Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-833/2023 03.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilkin və qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər tərəfindən vurulmuş 12000 manat zərərin, işin məhkəməyə verilməsinə görə 127,50 manat dövlət rüsumunun, 500 manat vəkilin xidmət haqqı olmaqla, cəmi 12627,50 manat (on iki min altı yüz iyirmi yeddi manat əlli qəpik) pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ilkin iddia üzrə Cavabdeh2 ilkin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, cavabdeh İddiaçı 3000 (üç min) manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə aralarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsinin (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarovpsi, 169 saylı bağ evi) tam təmiri məqsədilə 30 oktyabr 2022-ci il tarixdə podrat müqaviləsi bağlamış, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışıdır. Həmin müqavilənin şərtlərinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsində tikilmiş bağ evinin tam daxili təmirini görməyi, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Podratçı müqavilənin imzalandığı tarixdən başlayaraq 140 gün ərzində Obyektin podval da daxil olmaqla bütün daxili sahəsi, veranda hissəsinin tavan və döşəməsi, həmçinin obyektin qabaq çöl pilləkənlərində elektrik, santexnik, malyar, kafel və laminat döşəmələrin vurulması da daxil olmaqla və bunlarla məhdudlaşmadan bütün təmiri həyata keçirməli, sifarişçi hazırki müqavilənin şərtlərinə əsasən görüləcək işlərin müqabilində müqavilədə göstərilən qaydada və məbləğlərdə podratçıya ödənişlər edəcəkdir. Müqaviləyə əsasən iş başlamış, “Sifarişçi” ödənişləri etmişdir. O cümlədən evin pilləkən və qapılarının hazırlanması da həmin müqaviləyə daxil idi, buna görə də cavabdehlərdən “Podratçı” Cavabdeh1 öz ustalarından olan iş üzrə digər Cavabdeh2 pilləkən və qapıların hazırlanmasını həvalə etmiş və onu İddiaçı ilə tanış etmişdir. Sırf pilləkən və taxta qapıların hazırlanıb quraşdırılması iddiaçı və Cavabdeh1 tərəfindən 26 dekabr 2022-ci il tarixdə və qeyd olunan bağ evində digər Cavabdeh2 tapşırılmışdır. Həmçinin tərəfər razılaşmışlar ki, qapı və pilləkənlər meşə ağacı olan materialdan-göyrüş ağacından hazırlanmalı idi.Tərəflər arasındakı bağlanmış müqavilənin şərtlərinə görə Cavabdeh2 həmin ünvanda yerləşən bağ evində göyrüş ağacından ümumilikdə 38 ədəd pilləkən (bütün aksessuarları ilə birlikdə) və göyrüş ağacından 2 ədəd taxta qapını ideal səviyyədə hazırlayaraq fevral ayının ilk həftəsində bağ evində quraşdırılmasını, cavabdehə görüləcək işlərin əvəzində ümumilikdə 8500 (səkkiz min beş yüz) manat ödəniş etməsini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən işə başlanılması üçün cavabdehə 26 dekabr 2023-cü il tarixində 2500 manat məbləğində ilkin ödəniş edilmiş və daha sonra da ümumi olaraq 1500 manat cavabdehə ödənilmişdir. Lakin cavabdeh tərəfindən işin görülərək təhvil verilinəsi 2 ay gecikdirilmiş və üstəlik iş tam yararsız və qüsurlu yerinə yetirilmişdir. Podratçı işin qüsurlarını aradan qaldırmaq və işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirmək üçün 1 həftə əlavə müddət istəmiş və razılaşdırılmış ümumi məbləğdən ona daha 2000 (iki min) manat ödənilməsini xahiş etmişdir. 17 aprel 2023-cü il tarixində iddiaçı cavabdehlərə işin qüsurlarını aradan qaldırmaq və işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirmək üçün 2 (iki) min manat ödəmişdir. Lakin 1 həftə sonra da cavabdehlər işi razılaşdırılmış keyfiyyətdə yerinə yetirə bilməmişlər. Bundan sonra iddiaçı bütün 38 pillənin aksessuarları ilə birlikdə və 2 taxta qapının təmir edilərək normal vəziyyətə gətirilməsi üçün başqa ustalarla 12000 (on iki min) manat məbləğində razılaşmışdır.Həmin ustalar pillələr və qapıları təmirə aparmaq üçün demontaj etdikləri zaman məlum olmuşdur ki, cavabdehin quraşdırdığı pilləkən aksessuarları (balianslar) və qapılar razılaşdırılmış olduğu kimi taxtadan deyil, ondan qat-qat ucuz mdf adlı materialdan hazırlanmışdır. Həmçinin, cavabdehlər pillələri quraşdırdığı zaman bağ evinə ziyan vuraraq divarların malyar və rəng örtüyünü ciddi zədələmişdir ki, sonradan həmin qüsuru Cavabdeh1 yenidən təmir edib düzəltmişdir.O, cavabdehlərə bütün bunlar barədə dəfələrlə etirazını bildirərək, ona dəymiş zərərin ödənilməsini tələb etsə də, cavabdehlər bundan imtina etmişlər. Ona görə də iddiaçı məcbur qalıb polisə şikayət etmiş və Cavabdeh2 14-cü Polis bölməsində verdiyi izahatında etiraf etmişdir ki, iddiaçı tərəfindən işlərin görülməsi üçün sifariş verilmiş, 6000 manat iddiaçı tərəfindən ona ödənilmiş, lakin aralarında narazılıq olmuşdur. O cümlədən Cavabdeh2 bildirmişdir ki, iddiaçının verdiyi 6000 manatı geri qaytarıb oradakı malları geri götürə bilər.Bundan başqa, Cavabdeh1 da 14-cü Polis Bölməsində verdiyi izahatında etiraf etmişdir ki, iddiaçı ilə aralarında təmir işi ilə bağlı müqavilə bağlamışlar, qapı və pilləkənlərin düzəldilməsi üçün Azad adlı şəxsə işi təhvil vermiş və Azadı iddiaçı ilə tanış etmişdir, həmin iş üçün 8500 manatdan iddiaçı 6000 manatını Azada ödəmişdir. Həmin işlər Azad tərəfindən təhvil verilməyib, bütün iş yararsız olduğundan iddiaçı işi başqa ustalara həvalə etmişdir. Hesab edir ki, hazırki məsələnin obyektiv həlli üçün tikinti, təmir və qiymətləndirmə sahəsində mütəxəssis rəyinin verilməsi zəruri olmuşdur. Odur ki, qeyd olunan mübahisə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ sahəsində podratçı və onun ustaları tərəfindən pilləkən və qapıların hansı keyfiyyətdə quraşdırılması, həmin pilləkən və qapıların yararlı olub-olmaması, əgər yararsızdırsa hansı səbəbdən yararsız olması, o cümlədən yararsız olduğuna görə qapıların və pilləkənlərin sökülməsi zamanı divarlara hansı zərər vunırlması və bütün bu yararsız işlərin nəticəsində vurulmuş ziyanın məbləği barədə mütəxəssis rəyinin verilməsi üçün “X1 və Ekspertiza Mərkəzi” MMC-yə tərəfindən müraciət edilmişdir. Həmin sorğuya cavab olaraq MMC tərəfindən 15 may 2023-cü il tarixli, 71 nömrəli mütəxəssis rəyi verilmişdir. Göründüyü kimi onun sifarişinə əsasən işlərin qüsurlu görülməsi və nəticədə ona zərər vurulması həm tərəflərin polisdə verdiyi ifadələr, həm müətəxəssis rəyi, həm də onun digər ustalarla işin görülməsi üçün bağladığı müqavilə ilə təsdiq olunduğundan və cavabdehlər vurulmuş zərəri ödəmədiklərindən hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, İddiaçı cavabdehlər tərəfindən vurulmuş 12.000 manat zərərin, işin məhkəməyə verilməsinə görə 127,50 manat dövlət rüsumunun, 500 manat vəkilin xidmət haqqı olmaqla, cəmi 12627,50 manat (on iki min altı yüz iyirmi yeddi manat əlli qəpik) pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi və həmçinin qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh2 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etməyərək və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrində təmir işləri görən ustadır. Həmçinin iddiaçının evində də təmir işləri görərək pilləkən və iki qapı hazırlamışdır. Lakin nə iddiaçı, nə də podratçı olan digər cavabdeh ilə rəsmi müqaviləsi olmamışdır. Belə ki, podratçı olan digər cavabdeh sosial şəbəkədə yerləşdirdiyi reklam vasitəsi ilə onun əlaqə nömrəsini tapmış və ona zəng vuraraq şifahi olaraq bu işi ona tapşırmışdır. O, iddiaçı ilə həm telefon əlaqəsi saxlamış, həm də görüşərək razılığını almış, görəcəyi iş barəsində ətraflı məlumat verərək işə başlamışdır. Artıq fevral ayında bütün mal-material və tikinti konstruksiyalarını iddiaçının evinə gətirmiş, aprel ayında isə 1 aya yaxın müddətdə pilləkənin yığılması və qapıların quraşdırlması ilə bağlı bütün işləri görmüşdür. O, orada işlədiyi müddətdə İddiaçı özü bir- neçə dəfə orada olmuş, işlərin görülməsi vəziyyəti ilə yaxından maraqlanmış, heç bir əlavə irad və təklifi olmamışdır. Əgər onun hər hansı bir işə iradı olsa idi, bu barədə ona məlumat verə bilərdi. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı özü də iddia ərizəsində görülən işlərin ümumi dəyərinin 8500 manat məbləğində olduğunu, lakin 5500 manat pul ödədiyini etiraf etmişdir. Yəni hətta iddiaçı ona 3000 manat borclu qalmışdır. İddiaçı bütün bu məhkəmə proseslərini həmin 3000 manatı ona verməkdən imtina etmək üçün təşkil edir. Belə ki, onun iddia tələbində qeyd etdiyi kimi pilləkənlərin aksessuarları göyrüş materialından razılaşdırılsa da, 2 ədəd qoşa laylı taxta qapının göyrüş materialından hazırlanması üçün aralarında heç bir razılıq olmamışdır. Həmin qapılar "MDF" materialından hazırlanmalı idi. İddiaçının evində 37 pillə pilləkən tərəfindən hazırlanmışdır. Həmin pilləkənin yığılması üçün görülən işlər və lazım olan materialın miqdarı və qiymətləri belədir: 2.2 m3 göyrüş ağacından taxta materialıın 1 m3-nin orta bazar qiyməti 2000 manat olduğu üçün 2.2 m3 qiyməti 4400 manat, 5 x 5 ölçüdə 80 ədəd pilləkən aksessuarın (balians) 1 ədədinin orta bazar qiyməti 8 manat olduğu üçün ümumi 640 manat, pilləkən sinəliyinin hazırlanması üçün 4 list "MDF" materialın 1 listinin orta bazar qiyməti 80 manat olduğu üçün ümumi 160 manat, 37 pillə pilləkənin rənglənməsi üçün 1 ədədin rənglənməsinin orta bazar qiyməti 40 manat olduğu üçün ümumi 1480 manatdır. Beləliklə taxta qapılar olmadan tək pilləkənin hazırlanması üçün lazım olan materiallar üçün 6680 manat məbləğində pul tələb olunur. Növbəti olaraq isə 2 ədəd qoşa laylı taxta qapının həm göyrüş materialından, həm də "MDF" materialından hazırlandıqda orta bazar qiyməti- əgər 2 ədəd qoşa laylı taxta qapı göyrüş materialından hazırlansa, tələb olunan işlərin və materialın qiyməti belədir: 2,70 m uzunluqlu göyrüş materialının 1 m3-nin qiyməti 2700 manat təşkil edir. 2 ədəd qoşa laylı taxta qapının hazırlanması üçün 1 m3 material kifayət edir. Ümumi dəyər 2700 manatdır. Deməli həm iddiaçının iddia etdiyi kimi, həm də onun göstərdiyi aralarında olan razılaşma əsasında mal, materialın və görülən işlərin orta bazar qiymətinin təhlilini təqdim edir. Bu qiymətlərdən də göründüyü kimi iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddiaçının iddia etdiyi kimi taxta qapıların da hazırlanması üçün göyrüş materialından istifadə olunmalı idisə, bütün işin qiyməti pilləkənin hazırlanması üçün 6680 manat və göyrüş materialından 2 ədəd qoşa laylı taxta qapı 3200 manat, ümumilikdə 9880 manat təşkil edir. Hələ bu onun öz xidmət haqqı olmadan hesablanan məbləğdir. Necə ola bilər ki, o, usta olaraq xidmət haqqı almadan ümumi mal, materialı 10.000 manata yaxın olan bir iş üçün 8500 manat razılaşma edə bilər? O, iddiaçının evinin təmiri üçün cibindən pulunu xərcləməli idi? Qeyd olunan məbləğlər iddia tələbinin tam əsassız olduğunu göstərir.Əvəzində isə onun qeyd etdiyi kimi qapılar "MDF" materialından hazırlanmalıdırsa, bütün işin qiyməti pilləkənin hazırlanması üçün 6680 manat və "MDF" materialından 2 ədəd qoşa laylı taxta qapı 1560 manat, ümumilikdə 8240 manat təşkil edir. Bu məbləğ isə reallığa daha yaxındır. Çünki onlar iddiaçı ilə ümumi işin görülməsi üçün məbləği 9000 manat danışmış və polis orqanında verdiyi izahatda da qeyd etdiyi kimi həmin məbləğin yalnız 6000 manatı ona verilmişdir. Qeyd etdiyi kimi arada qalan 700 manat fərq isə onun xidmət haqqı idi. Lakin iddiaçı əsassız olaraq müxtəlif bəhanələr gətirərək ona qalan pulunu verməkdən imtina edir, hətta onu və ona köməklik etmək istəyən ağsaqqallarını təhdit edərək ondan pul istəyir.Ona görə də iddiaçının iddiasını tam şəkildə qəbul etmir. Belə ki, bu barədə foto-şəkillər, həmçinin Rəşid Bədirov tərəfindən onun işinin təhvil alınmasını təsdiq edən səs yazıları, whatsapp danışıqları mövcuddur. Onun İddiaçı evində pilləkən və 2 ədəd qoşa laylı taxta qapının hazırlanması üçün tələb olunan mal, materiala və görülən işlərə (rəngsaz) çəkdiyi xərc təkcə 8300 manat təşkil edir. Onun orada işlədiyi 1 ay ərzində iddiaçı dəfələrlə gəlib-getdiyi müddətdə əgər onun işimdə nöqsan olsa idi, o, bu barədə ona deyərdi. O, bu gün də iddiaçıya təklif edir ki, ona verdiyi 6000 manatı ona qaytarır, lakin əvəzində quraşdırdığı pilləkəni və qapıları geri tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı iddiasının rədd olunması, İddiaçı 3000 (üç min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddiasının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil1 izahatında ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 və onun nümayəndəsi Vəkil2 izahlarında ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan 30 oktyabr 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında podrat müqaviləsi bağlanmışdır. İş materillarında olan «X1 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəssis rəyində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 2499 saylı bağ evində qapıların və pilləkənlərin yığılmasınını texnologiyaya uyğun aparılmadığı, texnalogiyaya uyğun aparılmaması nəticəsində dəymiş zərərin dəyərinin təqribən 12000 (on iki min) manat müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırlımış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən sifarişçi olaraq İddiaçı, digər tərəfdən podratçı Cavabdeh1 olmaqla 30 oktyabr 2022-ci il tarixdə podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı sifarişinə əsasən podratçı olaraq Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ səhəsinin (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarovpsi, 169 saylı bağ evi) tam təmiri məqsədilə podratçıya 3000 manat avans, 7000 manat isə işlər bitdikdən 3 gün sonra ödəməyi öhdəsinə götürmüşdür.Bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1-ci maddə). Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır (753.2-ci maddə). Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. İşin müəyyən edilmiş faktiki hallarından görünürki İddiaçı sifarişçi olaraq podratçı Cavabdeh1 ilə aralarında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2499 saylı bağ səhəsinin (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Şikar Şikarovpsi, 169 saylı bağ evi) tam təmiri məqsədilə 30 oktyabr 2022-ci il tarixdə podrat müqaviləsi bağlamış, evin pilləkən və qapılarının hazırlanmasını “Podratçı” Cavabdeh1 öz ustalarından olan iş üzrə digər Cavabdeh2 həvalə etmiş və onu İddiaçı ilə tanış etmişdir. Yalnız pilləkən və taxta qapıların hazırlanıb quraşdırılması iddiaçı və Cavabdeh1 tərəfindən 26 dekabr 2022-ci il tarixdə və qeyd olunan bağ evində digər Cavabdeh2 tapşırılmışdır. Lakin iş materallarına əlavə edilmiş nə podrat müqaviləsindən, nə də tərəflərin izahatları ilə podratçı olaraq Cavabdeh2 iş həcminə daxil olan bağ evinə pilləkən aksessuarının və iki ədəd qapının hansı materialdan hazırlanması, podratçının mal-materiallarından hazırlandığı halda sifarişçinin mal-materiallarının dəyərinin hansı qaydada ödənilməli olması, yerinə yetirilmiş işə görə muzdun miqdarı barədə razılaşma müəyyən olunmur. Belə ki, iddiaçı tələbində qapıların və pilləkən aksessuarının cavabdehlə razılaşdıqları kimi taxta materialdan deyil, ondan qat-qat ucuz olan mdf adlı materialdan hazılandığını və keyfiyyətsiz hazılanmasını əsas gətirməklə həmin işləri başqa şəxslərə tapşırmaqla 12000 (on iki min) manat zərərə məruz məruz qaldığını göstərmiş, zərərə məruz qalmasının sübutu kimi «X1 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023-cü il tarixli 71 saylı mütəxəssis rəyinə istinad etmişdir. Məhkəmə belə hesab edir ki, «X1 və Ekspertiza Mərkəzi» MMC-nin 15 may 2023cü il tarixli 71 saylı mütəxəssis rəyi Cavabdeh2 pilləkən aksessuarının və bağ evinin iki ədəd qapısının keyfiyyətsiz hazılanması səbəbindən iddiaçıya 12000 manat zərər vululmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, mütəxəssis rəyində Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 2499 saylı bağ evində qapıların və pilləkənlərin yığılmasınını texnologiyaya uyğun aparılmadığı göstərilsə də, bağ evinin qapı və pilləkənlərinin hansı texnologiya üzrə quraşdırılmalı olduğu halda quraşdırılmaması göstərilməmiş, yalnız işlərin vizual görüntüsünə əsaslanaraq qiymətləndirmə aparılmışdr. Bundan başqa, pilləkən aksessuarlarının və qapıların quraşdırılması və yerinə bərkidilməsinə işlədilmiş materiallarla birlikdə dəyərləndirmə aparılmaqla qiymət verilmişdir. Halbuki, işin mübahisə doğurmayan halı olaraq müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 Sabunçu RPİ-nin 14-cü PB-nə verdiyi izahatında Cavabdeh2 podrat işinə sərf etdiyi mal-materialların ona qaytarılmasi şərti ilə iddiaçıdan aldığı 6000 manat pulu ona qaytarmağa razı olduğunu bildirmiş və bunu İddiaçı təklif etməsinə baxmayaraq iddiaçı buna razı olmamışıdır. İşin qeyd olunan halı belə nəticəyə gəlməyə əsas verir ki, əgər sifariş olunan iş yenidən görülmüşdürsə, həmin işlər Cavabdeh2 mal-materiallarından istifadə edilməklə görülmüşdür. Belə olan halda pilləkən aksessualarının və qapıların cavabdehin materiallarından istifadə edilməklə yenidən qurulması iddiaçının 12000 manat ziyana məruz qalmasını istisna edir. Məhkəmə belə hesab edir ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı 3000 (üç min_) manat pul tələbinə dair qarşılıqlı iddiası da əsaslı hesab edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçı sifariş olunan işin İddiaçı tərəfindən qəbul edilməsi, müqavilə şərtlərinə onun tərəfindən tam olaraq əməl edilməsini təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Göründüyü kimi Zuar Allahverdizadə işin tələb olunan səviyyədə başa çatdırılmadığını əsas gətirməklə podratçıya qarşı ziyan tələbini irəli sürmüş, Cavabdeh2 isə podratçı olaraq işin, yəni podratın nəticəsinin əsassız olaraq sifarişçi İddiaçı tərəfindən qəbul edilmədiyini əsas gətirərək ona qarşı pul tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2.-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərər tələbi və Cavabdeh2 İddiaçı qarşı pul tələbi barədə iddianın əsaslarını sübuta yetirə bilmədikləri üçün rədd edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı mötəbər sübut təqdim edilməmiş və hüquqi əsaslar müəyyən edilməmişdir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(022)-833/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-833/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver