Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-138/2025 07.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı «miras əmlakın yalnız özünün tərəfindən qəbul edilməklə vərəsəlik hüququna aid şəhadətnamənin verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı «miras əmlakın yalnız özünün tərəfindən qəbul edilməklə vərəsəlik hüququna aid şəhadətnamənin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qax rayon Notariat Ofisinə qarşı özünün mərhum X3ndan miras qalmış Qax rayonu, Armudlu kəndində olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** №li, Qeydiyyat nömrəsinə əsasən 0.21 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 37.40 kv/m-dən ibarət olan fərdi yaşayış evinin özünün tərəfindən miras əmlakı qəbul edilməklə vərəsəlik hüququna aid şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1984-cü ildə Oğuz rayonu (keçmiş Vartaşen rayonu) Vardanlı kəndində anadan olmuşdur. Hazırda Qax rayonu, Armudlu kəndində babası Ə.Ə.Əmirovdan miras qalmış fərdi yaşayış evində yaşayır. Qax rayonu, Armudlu kəndində mərhum X3ndan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** №li, Qeydiyyat nömrəsinə əsasən 0.21 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 37.40 kv/m-dən ibarət olan fərdi yaşayış evi miras qalmışdır. Mərhum X3 mərhum atası X7 atasıdır. X3 28 yanvar 1985-ci ildə vəfat etmişdir. Bununla bağlı ölüm haqqında şəhadətnamə verilmişdir. Atası R.Ə.Əmirov 02 iyul 2013-cü ildə vəfat etmişdir. Bununla bağlı ölüm haqqında şəhadətnamə verilmişdir. Babasının ölümündən sonra Qax rayonu İcra Hakimiyyəti Qaçqaçay kənd inzibati ərazi dairəsində verilmiş 377 №li arayışdan görünür ki, 28 yanvar 1985-ci ildə vəfat etmiş Ə.Ə.Əmirovun aşağıdakı vərəsələri vardır: oğlu X14, qızı: X8, oğlu: X15, oğlu: X16 (vəfat etmiş-atası) Atasıın ölümündən sonra Qax rayonu İcra Hakimiyyəti Qaçqaçay kənd inzibati ərazi dairəsində verilmiş 376 №li arayışdan görünür ki, 02 iyul 2013-cü ildə vəfat etmiş X7 aşağıdakı vərəsələri vardır: qızı: İddiaçı, qızı: X17, oğlu: X34. İddiaçı qanun üzrə ikinci növbəli vərəsədir. Babasının qanun üzrə birinci növbəli vərəsələr Notariat orqanında miras paydan iddiaçının xeyrinə imtina barədə ərizə vermişdirlər. Ancaq Qax rayonu Notariat orqanı qanunsuz olaraq mübahisə olmadığı halda babasından miras qalmış fərdi yaşayış evinin özünün mülkiyyətinə keçirilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh Qax rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəəsinə əsasən işə Qax rayonu Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdeh qismində Qax rayon Notariat Ofisini qoymuşdur. İddiaçı qanun üzrə ikinci dərəcəli vərəsədir və babasının qanun üzrə birinci vərəsələri Notariat orqanında miras paydan iddiaçının xeyrinə imtina barədə ərizə vermişlər. Ancaq Qax rayon Notariat orqanı qanunsuz olaraq mübahisə olmadığı halda babasından miras qalmış fərdi yaşayış evinin onun mülkiyyətinə keçirilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi alınanadək davam edir. Notariat orqanı vətəndaşa qarşı süründürməçilik edir. Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il qərarında qeyd olunmuşdur ki, Notariat orqanında olan və məhkəmənin icraatında olan mübahisələrə şamil olunur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X14, X15 və X2 imzalarının həqiqiliyi notariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar 28 yanvar 1985-ci il tarixdə vəfat etmiş X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası hissəsini ya notariat ofisinə müraciət edərək, ya da faktiki sahiblənərək qəbul etməmişlər. X1 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası pay hissəsinə dair digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. X25, X34 və X9 imzalarının həqiqiliyi notariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, X20 28 yanvar 1985-ci il tarixdə vəfat etmişdir. X16 02 iyul 2013-cü ildə mirası qəbul etmədən vəfat etmişdir. X6 qalmış miras əmlakdan X11 çatası payı nədə ifadə edilməsindən və harda olmasından asılı olmayaraq qəbul etməmişəm və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. Gələcəkdə mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəm. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 796 №li, 15 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, mərhum X3ndan miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu üzrə müddətin buraxılması göstərilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********48-10301 reyestr №li, 05 may 2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Armudlu kəndində yerləşən 0.21 ha torpaq sahəsi və üzərində yerləşən 37.40 kv/m fərdi yaşayış evi X12 tam mülkiyyətindədir. Mingəçevir regional «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfində verilmiş 3- 16-5/8-69-1284/2024 №li, 02 dekabr 2024-cü il tarixli arayışa əsasən X18 15 aprel 1960-cı ild Qax rayonu, Armudlu kəndində anadan olmuşdur. Bu barədə 19 may 1960-cı il tarixdə Qax rayonu Qaşqaçay İN-də 41 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X-JQ 272551 №li doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı atası X16, anası isə X21r. AZ ******* №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası X20, anası isə X13r. AZ ******* №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası X20, anası isə X13r. AZ ******* №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 atası X20, anası isə X13r. Ölüm haqqında AZ-İİ 175366 №li şəhadətnamənin surətindən görünür ki, X20 28 yanvar 1985-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 30 yanvar 1985-ci il tarixdə 02 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 468014 №li şəhadətnamənin surətindən görünür ki, X16 02 iyul 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 03 sentyabr 2013-cü il tarixdə 490 № ilə qeydiyyat aparılmışdır. Qax RİHB-in Qaşqaçay kənd İƏDÜN-in verdiyi 377 №li, 07 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X20 28 yanvar 1985-ci il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsələri vardır: oğlu: X14, qızı: X8, oğlu: X15, oğlu: X16-vəfat edib. Qax RİHB-in Qaşqaçay kənd İƏDÜN-in verdiyi 376 №li, 07 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı, ondan ötrü ki onun atası X16 02 iyul 2013-cü il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsələri vardır: qızı: İddiaçı, qızı: X17, oğlu: X34. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X20 28 yanvar 1985-ci ildə ildə vəfat etdiklərinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» 16 oktyabr 2020ci il tarixli, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının nümyəndəsinin izahatından, digər vərəsələrin miras əmlakdan iddiaçının xeyrinə imtina etməsi barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı torpaq sahələrindən və fərdi yaşayış evindən istifadə etməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********48-10301 reyestr №li, 05 may 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Qax rayonu, Armudlu kəndində yerləşən 0.21 ha torpaq sahəsi və üzərində yerləşən 37.40 kv/m fərdi yaşayış evi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhum X19 vərəsələri X14, X8, X15, X16 (vəfat edib), İddiaçı, X17 və X22 ibarətdir. Mərhumdan qalmış miras qanun üzrə keçir. Mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır və iddiaçı tərəfindən miras əmlak artıq faktiki qəbul edildiyi üçün miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi ilə bağlı tələb irəli sürməyə ehtiyac yox idi. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat №li, **********48-10301 reyestr №li, 05 may 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsaən Qax rayonu, Armudlu kəndində yerləşən 0.21 ha torpaq sahəsi və üzərində yerləşən 37.40 kv/m fərdi yaşayış evi üzərində tam payı müəyyən edilməlidir. Vərəsəli hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi isə Notariat haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə görə notariat orqanının səlahiyyətinə aiddir. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə qarşı mərhum X3ndan miras qalmış Qax rayonu, Armudlu kəndində olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** №li, Qeydiyyat №-nə əsasən 0.21 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 37.40 kv/m-dən ibarət olan fərdi yaşayış evinə dair miras əmlakının qəbul edilməsi barədə iddiası təmin olunsun. İddianın digər hissəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-138/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-138/2025
07.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver