Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1163/2025 21.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinin cavabdeh X3 qarşı «borcun ödənilməsi» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsi cavabdeh X3 qarşı cavabdehlə bağlanmış əmək müqaviləsi, xx.xx.2022-ci il tarixli (borcun etirafına dair) akt, xx.xx.2022, xx.xx.2022-ci il tarixli razılaşma və üzləşmə aktı, xx.xx.2022-ci il tarixli borclunun izahatı və elektron qaimələr təşkil etdiyini nəzərə alıb, cavabdeh X2 31.388 (otuz bir min üç yüz səksən səkkiz) manat borcun və ödənilən 184.16 (yüz səksən dörd manat on altı qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinin bank hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehin mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən səndər sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisə yaranmasına baxmayaraq, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakına riayət etməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsi tərəfindən ödənilmiş 184,26 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2025; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinin cavabdeh X1 qarşı «borcun ödənilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 184,26 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2025; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən iddiaçı “Dinçer və Carçıoğlu” Birgə müəssisəsinə qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1163/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1163/2025
21.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver