Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-2041/2025 24.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 15 saylı Tovuz ərazi idarəsinə qarşı «torpaq sahəsinin naturada bölünməsi » tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 15 saylı Tovuz ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayonu Xanlıqlar kəndində yerləşən reyestr nömrəsi **********1-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025 olan 186.20 kv.m olan torpaq sahəsi üzrə torpağın naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 15 saylı Tovuz ərazi idarəsinə qarşı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində iddia qaldırmaq hüququ İddiaçı izah olunmalıdır. İş materiallarında görünür ki, İddiaçı torpağın naturada ayrılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən tələb üzrə mülki işə daşınmaz əmlakın olduğu yerin məhkəməsində deyil, cavabdehin rəsmi qeydə alındığı məhkəmədə baxılır. Hazırki iddia tələbi yəni “torpağın naturada ayrılması” müstəsna aidiyyət hesab edilə bilməz. Yalnız aşağıda göstərilən hallarda mülki işə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 15 saylı Tovuz ərazi idarəsinə qarşı «torpaq sahəsinin naturada bölünməsi » tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 15 saylı Tovuz ərazi idarəsinə qarşı onun qeydiyyatda olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-2041/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-2041/2025
24.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver