərizə ilə müraciət edərək ABB ASC-dən əmək haqqı kartı sifariş edilmişdir. Bununla bağlı ”fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndərimə Anketi” ilə tərəflərindən məlumatlar Banka təqdim olunmuşdur. Onlara təqdim edilmiş plastik kart hesabı üzrə xx.xx.2022-ci il tarixdə 44.27 manat mənfi (overdraft) yaranmışdır. Hesabında ona aid olmayan vəsaitdən istifadə etməklə qeyd olunan həcmdə Banka maddi zərər vurulmuşdur. Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 08 saylı maliyyə arayışına əsasən Cavabdeh Banka 44.27 manat əsas borc, 17.23 manat faiz borcu olmaqla cəmi 61.50 manat borcu mövcuddur. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 08 saylı əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinə 44 (qırx dörd) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, 17 (on yeddi) manat 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla cəmi borcu 61 (altımış bir) manat 50 (əlli) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinə 44 (qırx dörd) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, 17 (on yeddi) manat 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla cəmi 61 (altımış bir) manat 50 (əlli) qəpik məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 44 (qırx dörd) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, 17 (on yeddi) manat 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla cəmi 61 (altımış bir) manat 50 (əlli) qəpik məbləğdə pul vəsaiti «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx) qəpik məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 44 (qırx dörd) manat 27 (iyirmi yeddi) qəpik əsas borc, 17 (on yeddi) manat 23 (iyirmi üç) qəpik faiz borcu olmaqla, cəmi 61 (altımış bir) manat 50 (əlli) qəpik kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar