Məhkəmə qərarları › İş №e-2(023)-289/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-289/2025

10.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-289/2025 10.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Ələkbər oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə 10 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh ona məxsus 1 ədəd divan, 1 ədəd masa, paltar üçün dolab, 1 ədəd qab-qacaq üçün dolab, 2 ədəd çarpayı, 4 ədəd stul, 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd qaz peçindən ibarət məişət əşyaları ilə birlikdə çixarılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh aid olan və iddia ərizəsinə əlavə olunan siyahıda adları çəkilən əşyaların çıxarılması, darvazanın açarlarının ona təhvil verilməsi, mənzilinə daxil olmaq üçün maneənin aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini müvəqqəti istifadə üçün ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh vermişdir. Cavabdeh özünə məxsus 1 ədəd divan, 1 ədəd masa, paltar üçün dolab, 1 ədəd qab-qacaq üçün dolab, 2 ədə çarpayı, 4 ədəd stul, 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd qaz peçindən ibarət məişət əşyalarını onun evinə yerləşdirmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evini boşaltmır. Qeyd olunanlara əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh aid olan və iddia ərizəsinə əlavə olunan siyahıda adları çəkilən əşyaların çıxarılması, darvazanın açarlarının ona təhvil verilməsi, mənzilinə daxil olmaq üçün maneənin aradan qaldırılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək verdiyi izahatında göstərmişdir ki, qeyd olunan ev Əkbərin evidir. Həmin əşyalar ona məxsusdur. Belə ki, o, ünvan 3 ünvanda 3 nömrəli evdə yaşamışdır və ona məxsus əşyalar da həmin evdə yerləşmişdir. İddiaçı hazırki evə qanunsuz olaraq çıxarış aldıqdan sonra onun əşyaları ondan xəbərsiz həmin evə aparılmışdır. Hazırda ona məxsus evin qaytarılması ilə bağlı Gəncə İnzibati Məhkəməsinin icraatında mülki işə baxılır. Hazırda o İddiaçı məxsus evdə yaşamamışdır, nə də evin açarları onda yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4-da mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən sahəsi 94,30 kvm olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh məxsus məişət əşyaları İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində qanunsuz olaraq yerləşir. Cavabdehlə mülkiyyətçi arasında sözügedən mənzildən istifadə hüququnun yaranması ilə bağlı heç bir razılaşma olmamışdır. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus ev üzərində olan mülkiyyət hüquqlarından istifadə edə bilmədiyindən cavabdehə məxsus əşyaların ona məxsus evdən çıxarılmasını istəyir. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus əşyaların iddiaçıya məxsus mənzildən çıxarılması məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. İddiaçı və cavabdeh tərəfindən işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, cavabdehlə iddiaçı arasında hər hansı qohumluq münasibəti mövcud deyildir, iddiaçı ilə cavabdeh arasında mənzildən istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyil, onlar arasında hər hansı qohumluq və ya ailə münasibəti mövcud deyildir. Digər tərəfdən, cavabdeh iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından Ailə Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan mənada iddiaçının “digər qohumları” da hesab olunmur. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüquqları yaranmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında evdən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehin evdə hər hansı hüquqlarının olmamasına baxmayaraq, öna məxsus əşyaları həmin evdən könüllü olaraq çıxarmaması iddiaçının öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehdən ona məxsus əşyaların mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçıya məxsus yaşayış evində əşyalarını saxlamasını davam etməsi iddiaçının yaşayış evi üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində hər hansı bir hüququ mövcud olmayan cavabdehin əşyalarının saxlanması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddiaçının öz mülkiyyətindən dinc istifadə etməsinə mane olduğundan, Cavabdeh məxsus bütün əşyaları iddiaçıya məxsus qeyd olunan evdən çıxarılmalıdır. Məhkəmə, iddia tələbinin darvazanın açarlarının iddiaçıya təhvil verilməsi və mənzilə daxil olmaq üçün maneənin aradan qaldırılmasına dair hissəsinə qiymət verərərk hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh ümumiyyətlə həmin evdə yaşamamasını, ona məxsus əşyaların kimin tərəfindən iddiaçıya məxsus evə yerləşdirildiyindən məlumatı olmadığını və həmin evin açarlarının ona verilmədiyini bildirmişdir. İddiaçı isə həmin xüsusatları təsdiq edən mötəbər sübuitlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh 100 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh məxsus - 1 ədəd divan, 1 ədəd masa, paltar üçün dolab, 1 ədəd qabqacaq üçün dolab, 2 ədəd çarpayı, 4 ədəd stul, 1 ədəd televizor, 1 ədəd soyuducu və 1 ədəd qaz peçindən ibarət əşyalar İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar