Məhkəmə qərarları › İş №e-2(022)-7/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-7/2025

03.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-7/2025 03.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X5 qarşı torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin sökülməsi və həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması, yaradılan maneələrin aradan qaldırılması və torpaq sahəsinin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışıdır ki, Bilasuvar rayonu Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə mərhum atası X8 0.14 hektar həyətyanı torpaq sahəsi, JN 282A, KOD: 80802018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə ailə üzvləri ilə birlikdə onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi ayrıldıqdan sonra həmin torpaq sahəsi uzun illərdir ki, onların istifadəsində olmuş, lakin onlar Bakı şəhərində yaşamışlar. 12 oktyabr 2023-cü il tarixdə, ********** qeydiyyat nömrəli ərizələr ilə JN 282A, kod 80802018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmişlər. Həmin vaxt JN 282A kod 80802018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.14 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. İmtina məktubunda göstərilmişdir ki, «kadastr ekspertizası zamanı məlum oldu ki, faktiki müayinə olunmuş torpaq sahəsinin konfiqurasiyası ilə sənəd üzrə torpaq sahəsi eynilik təşkil etmir. Torpaq sahəsi naturada faktiki olaraq 0.084 ha təşkil edir. Həmin vaxt onlara məlum olmuşdur ki, qonşu torpaq sahəsində yaşayan qonşusu Cavabdeh onların Bakı şəhərində yaşamasından istifadə edərək JN 282A kod 80802018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş 0.14 ha torpaq sahəsinin 0.056 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, həmin sahədə bir neçə qanunsuz tikili tikmişdir. Göstərilən səbəbdən onun mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Hətta cavabdeh və onun ailə üzvləri onları həmin torpaq sahəsinə buraxmadan onları hədələməklə həmin ərazidən qovmuşlar. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri səbəbindən onların qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, mülkiyyətlərinə verilmiş 0.14 ha torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və həmin torpaq sahəsinin 0.056 ha hissəsində isə qanunsuz tikililər inşa olunmuşdur. Baxmayaraq ki, 0.14 ha həyətyanı torpaq sahəsi JN 282A kod 80802018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onların ailə üzvlərinə məxsusdur. Cavabdeh hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. Ona görə də onların pozulmuş hüquqları bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-282 A Kod 8080218) əsasən iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsində cavabdehlər Cavabdeh və X5 məxsus tikililərin sökülməsi və həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında izahatında iddia tələbini qismən qəbul etdiyini, iddia olunan torpaq sahəsinin üzərində tikilmiş bir ədəd köməkçi tikilinin onun tərəfindən sökülməsinə heç bir etirazının olmadığını göstərmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndələrini və cavabdeh X6 dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 282A kod 80802018 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Ağalıkənd kənd sakini X12 və ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997ci il tarixli 35 saylı qərarı ilə 0,14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şıxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********20-10301, qeydiyyat nömrəsi **********) xx.xx.2019-cu il tarixli Cıxarışdan görünür ki, X3 Biləsuvar rayonu Ağalıkənd kəndində 0.17 ha torpaq sahəsində fərdi yaşayış evi vardır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli 3-28-3-44/2-5567/2023 saylı imtina məktubundan görünür ki. İddiaçı mərhum X7 miras qalmış Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən 0,14 ha torpaq sahəsinin vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsinə dair müraciətinə baxılmış və cavab olaraq «kadastr ekspertizası zamanı məlum olmuşdur ki, faktiki müayinə olunmuş torpaq sahəsinin konfiqurasiyası ilə sənəd üzrə torpaq sahəsinin eynilik təşkil etmədiyi, torpaq sahəsinin naturada faktiki olaraq 0.084 ha təşkil etdiyi» göstərilmişdir. İş materiallarında olan AZ-İ № 955026 saylı X11 surətindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 079471 saylı X11 surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Biləsuvar rayon Ağalıkənd bələdiyyəsinun xx.xx.2019-cu il tarixli 54 saylı ayarışından görünür ki, İddiaçı mərhum atası X13 öldüyü günədək, yəni xx.xx.2018-ci ilədək onun xidmətində olmuş və dəfn mərasimini özü keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 17 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir: 1.Bilsuvar rayonu Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçının mərhum atası X8 Biləsuvar rayonu Ağalıkənd kəndində verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi kimi İddia olunan ərazinin naturada hüdudları müəyən edildi. 2.**********20-10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X3 Biləsuvar rayonu Ağahkənd kəndində xüsusi mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin naturada hüdudları müəyyən edildi. 3.Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçının mərhum atası X8 verilmiş 0,14 hektar həyətyanı torpaq sahəsi kimi iddia olunan torpaq sahəsi İlə **********20-10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X4 Biləsuvar rayonu Ağahkənd kəndində xüsusi mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 0.0452 ha hissəsi üst-üstə düşür. Rəyə əlavə olunmuş yerquruluşu planında üst-üstə düşən hissənin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları göstərilmişdir. 4.**********20-10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X3 mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 0.0452 ha üst-üstə düşən hissəsində bir köməkçi tikili olmaqla, üst-üstə düşməyən 0.01 ha hissədə isə bir köməkçi tikili olmaqla cavabdehlər istifadə edir. İş materiallarında olan Azırbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli 10/8725 saylı ekspert rəyindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçının mərhum atası X8 Biləsuvar rayonu Ağalıkənd kəndində verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi kimi iddia olunan ərazinin naturada hüdudları müəyən edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-5839/2024 saylı mütəxəssis rəyinə əsasən, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X3 Biləsuvar rayonu Ağalıkənd kəndində xüsusi mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin naturada hüdudları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-5839/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçının mərhum atası X8 verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi kimi iddia olunan torpaq sahəsi ilə **********20-10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X3 Biləsuvar rayonu Ağahkənd kəndində xüsusi mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 0.0452 ha hissəsinin üst-üstə düşdüyü, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 7.10.2024-cü il tarixli, 3-21-3-44/2-5839/2024 saylı mütəxəssis rəyinə əsasən, **********0- 10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X3 mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 0.0452 ha üst-üstə düşən hissəsində bir köməkçi tikili olmaqla, üst-üstə düşməyən 0.01 ha hissədə bir köməkçi tikili olmaqla cavabdehlərin istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur». İş materialları və ekspertiza rəyi ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh və X2 iddiaçının mərhum atası X8 Biləsuvar rayonu Ağalıkənd kəndində verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsinin mərhum X3 mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 0.0452 ha üst-üstə düşən hissəsində bir köməkçi tikili olmaqla, üst-üstə düşməyən 0.01 ha hissəsində isə bir köməkçi tikili olmaqla cavabdehlər tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarında olan ekspert rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçının mərhum atası X8 verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi kimi iddia olunan torpaq sahəsi ilə **********20-10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X3 Biləsuvar rayonu Ağahkənd kəndində xüsusi mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 0.0452 ha hissəsi üst-üstə düşür. Məhkəmə belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçının mərhum atası X8 verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsi kimi iddia olunan torpaq sahəsi ilə **********20-10301 reyestr nömrəli çıxarışa əsasən mərhum X3 Biləsuvar rayonu Ağahkənd kəndində xüsusi mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin 0.0452 ha hissədə üst-üstə düşməsi həmin torpaq sahələrinə dair sənədlərin mübahisələndirilməsi əsası kimi qəbul edilsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayılır. Lakin iş materiallarında olan ekspertiza rəyindən görünür ki, iddiaçının mərhum atası X8 Biləsuvar rayonu Ağalıkənd kəndində verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsinin mərhum X3 mülkiyyətinə verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşməyən 0.01 ha hissəsində bir köməkçi tikili olmaqla cavabdehlər Cavabdeh və X9 tərəfindən istifadə olunur. Bu da iddiaçının tələbinin həmin hissədə əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin müyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, iş materiallarında olan torpaq sahəsinin yerquruluşu planında göstərilən İddiaçı və ailə üzvlərinin Biləsuvar rayonu Ağalıkənd kəndində ümumi birgə mülkiyyətlərinə verilmiş 0.14 hektar həyətyanı torpaq sahəsinin 0,01 ha hissəsində Cavabdeh və X5 məxsus bir köməkçi tikili sökülməklə cavabdehlər Cavabdeh və X9 həmin 0,01 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair Şəhdətnaməyə (JN-282A Kod ********) əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin 0,01 ha hissəsində Cavabdeh və X5 məxsus bir köməkçi tikili sökülməklə cavabdehlər Cavabdeh və X9 həmin 0,01 ha torpaq sahəsindən çıxarılsınlar. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar