Məhkəmə qərarları › İş №e-2(022)-729/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-729/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-729/2024 20.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 01 mart 2021-ci il tarixli, 000016 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 16 may 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 01 mart 2021-ci il tarixli, 000016 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə tələbin əsaslandığını təsdiq edən sənəd əlavə edilməlidir. Lakin məhkəmə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş 01 mart 2021-ci il tarixli, 000016 saylı nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən hal-hazıradək hər hansı ödənişlərin aparılıb aparılmamasının araşdırılmasını müəyyən etmək qeyrimümkümdür. Həmçinin iddia ərizəsinə iddiaçı tərəfindən Cavabdeh 01 mart 2021-ci il tarixli, 000016 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən satılmış “Playstation 3” markalı oyun konsolunun cavabdehə təhvil verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də məhkəmə hesab edir ki, 01 mart 2021-ci il tarixli, 000016 saylı alqısatqı müqaviləsi üzrə Cavabdeh tərəfindən hal-hazıradək hər hansı ödənişlərin aparılıb aparılmamasının və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə satılmış “Playstation 3” markalı oyun konsolunun Cavabdeh təhvil verilib verilməməsinin araşdırılması zərurəti olduğu üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 01 mart 2021-ci il tarixli, 000016 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar