Məhkəmə qərarları › İş №e-2(025)-11/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-11/2024

16.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-11/2024 16.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi cavabdehlər Qəbələ rayonu, Hacıalılı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Hacıalılı kəndində yaşayan İddiaçı 22 aprel 2006-cı il tarixdə Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.09 ha torpaq sahəsi alqısatqı qaydasında adına rəsmiləşdirilməsini xahiş etmiş, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin sədri tərəfindən ərizənin bələdiyyənin ümumi iclasının müzakirəsinə çıxarılması barədə dərkənar qoyulmuşdur. Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinə ünvanladığı ərizə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müsbət rəyi və cizgisi, torpaq alqı-satqı üçün ödənilmiş vəsaitin qəbzi əsas götürələrək və Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq İslahatı» haqqında qanuna və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534-saylı «Torpaqların alqı-satqı qaydaları»-na uyğun olaraq Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən həyətyanı məqsədi ilə 0.09 ha torpaq sahəsi İddiaçı alqı-satqı qaydasında satılması qərara alınmışdır. Bundan sonra 05 may 2006-cı il tarixli «Torpaqların alqı-satqısına dair» Aktla Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin mülkiyyətində olаn 0.09 ha torpaq sahəsinin dəyəri əvvəlcədən bələdiyyənin hesаbınа ödənilməklə İddiaçı satılmışdır. Alqı-sаtqı аktını Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin sədri, аlıcı kimi İddiaçı və Dövlət Torpаq və Xəritəçəkmə Komitəsinin Qəbələ rаyon şöbəsinin müdiri imzаlаmışlаr və həmin аkt 05 may 2006-cı il tаrixdə Dövlət Torpаq və Xəritəçəkmə Komitəsinin Qəbələ rаyon şöbəsində 173 nömrə ilə qeydə аlınmışdır. Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0.09 ha torpaq sahəsinə 19 fevral 2013-cü il tarixli, A №-425808 kadastr planı işlənmiş və həmin kadаstr plаnı dövlət torpaq kadastr kitabında 127 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Qəbələ rayonu, Hacıalılı kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış (plan-ölçü) sənədinin verilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3nin 9-saylı Ucar Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə gələrək ölçü və digər işlərin aparan zaman Qəbələ rayonu, Hacıalılı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 əməkdaşlara maneçilik törədəcəklərin bildirmiş, mühəndisə mane olduqdarına görə inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın yanında DƏDKR X3 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə Novruz oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0.09 ha torpaq sahəsinin ölçülməsi üçün mühəndisə şərait yaradılacağı təqdirdə ərizəniz qanuna müvafiq icra olunacaqdır. Hesab edir ki, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Avropa Konvensiyasının müddəaları baxımından gözlənilən hüquq olduğundan həmin torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmasa belə həmin torpaq sahəsinə iddiaçının gözlənilən mülkiyyəti hüququ vardır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon Hacallı bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarından görünür ki, Hacallı kəndi sakini İddiaçı bələdiyyənin prespektiv inkişaf fonduna aid torpaqlardan alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı torpaq sahəsi məqsədi ilə 9 sot torpaq satılması qərara alınmışdır. İş materiallarında olan A 425808 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X2 kitabında xx.xx.2013-cü il tarixdə 127 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə Novruz oğluna ünvanlanmış 20 iyun 2022-ci il tarixli, **********31 nömrəli məktubdan görünür ki, Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasına vətəndaşlar tərəfindən törədilən maneələrə son qoyulması, vətəndaşların hərəkətlərinə hüquqi qiymətin vərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlandığı ərizə ilə əlaqədar olaraq "Daşınmaz Əmlakır: Dövlət Kadastrı və Reyestri" X3nin 9 saylı Qəbələ Ərazi İdarəsinə daxil olan məktuba tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, İddiaçı Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə həyətyanı məqsədilə ona satılmış, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin mütəxəssisləri torpaq sahəsində çöl ölçmə işlərinin aparılması məqsədilə ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3nin 08 iyul 2022-ci il tarixli, **********27 nömrəli məktubunda göstərilmişdir ki, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına maneçilik törədilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız müraciətə (daxilolma qeydiyyatı: İN-D/O-A- 372/2022, xx.xx.2022-ci il) aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, mütəxəssislərçöl-ölçmə işlərinin aparılması məqsədilə sözügedən torpaq sahəsində olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyastrində qeydiyyata alınmasına imtina edilmişdir. İş materiallarında olan Qəbələ rayonu Hacıalılı Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2004-cü il tarixli, 36 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin 05 may 2006 - ci il tarixli 03 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,09 ha torpaq sahəsi satılmışdır. Hal- hazırda Bələdiyyənin 05 may 2006 - cı il tarixli 03 nömrəli qərarı ləğv olunmamış və qüvvədədir. Torpaq sahəsi İddiaçı istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin qeydiyyata alınmasına Hacıalılı Bələdiyyəsi etiraz etmir. İş materiallarında olan A 425808 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, sözügedən sənəd Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X2 kitabında xx.xx.2013-cü il tarixdə 127 nömrə ilə uçota alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayon Hacallı bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarına əsasən Hacallı kəndi sakini İddiaçı bələdiyyənin prespektiv inkişaf fonduna aid torpaqlardan alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı torpaq sahəsi məqsədi ilə 9 sot torpaq satılması qərara alınmışdır. Həmçinin Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədilə satılmış Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi ilə bağlıA 425808 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İddiaçı Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə həyətyanı məqsədilə ona satılmış, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin mütəxəssisləri torpaq sahəsində çöl ölçmə işlərinin aparılması məqsədilə ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan, yəni cavabdehlər çöl ölçmə işlərinin aparılmasına icazə vermədiklərindən torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır.Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işin məhkəmə araşdırılması zamanı cavabdehlərin İddiaçı Qəbələ rayonu Hacallı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı ilə həyətyanı məqsədilə ona satılmış, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0,09 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına maneəçilik törədilməsi cavabdehlərin özlərinin etirafları, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə Novruz oğluna ünvanlanmış 20 iyun 2022-ci il tarixli, **********31 nömrəli məktubu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3nin 08 iyul 2022-ci il tarixli, **********27 nömrəli məktubu ilə sübuta yetməkdədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Avropa Konvensiyasının müddəaları baxımından gözlənilən hüquq olduğundan həmin torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmasa belə həmin torpaq sahəsinə iddiaçının gözlənilən mülkiyyəti hüququ vardır. Hazırkı halda cavabdehlər ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədildiklərindən maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmətərəflərinizahatlarına, təqdimolunmuşsübutlaraməcmuhaldahüquqiqiymətverərəkhesabedirki, iddiatələbi təminedilməli, Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi cavabdehlər Qəbələ rayonu, Hacıalılı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 qadağan edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Qəbələ rayonu, Hacıalılı Bələdiyyəsinin 05 may 2006-cı il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı satılmış Qəbələ rayonu, Hacıalılı kəndində yerləşən 0,09 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törədilməsi cavabdehlər Qəbələ rayonu, Hacıalılı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: AbbasƏliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar