Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-248/2025 18.11.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X5 və X6 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarma və s» tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə9 mülki açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbinin dəlilləri: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarma və s» tələbinə dair ilk İddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun əmlaka daxil olmasına mane olmaqla müşayət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə müraciət edərək Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 24.000 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 162 manat dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsi, ilkin iddia tələbinin Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 24.000 (iyirmi dörd min) manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 162 manat dövlət rüsumunun İddiaçı alınaraq ona ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax rayon Məhkəməsinin 2(024)248/2025 №li, 10 aprel 2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarma və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «torpaq sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə X10, X11, X7 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ilk iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o və ailə üzvlərinin ümumi paylı mülkiyyətində Qax rayonu, Güllük kəndində 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Onların həmin torpaq sahəsi üzərindəki hüquqları 06 dekabr 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış»la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh heç bir hüquqi əsas olmadan o və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsindən onun istifadə etməsinə maneçilik törədir. O və ailə üzvləri iş üzrə Cavabdeh qanunsuz hərəkətlərinə görə ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişən məhsulları yığa bilmir. İş üzrə Cavabdeh, ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxmasını tələb etməsinə baxmayaraq cavabdeh bundan qərəzli olaraq imtina etmişlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. İlk iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qax rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən əmlakına daxil olmağına mane olmaqla müşaiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin özünə təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh heç bir hüquqi əsas olmadan özlərinin ümumi paylı mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsindən özlərinin istifadə etməyinə maneçilik törətmişdir. Ailə üzvləri cavabdehin qanunsuz hərəkətlərinə görə ümumi paylı mülkiyyətlərində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişən məhsulları yığa bilmirlər. İddiaya qarşı münasibət olaraq bildirir ki, Qax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun və İddiaçı ailə üzvlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Torpaq sahələri paylandıqdan sonra hərə özünün istifadəsində olan torpaq sahəsini istifadə edirdi. 2002-ci il tarixdə torpaq sahəsinin ümum birgə mülkiyyətçilərindən mərhum Daşdəmirov Məhəmməd onun yanına dəfələrlə gələrək torpaq sahələrinin yerini dəyişmələrini, dəyişdikləri torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etdi. Buna səbəb ona verilmiş torpaq sahəsi özlərinin yaşayış yerinə yaxın ərazidən verilməsi, özlərinə verilmiş torpaq sahəsinin isə onun yaşayış yerimə yaxın ərazidən verilməsi idi. Özlərinə verilmiş torpaq sahəsinin özlərinə uzaq olduğu üçün həmin torpaq sahəsinə gediş gəlişləri çətin idi. Aralarında torpaq sahəsinin satılması ilə bağlı razılaşma oldu. Həmin vaxtdan sonra o onların, onlar isə onun torpaq sahəsindən istifadə etməyə başlamışlar. İddiaçı və onun ailə üzvlərinə məxsus olan 2.1543 ha kənd təsərrüfatın təyinatlı torpaq sahəsində onun tərəfindən 360 ağac (topa) fındıq kolu, 200 ədəd akasiya ağacı əkilmişdir. Fındıq ağacları 12-14 illik ağaclardır. Artıq bağ tam məhsul vermə qabiliyyətindədir. Cavabdeh və onun ailə üzvləri torpaq sahəsində əkilmiş ağacların artıq məhsul verməyə başladığını gördükdən sonra torpaq sahəsini geri tələb etdilər. O, həmin torpaq sahəsində əkilmiş ağaclar və çəkilmiş xərclərin dəyəri ödəniləcəyi təqdirdə torpaq sahəsini mülkiyyətçilərə verməyə etiraz etmədiyini bildirdi. Lakin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun ailə üzvləri torpaq sahəsində əkilmiş ağaclar və çəkilmiş xərclərin dəyərini ödəməkdən imtina etmiş və məhkəməyə müraciət etmişlər. Həmin ərazidə 1 ha torpaq sahəsinin dəyəri 8.000 manat təşkil edir. Cavabdehin torpağının ümumi dəyərini 16.000 manadır. Torpaq sahəsində fındıq bağı salındığından həmin torpağın dəyəri artmışdır. Fındıq bağı ilə birlikdə həmin torpağın dəyəri 40.000 manat təşkil edir. Bunun üçün iddiaçının ilkin iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Onun 20 ildən artıq istifadə etdiyi, əkib becərdiyi, qulluq etdiyi torpaq sahəsi fındıq kolları və digər ağaclarla birlikdə cavabdehlərin istifadəsində qalacaqdır. Həmin ağaclarlardan artıq hər topadan 10 kq-dan artıq məhsul əldə olunur. Qeyd etdiyi əsaslar torpaq sahəsinin ümumi dəyərini artırdığı və cavabdehlər əsassız varlandığı üçün çəkilmiş xərclər ona ödənilməlidir. Torpaq sahəsindən çıxdığı təqdirdə cavabdehlər onun hesabına əsassız yerə 24.000 manat varlanacaqlar. Bunun üçün cavabdehlərdən 24.000 manat məbləğ alınaraq ona ödənilməlidir. Qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsininin icraatında İddiaçı ilə aramızda mülki iş vardır. Mülki iş üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə mütəxəsis rəyi təqdim edildiyindən iddia tələbi həcminin artırılması zərurəti yaranmışdır. Mütəxəssis rəyi ilə müəyyən olunur ki, cavabdehlər və qeyriləri 32.500 manat əsassız şəkildə varlanmışlar. Bundan əlavə dövlət rüsumunun fərq hissəsi olan 26 manat ərizəmə əlavə olunur. Mülki Prosessual Məcəllənin n 53-cü maddəsinə istinad edərək iddia tələbi həcminin artırılmasına dair məhkəməyə müraciət edir. İddia tələbinin «xahiş edirəm» hissəsini aşağıdakı məzmunda nəzərə alınmasını xahiş edir. Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, 2) İlkin iddia tələbinin- Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, illər öncə həyat yoldaşı Cavabdeh ilə öz aralarında razılaşaraq, torpaq sahələrini dəyişdi. Cavabdeh torpaq sahəsinə çox əziyyət çəkdi, lakin əkdikləri bar vermədi. O, həyat yoldaşına sağlığında dəfələrlə demişdir ki, öz torpaqlarını qaytarsınlar. Onunla razılaşmamış, bildirmişdir ki, o nə vaxt ölər, ondan sonra istədiklərini edərlər. Torpaq sahəsinin geri qaytarılmasını istəyirəm. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı qəbul etməyərək izahat verərək göstərdi ki, torpaq sahələrini qarşılıqlı razılıqlı dəyişmişlər. Uzun illər ərzində torpaq sahəsini o becərmişdir. Bir çox ağac əkmişdir. Torpaq sahəsini dəyişmələrinin səbəbi, mərhumun ona qulluq edə bilməməsi idi. Torpaq sahəsinə çəkdiyi xərclərin əvəzinin ödənilməsini istəyir. Uzun illərdir ona məxsus torpaq sahəsindən istifadə olunmuşdur. Eyni hektar, eyni cürdür. Onun torpağından da iddiaçı istifadə edibdir. Halbuki bu ilki ildə o torpaq sahəsindən ümumi xeyrini götürəndə 600 manat xeyir götürmüşdür. Keçən ilki fındığı dolu vurmuşdur. Ancaq iddiaçıgil bu ilki ildə onun torpaq sahəsindən nə qədər ot çalıb pres gətirmişlər. Hesbalasınlar hansı daha çox xeyir götürmüşlər. Neçə pres çıxıb və qiyməti nədir hamısını bilir. O, torpağı istəmir, özünün çəkdiyi zəhmətinin, əziyyətinin əvəzini istəyir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, tərəflər tələb edir ki, iddiaçı torpaq sahəsindən çıxsın. İddiaçı torpaq sahəsindən çıxır. İddiaçı cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməmişdir. Məhkəmə iclasında onlar bildirdilər ki, torpaq sahələri dəyişdirilmişdir. İddiaçı çəkilmiş xərci tələb edir. Çəkilmiş xərc də mütəxəssis rəyi sübuta yetirilmişdir ki. torpaq sahəsinin boş halda dəyəri nə qədərdir, fındıq ağacları ilə birlikdə dəyəri nə qədərdir. İddiaçı ortadakı fərqi tələb edir. Ona görə də iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir ki, 32.500 manat məbləğin, hüquqi yardım üçün ödənilmiş xidmət haqının, eyni zamanda 188 manat dövlət rüsumunun tərəflərdən alınaraq verilməsi və hər iki qərarın eyni anda icra olunmasını tələb edir. İddiaçı torpaq sahəsindən çıxdığı təqdirdə torpaq sahəsinə çəkdiyi xərclər necə olmalıdır? İddiaçı 15 ildən yuxarı xərc çəkmişdir. Mütəxəssis rəyində də göstərilmişdir ki, torpaq sahəsinə çəkilmiş xərclər nə qədərdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə iclasında izahat verərək göstərdi ki, atası onlardan xəbərsiz olaraq torpaq sahəsini Cavabdehlə əyişmişdir. Onlar uşaqları olaraq torpaq sahəsinin geri qaytarılmasını istəyirlər. Çünki Cavabdeh torpağında heçnə bitmir. Həmin torpaq məhsuldar deyil. Həmçinin ekspertizanın verdiyi rəylə razı deyildirlər. Rəydə göstərilən məbləğlər şişirdilmiş qiymətlərdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum ataları onların razılğı olmadan torpaq sahəsini Cavabdehlə dəyişmişdir. Hal-hazırda öz torpağı geri istəyirlər. Cavabdeh torpağı məhsuldar deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəmə iclasında izahat verərək göstərdi ki, hal-hazırda öz torpağı geri istəyirlər. İşin halları İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən **********45 reyestr, ********** qeydiyyat №li, 06 dekabr 2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha torpaq sahəsinin 0.3275 ha hissəsi X2, 0.4567 ha hissəsi X5, 0.4567 ha hissəsi X1, 0.4567 ha hissəsi X6, 0.4567 ha hissəsi X3 ümumibirgə mülkiyyətinə verilmişdir. Aqronom Rəyindən görünür ki, Aqronom rəyi verilməsi üçün 07 mart 2025-ci il tarixdə Qax rayonu, Güllük kəndində yerləşən Cavabdeh istifadəsində olan 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş fındıq kollarının, akasiya ağaclarının yerləşdiyi əraziyə baxış keçirilmişdir. Torpaq sahəsinə baxış keçirildikdə təqribən 10-12 illik fındıq kollarının olması, fındıq kollarının 2012-ci ildən sonra əkilməsi və akasiya ağaclarının yaşının təxminən 5-10 illik olması müəyyən edilmişdir. Fındıq kollarının yaşının 10-12 illik olması və başqa əraziyə köçürüləcəyi təqdirdə ağacların köklərinin zədələnməsi ilə nəticələnəcəyindən və ağaclar azı 10 il məhsuldarlıq qabiliyyətini itirəcəyindən aqrotexniki qaydalara əsasən ağacların başqa əraziyə köçürülməsi yolverilməzdir. Bundan əlavə fındıq kollarına aqrotexniki qaydada qulluq edilmiş və fındıq kollarının arası şumlandığı müşahidə edilmişdir. "xxxx"MMC-in İŞ №003-08/AT-08/2025 Rəydən görünür ki,1.15-18 yaş arası fındıq ağaclarının bir ədədinin dəyəri 100 manat təşkil edir. Akasiya ağacının bir ədədinin dəyəri 40 manat təşkil edir. 2. Qeyd edilən ərazidə bu tip torpaq sahəsinin bir hektarının dəyəri 10.000-12.000 manat arasında dəyişir. Qiymətləndirmək istədikləri 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi dəyəri 22.000 manat təşkil edir. Bitkilərin ümumi dəyəri 32.500 manat təşkil edir. Ümumilikdə bağ sahəsi və bitkilərlə birlikdə 54.500 manat təşkil edər.3.Qiymətləndirmə işi aparılarkən ağacların müvcudluğunun təsdiqini Yerin relyefi və dəyişikliklər nəzərə alınarak foto şəkilləri özündə əks etdirən Google Earth proqramından illər üzrə skrin şəkillər götürülmüş və hesabata əlavə edilmişdir.4. Bizim mütəxəssis ağaclara yerində baxdı və ağacların yaşı 10-12 arası olması müşahidə etdi. Həmçinin əlavə olaraq PEYK görüntülərindəndə məlum oldu ki, həmin ərzidə ağacların yaşı 10-12 ildən artıq deyildir. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Daşınmaz Əmlakın Dövlət reyestrindən **********45 reyestr, ********** qeydiyyat №li, 06 dekabr 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha torpaq sahəsinin 0.3275 ha hissəsi X2, 0.4567 ha hissəsi X5, 0.4567 ha hissəsi X1, 0.4567 ha hissəsi X6, 0.4567 ha hissəsi X3 mülkiyyətinə verilmişdir. 2002-ci il tarixdə torpaq sahəsinin mülkiyyətçisi olan mərhum Məhəmməd Daşdəmirovla Cavabdeh arasında şifahi qaydada razılaşma əldə olunaraq torpaq sahələrinə gediş-gəlişin asanlaşdırılması məqsədi ilə yuxarıda adıçəkilən çıxarışda qeyd qeyd olunan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələri dəyişdirilmiş, həmin vaxtdan etibarən Cavabdeh iddiaçıya İddiaçı və digər payçılara məxsus torpaq sahəsindən istifadə etmişdir. Cavabdeh həmin vaxtdan sonra İddiaçı və digər mülkiyyətçilərin, həmin şəxslər isə Cavabdeh torpaq sahəsindən istifadə etməyə başlamışlar. İddiaçı və onun ailə üzvlərinə məxsus olan 2.1543 ha kənd təsərrüfatın təyinatlı torpaq sahəsində Cavabdeh tərəfindən 360 ağac (topa) fındıq kolu, 200 ədəd akasiya ağacı əkilmişdir. İddiaçı ilki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun əmlaka daxil olmasına mane olmaqla müşayət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmasını, Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmiş, Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ilk iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 8.1-ci bəndində qeyd olunmuşdur ki, işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia üzrə məhkəmənin mövqeyi ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraatda bir neçə tələb birləşdirildikdə və yaxud işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə, qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Məhkəmə ilk öncə ilk iddia tələbinə tələbə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında Cavabdeh ilk iddia tələbini qəbul edərək İddiaçı və digər payçıların mülkiyyətində olan 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına etiraz etmədiyini, lakin torpaq sahəsini yaxşılaşdırılmasına dair xərclər çəkdiyini, fındıq və akasiya ağacları əkdiyini göstərərək, həmin ağacların dəyərinin N.G. Daşdəmirova tərəfindən ona ödənilməsini xahiş etmişdir. Beləliklə Cavabdeh tərəfindən İddiaçı və digər mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadə etməsi işin mübahisəsiz halıdır. Bu fakt məhkəmə iclasında Cavabdeh və digər iştirakçıların izahatları, işin faktiki halları və digər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh mübahisə predmeti olan İddiaçı və digər mülkiyyətçilərin paylı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi həmin mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh sözügedən torpaq sahəsindən çıxmasına etiraz etmədiyin və həmin torpaq sahəsinə çəkdiyi xərcləri tələb etdiyini bildirir. Ona görə də məhkəmə hesab edir ki, ilk İddiaçı ilk iddia tələbi əsaslıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 360 ədəd fındıq ağacı və 200 ədəd akasiya ağacı əkilməsini və həmin ağacların hazırda mövcud olmasını İddiaçı və torpaq sahəsinin digər mülkiyyətçiləri danmamışlar. Ona görə də, fındıq ağaclarının mövcudluğu işin mübahisəsiz halıdır. Lakin Cavabdeh tərəfindən əkilən ağacların dəyəri barədə "xxxx"MMC-in İŞ №003-08/AT-08/2025 rəy verilsə də, torpaq sahəsinin ağaclar mövcud olmadan və yaxud həmin ağaclarla birlikdə dəyəri və alınan qiymət fərqi ilə ağacların dəyəri müəyyən edilsə belə, Cavabdehlə İddiaçı mərhum əri Məhəmməd Daşdəmirovla mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı notariat qaydada təsdiqlənən, hüquqi əsasa söykənməyən əqd bağlamadan qeyd olunan 360 ağac (topa) fındıq kolu, 200 ədəd akasiya ağacı əkməsi Cavabdeh İddiaçı qarşı heç bir çəkilmiş xərclərlə bağlı tələb hüququ yarada bilməz. Çünki Cavabdeh özgəsinin qanuni mülkiyyətində olan torpaqla bağlı gələcəkdə hər hansı bir mübahisənin yaranacağını bildiyi halda özgə mülkiyyətində olan torpaq sahəsində yaxşılaşdırma işləri apararaq xərc çəkmişdir. Bu hal da birmənalı olaraq Mülki Məcəllənin 157.5-ci maddəsinə uyğun hesab edilməməlidir. Azərbaycan Respublikasnın Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələbinə əsasən «mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya biliməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.» Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsində göstərilmişdir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Cavabdeh hər hansı bir əqd bağlanmadan və şifahi qaydada olan razılıq əsasında özgəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmədən yaxşılaşdırma işləri aparılması, torpaq sahəsinə xərclərin çəkilməsi Cavabdeh vicdanlı sahib olması anlamına gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh X8 və digər mülkiyyətçilərə məxsus torpaq sahəsində həmin ağacları yetişdirərək gəlir götürmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «İnsan Hüquqlarının və X4» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» 13 iyun 1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədə ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülkiyyət hüququnun yaranması üçün hər şeydən əvvəl şəxsin özünə məxsus əmlakı olmalıdır. Şəxsin müəyyən əmlakı olmalıdır ki, onunla hər hansı bir münasibətə girə bilsin. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ saxlanılır. Lakin əşyanın tətbiq edilməməsi və ya ona qulluq edilməməsi ictimai münasibətlərə toxunarsa müəyyən hüquqi nəticələr yaradır. Belə olan halda mülkiyyətçinin üzərinə həmin baxımsız əmlakdan istifadə etmək, ona qulluq göstərmək və saz vəziyyətdə saxlamaq vəzifəsi qoyula bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddihüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. (5-ci bənd). Qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsində göstərilən məlumatlar əks etdirməlidir (6.1-ci bənd). Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. (6.2-ci bənd) Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.(6.3-cü bənd). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. (6.4-cü bənd) Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. (6.5-ci bənd) Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun əmlaka daxil olmasına mane olmaqla müşayət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, Cavabdeh zəbt etdiyi, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin ona təhvil verilməsi» barədə iddiası təmin edilsin. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh İddiaçı qarşı «Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi, ilk iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2,1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinin təhvil verilməsi, iddianın qaldırılması məqsədi ilə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq ödənilməsinə və qarşılıqlı iddia tələbinin-Qax rayonu, Güllük kəndində yerləşən 2.1543 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çəkilmiş xərclərinin əvəzi olaraq hesablanmış 32.500 manat məbləğin, vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının, mütəxəssis rəyi üçün ödənilmiş 400 manat xidmət haqqının, iddia ərizəsi üçün ödənilmiş 188 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsinə dair tələbin eyni anda icra edilməsinə dair» qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-248/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-248/2025
18.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver