Məhkəmə qərarları › İş №e-2(024)-613/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-613/2025

04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-613/2025 04.11.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı «müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh1 qarşı «müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş 20.000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş 20.000 manat pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqaviləyə əsasən, MMC-i 20.000 manat ilkin ödəniş müqabilind bir ədəd «Changan Qiyuan A 05» markalı, ağ rəngli, 1.5 Hybrid mühərrikli, 2025-ci il buraxılışlı nəqliyyat vasitəsini Çin Xalq Respublikasında yerləşən istehsalçı şirkətdən satın almaq və alınmış nəqliyyat vasitəsini ona çatdırmaq xidməti göstərməli, qalan 1.080 manat pul vəsaiti isə nəqliyyat vasitəsi təhvil verildikdən sonra tərəfindən MMC-yə ödənilməli idi. Tərəfindən müqavilənin bağlandığı 29 aprel 2025-ci il tarixdə Cavabdeh2 MMC-yə 20.000 manat pul vəsaiti ödənilmiş, 08 may 2025-ci il tarixdə isə Cavabdeh2 MMC-in direktoru Cavabdeh1 tərəfindən artıq nəqliyyat vasitəsinin sifariş olunduğu və gözləməli olduğu bildirilmişdir. Lakin MMC-in direktoru Cavabdeh1 20.000 manat ödəniş edilsə də, sonuncu tərəfindən öhdəlikləri yerinə yetirilməmiş, müqavilənin icra vəziyyəti ilə bağlı onunla maraqlandıqda isə nəqliyyat vasitəsinin alqı-satqına dair sifarişin icra olunduğunu və nəqliyyat vasitəsinin çatdırılacağını, «səbrli» olmasını bildirməklə hər dəfə absurd vədlər vermiş, o zəng edəndə isə istifadəsində olan nömrəsini söndürmüş, zənglərinə cavab verməmiş və ödənilmiş 20.000 manat pul vəsaitini qaytarmamışdır. Bir müddət sonra isə, Cavabdeh1 müxtəlif vətəndaşlarla da eyni xarakterli müqavilələr bağlamaqla, müqavilə öhdəliklərini yerinə yetirməməsi ona məlum olmuşdur. Bunu təsdiq edən mötəbər sübutlar (etirafedici səs yazıları və Əlavə yazışmalar, sosial şəbəkələrdən çıxarışlar) məhkəmə araşdırması zamanı təqdim ediləcəkdir. Sözü gedən hallar ona məlum olduğundan, Cavabdeh1 ilə sosial şəbəkə vasitəsilə və istifadəsində olan digər telefon nömrəsi ilə əlaqə saxlamış və sonuncu əvvəlcə qısa bir müddət ərzində ona narahat olmamağı, axtarışda olduğunu, bir müddət gözləməyi bildirsə də, o ondan pulunu geri qaytarmağı tələb etdikdən sonra ümumiyyətlə zənglərinə cavab verməmiş, istifadəsində olan telefon nömrələrini söndürmüşdür. Məhkəmədən İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş 20.000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edilərək, İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş 20.000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qeyd olunan mülki iş məhkəmənin icraatındadır və məhkəmə hazırlıq iclası 12 avqust 2025-ci il tarixə, saat 10:15-ə təyin edilmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, İddiaçı ilə bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 14 iyul 2025-ci il tarixli, EM-2874VK-37131/25 nömrəli müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir (Qoşma: müqavilə və ödəniş qəbzi əlavə olunur). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmədən İddiaçı ilə "xxxx" MMC şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş 20.000 manat pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə göndərərək iddia ərizəsinə bütün zəruri sübutlar tərəfindən əlavə edildiyini, o cümlədən məhkəmə iclasında iddianı müdafiə etdiklərini, üzrlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilmədiklərini, ona görə də, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməklə, əvvəlki məhkəmə iclasında verdikləri izahatlar nəzərə alınmaqla, təqdim etdikləri sübutlar əsasında iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlərin iştirakı təmin edilməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə İddiaçı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 və Cavabdeh2 MMC-nn nümayəındəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilədən görünür ki, cavabdehlər 20.000 manat ilkin ödəniş müqabilində bir ədəd «Changan Qiyuan A05» markalı, ağ rəngli, 1.5 Hybrid mühərrikli, 2025-ci il buraxılışlı nəqliyyat vasitəsini Çin Xalq Respublikasında yerləşən istehsalçı şirkətdən satın almaq və alınmış nəqliyyat vasitəsini ona çatdırmaq xidməti göstərməyi öz öhdəsinə götürmüş, iddiaçı isə qalan 1.080 manat pul vəsaiti isə nəqliyyat vasitəsi təhvil verildikdən sonra MMC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçıv oğlu müqavilənin şərtlərini oxuduğunu və razı olduğunu qeyd edərək imza etmiş, şirkət nümayəndəsinin nümayəndəsi qismində isə Cavabdeh1 imza etmişdir. İddiaçı tərəfindən 24 iyun 2025-ci il tarixdə cavabdehə ünvanlanmış Pretenziya məktubundan görünür ki, müqavilədə qeyd olunna müddət ərzində avtomobil ona çatdırılmadığı üçün ödənilmiş. 20.000 manat pulun üç iş günü ərzində ona geri qaytarılması tələb olunmuşdur. İddiaçı ilə +**********55 mobil №li abonentin «Whatsapp Messenger» proqramı vasitəsilə yazışmalarının mətnindən görünür ki, iddiaçı tərəfindən onun avtomobildən nəsə xəbər olması və nəsə yenilik olması barədə suala cavab verilməmiş. iddiaçı tərəfindən cavab verilmədiyi üçün naraht olması barədə mesaja isə «Salam, hər vaxtınız xeyirli olsun müştərimiz Elvin bəy, sizin sifarişiniz «Changan A05» icra olunub mövzusunda cavab verilmişdir. İddiaçının mümkünsə əlaqə saxlaması barədə mesajına cavab verilməmiş, etdiyi səsli zəngə cavab verilməmiş. smsm yazılaraq üzürül hesab etməsini, danışa bilməyəcəyini, mesajı yazılı formada göndərə biləcəyini qeyd etmiş, 21 iyun 2025-ci il tarixdə artıq təkrar şirkətin nömrəsinin aktiv olduğu, yaxın günlərdə ofisdə fəaliyyətinin bərpa olunacağı bu nömrə ilə əlaqə saxlaması bildirilmiş. İddiaçının yazan şəxsin Elvin Hüseynov olmasına isə bəli Elvin bəy cavabı verilmişdir. İddiaçının “mayın 8-dən hər həftə hansı nömrə sosial şəbəkə və s vasitə ilə danışrıq. Hər dəfə dediniz gün ərzində sifarişin barədə detsalıı məlumat verəcəm mesajına 1 ay 2 həftədir hələ də mənə heç bir detallı cavab verməmisiniz” mesajına isə cavab verilməmişdir. İddiaçının 26 iyun 2025-ci il tarixdə yazdığə mesaja cavab olaraq yaşanan gecikmədə səbəbkarın şikrkət olmadığı şirkətin sadəcə vasitəçi olduğu qeyd edilmiş, digər mesaja cavab olaraq isə şirkətin daşıyıcı deyil broker olduğu qeyd olunmuş, iddiaçının digər sualına isə ümumiyyətlə hansısa dövlət qurumuna şikayət edən bir şəxsə heç bir hesabat verilməməsi yalnız aidiyyəti dövlət qurumuna bu sənədin verildiyi, digər səs yazısına isə onun vaxtını almamasını, nə zəng vurmasını və də yazmamasını, iddiaçının digər mesajına şirkətlə sifarişçi arasında o vaxt məlumat mübadiləsi olur ki, bura 3 tərəf qarsımasın və avtomobilin alınma sənədləri, müvafiq karqo məlumatlarının yalnız dövlət qurumunda bölüşülür məzmununda cavab verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş USB diskə köçürülmüş audioyazıdan görünür ki, Birləşmiş ərəb Əmirliklərindən gələn avtomobillərdə izləmə linkinin olmaması, izləmə linkinin kontenyerdə gələn avtomobillərdə olması, Dubaydan, Çindən və Qazaxıstandan açıq şəkildəgələn avtomobillərdə izləmə linkinin olmadığı, yalnız kargo şirkəti tərəfindən şifahi məlumat əsasında onların da dəyərli müştərilərə məlumat ötürdüyü qeyd olunmuşdur. Digər audio yazıda onun alnı üzü açıq olduğunu, onun kimi beş sifətli olmadığı, gündə 20 dəfə zəng vurub məzlum rolu oynadığı, arxa fondan da iş çevirdiyi, bunun adının bir yox beş sifətlilik olduğu, dövlət qurumuna şikayət edibsə məlumatı da həmin qurumdan almasını, onların bütün sənədləri aidiyyatı cavabdeh quruma çatdıracaqlarını bildirmişdir. Digər audio yazıda onun haqlı ya haqsız olmasına məhkəmə orqanının qərar verdiyini, nə polisin, nə onun nə də hansısa bir şəxsin qərar vermədiyini, istintaqın nəticəsi barədə məhkəmənin hökm çıxardığını, vətəndaşa apelyasiya və kassasiya şikayətinin verilməsi hüququnun verildiyini, yəni məsələni mübahisələndirdiyini, onun işindən əmin olduğunu ki, müştərinin avtomobilin almışdır, kargoda gecikmə olduğunu, işin yoluna düşəcəyini, onun üzünə gülüb arxasınca iş çevirən, özünü məzlum kimi göstərən və ondan informasiya gözləyən şəxsin dövlət qurumuna şikayət edən şəxsin isə gedib həmin qurumdan lazımi informasiya almasını bildirmişdir. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında 29 aprel 2025-ci il tarixdə müqavilə bağlanmış, "xxxx" MMC 20.000 manat ilkin ödəniş müqabilində bir ədəd «Changan Qiyuan A05» markalı, ağ rəngli, 1.5 Hybrid mühərrikli, 2025-ci il buraxılışlı nəqliyyat vasitəsini Çin Xalq Respublikasında yerləşən istehsalçı şirkətdən satın almaq və alınmış nəqliyyat vasitəsini ona çatdırmaq xidməti göstərməsini, iddiaçı isə qalan 1.080 manat pulu nəqliyyat vasitəsi təhvil verildikdən sonra Cavabdeh2 MMC-nə ödəməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtləri tərəflər arasında razılaşdırıldıqdan sonra imzalanmışdır. Lakin Cavabdeh1 müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, qeyd olunan avtomobilin iddiaçıya çatdırılmasını təmin etməmişdir. İddiaçı ilə "xxxx" MMCi şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilənin ləğv edilməsi və ödənilmiş 20.000 (iyirmi min) manat pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 MMC-in rəhbəri olan Cavabdeh1 tərəfindən müqavilə üzrə «Changan Qiyuan A05» minik markalı, ağ rəngli, 1.5 Hybrid mühərrikli, 2025-ci il buraxılışlı nəqliyyat vasitəsini Çin Xalq Respublikasında yerləşən istehsalçı şirkətdən satın almaq və alınmış nəqliyyat vasitəsini ona çatdırmaq xidməti göstərməsi barədə üzərinə götürdüyü öhdəlik icra olunmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehə nəqliyyat vasitəsini əldə olunaraq Azərbaycan Respublikasına idxal edilməsi və onun təhvil verilməsi barədə tapşırıq vermiş və bu tapşırığın icrası üçün ona pul vəsaiti vermişdir. İşin faktiki halları onu göstərir ki, cavabdeh verilmiş tapşırığı kifayət qədər vicdanlı və peşəkar şəkildə icra etməmiş, bunun nəticəsində iddiaçı əldə etmək istədiyi avtomobildən, eyni zamanda da cavabdehə ödədiyi 20.000 manat pul vəsaitindən məhrum olmuşdur. Cavabdeh X1 tərəfindən "xxxx" MMC-i 20.000 manat ilkin ödəniş müqabilində bir ədəd «Changan Qiyuan A05» minik markalı, ağ rəngli, 1.5 Hybrid mühərrikli, 2025-ci il buraxılışlı nəqliyyat vasitəsini Çin Xalq Respublikasında yerləşən istehsalçı şirkətdən satın almaq və alınmış nəqliyyat vasitəsini iddiaçıya çatdırmaq xidməti göstərməsini barədə öhdəlik götürməsi, tərəflər arasında bağlanmış 29 aprel 2025-ci il tarixdə müqavilə, cavabdehin öhdəliyin yerinə yetirməməsi və iddiaçıdan aldığı 20.000 manatı geri qaytarmaması iddiaçının məhkəməyə təqdim etdiyi audio yazılar və «Whatsapp Messenger» proqramı vasitəsilə sms yazışmaları ilə sübuta yetirilmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilə ləğv edilməli, ödənilmiş 20.000 manat pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki hüquq anlamında öhdəliyi başqa hüquq sahələrinə aid olan hüquq münasibətləri ilə qarışdırmaq olmaz. Məsələn, vergi ödəmək borcu əmlak xarakterli olsa da dövlətlə vətəndaş arasında hakimiyyət tabeliyi prinsipinə əsaslanır və ümumi hüquq münasibətidir. Mülki hüquq mənasında öhdəlik münasibətləri isə bərabər hüquqlu tərəflər arasında yaranan xüsusi hüquq münasibətidir. Öhdəlik konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Buna görə də şərh olunan maddədə konkret subyektlər arasında, yəni kreditorla borclu arasında iqtisadi xarakterli konkret hüquq münasibətləri nəzərdə tutulmuşdur. Beləliklə, öhdəliyin predmeti pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Öhdəliyin anlayışından göründüyü kimi, onun predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin verilməsi üzrə borclu şəxsin davranışı təşkil edir. Öhdəlik konkret şəxslərin əmlak dövriyyəsində davranışlarını müəyyənləşdirir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçıları arasında xüsusilə çoxsaylı öhdəlik hüquq münasibətləri yaranır. Mülki qanunvericilikdə nəzərdə tutulan çoxsaylı öhdəliklər müəyyən göstəricilər üzrə sistemləşdirilirlər. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilələrdən əmələ gələn, müqavilədənkənar öhdəliklər və qanundan əmələ gələn öhdəliklərə ayrılırlar. Məzmununa görə öhdəliklər əmlakın mülkiyyətə və sair əşya hüququna verilməsi, əmlakın istifadəyə verilməsi, işlər görülməsi üzrə, xidmətlər göstərilməsi üzrə və s. öhdəliklərə ayrılırlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Şərh olunan maddədə göstərildiyi kimi öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi icra edilməməsi anlaşılır. Buraya öhdəliyin tamamilə icra edilməməsi ilə yanaşı, onun vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara yol verməklə və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi də aiddir. Borclunun öz öhdəliyini icra etməsi üzrə davranışı müqavilənin və qanunvericiliyin müddəalarına, bunlar olmadıqda işgüzar adətlərə və digər, adətən irəli sürülən tələblərə tam cavab verməlidir. Əks təqdirdə öhdəlik pozulmuş olur və öhdəliyin icra edilməməsi baş verir ki, bu da ciddi hüquqi nəticələrə səbəb olur. Bunlar barədə növbəti maddələrin şərhində geniş məlumat verilir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu özünün riski daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Borclu öz öhdəliklərinin hər bir təqsir pozuntusu üçün məsuliyyət daşıyır. Öhdəliyin təqsirli pozuntusu həm hərəkət, həmdə hərəkətsizlik nəticəsində baş verə bilər. Borclunun təqsiri isə həm qərəz, həmdə ehtiyatsızlıq formasında ola bilər. Borclu qərəz və ya kobud ehtiyatsızlıq nəticəsində öhdəliyin icra edilmədiyi üçün məsuliyyət daşımalı və onu məsuliyyətdən azad etmək olmaz. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: Həmin Məcəllənin 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Həmin Məcəllənin 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Həmin Məcəllənin 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 788.1-ci maddəsinə əsasən brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. Həmin Məcəllənin 788.2-ci maddəsinə əsasən brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir. Həmin Məcəllənin 788.3-cü maddəsinə əsasən əgər broker başqa iştirakçıya broker müqaviləsinə zidd üsulla xidmətlər göstərmişsə və ya vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən də muzd almağı şərtləşdirmişdirsə, onun muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ istisna edilir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.6-cı bəndində qeyd olunmuşdur ki, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025ci il tarixli müqavilə ləğv edilməli, iddiaçı tərəfindən ödənilmiş 20.000 manat pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC-i şirkətinin direktoru Cavabdeh1 arasında bağlanmış 29 aprel 2025-ci il tarixli müqavilə ləğv edilsin, iddiaçı tərəfindən ödənilmiş 20.000 manat pul vəsaiti, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar