Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1050/2025 23.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 1452.15 manat əsas borc, 40.85 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 1.493 manat borc, 34.93 manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Qəbələ filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********25 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən istifadə etmək üçün “Tam kart” plastik ödəniş kartı verilmişdir. Texniki overdraft müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. Müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və faizləri Banka ödəməyi öhdəsinə götürür. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 13,198.41 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixində hesabında 925.67 manat olmasına baxmayaraq 13,198.41 manat məxaric edərək hesabından 12,272.74 manat plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün borcdan 10,820.59 manat ödəniş edilmişdir. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 40.85 manat borcu mövcuddur. Bankın Qəbələ filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün hüquqi əsas olmadan əldə olunmuş vəsaitə görə 1,452.15 manat əsas borc və 40.85 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 1,493 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 34.93 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-16341/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli BPM**********25 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh istifadə etmək üçün “Tamkart” plastik ödəniş kartı verilmişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bank»-ı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixində 6-2- 22/2-16341/2025 saylı bildirişin surətinə əsasən, "xxxx" ASC-nin Qəbələ filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********25 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən istifadə etmək üçün “Tam kart” plastik ödəniş kartı verilmişdir. xx.xx.2022-ci il tarixli BPM**********25 saylı Tam kart müqaviləsinə əsasən “Tam kart” plastik ödəniş kartı (kart hesabı) üzrə Banka vurduqları ziyan nəticəsində 1452.15 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz mövcuddur. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********25 saylı Tam kart Müqaviləsi üzrə, 1452.15 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 1452.15 manat borc, 40.85 manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu, dövlət rüsumuna görə 34.93 manat və 0.40 manat xidmət haqqı tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1452.15 (bir min dörd yüz əlli iki manat on beş qəpik) manat borc, 40.85 (qırx manat səksən beş qəpik) manat gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmaqla faiz borcu olmaqla, cəmi 1,493 manat borc, 34.93 (otuz dörd manat doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumu, 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1050/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1050/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver