Məhkəmə qərarları › İş №e-2(024)-631/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-631/2024

17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-631/2024 17.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X9 və Qax rayon Notariat ofisinə qarşı «miras payın müəyyən edilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X9 və Qax rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X2 miras qalmış xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakdan vərəsələrin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 iddiaçının atasıdır. xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/6 hissəsi mərhum atası X5 mülkiyyətidədir. Mərhum atası X10 22 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Mərhum atasından miras əmlak olaraq xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qax rayonu, Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/6 hissəsi qalmışdır. Atasından miras qalmış torpaq sahəsini onun vərəsəsi olaraq iddiaçı miras əmlak kimi qəbul edərək sahiblik etməyə və əmlakı idarə etməyə başlamışdır. Mərhum atasının yas mərasimi də onun tərəfindən verilmiş, onun qəbirüstü abidəsi də onun tərəfindən abadlaşdırılmışdır. Mərhum atasından miras qalmış əmlaka dair mirası qəbul etmək üçün Qax rayon notariat ofisinə müraciət etsə də 06 avqust 2024-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən ərizəsində göstərdiyi X3 miras qalmış əmlaklar barəsində mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaf olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Qax rayon Notariat ofisinin nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, cavabdehlər gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq onu göstərdi ki, atasından miras qalan əmlakın bölünməsini tələb etmişdir. Digər vərəsələr mərhum atasından miras qalmış paydan onun xeyrinə imtina etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum atasından miras qalan əmlakdan iddiaçının xeyrinə imtina edir. İddia tələbini qəbul edir və təmin edilməsinə etiraz etmir. Cavabdeh X9 iştirak etdiyi 26 noyabr 2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdi və izahat verərək göstərdi ki, mərhum Elşad İbrahimov onun əridir. O, əri Elşad İbrahimovdan miras qalmış 0.12 ha həyətyanı torpaq sahəsindən 1/6 hissədə olan miras əmlakdan özünə düşən miras paydan oğlu İddiaçı xeyrinə imtina edir. İddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh5 iştirak etdiyi 08 oktyabr 2024-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etdi və izahat verərək göstərdi ki, mərhum Elşad İbrahimov onun atasıdır. X18 miras qalmış 0.12 ha həyətyanı torpaq sahəsindən 1/6 hissədə olan miras əmlakdan özünə düşən miras paydan qardaşı İddiaçı xeyrinə imtina edir. İddianın təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 552 nömrəli məktubdan görünür ki, X1 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaf olması göstərilmişdir. İ-ЖГ № 401488 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X8 nikahları 10 yanvar 1978-ci ildə bağlanmış və nikah haqqında akt qeydləri kitabında 1 nömrə ilə qeydiyyat aparılmış və Ruhangiz Yunusova ərinin “İbrahimova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi İddiaçı (2/6 hissə), X5 (1/6 hissə), Cavabdeh4 (1/6 hissə), Cavabdeh5 (1/6 hissə) və Cavabdeh3 (1/6 hissə) paylı mülkiyyətindədir. AZ-İ № 750932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X10, anası isə Cavabdeh2dır. AZ-İ № 185700 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X6 nikahları 21 oktyabr 2005-ci ildə bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 305 nömrə ilə qeydiyyat aparılmış və Fərqanə İbrahimova ərinin “Quliyeva” soyadını qəbul etmişdir. AZ-İ № 201687 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X7 nikahları 15 dekabr 2005-ci ildə bağlanmış və bu barədə nikah haqqında akt qeydləri kitabında 226 nömrə ilə qeydiyyat aparılmış və Vüsalə İbrahimova ərinin “Bilalova” soyadını qəbul etmişdir. XV-ЖГ № 398924 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 atası X10, anası isə Cavabdeh2dır. Vİ-ЖГ № 368583 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyeva (İbrahimova) Fərqanə Elşad qızının atası X10, anası isə Cavabdeh2dır. İ-ИЕ № 607224 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1958-ci il təvəllüdlüdür. Ölüm haqqında AZ-İİ № 363324 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 29 dekabr 2023-cü il tarixdə 384 nömrə ilə qeydiyyat aparılmışdır. Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, №05/09lS/067487-24 nömrəli arayışdan görünür ki, X5 arvadı Cavabdeh2, qızları Cavabdeh3, Cavabdeh4, X11 (xx.xx.1982-ci ildə ölmüşdür), Cavabdeh5 və oğlu İddiaçı ibarət vərəsələri vardır. "xxxx" ASC vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli 10299 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Cavabdeh5 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh 23 dekabr 2023-cü il tarixdə vəfat etmiş mərhum atası X3 miras qalmış Qax rayonunun Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakı ya notariat ofisinə, ya da faktiki sahiblənərək qəbul etmədiyini, miras əmlakdan atasının payına düşən 2.5% torpaq sahəsindən özünə düşən paydan qardaşı İddiaçı xeyrinə imtina etdiyini və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. Cavabdeh2 tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, cavabdeh 22 dekabr 2023-cü il tarixdə vəfat etmiş mərhum əri X3 miras qalmış Qax rayonunun Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakdan özünə düşən paydan oğlu İddiaçı xeyrinə imtina etdiyini və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. Cavabdeh4 tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, cavabdeh 22 dekabr 2023-cü il tarixdə vəfat etmiş mərhum atası X3 miras qalmış Qax rayonunun Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakdan özünə düşən paydan qardaşı İddiaçı xeyrinə imtina etdiyini və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmədiyini göstərmişdir. Cavabdeh3 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh 22 dekabr 2023-cü il tarixdə vəfat etmiş mərhum atası X3 miras qalmış Qax rayonunun Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha torpaq sahəsinin 1/6 hissəsindən ibarət miras əmlakdan özünə düşən payı istəmədiyini göstərmişdir. İddiaçıun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, iddiaçı miras əmlakla bağlı vəsiyyətnamənin mövcud olduğunu qeyd etsə də, həmin vəsiyyətnaməni könüllü olaraq məhkəməyə təqdim etməkdən imtina etdiyini göstərmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatları dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə tərəfindən işin araşdırılan həqiqi halları və iş materialları ilə müəyyən edilir ki, X10 22 dekabr 2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun arvadı Cavabdeh2, oğlu İddiaçı, qızları Cavabdeh4, Cavabdeh5, X4 (xx.xx.1982-ci ildə vəfat edib) və Cavabdeh3 ibarət vərəsələri qalmışdır. X11 vəfat etmişdir. X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsi miras qalmışdır. Vərəsələr Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 məhkəməyə ərizə verərək X1 miras qalmış 1/6 hissə miras payından özlərinə çatası paydan qardaşları İddiaçı xeyrinə imtina etmişlər. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan xx.xx.2023-cü il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı və cavabdeh tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının və cavabdehlərin izahatlarından, digər vərəsələrin miras əmlakdan iddiaçının xeyrinə imtina etmələri barədə ərizələrindən də görünür ki, mərhum Elşad İbrahimovun bütün vərəsələri miras əmlakı istifadə və idarə etməklə faktiki qəbul etmişlər, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. İddiaçı miras əmlakla bağlı vəsiyyətnamənin mövcud olduğunu qeyd etsə də, ərizə təqdim edərək həmin vəsiyyətnaməni könüllü olaraq məhkəməyə təqdim etməkdən imtina etdiyini göstərmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə X1 miras qalan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhumun vərəsələri arvadı Cavabdeh2, oğlu İddiaçı, qızları Cavabdeh4, Cavabdeh5, X4 (xx.xx.1982-ci ildə vəfat edib) və Cavabdeh3 ibarətdir. X11 vəfat etmişdir. İddiaçı iş üzrə vəsyyətnamə olduğunu qeyd etsə də, vəsiyyətnamənin məhkəməyə təqdim olunmasından imtina edildiyinə və iddiaçı tərəfindən həmin məsələ mübahisələndirilmədiyinə görə məhkəmə hesab edir ki, həmin hal məhkəmə tərəfindən müəyyən edilmədiyi üçün və bu barədə mübahisə olmadığı üçün X1 miras qalmış paylar qanun üzrə vərəsəlik hüququ əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin miras qoyan X5 miras payı olan 1/6 hissəsindən iddiaçının qanun üzrə payı müəyyən olunmalıdır. Hazırda miras qoyanın beş vərəsəsi var. Ona görə də hər bir vərəsənin 1/6 hissə miras əmlakda 1/30 payı müəyyən edilir. Vərəsələrdən Cavabdeh2 (1/30 pay), Cavabdeh4 (1/30 pay), Cavabdeh5 (1/30 pay) və Cavabdeh3 (1/30 pay) mərhum atalarından özlərinə aid miras paylarından imtina etdiklərinə görə onlara məxsus miras payları İddiaçı (həmçinin iddiaçının 1/30 pay) keçir (1/30 + 1/30 + 1/30 +1/30 +1/30 = 5/30 hissə). 0,12 ha torpaq sahəsində əlavə olaraq iddiaçının özünə məxsus 2/6 hissə payı olduğu üçün həmin pay mərhum atadan keçən 5/30 hissə payla toplanılmaqla (2/6 pay + 5/30 pay = 15/30 pay) həmin torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı ümumilikdə 15/30 hissə təşkil edir. Məhkəmə qeyd edir ki, mərhum atasından miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki qəbul edilməsi işin mübahisəsiz halıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Qax rayonu Kiçik Alatəmir kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin üzərində İddiaçı qanun üzrə miras payı ümumilikdə 15/30 hissə müəyyən edilsin. İddia ərizəsini verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar