Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-178/2025 29.04.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı «miras payının müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı «miras payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək mərhum X5 miras qalmış Qax rayonu Qazmalar kəndinə olan fərdi yaşayış evindən ona 4/6 hissə miras payının və 0.1099 ha, həyətyanı torpaq sahəsi, 0.2993 ha, 2.0161 ha, 1.1860 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə X2 payına münasibətdə ona 1/3 hissə olmaqla miras payının müəyyən edilməsi barədə, mərhum X6 miras qalmış Qax rayonu, Qazmalar kəndinə olan 0.1099 ha, həyətyanı torpaq sahəsi, 0.2993 ha. 2.0161 ha, 1.1860 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə mərhum X6 payına münasibətdə ona 1/3 hissə olmaqla miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu, Qazmalar kəndinə olan fərdi yaşayış evi tam, 0.1099 ha, həyətyanı torpaq sahəsi və 0.2993 ha, 2.0161 ha, 1.1860 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə ümumi birgə olmaqla mərhum həyat yoldaşı X8 mülkiyyətindədir. Həyat yoldaşı X15 xx.xx.2021-ci ildə rəhmətə getmişdir. Onun aşağıdakı vərəsələri qalmışdır. Həyat yoldaşı o-İddiaçı, oğulları Maraqlı şəxs5, Maraqlı şəxs3, qızı-Maraqlı şəxs4, Maraqlı şəxs2, X13-xx.xx.2017-ci ildə rəhmətə gedib və onun qalmışdır. Həyat yoldaşı-Maraqlı şəxs1, oğlu - X19 və anası İddiaçı ibarət vərəsələri qalmışdır. Miras əmlakı olan Qax rayonu, Qazmalar kəndinə olan fərdi yaşayış evi miras qoyanla onun nikah münasibətlərində olduğu müddətdə tikilmiş və həmin dövrdə qeydə alınma sənədləri hazırlanmışdır. Belə ki, mərhum X15 ilə xx.xx.1969-cu ildə rəsmi ailə qurmuşdur. Birgə nikah dövründə miras əmlakı olan Qax rayonu, Qazmalar kəndinə olan fərdi yaşayış evi tikmişlər. İş materiallarına əlavə etdiyi smeta sənədindən göründüyü kimi, həmin ev üçün 1985-ci ildə layihə və smeta hazırlanmışdır. Ev tikildikdən sonra 1988-ci ildə həmin ev üçün texniki pasport və qeydə alma vəsiqəsi verilmişdir. Bu sənədlərdən göründüyü kimi fərdi yaşayış evi birgə nikah dövrü əldə edilən miras əmlakıdır. Buna görə də bu fərdi yaşayış evi üzrə ona ½ hissə olmaqla birgə nikah dövrü əldə edilən əmlak kimi pay və geri qalan ½ hissədən isə qanun üzrə 1/3 hissə olmaqla vərəsəlik payı ayrılmalıdır. Miras qoyan rəhmətə getdiyi dövrdən bu günə kimi həmin fərdi yaşayış evində o tək yaşayır. Mülkiyyət sənədlərindən göründüyü kimi, həyətyanı sahə və kənd təsərrüfatı təyinatlı torpaq sahələri məhrum X15, o- İddiaçı, Maraqlı şəxs5 və mərhum X6 ümumi birgə milkiyyətindədir. Mərhum şəxsdən başqa üç nəfərin ümumi birgə mülkiyyətində olduğu üçün hər biri mirası faktiki qəbul etmiş sayılır. Digər vərəsələrin təsərrüfatı ayrıdır. Miras əmlaklarını nə faktiki nə də notariat orqanına müraciət etməklə qəbul etməmişdirlər. Məhz buna görə də həyətyanı sahə və kənd təsərrüfatı təyinatlı torpaq sahələri X2 payına münasibətdə 1/3 hissə olmaqla ona, Maraqlı şəxs5 və mərhum X6 vərəsəsi olan həyat yoldaşı Maraqlı şəxs1 miras payı kimi verilməlidir. Bundan başqa mərhum X6 vərəsəsi kimi anası olaraq o da vərəsə sayılır. İş materiallarına əlavə etdiyi sənədlərdən göründüyü kimi, 0.1099 ha, həyətyanı torpaq sahəsi və 0.2993 ha, 2.0161 ha, 1.1860 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə ümumi birgə olmaqla X6 payı mövcuddur. X13 xx.xx.2017-ci ildə rəhmətə gedib. Onun birinci dərəcə olmaqla 3 vərəsəsi qalmışdır. Anası olaraq o, oğlu X19 və həyat yoldaşı Maraqlı şəxs1 mərhumdan miras qalmış torpaq sahələrindən hər birinə 1/3 hissə olmaqla miras payı verilməlidir. Yuxarıda qeyd etdiyi kimi, miras əmlakı olan Qax rayonu Qazmalar kəndinə olan fərdi yaşayış evində tikildiyi gündən bu günə kimi yaşayır. Həmin evdə qeydiyyatdadır. Mirasın faktiki qəbul etmə hissəsi notariat ofisində mübahisə doğurmur. Sadəcə miras payı üzrə aralarında ixtilaf olduğu üçün Notarius imtina vermiş və məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum X5 miras qalmış Qax rayonu Qazmalar kəndinə olan fərdi yaşayış evindən ona 4/6 hissə miras payının və 0.1099 ha, həyətyanı torpaq sahəsi, 0.2993 ha, 2.0161 ha, 1.1860 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə X2 payına münasibətdə ona 1/3 hissə olmaqla miras payının müəyyən edilməsi barədə, mərhum X6 miras qalmış Qax rayonu, Qazmalar kəndinə olan 0.1099 ha, həyətyanı torpaq sahəsi, 0.2993 ha, 2.0161 ha, 1.1860 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə mərhum X6 payına münasibətdə ona 1/3 hissə olmaqla miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, Qax rayonu Qazmalar kəndində mərhum X10 və ailə üzvlərinə aid pay torpaq sahələri mövcud olmuşdur. X11 04 noyabr 2021-ci ildə vəfat etmişdir. Onun vərəsləri həyat yoldaşı İddiaçı, övladları Maraqlı şəxs5, Maraqlı şəxs3, qızları Dilşad Yahyayeva və Maraqlı şəxs2dır. Mərhumun vərəsələri notariat ofisində miras əmlakla bağlı razılığa gələ bilməmişlər. Vərəsələr mirasdan birbaşa imtina etdiklərini bildirmişlər. O isə miras əmlak qəbul edilmədiyi halda imtina etməyin mümkün olmadığını bildirmişdir. Miras qəbul olunduqdan sonra miras payının bağışlanması həyata keçirilə bilər. Çıxarışda həmin şəxslərin adları varsa onlar mirası faktiki qəbul etməlidirlər. X34 adınadır. İddiaçı sırf özünə aid olan vərəsəliyi qəbul etmək istəyir. Paylarda mübahisə yoxdur.Yalnız fərdi yaşayış evinə münasibətdə birgə nikah dövründə tikildiyi üçün smeta sənədləri, tikilmə texniki pasprotunu əlavə etmişdir. Ev birgə nikah dövründə tikildiyi üçün əvvəl ½ hissə payı özünə məxsus kimi müəyyənləşməli, yerdə qalan ½ hissəsi isə mərhum ərinə münasibətdə iddiaçıya pay verilməsini xahiş etmişlər. Evdə faktiki olaraq İddiaçı yaşayır. Həyətyanı sahə və pay, çöl torpaq sahələri ümumibirgə mülkiyyətdədir və kimlərin adı varda onlar payı qəbul etmiş sayılırlar. Belə ki, X3 da ümumibirgə olmaqla payı orada vardır. Eyni zamanda İddiaçı Məmmədli qızının payı ümumbirgə olmaqla vardır. Yəni Çıxarışda göstərilən şəxslərin hər biri mirası faktiki qəbul etmiş sayılırlar. İddiaçı sırf özünə düşən payı tələb edir. Yalnız fərdi yaşayış evinə münasibətdə o birgə nikah dövründə inşa edildiyinə görə inşa edilməsi barədə sənəd təqdim edilmişdir. Evin qeydiyyata alınması son dövrdə olsa da, tikilməsi birgə nikah dövrünə təsadüf edir. 1985-ci ildə smeta lahiyəsi və tikildiyi il 1988-ci il texniki pasportdan görünür. Ona görə də, həmin edin ½ hissəsi iddiaçıya məxssudur. Qalan ½ hissə payda isə ona düşən pay ¼ hissə təşkil edir. Maraqlı şəxslərdən Maraqlı şəxs5 miras əmlakdan pay istəmir. Lakin qanunvericiliyə görə Çıxarışda adı olduğu üçün ona pay düşür. Maraqlı şəxs1 mərhum Ruzigar Bayramovun həyat yoldaşı olduğuna görə məhkəməyə etiraz ünvanlasa da, onun payı mövcuddur və mübahisələndirmirlər. İddiaçının da Çıxarışda adı vardır. İddiaçı həm əri Məmməd Bayramovdan həm də oğlu Ruzigar Bayramovdan ona düşən payı tələb edir. İddia tələbi əsaslıdır. Maraqlı şəxslər miras əmlakdan pay istəmədikləriin bildirmişlər. Buna baxmayaraq onlardan Maraqlı şəxs5 və Maraqlı şəxs1 payları açıqda saxlanılmaqla iddiaçı öz payını tələb edir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, miras əmlakı olan fərdi yaşayış evini rəhmətə gedən yoldaşı ilə birlikdə nikah dövründə almışlar. İndi isə oğlu digər mülkləri satdığı kimi bu mülkidə satmaq istəyir. O, həmin evdə yaşayır, satılmasına razı deyildir. İddianın təmin edilməsini xahiş edir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh Qax rayon Notariat ofisinin nümayəndəsi, maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qax rayon Notariat ofisinin nümayəndəsi, maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı Məmməd qızına ünvanlanmış 874 №li, 18 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, mərhum əri X5 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu üzrə müddətin buraxılması göstərilmişdir. 1988-ci il tarixdə tərtib olunmuş Daşınmaz Əmlakın Texniki Pasportunun sürətindən görünür ki, Qax rayonu, Qazmalar kəndində yerləşən fərdi yaşayış evi 1972-ci ildə inşa olunmuşdur. Xalq deputatları sovetinin 27 iyun 1988-ci il tarixli qərarı ilə verilmiş və reyestr kitabında 121 № ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Qax rayonu, Qazmalar kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evi X8 mülkiyyətindədir. X8 tikiləcək evinin smeta layihəsindən görünür ki, smeta sənədi 1985-ci ildə tərtib olunmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********47 reyestr №li, 18 aprel 2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Qazmalar kəndində yerləşən 0.2993 ha torpaq sahəsi Maraqlı şəxs5, X13, İddiaçı və X8 ümumibirgə mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr №li, 18 aprel 2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Qazmalar kəndində yerləşən 2.0161 ha torpaq sahəsi Maraqlı şəxs5, X13, İddiaçı və X8 ümumibirgə mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr №li, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış X8 tam, evin yerləşdiyi 0.1099 ha həyətyanı torpaq sahəsi isə X8, İddiaçı Məmmədli qızının, X6 və Maraqlı şəxs5 ümumibirgə mülkiyyətindədir. Ölüm haqqında AZ-İ 887679 №li şəhadətnamənin surətindən görünür ki, X13 26 sentyabr 2017-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 26 oktyabr 2017-ci il tarixdə 15 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İİ 468014 №li şəhadətnamənin surətindən görünür ki, X12 02 iyul 2013-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 30 noyabr 2021-ci il tarixdə 419 № ilə qeydiyyat aparılmışdır. Qax RİHB-in Qıpçaq kənd İƏDÜN-in verdiyi 562 №li, 18 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X15 04 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsələri vardır: həyat yoldaşı İddiaçı, oğulları Maraqlı şəxs5, Maraqlı şəxs3, X13 (vəfat edib), qızıları Maraqlı şəxs4 və Maraqlı şəxs2. Qıpçaq kənd Zəhmətkeşlər deputatlar sovetinin verdiyi Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı Məmmədli qızının nikahları 24 noyabr 1969-cu ildə rəsmi qeyd olunmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydiyyat aparılmışdır. Qax RİHB-in Qıpçaq kənd İƏDÜN-in verdiyi 135 №li, 11 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X9 ondan ötrü ki, X13 26 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Mərhumun aşağıdakı vərəsələri vardır: anası İddiaçı, arvadı Maraqlı şəxs1, oğlu X20, atası X15 (vəfat edib), oğlu X16 (vəfat edib) və X17 (vəfat edib), Maraqlı şəxs1 məhkəməyə təqdim etdiyi müraciətnamədən görünür ki, həmin iddiaya yenidən baxılmasını, araşdırılmasını xahiş edir. Qarşı tərəfin vəkilini də işi dəqiq araşdırıb öyrənməsini, daha sonra müvəkkilinin xeyrinə iş görməsini istəyir. Ona görə də qarşı tərəfin iddiasında göstərilən əsassız iddiaların ləğv olunmasını xahiş edir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan Məmməd Bayramov 04 noyabr 2021-ci, X18 26 sentyabr 2017-ci ildə ildə vəfat etdiklərinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarından, məhkəmədə iştirak edən digər vərəsələrin izahatlarından görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı torpaq sahələrindən və fərdi yaşayış evindən istifadə etməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, vərəsələrdən Maraqlı şəxs5, X6 Qax rayonu, Qazmalar kəndində yerləşən 0.2993 ha, 2.0161 ha torpaq ha pay torpaq sahələri üzərində ümumbirgə payları vardır və onlar miras əmlakı faktiki qəbul etmiş hesab olunurlar. Eyni zamanda digər vərəslərlə Maraqlı şəxs2 və Maraqlı şəxs4 miras əmlakı nə faktiki, nə də faktiki qəbul etmişlər. İddiaçının nümayəndəsi və vəkili Maraqlı şəxs5 və Maraqlı şəxs1 payları açıqda saxlanılmaqla öz payını tələb edir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən X8 mülkiyyətində olan fərdi yaşayış evi ər-arvadın birgə nikah dövründə inşa edildiyi üçün evin ½ hissəsindən və evin yerləşdiyi 0.1099 ha həyətyanı torpaq sahəsinin X8 və X6 hər birini payına düşən ¼ hissəsindən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********47 reyestr №li, 18 aprel 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Qax rayonu, Qazmalar kəndində yerləşən 0.2993 ha torpaq sahəsinin və X15 və X6 hər birindən miras qalmış ¼ hissəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr №li, 18 aprel 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Qazmalar kəndində yerləşən 2.0161 ha torpaq sahəsindən X8 və X6 hər birindən miras qalmış ¼ hissəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. X1 vərəsələri həyat yoldaşı İddiaçı, oğulları Maraqlı şəxs5, Maraqlı şəxs3, X13 (vəfat edib), qızları Maraqlı şəxs4 və Maraqlı şəxs2, X6 vərəsələri isə anası İddiaçı, arvadı X14, oğlu X20, atası X15, oğlu X16 və X7 ibarətdir. Mərhumlardan qalmış miras qanun üzrə keçir. Mirasın iddiaçı tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır. X2 6 nəfər, X6 isə 3 nəfər vərəsəsi olması, həmin vərəsələrdən Məmməd Bayramova münasibətdə Maraqlı şəxs5 və Rüzgar Bayramovovun (vərəsəsi Maraqlı şəxs1) paylarını faktiki qəbul etməsi və digər vərəsələr Maraqlı şəxs2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 miras əmlakdan onlara düşən payları faktiki və notariat qaydada qəbul etməməsi nəzərə alınmalıdır. İddiaçının nümayəndəsi və vəkili, İddiaçı ilə mərhum əri Məmməd Bayramovun birgə nikah dövründə tikilmiş fərdi yaşayış evi üzərində iddiaçının payının miras kütləsinə daxil olmayan ½ hissəsi üzərində də iddiaçının payının müəyyən edilməsini xahiş etsə də, iddia ərizəsində bununla bağlı tələb irəli sürməmişdir. İddia ərizəsinin tələb hissəsindən də görünür ki. iddia tələbi yalnız miras qalmış əmlak tələbindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən X8 mülkiyyətində olan fərdi yaşayış evinin ½ hissəsi üzərində iddiaçının 1/3 hissə payı, evin yerləşdiyi 0.1099 ha həyətyanı torpaq sahəsinin X8 ¼ hissəsi üzərində 1/3 hissə payı və X6 ¼ hissə payı üzərində 1/3 hissə payı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********47 reyestr №li, 18 aprel 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Qazmalar kəndində yerləşən 0.2993 ha torpaq sahəsinin X8 ¼ hissəsi üzərində 1/3 hissə payı və X6 ¼ hissə payı üzərində 1/3 hissə payı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr №li, 18 aprel 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Qazmalar kəndində yerləşən 2.0161 ha torpaq sahəsinin X8 ¼ hissəsi üzərində 1/3 hissə payı və X6 ¼ hissə payı üzərində 1/3 hissə payı müəyyən edilməlidir. Vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi vəzifəsi isə Notariat haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə görə notariat orqanının səlahiyyətinə aiddir. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********81-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən X8 mülkiyyətində olan fərdi yaşayış evinin miras qalmış ½ hissəsi üzərində İddiaçı 1/3 hissə payı, həmin evin yerləşdiyi 0.1099 ha həyətyanı torpaq sahəsinin X5 miras qalmış ¼ hissəsi üzərində 1/3 hissə payı və X4 miras qalmış ¼ hissə payı üzərində 1/3 hissə payı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********47 reyestr №li, 18 aprel 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Qazmalar kəndində yerləşən 0.2993 ha torpaq sahəsinin X5 miras qalmış ¼ hissəsi üzərində 1/3 hissə payı və X4 miras qalmış ¼ hissə payı üzərində 1/3 hissə payı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********73 reyestr №li, 18 aprel 2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Qazmalar kəndində yerləşən 2.0161 ha torpaq sahəsinin X5 miras qalmış ¼ hissəsi üzərində 1/3 hissə payı və X4 miras qalmış ¼ hissə payı üzərində 1/3 hissə payı müəyyən edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-178/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-178/2025
29.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver