Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1083/2024 19.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı (FİN: xxxxxxx) cavabdehlər, "xxxx" MMC-nin rəhbəri Cavabdeh2 və AR ƏƏSMN DƏMX-nə qarşı əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (FİN: xxxxxxx) cavabdehlər, "xxxx" MMC-nin rəhbəri Cavabdeh2 və AR ƏƏSMN DƏMX-nə qarşı qarşı əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınması tələbi barədə iddia qaldıraraq "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi və bu barədə məlumatın əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemi vasitəsilə ilə qeydiyyata alınmasının AR ƏƏSMN DƏMX-nə həvalə edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-yə mühasib vəzifəsinə qəbul edilmiş və 2016-cı ilin mart ayınadək fasiləsiz qaydada işləmişdir. Onunla əmək münasibətlərinə cəmiyyətin ləğvi ilə əlaqədar xitam verilməsinə baxmayaraq bu barədə əmr verilməmiş və həmin məlumat əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində yerləşdirilməmişdir. Ona görə də, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin xitam olunmuş hesab edilməsi və bu barədə məlumatın əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemi vasitəsilə qeydiyyata alınmasının AR ƏƏSMN DƏMX-nə həvalə edilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh2 izahatında göstərmişdir ki,o, 2001-ci ildən 2016-cı 4ilədək "xxxx" MMC-də direktor vəzifəsində işləmişdir. Əmək kollektivi direktor, iki əczasçı, sanitar və mühasib olmaqla beş nəfərdən ibarət olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdən 2016-cı ilin mart ayınadək "xxxx" MMCdə kassir vəzifəsində işləmişdir. 2016-cı ilin mart ayında cəmiyyət ləğv edilmiş və cəmiyyətin möhürü 10 saylı Ərazi üzrə Vergilər İdarəsinə təhvil verilmişdir. Həmin vaxtdan etibarən Aptek fəaliyyətini dayandırmış və bütün işçilərlə əmək münasibətlərinə xitam verilmişdir. İşdə olan AR ƏƏSMN-nin Elektron informasiya sisteminin xx.xx.2024-cü il tarixli məlumatına əsasən İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmaqla "xxxx" MMC-də mühasib vəzifəsinə qəbul edilmişdir. İşdə olan AR VN 10 saylı Ərazi üzrə Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 21-2-16/2-10689/2024 saylı məlumata əsasən "xxxx" MMC-nin ( VÖEN: **********) dövlət qeydiyyatı 17 mart 2016-cı il tarixdə ləğv edilmişdir. İşdə olan AR ƏSMN DSMF tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-28571/2024 məlumadta göstərilmişdir ki, sığortaedən "xxxx" MMC (VÖEN: **********; SUN: **********5; Ləğv prosesindədir) tərəfindən təqdim edilmiş 2014-2015-ci illər üzrə məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında illik məlumatlara əsasən Qasımlı (Valehzadə) Gülnar Azər qızının (FİN: xxxxxxx) **********547 nömrəli fərdi şəxsi hesabında qeydə alınmış məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri cəmi 1050,0 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları 2014-cü il sentyabr- 2015-ci il mart ayı üzrə cəmi 262,50 manat olmuşdur. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qasımlı (Valehzadə ) Gülnar Azər qızı (FİN: xxxxxxx) xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlanaraq "xxxx" MMC-yə mühasib vəzifəsinə qəbul edilmiş və xx.xx.2015-ci il tarixədək həmin vəzifədə işləyərək məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) ləğv prosesinə başlanması ilə əlaqədar onunla cəmiyyət arasında olan əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sistemi vasitəsilə qeydiyyata alınmamışdır. AR Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması,.... prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndinə əsasən əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları,qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunu aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, uçot kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. Həmin Məcəllənin 85-ci maddəsinin 1-1ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ilə "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək əmək müqaviləsi AR ƏM-nin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan əsasla xx.xx.2015-ci il tarixdən xitam olunmuş hesab edilməli və bu barədə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” qeydinin aparılması AR ƏƏSMN DƏMX-nə həvalə edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. İddiaçı Valehzadə (Qasımlı) Gülnar Azər qızı ilə "xxxx" MMC (VÖEN: **********) arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan əsasla xx.xx.2015-ci il tarixdən xitam olunmuş hesab edilməli və bu barədə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” qeydinin aparılması (elektron informasiya sisteminə daxil edilməsi) AR ƏƏSMN DƏMX-nə həvalə edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1083/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1083/2024
19.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver