Məhkəmə qərarları › İş №e-2(022)-816/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-816/2023

18.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-816/2023 18.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi vəkil X2 iştirakları ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qrşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının istifadəsində olan 75 ha torpaq sahəsindən 17 hadək olan hissəsindən çıxarılmasını, 2021-ci il tarixdən 2023-cü il tarixədək əldən çıxmış faydaya görə 38760 manat və 206.28 manat dövlət rüsumunun, ümumilikdə 38966.28 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunda yerləşən ümumi sahəsi 75 ha olan torpaq sahəsi Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 14 saylı icarə müqaviləsi əsasında “Aqropark- Yaşıl Ada" MMC-yə 15 il müddətinə icarəyə verilmişdir (Azərbaycan Respublikası Əmiak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********269 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdadır Qeydiyyat tarixi: xx.xx.2022) Cavabdeh iddiaçının istifadəsində olan 75 ha olan torpaq sahəsindən 17 ha-dək olan hissəni 2021-ci il tarixdən qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə şifahi xəbərdarlıq edilsə də o, hələ də 17 ha torpaq sahəsindən qanunsuz olaraq istifadə edir."Aqropark-Yaşıl Ada” MMC kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. 2021-ci il tarixdən 2023-cü il tarixədək cavabdeh tərəfindən zəbt olunmuş 17 ha torpaq sahəsində Şirkət kənd təsərrüfatı məhsullarını əkə bilməyərək oradan qazanc götürə bilmir. Halbuki, indiyədək 17 ha sahədə il əzində arpa bitkisi əkilsəydi 1 ha torpağa 2 ton məhsul, 17 ha torpağa isə 34 ton məhsul əldə oluna bilərdi. Arpa məhsulunun 1 tonunun satış qiyməti 380 manat olaraq hesablanır. 1 il ərzində 34 ton arpa məhsulundan 12920 manat, 2021-ci ildən 2023-cü il tarixədək isə ümumilikdə 38760 manat gəlir əldə oluna bilərdi. Cavabdeh 1 il müddət ərzində həmin 17 ha torpaq sahəsində arpa bitkisini əkərək Şirkətə maddi zərər vuraraq əsassız varlanmışdır. Cavabdeh iddia tələbini qədul etməyərək ifadəsində göstərmişdir ki, " X5 " MMCməhkəmədə ona qarşı 17 hektar torpaq sahəsindən çıxarma və 2021-ci il tarixdən 2023cü il tarixədək əldən çəxmış faydaya görə 38760 manat və 206,28 manat dövlət rüsumunun, ümumilikdə 38966,28 manat pul tələbi haqqında iddia ərizəsi ilə müraciət etmişdir. İddianı qəbul etmir və onu qanunsuz və əsassız hesab edir. Belə ki, tərəfindən heç bir ərazi zəbt edilməmişdir. Əksinə iddiaçı onun icarəsində olan torpaq sahəsinin 31 hektar hissəsini qanunsuz olaraq zəbt etmişdir. Mübahisə predmeti olan torpaq sahəsi qış otlaq sahəsi kateqoriyasına aiddir. Həmin torpaq sahəsi 2001-ci ildən onun ailəsinin istifadəsindədir.İlk olaraq atası X1 ilə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2001-ci il tarixli 62 saylı sərəncamı və 01 may 2001-ci il tarixli 0023 saylı torpaq icarə müqaviləsi ilə Dövlət qış otlaq fondundan mal-qara saxlamaq üçün 15 il müddətinə 150 hektar torpaq sahəsi icarəyə verilmişdir. Həmin icarə hüququ qeydiyyata alınmış və bu haqda atasının adına Torpaqdan istifadə hüquququna dair JN 4074 nömrəli Şəhadətnamə verilmişdir. Sonradan həmin torpaq sahəsi Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 2013-cü il tarixli 253 saylı sərəncamı və 30 sentyabr 2013-cü il tarixli 73 nömrəli torpaq icarə müqaviləsi əsasında 150 hektar qış otlaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir.İddiaçı isə 2021-ci ildən icarəsində olan torpaq sahəsi ilə qonşuluqda torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçı həmin torpaq sahəsini icarəyə qəbul etdikdən sonra onun icarəsində olan torpaq sahəsinin 31 hektarını zəbt etmiş və orada müxtəlif məhsullar əkmişdir. İddiaçı ona icarəyə verilmiş torpaq sahəsinin 31 hektar hissəsində özbaşna şor kanallar qazdırmış, nəticədə bu kanallar hesabına hektarlarla icarəsində olan torpaq sahəsi kanala çevrilmiş və bu kanalla onun iddiaçı ilə sərhəd istiqamətində icarəsində olan torpaq sahəsi ilə özündən sərhəd çızmış və torpaq sahəsinin 31 hektarı onun tərəfindən qazılmış şor kanallarının o tayında qalmaqla istifadəsindən çıxarmışdır.Qeyd olundu kimi torpaq sahəsi 2001-ci ildən icarəsindədir. İddiaçı isə həmm əraziyə 2021-ci ildə icarəyə torpaq götürmüşdür. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon İcra Hakimiyyəti ilə "X5" MMC arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, heyvandarlıq məqsədi ilə 256 hektar torpaq sahəsi 15 il müddətinə "X5 " MMC-nin icarəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2013-cü il tarixli icarə müqaviləsindən görünür ki, heyvandarlıq məqsədi ilə 150 hektar torpaq sahəsi 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh iş üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyatdadır. İş üzrə iddiaçı isə hüquqi şəxs olaraq qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, Cavabdeh fərdi sahibkar statusuna malk olmaqla sahibkarlıq fəaliyyətini həyata keçirir, iddiaçı "X5 " MMC isə hüquqi şəxs olaraq fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə ki, işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisidir və ********** saylı onun vergi ödəyicisi kimi elektron nömrəsi vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı cavabdehin iddiaçının istifadəsində olan 75 ha torpaq sahəsindən 17 ha-dək olan hissəsindən çıxarılması, 2021-ci il tarixdən 2023-cü il tarixədək əldən çıxmış faydaya görə 38760 manat və 206.28 manat dövlət rüsumunun, ümumilikdə 38966.28 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddiaçının istifadəsində olan 75 ha torpaq sahəsinin 17 ha-dək olan hissəsindən çıxarılması, 2021-ci il tarixdən 2023-cü il tarixədək əldən çıxmış faydaya görə 38760 manat və 206.28 manat dövlət rüsumunun, ümumilikdə 38966.28 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar