Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-108/2024 26.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Qəbələ rayonu Vəndam bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən qanunsuz olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulan yolda qoyulan qapının və hasarın sökülərək götürülməsi, zəbt olunmuş gediş-gəliş yolunun açılması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: cavabdeh tərəfindən qanunsuz olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulan yolda qoyulan qapının və hasarın sökülərək götürülməsi, zəbt olunmuş gediş-gəliş yolunun açılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə2 Firudun oğlunun iştirakları ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Qəbələ rayonu Vəndam bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən qanunsuz olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulan yolda qoyulan qapının və hasarın sökülərək götürülməsi, zəbt olunmuş gediş-gəliş yolunun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Qəbələ rayonu Vəndam bələdiyyəsinə qarşı qarşı “cavabdeh tərəfindən qanunsuz olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulan yolda qoyulan qapının və hasarın sökülərək götürülməsi, zəbt olunmuş gediş-gəliş yolunun açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, JN-1674G, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsindəki 0.09 ha həyətyanı torpaq sahəsinin digər tərəfdən nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunda Cavabdeh tərəfdən qoyulmuş qapının və hasarın sökülərək götürülməsi, zəbt olunmuş gediş-gəliş yolunun açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-1674F, KOD 40600048 saylı və JN-1674G, KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr əsasında ona və digər ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Vəndam qəsəbəsindəki 0,01 ha və 0.09 ha həyətyanı torpaq sahələrinin digər tərəfdən nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunda Cavabdeh tərəfdən qoyulmuş qapının və hasarın sökülərək götürülməsi, zəbt olunmuş gediş-gəliş yolunun açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 96 (doxsan altı) manat məbləğində xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə ona və digər ailə üzvləri X2na və X1na Qəbələ rayonu Vəndam kəndi ərazisindən 0.09 ha həyətyanı torpaq sahəsinə görə JN- 1674G, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. X2 xx.xx.2006-cı ildə beyinə qan sızmasından vəfat etmişdir. X1 isə uzun müddətdir ölkə hüdudlarından kənarda yaşayır. Hal-hazırda qeyd olunan torpaq sahəsində olan fərdi yaşayış evində tək yaşayır. Ona və digər ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə iki tərəfdən giriş-çıxış yolu mövcuddur. Lakin çox müddətdir ki, onunla qonşu olan Cavabdeh bir tərəfdən ümumi gediş-gəliş yolunu bağlayaraq həmin hissədə hasar çəkmiş və qapı qoyaraq yoldan istifadəsini mümkünsüz etmişdir. Dəfələrlə bu barədə onların mübahisələri yaranmasına baxmayaraq cavabdeh şəxs ümumi gediş-gəliş yolunda olan qapını könüllü olaraq çıxararaq götürməmiş, hasarı isə sökməmişdir. Bütün bunlara baxmayaraq hal-hazıradək Cavabdeh qapı qoyduğu hissədə hər hansı gediş-gəliş yolunun olmadığını, həmin yol ərazisinin ona məxsus olduğunu iddia edir. Həmçinin, o, bu barədə Daşınmaz əmlakın dövlət reyestr xidmətinə məlumat verməsinə baxmayaraq mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə2 Firudun oğlu müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan JN-1674G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X6, İddiaçı və X3 mülkiyyətinə JN-1674G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1674F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən X6, İddiaçı və X3 mülkiyyətinə JN-1674F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,01 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 02 aprel 2024-cü il tarixli, 3-21-3-42/2-1748/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir: -X9 və ailə üzvülərinin adına tərtib edilmiş JN-1674G KOD 40600048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,09 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş torpaq sahəsi arasında 80 metr fərq mövcuddur. -X9 və ailə üzvlərinin adına tərtib edilmiş JN-1674G KOD 40600048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,09 hektar torpaq sahəsinə Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DVG) yol yeri nəzərdə tutulmuşdur və reallıqda yol mövcuddür. -İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Vəndam qəsəbəsi ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanıdır.Faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsinin 0,14 hektar hissəsi Vəndam bələdiyyəsinin mülkiyyətində, 0,01 hektar hissəsi JN-1674F KOD 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X9 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş ərazidir. Faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsinə Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində yol yeri nəzərdə tutulmuşdur. - Faktiki naturada ölçülmüş torpaq sahəsinə və JN-1674F kod 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,01 hektar topraq sahəsinə nəzərdə tutulmuş yol yerinin qarşısında cavabdehlər tərəfindən daş hasar inşa edilmişdir. Eyni zamanda yol yerinin girişində 76 mm-lik qaz xətti mövcuddur. - İddiaçının faktiki naturada ölçülmüş torpaq sahəsinə nəzərdə tutulmuş yol yeri 56,4 metr uzunluqda, 4,0 metr enində olmaqla sahəsi 0,0225 hektardır. Sözügedən yol yeri bütünlüklə Vəndam bələdiyyəsinin mülkiyyətinə aiddir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/32382 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, X9 və ailə üzvülərinin adına tərtib edilmiş JN-1674G KOD 40600048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,09 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş torpaq sahəsi arasında 80 metr fərq mövcuddur.X9 və ailə üzvlərinin adına tərtib edilmiş JN-1674G KOD 40600048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,09 hektar torpaq sahəsinə Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DVG) yol yeri nəzərdə tutulmuşdur və reallıqda yol mövcuddür. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Vəndam qəsəbəsi ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanıdır.Faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsinin 0,14 hektar hissəsi Vəndam bələdiyyəsinin mülkiyyətində, 0,01 hektar hissəsi JN-1674F KOD 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X9 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş ərazidir. Faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsinə Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində yol yeri nəzərdə tutulmuşdur. Faktiki naturada ölçülmüş torpaq sahəsinə və JN-1674F kod 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,01 hektar topraq sahəsinə nəzərdə tutulmuş yol yerinin qarşısında cavabdehlər tərəfindən daş hasar inşa edilmişdir. Eyni zamanda yol yerinin girişində 76 mm-lik qaz xətti mövcuddur.İddiaçının faktiki naturada ölçülmüş torpaq sahəsinə nəzərdə tutulmuş yol yeri 56,4 metr uzunluqda, 4,0 metr enində olmaqla sahəsi 0,0225 hektardır. Sözügedən yol yeri bütünlüklə Vəndam bələdiyyəsinin mülkiyyətinə aiddir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən JN-1674G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətinə Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən JN-1674F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,01 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahələrinin digər tərəfdən nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunda Cavabdeh tərəfdən qoyulmuş qapının və hasarın sökülərək götürülməsini və zəbt olunmuş gediş-gəliş yolunun açılmasını tələb edir. Cavabdeh isə yol yerinin onun mülkiyyətində olduğunu, iddiaçıya heç bir maneəçilik törətmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 02 aprel 2024-cü il tarixli, 3-21-3-42/2-1748/2024 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/32382 saylıməhkəmə mühəndis-texniki ekspertizasının rəyindəgöstərilmişdir ki, X9 və ailə üzvülərinin adına tərtib edilmiş JN-1674G KOD 40600048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,09 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş torpaq sahəsi arasında 80 metr fərq mövcuddur. X9 və ailə üzvlərinin adına tərtib edilmiş JN-1674G KOD 40600048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilmiş 0,09 hektar torpaq sahəsinə Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində (DVG) yol yeri nəzərdə tutulmuşdur və reallıqda yol mövcuddür. İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Vəndam qəsəbəsi ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanıdır.Faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsinin 0,14 hektar hissəsi Vəndam bələdiyyəsinin mülkiyyətində, 0,01 hektar hissəsi JN-1674F KOD 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X9 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş ərazidir. Faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsinə Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində yol yeri nəzərdə tutulmuşdur. Faktiki naturada ölçülmüş torpaq sahəsinə və JN-1674F kod 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,01 hektar topraq sahəsinə nəzərdə tutulmuş yol yerinin qarşısında cavabdehlər tərəfindən daş hasar inşa edilmişdir. Eyni zamanda yol yerinin girişində 76 mm-lik qaz xətti mövcuddur. İddiaçının faktiki naturada ölçülmüş torpaq sahəsinə nəzərdə tutulmuş yol yeri 56,4 metr uzunluqda, 4,0 metr enində olmaqla sahəsi 0,0225 hektardır. Sözügedən yol yeri bütünlüklə Vəndam bələdiyyəsinin mülkiyyətinə aiddir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Beləliklə, iddiaçının iddia tələbindən görünür ki, iddiaçı həyətyanı torpaq sahələrinə gedən yolun istifadəsinə cavabdeh tərəfindən törədilən manelərə son qoyulmasını və yol yerinin açılmasını tələb edir. Məhkəmə araşdırması zamanı İddiaçı, üçüncü şəxs Qəbələ rayonu Vəndam Bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə2 Firudun oğlunun izahatlarından, eyni zamanda ekspert rəyindən və mütəxəssis rəylərindən müəyyən edilmişdir ki, Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-1674G (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verimiş 0,09 ha həyətyanı torpaq sahəsinə yol yeri mövcuddur və hal-hazırda da həmin yol yerindən istifadə edilməkdədir. 0,09 ha həyətyanı torpaq sahəsinə gedən yol yerinin cavabdeh tərəfindən tutulması araşdırılmış məhkəmə işi sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 0,09 ha həyətyanı torpaq sahəsinə gedən yol yerinin açılması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-1674F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verimiş 0,01 ha həyətyanı torpaq sahəsinə gedən yol yerinin açılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, ekspert rəyindən və mütəxəssis rəylərindən görünür ki, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsi, Qəbələ rayonu Vəndam qəsəbəsində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Vəndam qəsəbəsi ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid, uqodiyası həyətyanıdır.Faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsinin 0,14 hektar hissəsi Vəndam bələdiyyəsinin mülkiyyətində, 0,01 hektar hissəsi JN-1674F KOD 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X9 və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş ərazidir. Faktiki naturada ölçülmüş 0,15 hektar torpaq sahəsinə Vəndam qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində yol yeri nəzərdə tutulmuşdur. Faktiki naturada ölçülmüş torpaq sahəsinə və JN-1674F kod 40600048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,01 hektar topraq sahəsinə nəzərdə tutulmuş yol yerinin qarşısında cavabdehlər tərəfindən daş hasar inşa edilmişdir. Eyni zamanda yol yerinin girişində 76 mm-lik qaz xətti mövcuddur. İddiaçının faktiki naturada ölçülmüş torpaq sahəsinə nəzərdə tutulmuş yol yeri 56,4 metr uzunluqda, 4,0 metr enində olmaqla sahəsi 0,0225 hektardır. Sözügedən yol yeri bütünlüklə Vəndam bələdiyyəsinin mülkiyyətinə aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi və ailə üzvləri ilə birgə mülkiyyətlərində olan 0,01 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur və yol yerinin qarşısında cavabdehlər tərəfindən daş hasar inşa edilmişdir. Reallıqda həmin yol yeri cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh həmin yol yerinin onun mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehin mülkiyyətində deyil və cavabdeh bunun əksini sübut edəcək heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim etməmişdir.İddiaçı isə Qəbələ rayon AİK-in 28 oktyabr 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-1674F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən 0,01 ha həyətyanı torpaq sahəsinə verilmiş yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdeh tərəfindən bağlanmışdır. Bu səbəbdən iddiaçı sözügedən yol yerindən istifadə edə bilmir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçılarnın mülkiyyətində olan torpaq sahələrinə gedən yol yeri açılmalı və həmin yol yerinə cavabdeh tərəfindən maneələrə son qoyulmalıdır. Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia əsaslıdır və bu səbəbdən iddia tələbi0,01 ha həyətyanı torpaq sahəsinə gedən yol yerinin açılması hissəsində təmin edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində gediş-gəliş yolunda cavabdeh tərəfindən çəkilmiş hasar onun hesabına sökülməsini xahiş etmişdir. Mütəxəssis və ekspert rəyləri ilə də müəyyən edilmişdir ki, İddiaçı ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,01 hektar topraq sahəsinə nəzərdə tutulmuş yol yerinin qarşısında cavabdehlər tərəfindən daş hasar inşa edilmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməli, JN-1674F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Vəndam kəndində X6, İddiaçı və X3 birgə mülkiyyətinə verilmiş 0,01 ha torpaq sahəsinə gediş-gəliş yolunda cavabdeh tərəfindən çəkilmiş hasar onun hesabına sökülməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İşdə olan mütəxəssis rəylərinə və ekspert rəyinə əsasən iddiaçılara məxsus torpaq sahələrinə gedən yol yerinin cavabdehin faktiki istifadəsində olması və cavabdeh tərəfindən tutulmuşdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun və mütəxəssis xərcinin yarısı iddiaçıya, yarısı isə cavabdehə aid edilməli, dövlət rüsumu və mütəxəssis xərci iddiaçı tərəfindən ödənildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı və iddiaçı tərəfindən ödənilmiş 95 manat mütəxəssis xərcinin 50 (əlli) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-1674F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Vəndam kəndində X6, İddiaçı və X3 birgə mülkiyyətinə verilmiş 0,01 ha torpaq sahəsinə gedişgəliş yolunda cavabdeh tərəfindən çəkilmiş hasar onun hesabına sökülsün və zəbt olunmuş yol yeri cavabdeh tərəfindən açılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. JN-1674F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən Qəbələ rayonu Vəndam kəndində X6, İddiaçı və X3 birgə mülkiyyətinə verilmiş 0,01 ha torpaq sahəsinə gediş-gəliş yolunda cavabdeh tərəfindən çəkilmiş hasar onun hesabına sökülsün və zəbt olunmuş yol yeri cavabdeh tərəfindən açılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı və iddiaçı tərəfindən ödənilmiş 95 manat mütəxəssis xərcinin 50 (əlli) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pulun 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-108/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-108/2024
26.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver