Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1123/2025 25.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Sadıxova Günay Fauna qızının katibliyi, İddiaçı, cavabdehlər Mehdı̇ yev Həmzə Nədı̇ mi oğlunun və Mehdı̇ yeva Saçli Namaz qızının iştirakı ilə, Mehdı̇ yeva Salatın İsə qızının cavabdehlər Mehdı̇ yev Eltun Həmzə oğluna, Mehdı̇ yev Həmzə Nədı̇ mi oğluna, Mehdı̇ yeva Saçli Namaz qızına və Mehtı̇ yeva Kəmalə Həmzə qızına qarşı «evə köçürmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mehdı̇ yeva Salatın İsə qızı cavabdehlər Mehdı̇ yev Eltun Həmzə oğluna, Mehdı̇ yev Həmzə Nədı̇ mi oğluna, Mehdı̇ yeva Saçli Namaz qızına və Mehtı̇ yeva Kəmalə Həmzə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus Qazax rayonu, Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinə xx.xx.2016-cı il təvəllüdlü X7, 04 iyun 2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mehdı̇ yeva Salatın İsə qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə eladətiylə evlənmişlər və 24 yanvar 2019-cu il tarixdə Qazax rayon Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəliyində 01 saylı akt qeydi iə rəsmi nikaha daxil olmuşuq. Nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7, 04 iyun 2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Nikahın pozulması ilə bağlı məhkəmənin icraatında iş vardır. Onlar ayrılmışlar və ayrı yaşayırlar, 2 uşağı da onun himayəsindədir və 04 iyun 2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 uşaqları onun himayəsindədir. Qazax rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 2(023)-46/2025 saylı qətnaməsi ilə onun iddiası təmin olunmuş və iddia qismən təmin olunmuş və aşağıdakı məzmunda qətnamə qəbul edilmişdir-“ xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 Cavabdeh2 alınaraq İddiaçı verilsin. xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 aid hissədə həmin uşağın alındığı tarixdən, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 isə xx.xx.2024-cü il tarixdən başlayaraq saxlanması üçün Cavabdeh2 İddiaçı xeyrinə sonrakıartımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfdır tam yüzdə qırx üç) misli həddində sabit pulməbləğində aliment tutulsun.” Həmin qətnamədən apellyasiya şikayəti verilsə də şikayət təmin olunmamışdır. Cavabdeh1 və qeyriləri ona qarşı “evdən çıxarılma tələbinə dair” iddia ilə məhkəməyə müraciət etmişdilər. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-716/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsində şikayəti təmin edilmiş və mübahisəlndirdiyi əsassız və qanunsuz olan qətnamə ləğv edildi və yeni qətnamə qəbul edilərək iddia rədd edildi. Gəncə Apellyasiya Məhkəməsinin həmin xx.xx.2024-cü il tarixli, 2(104)-1997/2024 nömrəli qətnaməsindən tərəflər kassasiya şikayəti versələr də, şikayətləri təmin olunmadı və qətnamə dəyişdirilmədən saxlanıldı. Cavabdehlər isə heç bir qanuni hüquqları olmadığı halda onu və himayəsində olan iki övladı gəlin köçüb, döyüb qovana kimi yaşadığı Qazax rayonu, Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinə buraxmırlar. Bu isə onun və iki övladının hüquqlarını kobudcasına pozulmasıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Mehdı̇ yeva Salatın İsə qızı iddia tələbini müdafiə edərək, bildirdi ki, onun və uşaqlarının yaşamağa başqa yeri yoxdur. Hazırda valideyinlərinə məxsus evdə yaşayır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Mehdı̇ yeva Saçli Namaz qızı bildirdi ki, Mehdı̇ yeva Salatın İsə qızı onun keçmiş gəlinidir. Salatın Mehdı̇ yeva oğlu ilə evli olan zaman aralarında mübahisə olurdu və bir yerdə yaşaya bilmirdilər. Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və Mehdı̇ yeva Salatın İsə qızının evə küçürülməsinə etiraz edir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Mehdı̇ yev Həmzə Nədı̇ mi bildirdi ki, Mehdı̇ yeva Salatın İsə qızı onun keçmiş gəlinidir. Mehdı̇ yeva Salatın İsə qızı oğlu Eltunla evli olan zaman aralarında mübahisə olurdu və bir yerdə yaşaya bilmirdilər. Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evi arvadının mülkiyyətindədir və İddiaçı evə küçürülməsinə etiraz edir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Mehdı̇ yev Eltun Həmzə oğluna və Mehtı̇ yeva Kəmalə Həmzə qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1102/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 araslında olan nikah pozulmuşdur. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7, 04 iyun 2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X10 adlı 3 uşaqları anadan olmuşdur. İş materiallarında olan A.R.İ.N. yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr Və Reyestri X16 15 saylı Tovuz ərazi idarəsinin texniki pasportundan görünür ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən evin hüquqqi sübyekti Mehdı̇ yeva Saçli Namaz qızıdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********60-10301 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli, çıxarışın surətindən görünür ki, Mehdı̇ yeva Saçli Namaz qızının Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evi (**********60-10301 reyestr nömrəli əmlak) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)-450/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Qazax Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 2(023)-1102/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1997/2024 saylı qətnaməsindən görünür ki, Apellyasiya şikayəti təmin edilmiş. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)- 716/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilmiş. İddiaçılar Cavabdeh1, Cavabdeh3 və X2 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2450/2025 saylı qərarından çıxarışnın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)-450/2025 saylı qətnaməsindən cavabdeh Mehdı̇ yeva Salatın İsə qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-932/2025 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1997/2024 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri X16 15 saylı Tovuz ərazi idarəsinin məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən, Qazax rayonu, Xanlıqlar kəndində 0.21 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 125.8 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh3 adına xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qazax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı əsasında Həmzə Nədimi oğlu, Cavabdeh2, Mehdiyeva (Nuruyeva) Saçlı Namaz qızı və X2 ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olmaqla adlarına Qazax rayonu, Xanlıqlar kəndində 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağa mülkiyyət hüququna dair” JN:146 nömrəli dövlət aktı tərtib edilmişdir. Qazax rayonu, Xanlıqlar kəndində 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.7499 ha hissəsi özgəninkiləşdirilmiş, 0.2742 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınmasına dair 15 saylı Tovuz Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri X16 15 saylı Tovuz ərazi idarəsinin məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 12 saylı qərarı əsasında Cavabdeh1, Cavabdeh2, X8 və X6 ümumi birgə mülkiyyətdə olmaqla Qazax rayonu, Xanlıqlar kəndində 1.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağa mülkiyyət hüququna dair” JN : 146 nömrəli dövlət aktı tərtib edilmişdir. Qeyd edilmiş 1.02 ha torpaq sahəsinin 0.7999 ha hissəsi özgəninkiləşdirilmiş, 0.2742 ha hissəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasna dair məlumat aşkar edilməmişdir. Qazax rayonu, Xanlıqlar kəndində 0.21 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 125.8 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh3 adına xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Mehdı̇ yeva Salatın İsə qızı və Mehdı̇ yev Eltun Həmzə oğlu 24 yanvar 2019-cu ildə nikaha girmiş, Mehdı̇ yeva Salatın İsə qızı Mehdı̇ yev Eltun Həmzə oğlu ilə nikaha girərkən Mehdı̇ yeva Saçli Namaz qızının mülkiyyətində olan Qazax rayonu Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Mehdı̇ yeva Salatın İsə qızı və Mehdı̇ yev Eltun Həmzə oğlunun birgə nikahından X7, X9 və X10 anadan olmuşdur. Mehdı̇ yeva Salatın İsə qızı ilə Mehdı̇ yev Eltun Həmzə oğlunun anası Mehdı̇ yeva Salatın İsə qızına məxsus evdə yaşamışdır. Məhkəmə mənzilə köçürülmə üçün qeyd olunan mənzilə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, iddiaçının cavabdehlərə məxsus fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi məsələsi həll edilərkən, iddiaçının həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin Mehdı̇ yeva Salatın İsə qızının və Mehdı̇ yev Eltun Həmzə oğlunun 24 yanvar 2019-cu ildə nikaha girməsindən sonra yaranmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu ildən sonra yarandığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladlarının öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi mülkiyyətçinin ailə üzvü dedikdə, mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, digər qohumlar dedikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan qarda (bacı), baba (nənə), nəvə və ögey oğul (qız) başa düşülür. Gəlin və qaynananın isə bir-birini saxlamağı qanunla nəzərdə tutulmadığından, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi gəlin-qaynana münasibətlərini özündə ehtiva etmir. Buna görə də gəlinin mülkiyyətçi olan qaynanaya məxsus mənzilə Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə nəzərdə tutulan istifadə hüququ da yaranmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçını saxlamaq vəzifəsi olmadığından cavabdehin iddiaçıya məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Beləliklə, yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq edərək məhkəmə hesab edir ki, İddiaçı Mehdı̇ yeva Salatın İsə qızının cavabdehlər Mehdı̇ yev Eltun Həmzə oğluna, Mehdı̇ yev Həmzə Nədı̇ mi oğluna, Mehdı̇ yeva Saçli Namaz qızına və Mehtı̇ yeva Kəmalə Həmzə qızına qarşı «evə köçürmə» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mehdı̇ yeva Salatın İsə qızının cavabdehlər Mehdı̇ yev Eltun Həmzə oğluna, Mehdı̇ yev Həmzə Nədı̇ mi oğluna, Mehdı̇ yeva Saçli Namaz qızına və Mehtı̇ yeva Kəmalə Həmzə qızına qarşı «evə köçürmə» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1123/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1123/2025
25.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver