Məhkəmə qərarları › İş №e-2(024)-699/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-699/2024

14.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-699/2024 14.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin qorunması Xidməti Cavabdeh X5 direktoru X1 iştirakı ilə, İddiaçı Cavabdeh X4rşı «işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı Cavabdeh X2 qarşı «işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı barəsində əmək müqaviləsinin ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli 44/k nömrəli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi, mediasiyaya ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş icraata götürülmüş, növbəti hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 15:00-a təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı işinə bərpa olunduğu üçün iddianın baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin qorunması Xidməti Cavabdeh X5 direktoru X3 məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan mülki iş üzrə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin qorunması Xidməti Cavabdeh X5 direktoru X3 məhkəmə hazırlıq iclasında izahat verərək göstərdi ki, İddiaçı ilə yaranan mübahisə həll olunmuş və iddiaçı iş ilə təmin olunmuşdur. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: İddiaçı Cavabdeh X4rşı «işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar