Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-64/2024 23.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “yaranmış borc məbləğinin, dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 597,00 (iki min beş yüz doxsan yeddi) manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1 041,00 (bir min qırx bir) manat dəymiş maddi ziyanın və 56,38 (əlli altı manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun - cəmi 3 694,38 (üç min altı yüz doxsan dörd manat otuz səkkiz qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6 000,00 (altı min) manat öhdəlikdən 3 403,00 (üç min dörd yüz üç) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2 597,00 (iki min beş yüz doxsan yeddi) manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bu günə kmi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-cı bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin, sözügedən Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Bildirir ki, lizinq alanın 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 1 041,00 (bir min qırx bir) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün - cəmi 1 041,00 (bir min qırx bir) manat dəymiş maddi ziyan hesablanmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 597,00 (iki min beş yüz doxsan yeddi) manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1 041,00 (bir min qırx bir) manat dəymiş maddi ziyanın və 56,38 (əlli altı manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun - cəmi 3 694,38 (üç min altı yüz doxsan dörd manat otuz səkkiz qəpik) manat məbləğin Cavabdeh tutularaq “Aqroservis" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq onu da göstərdi ki, qeyd olunan texnika təhvil verilərkən akt tərtib olunub ki, saz vəziyyətdədir. Tərəf də akta imza edib. İkincisi nasazlıq var idisə tərəf gətirib onu İddiaçı ASC-nə qaytara da bilərdi. Belə ki, cavabdeh idarəyə rəsmi qaydada müraciət edərək nasazlıq barədə məlumat verə bilərdi. İddiaçı ilə müqavilə bağlanmış və imza etmişdir. Cavabdeh özü də etiraf edir ki, nasazlıq özünün istifadəsində olan zaman baş vermişdir. Müqavilənin 2.2.5-ci maddəsində göstərilmişdir ki, cavabdeh texnikanı təyinatı üzrə səmərəli istifadə etmək, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətin aparılmasını, təmirini öz üzərinə götürür. Cavabdehə o halda güzəşt oluna bilər ki, qətnamənin icra mərhələsində “polos” ehtiyyat hissəsi gətirilən zaman dəyişdirilərsə onun dəyəri ilə bağlı hissədən imtina ediləcəkdir. Bugüngü gün isə kombayn nasaz vəziyyətdədir. Onsuz da iddiaçı borcunu ödədikdən sonra həmin texinka ona təhvil veriləcəkdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, iddianı qismən qəbul edir. Belə ki, kombayni götürən vaxtı onu sexdə yoxlatmışlar. Kombayn işlək vəziyyətdə olmuşdur. Lakin sahəyə aparanda mühərrik işə düşsə də, iş görməmişdir. Yəni biçim apara bilməmişdir. Onlar iddiaçıya bu çatışmamazlıq barədə məlumat vermişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş rayonu üzrə idarə rəisi Adil müəllim onlara texniki nasazlığı aradan qaldırmalarını xahiş edərək bunu nəzərə alacaqlarını bildirmişdir. Bundan sonra onlar ehtiyyat hissələrini gətirdərək kombaynı təmir etmişlər. Geri qayıdan zaman isə “polos” adlı ehtiyyat hissəsi qırılmışdır. Həmin ehtiyyat hissəsini gətirərək iddiaçıya təhvil vermişlər. Lakin həmin ehiyyat hissəsi isə uzun ölçüdə, yəni 20-62-yə gələsi ehtiyyat hissəsi 20-35-ə gəlmişdir. Yəni daha təzə markalı kombayna uyğun gələn ehtiyyat hissəsi gəlmişdir. Səhvən göndərilmiş ehtiyyat hissəsi gələn kimi iddiaçıya təhvil verdikləri hissəni yenidən geri qaytaracaqlar, hansı ki, iddiaçı bununla bağlı 1041 manat hesablamışdır. İstədiyi odur ki, əvvəl ödədikləri ehtiyyat hissələrinin pullarını iddiaçı tələb etdiyi məbləğdən çıxsın. Lakin iddiaçı buna razı olmur, deyirlər ki, həmin hissələr onlara təhvil verildikdən sonra sıradan çıxıb. O isə iddiaçıya bildirir ki, işə başlamazdan əvvəl xəbərdarlıq etmişlər. Onların aldıqları 4 ədəd ehtiyyat hissəsinin 1 ədədi 380 manat təşkil edir. Hansı ki həmin hissələr taxılı bunkerə aparır. Onlardan biri qırıldıqda qalanlarını da qırır. Onlar istəyirlər ki, aldıqları həmin hissələrin pulunu iddiaçı tələb etdiyi məbləğdən çıxsın. İddia tələbini qismən qəbul edir. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6 000,00 (altı min) manat öhdəlikdən 3 403,00 (üç min dörd yüz üç) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2 597,00 (iki min beş yüz doxsan yeddi) manat borcu vardır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 nömrəli “Akt”-dan görünür ki, Sampo SR 2065 markalı taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 2 nömrəli Aktdan görünür ki, Sampo SR 2065 markalı taxılyığan kombayn ümumi nasaz vəziyyətdətexnikanın ana gövdəsində iri həcmdə çatlar yaranmaqla və sağ polos qırıq vəziyyətdə olmaqla İddiaçıASC-nə geri təhvil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Qüsur Aktı”ndan görünür ki, Yevlax RN-nin Ağdaş RB-nin balansında olan Sampo SR 2065 markalı taxılyığan kombayn 02/02849 nömrəli müqavilə əsasında mexanizator Cavabdeh xx.xx.2023-cü il tarixdə AKT-1 adlı sənədlə saz və komplekt vəziyyətdə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə AKT-2 adlı sənədlə texikanın nasazlığı qeyd olunaraq Ağdaş RB-nini balansına geri təhvil verilmişdir. Mexanizator Cavabdeh Vartiyyət oğlu xx.xx.2023-cü il tarixdə tərtib olunmuş “Qüsur Aktı”na və AKT-2 saylı sənədə imza etməkdən imtina etmişdir. İşə əlavə edilmiş arayışdan görünür ki, 701018 şassi nömrəli Sampo SR 2065 markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər 1 ədəd qabaq oxun çərçivəsinin bərpa olunmasına 350 manat, 1 ədəd qabaq oxun yarımoxunun dəyişdirlməsinə sərf olunacaq məbləğ 541 manat, işçilik haqqı 150 manat olmaqla sərf olunacaq məbləğ ümumilikdə 1041 manat təşkil edir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Qüsur Aktı”ndan görünür ki, texnikanın ana gövdəsində iri həcmli çatlar yaranmışdır və öz sağ polos qırılıb yenidən qaynaq olunmuş vəziyyətdədir. İşə əlavə olunmuş iltizamdan görünür ki, Cavabdeh texnikadan istifadə zamanı əməyin mühafizəsi, o cümlədən yanğın təhlükəsizliyi və öd söndürülən balondan (olduğu halda) istifadə qaydaları ona tam ətraflı şəkildə izah edilmişdir və həmin qaydalara riayət etmədiyi halda baş verəcək hər hansı bir hadisəyə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş əlavə olunmuş iltizamdan görünür ki, Cavabdeh müqavilə əsasında saz vəziyyətdə müvəqqəti isitifadəyə götürdüyü taxılyığan kombaynı istifadə etməkdən bu və ya digər səbəbdən imtina edəcəyi və texnikanı cəmiyyətin parkına geri qaytaracağı halda kombaynı parka saz və dəst halında təhvil verəcəyini, kombaynın daşınması, cari texniki qulluq üçün çəkdiyi xərclərin geri qaytarılması ilə bağlı tələb irəli sürməyəcəyi, müqavilə öhdəliyi üçün ödədiyi vəsaiti geri tələb etməməyi, müqavilə öhdəliyi üçün ödədiyi vəsaiti geri tələb etməməyi, həmin kombaynı başqa mexanizator istifadəyə götürəcəyi təqdirdə müqavilənin və ödənilmiş vəsaitin digər mexanizatorun adına keçirilməsinə etiraz etməməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-nə ödəməli olduğu məbləği ödəməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 56.38 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, iddia ərizəsini və işdə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətlə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6 000,00 (altı min) manat öhdəlikdən 3 403,00 (üç min dörd yüz üç) manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 2 597,00 (iki min beş yüz doxsan yeddi) manat borcu yaranmışdır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-cı bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Lizinq alanın 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 1 041,00 (bir min qırx bir) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün - cəmi 1 041,00 (bir min qırx bir) manat dəymiş maddi ziyan hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbyacan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu)başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırlmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 597,00 (iki min beş yüz doxsan yeddi) manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1 041,00 (bir min qırx bir) manat dəymiş maddi ziyanın və 56,38 (əlli altı manat otuz səkkiz qəpik) manat dövlət rüsumu-cəmi 3694,38 (üç min altı yüz doxsan dörd manat otuz səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh 2023-cü il 26 aprel tarixli 02/02849 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 597,00 (iki min beş yüz doxsan yeddi) manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2065 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1 041,00 (bir min qırx bir) manat dəymiş maddi ziyanın və 56,38 (əlli altı manat otuz səkkiz qəpik) manat dövlət rüsumu-cəmi 3694,38 (üç min altı yüz doxsan dörd manat otuz səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Qətnamədən təqdim olunduğu (alındığı) gündən 1(bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №e-2(024)-64/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-64/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver