Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1259/2023 03.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC 17 iyul 2023cü il tarixli K-121 nömrəli əmrinin ləğv edilməsi onun Cavabdeh MMC-də Bakı nümayəndəliyinin satış şöbəsinin təmsilçisi vəzifəsinə bərpa olunması və işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 06 dekabr 2022-ci il tarixli K-07 saylı Əmr AZ İNTERNATİONAL İMPORT COMPANY MMC-nin Bakı nümayəndəliyinin satış şöbəsinə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmiş, 17 iyul 2023-cü il tarixdə K- 121nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əsas gətirilərək əmək müqaviləsinə xitam verilmişdir. 17 iyul 2023-cü il tarixdə K- 121nömrəli əmrə əsasən İddiaçı tərəfindən işəgötürənə vurulmuş maddi ziyan və işçinin üzrlü səbəb olmadan işə gəlməməsi göstərilmişdir. Əmək müqaviləsində onun əmək funksiyası göstərilməmişdir. Onun vəzifəsi alıcıya məhsulları təklif etmək olmuşdur. Əgər alıcı məhsulu qəbul edərsə işçi sifariş barədə şirkətə məlumat verir və başqa işçi heyəti məhsulu alıcıya çatdırır. Məhsula görə ödəniləcək vəsait isə elektron qaimə vasitəsi ilə şirkətin hesabına ödənilməlidir. AZ İNTERNATİONAL İMPORT COMPANY MMC alıcılardan toplaya bilmədiyi vəsaiti ona istinad etməklə onun şirkətə maddi ziyan vurduğunu iddia edir. 11 may 2023-cü il tarixdə ona təzyiq altında izahat yazmağa məcbur edilmişdir. Hatta şirkətin nümayəndəsi bu prosesi videoya çəkmişdir. Video çəkilişdə onun qorxu altında izahat yazdığı aydın şəkildə görünür. Onun bildirdiyinə görə ona təzyiq göstərən şəxslərdən biri özünü “bandatdel” in işçisi kimi təqdim etmiş və izahat yazmayacağı təqdirdə onu həbs etdirəcəyi ilə qorxutmuşdur. Buna görədə də o, izahat yazmağa məcnur olmuş və bir müddət sonra işini itirməmək üçün həmin vəsaiti ödəmişdir. Hesab edir ki, həmin izahat əsasında əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. 17 iyul 2023-cü il tarixdə K-121nömrəli əmrdə İddiaçı 12 iyul 2023-cü il tarixdən 17 iyul 2023cü il tarixədək işə gəlmədiyi göstərilmiş və aktlar tərtib edilmişdir. İşçinin işə gəlməməsi barədə aktlar bir cümlədən ibarət olmaqla, işçi ilə əlaqə yaratmaq üçün hər hansı cəhdin olması haqqında qeyd yazılmamışdır. O, 13 iyul- 15 iyul 2023-cü il tarixlərdə xəstə olmuş və TƏBİB Ailə Sağlamlıq Mərkəzindən “əmək qabiliyyətinin olmaması” vərəqəsini əldə etmişdir. 17 iyul 2023-cü il tarixdə o iş yerinə getdikdə artıq işdən çıxarıldığı bildirilmiş və kobud davranışlara məruz qalaraq şirkətdən uzaqlaşdırlmışdır. Əmək qabiliyyətinin olmaması vərəqəsini şirkətin rəhbərliyinə təqdim etmək istəsədə həmin sənədin saxta olduğunu bildirərək sənədi götürməkdən imtina etmişlər. İşəgötürən Əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla əmək müqaviləsinə xitam vermişdir. İddiaçı nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışı iclasını onun iştirakı olmadan keçirib iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməmiş, yazılı şəkildə çıxışı ilə müraciət etmiş və izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-nin Bakı nümayəndəliyində satış təmsilçişi vəzifəsində işləyərkən yoxlama aparılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, onun tərəfindən şirkətə maddi ziyan dəymişdir. İddiaçı şirtkətdən götürdüyü malların pullarını ödəməmiş, öz şəxsi istifadəsinə sərf etmişdir. Sözügedən ziyanın ödənilməməi ilə bağlı araşdırma aparılır. İddiaçı 12 iyul 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək işdə olmamış, işə gələməməsinin üzürlü səbəbi barədə heç bir məlumat verməmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 25 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin direktoru X3, İddiaçı ilə əmək müqaviləsi bağlamış və o, Bakı nümayəndəliyində Satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli K-121 saylı əmrindən görünür ki, İddiaçı fəaliyyət göstərdiyi ərazidə daxili yoxlama aparılarkən, əməkdaşın satış nöqtələrindən aldığı pul vəsaitlərini mənimsədiyi faktı aşkar olunmuş, satış nöqtələrindən Şirkətə məxsus məhsulların satışından əldə etdiyi 7500 manat məbləğində pul vəsaitini mənimsəmiş, bununlada 06 dekabr 2022-ci il tarixli 25 nömrəli Əmək müqaviləsinə 01 saylı Əlavənin 3.1.1 bəndini kobud şəkildə pozmaqla şirkətə maddi ziyan vurduğu, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzürlü səbəb olmadan 4 iş günü ərzində işə gəlməməklə daxili intizam qaydalarını pozduğundan, özünün əmək funksiyasını və Əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə Bakı nümayəndəliyinin satış şöbəsinin satış təmsilçisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 25 nömrəli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmiş və o, həmin tarixdən işdən azad edilmiş, əmrin məzmunu İddiaçı imza etdirməklə elan edilmiş və əmrin icrası maliyyə şöbəsinə həvalə edilmişdir. İşdə olan, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, İddiaçı həmin tarixdə heç bir məlumat vermədən işə gəlməmişdir. İşdə olan, İddiaçı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, müştərilərdən satılan malların həcminə uyğun olaraq mümulikdə 7500 manat məbləğində pul aldığını maliyyə şöbəsinə təhvil vermədiyini, onun təqsiri ucbatında şirkətə maddi ziyan dəydiyini və həmin ziyanı xx.xx.2023-cü il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ilə bağlı olduğundan həmin münasibətlərə Əmək Məcəlləsinin həmin münasibətləri tənzimləyən normaları tətbiq edilməldir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X1 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə görə işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək və əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı fəaliyyət göstərdiyi ərazidə daxili yoxlama aparılarkən, əməkdaşın satış nöqtələrindən aldığı pul vəsaitlərini mənimsədiyi faktı aşkar olunmuş, satış nöqtələrindən Şirkətə məxsus məhsulların satışından əldə etdiyi 7500 manat məbləğində pul vəsaitini mənimsəmiş, o, 06 dekabr 2022-ci il tarixli 25 nömrəli Əmək müqaviləsinə 01 saylı Əlavənin 3.1.1 bəndini kobud şəkildə pozmaqla şirkətə maddi ziyan vurduğu, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzürlü səbəb olmadan 4 iş günü ərzində işə gəlməməklə daxili intizam qaydalarını pozduğundan, özünün əmək funksiyasını və Əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə Bakı nümayəndəliyinin satış şöbəsinin satış təmsilçisi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış 25 nömrəli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən ləğv edilmiş və o, həmin tarixdən işdən azad edilmiş, əmrin məzmunu İddiaçı imza etdirməklə elan edilmiş və əmrin icrası maliyyə şöbəsinə həvalə edilmişdir. İddiaçı Cavabdeh MMC-nin müştərilərdən satılan malların həcminə uyğun olaraq mümulikdə 7500 manat məbləğində pul aldığını maliyyə şöbəsinə təhvil vermədiyini, onun təqsiri ucbatında şirkətə maddi ziyan dəydiyini və həmin ziyanı xx.xx.2023-cü il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə heç bir məlumat vermədən işə gəlməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı daxili intizam qaydalarını pozduğundan, özünün əmək funksiyasını və Əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğuna görə onun 25 nömrəli əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və o işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli K-121 saylı əmrin məzmununda pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğundan, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilməklə ləğv etmək intizam tətbiq edilmişdir. Məhkəmə, həmçinin iddiaçının ərizəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan İddiaçı xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə heç bir məlumat vermədən işə gəlməməsi xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli aktlarla müəyyən edilir. Odur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 154-cü maddəsinin 3-cü bəndinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2ci bəndində Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1259/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1259/2023
03.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver