Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1011/2025 17.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq, ona ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan **********74 reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatları və ölçüləri göstərilən Qəbələ rayonu, Mollaşıxalı kəndi ərizəsində yerləşən 2.1834 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayonu, Mollaşıxalı kəndində yerləşən 2.1834 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,50 ha hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması və həmin ərazidən istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararaq işin baxılmamış saxlanılmasını qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” AR Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100,0 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1011/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1011/2025
17.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver