Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-142/2024 25.06.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qax rayon Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “mərhum atası X4 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsi ilə bağlı mirasın onun tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlakı üzərində onun payının 3/8 olmaqla müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Qax rayon Notariat ofisi və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası X4 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsi ilə bağlı miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlakı üzərində onun payının 3/8 olmaqla müəyyən edilməsi və onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək mərhum atası X4 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsi ilə bağlı miras əmlakı üzərində onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən mülki iş üzrə X11, X8, X5, X6, Fətəliyeva (Hümmətova) Mülayim Həbibullah qızı və Muradova (Hümmətova) Minayə Həbibullah qızı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı şəxs DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X8, X5, X6, Fətəliyeva (Hümmətova) Mülayim Həbibullah qızı və Muradova (Hümmətova) Minayə Həbibullah qızı məhkəməyə gəlməmiş, İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onlarıni ştirak olmadan keçirib iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh, maraqlı tərəfin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf DƏDRX-nin 12 saylı Şəki Ərazi idarəsinin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X8, X5, X6, Fətəliyeva (Hümmətova) Mülayim Həbibullah qızı və Muradova (Hümmətova) Minayə Həbibullah qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası X7 vəfatından sonra Az.Resp. İN yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi Tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsi miras əmlakı olaraq qalmışdır. Həmin miras əmlak tərəfindən faktiki olaraq qəbul edilmiş və idarə edilmişdir. Atasının vəfatından sonra onun 7 vərəsəsi-o, oğlu Hümmətov Ələsgər, oğlu X11, oğlu X8, qızı X5, qızı X6, qızı Fətəliyeva (Hümmətova) Mülayim Həbibullah qızı və qızı Muradova (Hümmətova) Minayə Həbibullah qızı qalmışdır. X17 və Gülpəri Hümmətova öz paylarını ona verirlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum atası X4 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsi ilə bağlı mirasın onun tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlakı üzərində onun payının 1/3 olmaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, iddiaçının nümayəndəsi vəkilin izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********3, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Çüdüllü kəndində yerləşən 0.2489 ha torpaq sahəsi X18, X8 və X7 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********1, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Çüdüllü kəndində yerləşən 0.2883 ha torpaq sahəsi X18, X8 və X7 ümumibirgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********2, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Çüdüllü kəndində yerləşən 1.6218 ha torpaq sahəsi X18, X8 və X7 ümumibirgə mülkiyyətindədir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı atası X9r. İşə əlavə edilmiş Qax rayon İHB-nın Turaclı kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X7 övladları İddiaçı, X11, X8, X5, X6, Fətəliyeva (Hümmətova) Mülayim Həbibullah qızı və Muradova (Hümmətova) Minayə Həbibullah qızıdır. İşə əlavə edilmiş AZ-İ № 121218 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş X10 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o mərhum atası X4 miras qalmış əmlaklardan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiyini, həmin əmlakdan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Notariat Ofisinin verdiyi xx.xx.2023-cü il tarixli № 660 saylı məktubdan görünür ki, iddiaçıya mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********3, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Qax rayonu Çüdüllü kəndində yerləşən 0.2489 ha torpaq sahəsi X18, X8 və X7 ümumibirgə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********1, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Qax rayonu Çüdüllü kəndində yerləşən 0.2883 ha torpaq sahəsi X18, X8 və X7 ümumibirgə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********2, qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Qax rayonu Çüdüllü kəndində yerləşən 1.6218 ha torpaq sahəsi X18, X8 və X7 ümumibirgə mülkiyyətindədir. X12 xx.xx.2005-ci il tarixdə ölmüş, onun X7 övladları İddiaçı X11, X8, X5, X6, Fətəliyeva (Hümmətova) Mülayim Həbibullah qızı və Muradova (Hümmətova) Minayə Həbibullah qızından ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X14 mərhum atası X3 miras qalmış əmlaklardan ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etmədiyini, həmin əmlakdan İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. İddiaçı hazırda mərhum atası X4 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsi ilə bağlı mirasın onun tərəfindən faktiki qəbul edilməsi müəyyən edilməklə miras əmlakı üzərində onun payının 1/3 olmaqla müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, iş üzrə vəsiyyətnamə mövcud deyildir. X2 qanun üzrə 7 vərəsəsi vardır. Həmin X17 məhkəməyə ərizə təqdim edərək mirası nə notariat ofisinə ərizə verərək nə də faktiki qəbul etdiyini və iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə həmin halla bağlı qeyd edir ki, mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Mülki Məcəllənin tələblərinə görə mirasın qəbulundan imtina vərəsələrin mirasın açıldığı yer üzrə notariat kontoruna rəsmi ərizə təqdim etməsilə reallaşdırılmalıdır. İstər mirasın qəbulu, istərsə də ondan imtina ilə əlaqədar ərizədəki imzaların həqiqiliyi başqa notariat kontorunda və ya qanunla nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq olunmaqla da mirasın açıldığı yer üzrə notariat kontoruna göndərilə bilər. Bu ərizənin müvafiq notariat kontoruna daxil olduğu vaxtdan asılı olmayaraq, ərizədəki imzanın həqiqiliyinin təsdiq olunduğu gün miras əmlakın qəbulu və ya onun qəbulundan imtina vaxtı hesab edilməlidir. Vərəsələr mirasın qəbulundan qanun və ya vəsiyyət üzrə vərəsələr dairəsinə daxil olan şəxslərin, həmçinin dövlətin xeyrinə imtina edə bilərlər. Eyni zamanda Mülki Məcəllədə mirasdan imtina etmək üçün üç aylıq müddət müəyyənləşdirilmişdir. Mirasa sahibliyə və ya onu idarə etməyə faktiki başlamış vərəsələr isə mirasın qəbulu üçün müəyyən edilmiş vaxt ərzində ondan imtina edə bilərlər. Deməli vərəsələr miras əmlakın qəbul olunmasından 6 ay müddətində də imtina edə bilərlər. Vərəsə iradəsini sərbəst ifadə etməklə ərizəsində mirasın qəbulundan vərəsələrdən kimin xeyrinə imtina etdiyini göstərə bilər. Mirasın qəbulundan imtina ərizəsində vərəsənin miras əmlakdan kimin xeyrinə imtina etməsi göstərilmədikdə onun payı qanun üzrə vərəsəliyə çağrılmış vərəsələr, bütün əmlaka vəsiyyətnamə əsasında şəhadətnamə verildiyi halda isə vəsiyyət üzrə vərəsələr arasında bərabər bölüşdürülməlidir. Lakin yuxarıda qeyd olunanları Məcid Hümmətovun ərizəsinin verilməsi bağlı hallara şamil etmək olmaz. Ona görə də məhkəmə hesab edir ki, Məcid Hümmətovun ərizəsi qəbul edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Həmin Məcəllənin 1260-cı maddəsinə əsasən vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan miras hissəsindən imtina edə bilər. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin Maddə 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X1 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsi ilə bağlı ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən buraxılmış müddətin səbəbləri üzürlü hesab edilməklə uzadılmalı, həmin əmlakların hər biri üzərində iddiaçının 1/7 hissə payı müəyyən edilməli və həmin paylar iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. X1 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlakları qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. X1 miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X25 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********53 reyestr nömrəli Çıxarışa əsasən 0.2489 ha torpaq sahəsinin 1/3 hissəsi, **********51 reyestr nömrəli Çıxarışa əsasən 0.2883 ha torpaq sahəsinin 1/3 hissəsi və **********52 reyestr nömrəli Çıxarışa əsasən 1.6218 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində İddiaçı 1/7 hissə qanun üzrə payı müəyyən edilsin və həmin paylar iddiaçının mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №e-2(024)-142/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-142/2024
25.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver