Məhkəmə qərarları › İş №e-2(023)-19/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-19/2025

12.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-19/2025 12.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, Məşədı̇ yev Adı̇ l Nadı̇ r oğlunun iştirakı ilə, İddiaçı Eyvazov Nı̇ yazi Abuzər oğlunun cavabdehlər Məşədı̇ yev Adı̇ l Nadı̇ r oğluna və Nümayəndə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin zəbtdən azad edilərək torpağın qaytarılması, tikintiyə edilən qadağanın cavabdehə qadağan edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Eyvazov Nı̇ yazi Abuzər oğlunun cavabdehlər Məşədı̇ yev Adı̇ l Nadı̇ r oğluna və Nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səhhəti ilə bağlı işə onun iştirakı olmadan baxılmasını və Qazax rayonu Kommuna ( Bala Çaylı) kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəmin sərhədlərinin (koordinatlarının) müəyyən edilməsi barədə; 2. Torpaq sahəmin cavabdeh tərəfindən (cavabdehin zəbtindən) boşaldılması, azad edilməsi barədə; 3. Həmin torpaq sahəmdə tikinti işlərinə cavabdeh tərəfindən edilən maneənin cavabdehə qadağan edilməsi barədə və; 4. ona vurulmuş ziyanın müəyyən edilib, cavabdehdən alınıb ona ödənilməsi və məhkəməyə dövlət rüsumu kimi ödədiyim 100.40 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Qazax rayonu, Kommuna (indiki Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi mövcuddur və həmin sahədə fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı bu əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasport əldə etmişdir. İddiaçı göstərmişdir ki, evi torpaq sahəsinin tam sərhədində deyil, təxminən 0.50 metr içəri çəkilməklə tikilmişdir. Onun məqsədi evinin sərhədində qonşu ilə mişar daşdan hasar çəkdirmək və bununla da evin bünövrəsini su və sel təsirlərindən qorumaq olmuşdur. Bu məqsədlə o, torpaq sahəsinin sərhədi boyunca, qonşu və eyni zamanda cavabdeh ilə olan hissədə bünövrəni yağış sularından və həşəratlardan qorumaq üçün beton örtük və bünövrə düzəltdirmişdir. İddiaçı bildirir ki, cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin təxminən 21 metr uzunluğunda və 0.47 metr enində hissəsini zəbt etmiş və həmin ərazidə hasar inşa etməsinə mane olmuşdur. Cavabdeh bu torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək, iddiaçı tərəfindən çəkilmiş bünövrəni və beton örtüyü dağıtmış, həmçinin evin selaparıcı novunu məhv etmiş və bununla da iddiaçıya məqsədli şəkildə ziyan vurmuşdur. İddiaçı qeyd edir ki, cavabdehin bu qərəzli hərəkətləri nəticəsində o, öz mülkiyyətindən tam şəkildə istifadə edə bilmir və onun mülkiyyət hüquqları pozulur. Bu məsələ ilə bağlı cavabdehlə dəfələrlə danışıq aparılmasına baxmayaraq, mübahisə həll olunmamış, əksinə cavabdeh onu əsassız olaraq günahlandırmağa çalışmışdır. Buna görə də iddiaçı hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı Eyvazov Nı̇ yazi Abuzər oğlu məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, ilkin iddia ərizədə o mülkiyyətinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış və texniki pasportu iddiasına əlavə edib, istinad etmişdir. Həmin çıxarış və texniki pasport əvvəlki qaydalarla (yəni torpağın yerləşmə koordinatları çıxarışda və texniki pasporta qeyd edilmədiyinə görə) verildiyinə görə təyin edilən eksperizanı araşdırmaq mümkün olmamışdır. Ona görə də o mükliyyətində olan torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən və koordinatlarını müəyyən edən və Qazax rayon Aqrar İslahat Komissiyasının 30 may 1996-cı il tarixli qərarı əsasında verilmiş JN-326A(KOD ********) saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ərizəyə əlavə edərək həmin şəhadətnamədə göstərilən 0.06 hektar və şəhadətnamədə yerləşən torpaq sahəsi üzərində tədqiqat aparılmasını həmin şəhadətnanməyə baxdıqda aşkar müəyyən edilir ki, onun torpağı sağ və sol tərəfdən düz xəttlə hər iki qonşu ilə sərhəddir. Yəni torpaq sahənin əsasən sağ sərhəddində hər hansı kəsilmə yoxdur. Ona görə də, səhhətilə bağlı işə onun iştirakı olmadan baxılmasını, Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən şəhadətnamə və çıxarış əsasında mülkiyyətimə verilmiş 0.06 hektar həyətyanı torpaq sahəmin sərhədlərinin koordinatlarının müəyyən edilməsi barədə; Torpaq sahəmin cavabdeh tərəfindən (cavabdehin zəbtindən) boşaldılması, azad edilməsi barədə; Həmin torpaq sahəsində tikinti işlərimə cavabdeh tərəfindən edilən maneənin cavabdehə qadağan edilməsi barədə, ona vurulmuş ziyanın müəyyən edilib, cavabdehdən alınıb ona ödənilməsi və məhkəməyə dövlət rüsumu kimi ödədiyi 100.40 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Nümayəndə bildirdi ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, ona məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir və ona maddi ziyan vurmuşlar. İddiaçı bir neçə ildir ki, bununla bağlı müxtəlif orqanlara əsassız olaraq şikayətlər etmişdir. Ancaq heç bir konkret nətiçə əldə edə biməmişdir, çünki tələbi qaunsuz və əsasızdır. Müvafiq orqanlar tərəfindən müxtəlif vaxtlarda onun tələbi ilə araşdırmalar aparılmışdır və hər hansı bir zəbt faktı və ziyan vurulması müəyyən edilməmişdir. Onlar tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir və ona heç bir ziyan verilməmişdir. Bununla bağlı iddiaçı iddia ərizəsinə hər hansı bir sübut vasitəsi əlavə edə bilməmişdir. Qeyd edir ki, iddiaçı həmin ərazidə fərdi yaşayış evi inşa etmişdir və ona məxsus torpaq sahəsi ilə sərhəddinin bir hissəsində daş hasar inşa etdirib bir hissəsini isə özü dəmir tor setka ilə bağlamışdlr. O torpaq sahənin digər qonşularla olan sərhədlərini dəmir tor setka ilə bağlamışdır. İddiaçı öz torpaq sahəsi ilə ona məxsus olan torpaq sahəsini özü müəyyən edib, evinin, daş hasarı və dəmir tor setkanı onun iştirakı olmadan inşa edib, hətta o onun torpaq sahəsilə öz torpaq sahəsinin arasında inşa etdirdiyi hasarı və öz torpaq sahəsində inşa etdirdiyi çardaq (naves) təqribən 40-50 santimetr onun ərazisində keçmişdir. İddiaçıya məxsus hər hansı bir beton örtük dağıdılmamış və su aparan novu məhv etməmişdir. Bu tam şər və böhtandır. Həmçinin Daşınmaz əmlakın nümayəndələri müvafiq baxış keçirmişlər və torpağın koordinatları barədə iddiaçıya məlumat vermişlər. Onlar heç kimin torpağını zəbt etməmişlər. Onların torpağa dair özlərinin sənədi vardır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə iddiaçı Eyvazov Nı̇ yazi Abuzər oğlu məhkəməyə teleqram ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Məşədı̇ yev Adı̇ l Nadı̇ r oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, o iddiaçıya məxsus torpaq sahəsdin zəbt etməmişdir. Onları özlərinə məxsus torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi vardır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********94-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətlərindən görünür ki, Qazax rayonunun Komunna kəndində yerləşən 0,06 ha kənd torpaq sahəsində yerləşən fərdi yaşayış evi Eyvazov Nı̇ yazi Abuzər oğlunun mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 5xx-xx/1488 qeydiyyat nömrəli fərdi yaşayış evinə dair texniki pasportun surətlərindən görünür ki, Qazax rayonunun Komunna kəndində yerləşən fərdi yaşayış evi Eyvazov Nı̇ yazi Abuzər oğlunun mülkiyyətindədir. İş materiallarında olan JN-327A KOD 50112028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1996-cı il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Komunna kəndində yerləşən 0.06 ha torpaq sahəsi Məşədı̇ yev Adı̇ l Nadı̇ r oğlunun oğlunun mülkiyyətindədir. İş materiallarında olan JN-326A KOD 50112028 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, xx.xx.1996-cı il tarixli, 08 nömrəli Aqrar İslahat Komissiyasının qərarı ilə, Qazax rayonu Komunna kəndində yerləşən 0.06 ha torpaq sahəsi Eyvazov Nı̇ yazi Abuzər oğlunun oğlunun mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaçının ərizəsində irəli sürdüyü tələb mücərrəd və qeyri-müəyyəndir. Bu səbəbdən hesab edirəm ki, onun tələbi əsassız və qanunsuzdur. Belə ki, o, ərizəsində qeyd edir ki, guya ona məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilmiş və ona maddi ziyan vurulmuşdur. İddiaçı bir neçə ildir ki, bununla bağlı müxtəlif orqanlara əsassız olaraq şikayətlər etmiş, onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyimi bildirmişdir. Lakin heç bir konkret nəticə əldə edə bilməmişdir, çünki onun tələbi qanunsuz və əsassızdır. Müvafiq orqanlar tərəfindən müxtəlif vaxtlarda onun müraciətləri əsasında araşdırmalar aparılmış, lakin hər hansı zəbt faktı və ya ziyan vurulması müəyyən edilməmişdir. Bildirir ki, o iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmiş və ona heç bir ziyan vurulmamışdır. Bununla bağlı iddiaçı iddia ərizəsinə hər hansı bir sübut vasitəsi əlavə edə bilməmişdir. Qeyd edir ki, iddiaçı həmin ərazidə fərdi yaşayış evi inşa etmiş və ona məxsus torpaq sahəsi ilə sərhədinin bir hissəsində daş hasar, digər hissəsində isə dəmir tor setka çəkdirmişdir. O da öz torpaq sahəsinin digər qonşularla olan sərhədlərini dəmir tor setka ilə bağlamışdır. İddiaçı öz torpaq sahəsi ilə ona məxsus torpaq sahəsinin sərhədini özü müəyyən etmiş, evi, daş hasarı və dəmir tor setkanı mənim iştirakı olmadan inşa etmişdir. Hətta iddiaçı onun torpaq sahəsilə öz torpaq sahəsinin arasında inşa etdirdiyi hasarın və öz sahəsində tikdirdiyi çardaq (navəsin) təqribən 40-50 santimetr hissəsini onun əraziinə keçirmişdir. Bundan əlavə bildirir ki, onun tərəfindən iddiaçıya məxsus hər hansı beton örtük dağıdılmamış və su aparıcı nov məhv edilməmişdir. Bu iddialar tamamilə şər və böhtandır. Eyni zamanda qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərini pozaraq, yəni öz iddia tələbini sübut edən hər hansı sübut vasitəsini iddia ərizəsinə əlavə etmədən və bu barədə hər hansı vəsatət təqdim etmədən məhkəməyə müraciət etmişdir. Odur ki, İddiaçı iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini, iddia tələblərini təsdiq edən sübutların təqdim olunmadığını və bu barədə hər hansı vəsatətin verilmədiyini nəzərə alaraq, iddia ərizəsinin geri qaytarılması və ya baxılmamış saxlanılması xahiş olunur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/1987 nömrəli ekspert rəyindən görünür ki, Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-3-37/2-2864/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Qazax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, JN-326A KOD50112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Eyvazov Nı̇ yazi Abuzər oğluna məxsus Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmiş və sxemdə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-2864/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Qazax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, JN- 326A KOD 50112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsus Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı topaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi kompleks yerquruluşu layihəsinə əsasən eynilik təşkil etmir. Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-3/2864/2025 nömrəli mütəxəssis rəyinə qeyd olunur ki, Elektron baza məlumatlarına əsasən JN-326A KOD50112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı oğluna məxsus Qazax rayonu Komunna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı topaq sahəsinin 1.8 kv.m hissəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, JN- 326A KOD50112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Eyvazov Nı̇ yazi Abuzər oğluna məxsus Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin koordinatları müəyyən edilmiş və sxemdə göstərilmişdir. Qazax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, JN- 326A KOD 50112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsus Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı topaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi kompleks yerquruluşu layihəsinə əsasən eynilik təşkil etmir. Elektron baza məlumatlarına əsasən JN-326A KOD50112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı oğluna məxsus Qazax rayonu Komunna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı topaq sahəsinin 1.8 kv.m hissəsi cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, elektron baza məlumatlarına əsasən Qazax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, JN-326A, KOD 50112023 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsus Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin 5821 kv.m hissəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış, **********94- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 0.06 ha ölçüdə torpaq sahəsi üstüstə düşür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış, **********94-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 0.06 ha ölçüdə torpaq sahəsi ilə hazırda İddiaçı faktiki sahibliyində olan 633 kv.m torpaq sahəsinin 600 kv.m hissəsinin ölçüləri uyğun gəlir. Elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış, **********94-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 0.06 ha ölçüdə torpaq sahəsinin 7.8 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Qazax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, JN-327A, KOD 50112028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh məxsus Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi hazırda Cavabdeh faktiki sahibliyində olan torpaq sahəsinin ölçüləri və mərzlərinə uyğun gəlmir, yəni 79 kv.m ölçüdə artıq istifadə edilir. Cavabdeh tərəfindən faktiki sahibliyində olan torpaq sahəsi və mübahisə predmeti olan Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarına əsasən 327A nömrəli şəhadətnamə ilə Cavabdeh mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində JN-327A nömrəli şəhadətnamə ilə verilmiş torpaq sahəsidir. Məhkəmə qeyd edir ki, iş üzrə iddianın təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Belə ki, iş materiallarında olan mütəxəssis rəyindən aydın olur ki, Cavabdeh tərəfindən faktiki sahibliyində olan torpaq sahəsi və mübahisə predmeti olan Qazax rayonu Kommuna (Bala Çaylı) kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli fərmanı əsasında hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarına əsasən 327A nömrəli şəhadətnamə ilə Cavabdeh mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində JN-327A nömrəli şəhadətnamə ilə verilmiş torpaq sahəsidir. Beləliklə məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim olunmuş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbləri əsaslı deyildir və təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin sərhədlərini və iddia edilən zəbt faktını təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim edilməmişdir. Eyni zamanda mütəxəssis rəyindən müəyyən olunur ki, tərəflərə məxsus torpaq sahələrinin faktiki sərhədləri ilə hüquqi sənədlərdə göstərilən sərhədlər arasında üstüstə düşməməzlik (zəbt faktı) aşkar edilməmişdir. Başqa sözlə, mütəxəssis rəyinə əsasən: cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi faktı təsdiq olunmamışdır; tərəflərin torpaq sahələri arasında sərhəd pozuntusu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, torpaq mübahisələri üzrə bu kimi hallar yalnız xüsusi bilik tələb etdiyindən, mütəxəssis rəyi mühüm sübut vasitəsidir və həmin rəy iddiaçının tələblərini təsdiq etmir. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin tikintiyə qanunsuz müdaxiləsi və ya qadağa qoyması faktı da sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər ehtimallara əsaslanır və iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən zərərin ödənilməsi üçün aşağıdakı hallar sübuta yetirilməlidir: zərərin mövcudluğu, zərərin hüquqazidd hərəkət nəticəsində baş verməsi, zərər ilə hərəkət arasında səbəbli əlaqə, zərər vuran şəxsin təqsiri. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən hər hansı real maddi zərərin mövcudluğu təsdiq edilməmişdir; zərərin məbləğini göstərən hesablamalar, aktlar, qəbzlər və ya digər maliyyə sənədləri təqdim olunmamışdır; cavabdehin hər hansı hüquqazidd hərəkət etməsi sübuta yetirilməmişdir və zərər ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə müəyyən olunmamışdır. Bundan əlavə, iş üzrə alınmış mütəxəssis rəyindən də hər hansı ziyan faktı və ya torpaq sahəsinin zəbt olunması nəticəsində zərər vurulması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi tələbi yalnız ehtimallara deyil, konkret və mötəbər sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasını təşkil edən halları sübut etməlidir. Lakin iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkətlərini təsdiq edən kifayət qədər sübutlar təqdim edilməmiş, əksinə, ekspertiza rəyi və kadastr məlumatları cavabdehin torpaq sahəsindən hüquqa uyğun istifadə etdiyini göstərmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilməsi faktı öz təsdiqini tapmadığından, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yuxarda qeyd edilənlərlə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əgər torpaq sahəsinin mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 181.3-cü maddəsinə görə şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, Eyvazov Nı̇ yazi Abuzər oğlunun cavabdehlər Məşədı̇ yev Adı̇ l Nadı̇ r oğluna və Nümayəndə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin zəbtdən azad edilərək torpağın qaytarılması, tikintiyə edilən qadağanın cavabdehə qadağan edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu və iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Eyvazov Nı̇ yazi Abuzər oğlunun cavabdehlər Məşədı̇ yev Adı̇ l Nadı̇ r oğluna və Nümayəndə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin zəbtdən azad edilərək torpağın qaytarılması, tikintiyə edilən qadağanın cavabdehə qadağan edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Eyvazov Nı̇ yazi Abuzər oğlundan məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Ödənilmiş ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar