Məhkəmə qərarları › İş №e-2(025)-1020/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1020/2025

13.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1020/2025 13.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 Saylı X4 Mərkəzinin Cavabdeh qarşı "torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 Saylı X4 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia qaldıraraq, Ekologiya X7 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X4 Mərkəzi ilə Qəbələ rayon Nohurqışlaq kənd sakiniCavabdeharasında 28 avqust 2015-ci il tarixində 5 (beş) il müddətinə bağlanmış və müddəti 2020-ci ilin avqust ayının 29-da bitmiş 94 qeydiyyat nömrəli icarə müqaviləsinə xitam verilməsi, Mərkəzin Vəndam meşəbəyliyinin 02 saylı meşə dolayının 73-cü kvartalının 79-cu bölməsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan), 748***-*******, 748***-*******, 748***-*******, 748***-*******, 748***-*******, 748***- ******* koordinatlarda yerləşən icarəyə verilmiş 1.5 hektar dövlət meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə gətirilərək 15 saylı X1ytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR Ekologiya X7 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 Saylı X4 Mərkəzinin nümayəndəsi Cavabdeh ərizə təqdim edərək, 15 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını və həmin ərizənin Mərkəzə geri qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 Saylı X4 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Ekologiya X7 Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 Saylı X4 Mərkəzinin Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi edilməsi, istifadəsinə qadağa qoyulması və özbaşına tikililərin sökülərək ərazinin əvvəlki vəziyyətə gətirilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar