Məhkəmə qərarları › İş №e-2(023)-674/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-674/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-674/2025 20.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Əhmədov Fikrət Həsən oğlundan qalmış mirasa Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********14 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə 8597.24 manat əsas borc, vəfat etdiyi tarixədək 0.01 manat faiz borcu olmaqla cəmi 8597.25 manat borc, xx.xx.2021-cü il tarixli BPM**********04 saylı X1 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.99 manat əsas borc, 111.09 manat faiz borcu olmaqla cəmi 611.08 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 9208.33 manat (doqquz min iki yüz səkkiz tamyüzdə otuz üç) manat və ödənilmiş 112.09 manat (bir yüz on iki tam yüzdə doqquz) dövlət rüsumunun və 0,4 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Əhmədov Fikrət Həsən oğlu arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********14 saylı Kredit Müqaviləsinə əsasən ona illik 21 %-lə, 54 ay müddətinə 9400 manat məbləğində nəğd kredit, xx.xx.2021-cü il tarixli BPM**********04 saylı X1 Müqaviləsinə əsasən 24 %-lə, 36 ay müddətinə 500 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu Əhmədov Fikrət Həsən oğlu vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh Əhmədov Fikrət Həsən oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********14 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə 8597.24 manat əsas borc, vəfat etdiyi tarixədək 0.01 manat faiz borcu olmaqla cəmi 8597.25 manat borc, xx.xx.2021cü il tarixli BPM**********04 saylı X1 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.99 manat əsas borc, 111.09 manat faiz borcu olmaqla cəmi 611.08 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 9208.33 manat borcu yaranmışdır. Qazax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İİ № 390034 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Əhmədov Fikrət Həsən oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qazax rayon Notariat ofisininxx.xx.2024-cü il tarixli 2V-568 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Əhmədov Fikrət Həsən oğlundan qalmış mirasa Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu Əhmədov Fikrət Həsən oğlununun vərəsəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə1 mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 çıxışında iddianı qəbul etdiyini bildirdi. Mərhum əri Əhmədov Fikrət Həsən oğlu kredit pul götürmüşdur. Maddi imkanı zəifdir, heç bir yerdə işləmir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işdə olan xx.xx.2023-cü il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Əhmədov Fikrət Həsən oğluna, 54 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 9400 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2021-cü il tarixli BPM**********04 X1 müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Əhmədov Fikrət Həsən oğluna, 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əhmədov Fikrət Həsən oğlunun "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli BPM**********14 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə 8597.24 manat əsas borc, vəfat etdiyi tarixədək 0.01 manat faiz borcu olmaqla cəmi 8597.25 manat məbləğində borcu var. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Əhmədov Fikrət Həsən oğlunun "xxxx" ASC-yə xx.xx.2021-cü il tarixli BPM**********04 saylı X1 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.99 manat əsas borc, 111.09 manat faiz borcu olmaqla cəmi 611.08 manat məbləğində borcu var. İşdə olan AZ-İİ seriyalı, 390034 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Fikrət Həsən oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, V-366/2024 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Əhmədov Fikrət Həsən oğlunun vərəsəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1dur və onların hər biri miras payı bərarbər hissədə irs almalıdırlar. Beləliklə, işdə olan sübutlarla Əhmədov Fikrət Həsən oğlunun "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2023-cü il tarixli BPM**********14 saylı Kredit Müqaviləsinə əsasən kredit üzrə 8597.24 manat əsas borc, vəfat etdiyi tarixədək 0.01 manat faiz borcu olmaqla cəmi 8597.25 manat borc, xx.xx.2021-cü il tarixli BPM**********04 saylı X1 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.99 manat əsas borc, 111.09 manat faiz borcu olmaqla cəmi 611.08 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 9208.33 manat məbləğində borcunun olduğu, Əhmədov Fikrət Həsən oğlunun ölümündən sonra həmin şəxsə məxsus əmlakın cavabdehlər tərəfindən qəbul olunması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Əhmədov Fikrət Həsən oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdehlər mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli BPM**********14 saylı kredit müqaviləsinə əsasən 8597.24 manat əsas borc, 0.01 manat faiz borcu və xx.xx.2021-cü il tarixli BPM**********04 saylı X1 müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.99 manat əsas borc, 111.09 manat faiz borcu olmaqla ümumilikdə, cəmi 9208.33 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumuna ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 112.09 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********14 saylı kredit müqaviləsinə əsasən 8597.24 manat əsas borc, 0.01 manat faiz borcu və xx.xx.2021-cü il tarixli BPM**********04 saylı X1 müqaviləsinə əsasən kart kredit limiti üzrə 499.99 manat əsas borc, 111.09 manat faiz borcu olmaqla ümumilikdə, cəmi 9208.33 manat manat, ödənilmiş 112.09 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar