Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-758/2023 01.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş ziyanın əvəzi olaraq 7770,30 (yeddi min yeddi yüz yetmiş manat otuz qəpik) manat pulun və tərəflərindən ödənilmiş rüsumun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh iddiaçı "Azcargo Logistics and Managment Services” MMC-də sürücü vəzifəsində işləmişdir. İddiaçıya məxsus buraxılış ili 2013, Rəngi Ağ, Mühərrik: 4D34N61989, “X1 FE84PE xüsusi’" markalı, 11027838 dövlət nömrə nişanlı Evakuator tipli nəqliyyat vasitəsi sürücü Cavabdeh idarəetməsində olan zaman sürücünün səhlənkarlığı üzündən avtomobilin mühərrik hissəsi tamamilə sıradan çıxmışdır və nəticədə avtomobilə ziyan dəymişdir. Bununla əlaqədar olaraq, sözügedən avtomobilə mütəxəssislər tərəfindən texniki baxış keçirilməsi, mühərrikin hansı səbəblərdən sıradan çıxması hallarının və dəyişdirilməsi zəruri olan hissələrinin müəyyən edilməsi və təmir edilməsi üçün "xxxx"MMC avtoservisə müraciət edilmişdir. "xxxx" MMC avtoservisin mütəxəssisləri tərəfindən sözügedən avtomobilə texniki baxış keçirilmiş, mühərrikin hansı səbəblərdən sıradan çıxması halları, bu hadisənin baş vermə səbəbləri və mühərrikin sıradan çıxmasının qarşısını almağa sürücünün texniki imkanlarının olubolmaması araşdırılmış, eləcə də avtomobilin mühərrikinin sıradan çıxmış hissələrinin (dəyişdirilməsi zəruri olan hissələri) müəyyən edilmişdir. Belə ki, sözügedən avtombilə baxış keçirən mütəxəssislər tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh səhlənkarlığı və ehtiyatsızlığı üzündən sözügedən avtomobilin mühərrik sistemi sıradan çıxmış və avtomobilə ziyan dəymişdir. Bu barədə "xxxx" MMC tərəfındən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və zərər aktında “X1 FE84PE xüsusi" markalı, HO27838 dövlət nömrə nişanlı avtomobilə alınacaq ehtiyyat hissələrinə və təmir xərclərinə görə ümumilikdə 7770,30 (yeddi min yeddi yüz yetmiş manat otuz qəpik) manat ziyan məbləği hesablanmışdır. Cavabdeh ilə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqındakı müqaviləyə əsasən sözügedən evakuator tipli nəqliyyat vasitəsi etibarnamə ilə cavabdehin idarəetməsinə verilmişdir. Cavabdehlə bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, əmək münasibətləri prosesində işçi, işəgötürənin ona etibar edərək verdiyi əmlakın, maddi və digər smoferin saxlanılması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməlidir. İşçi hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır və həmin ziyanın əvəzini tam həcmdə ödəməlidir.Lakin, cavabdeh idarə etdiyi avtomobilə ziyan vurduqdan sonra dəymiş ziyanı aradn qaldırmaq əvəzinə avtomobili yararsız vəziyətdə atıb qaçmışdır. Hazırkı vaxta kimi cavabdeh vurduğu zərərin əvəzini könüllü şəkildə ödəməkdən boyun qaçırmış və bununla da qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, “X1 FE84PE xüsusi" markalı, HO27838 dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 7770.30 manat ziyan dəymişdir. İşdə olan 05 avqust 2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və Cavabdeh sürücü olaraq işə qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, 05 avqust 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-ci maddəsində işçinin tam maddi məsuliyyəti daşıdığı hallar göstərilmişdir: İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 200-cü maddəsinin 5-ci bəndinə əsasən tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı"Azcargo Logistics and Managment Services” MMC ona məxsus buraxılış ili 2013, Rəngi Ağ, Mühərrik: 4D34N61989, “X1 FE84PE xüsusi’" markalı, 11027838 dövlət nömrə nişanlı Evakuator tipli nəqliyyat vasitəsini sürücü Cavabdeh idarəetməsində olan zaman sürücünün səhlənkarlığı üzündən avtomobilin mühərrik hissəsinin tamamilə sıradan çıxması və nəticədə avtomobilə 7770,30 (yeddi min yeddi yüz yetmiş manat otuz qəpik) manat ziyan dəyməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İş materiallarına əlavə edilmsiş 05 avqust 2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və onun aylıq əmək haqqı 300 (üç yüz) müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 201-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Qeyd onunan maddi hüquq normalarının işin müəyyən edilmiş faktiki halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, isçi ilə tam maddi məsuliyyət haqqında yazlı müqavilə bağlandığından iddiaçı iddia tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçınə 7770.30 manat dəyərində maddi ziyan vurmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi qismində 7770 manat 30 qəpik məbləğdə pul vəsaiti alınıb İddiaçı hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 7770 (yeddi min yeddi yüz yetmiş) manat 30 (otuz) qəpik və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənişin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti alınıb İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(022)-758/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-758/2023
01.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver