Məhkəmə qərarları › İş №e-2(025)-1178/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1178/2024

23.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1178/2024 23.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Şəki Zaqatala regional şöbəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə1və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Şəki Zaqatala regional şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinəvə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Şəki Zaqatala regional şöbəsinəqarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Şəki Zaqatala regional şöbəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbinin direktoru Nümayəndə1 tərəfindən onun işdən azad edilməyi barədə verdiyi 24 may 2024-cü il tarixli, 24 nömrəli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və Mediasiya Təşkilatına ödənilmiş 53 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1967-ci ildə Qutqaşen(indiki Qəbələ) rayonunda anadan olmuşdur. 1984-cü il tarixində X21 Texnikumuna daxil olmuş və 1987-ci il tarixində “sənaye tikintisi və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. Əmək fəaliyyətinə 1987-ci il tarixindən başlamış, müxtəlif işlərdə və vəzifələrdə çalışmışdır. xx.xx.2016-cı il tarixindən isə Qəbələ şəhər 3 saylı orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə 41 nömrəliəmr ilə təyin olunmuşdur. Məktəbdə işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir. Lakin xx.xx.2024-cü il tarixində Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 24 saylı əmri ilə məktəbin Həmkarlar Təşkilatının 24 may 2024-cü il tarixli, 3 nömrəli protokolunun 1nömrəli qərarına əsasən tutduğu vəzifədən azad edilmişdir. Əsas kimiAzərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Qeyd edir ki, məktəbin Həmkarlar Təşkilatının 24 may 2024-cü il tarixli, 3 nömrəli protokolu və 1nömrəli qərarını əldə etməkdən ötrü rəsmi qaydada müraciət etməyinə baxmayaraq məktəb direktoru tərfindən dövlət sənədi olduğu və qorunduğu üçün ona təqdim edilə bilməz kimi gülünc cavab verilmişdir. Eyni zamanda onun 24 may 2024-cü il tarixli məktəbin Həmkarlar Təşkilatının iclasında iştirakı zəruri olmasına baxmayaraq dəvət olunmadan, xəbəri olmadan keçirilmiş və hüquqları pozulmuşdur. Həmçinin, öyrədilmiş ondan şikayət edən şəxs Qəbələ Rayon Polis Şöbəsinə də şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma aparılaraq xx.xx.2024cü il tarixliməktubu ilə əməlində hər hansıcinayət və inzibati xəta halı olmadığımüəyyən edilmişdir. O, qeyd olunan əmr ilə razı deyil və hesab edir ki, xx.xx.2024-cü il tarixli, 24 saylıəmr qanunsuz və əsassızdır. Belə ki, o, işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar məktəb direktoru tərəfindən barəsində hər hansı nizam-intizam pozuntusuna görə, fərdiəmək fünksiyalarının öhdəsindən gəlməməkdə, müvafiq sahədə bilik və bacarığının olmaması, vəzifə səlahiyyətlərinin düzgün yerinə yetirilməməsinə, nöqsanlara yol verilməsinə görə barəsində xəbərdarlıq, töhmət və ya şiddətli töhmət kimi intizam tənbehi tədbirləri görülməmiş və əmək fəaliyyəti zamanı yol verdiy kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanunimənafeyinə ciddi xələl gətirmə halları olmamışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra o, bir çox nazirlik və pozulmuş hüquqlarının müdafiə olunması üçün X22 müraciət etmişdir. Ona məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ona görə də əmrin ləğv edilməsi və işinə bərpa olunması üçün ilkin olaraq qanunvericiliyin tələbinə əsasən Qəbələ 1 saylı Mediasiaya Şurasına müraciət etmiş və qarşı tərəf Qəbələ şəhər 3 saylı orta məktəbin nümayəndəsi əmək mübahisəsi üzrə(işə bərpa) mediasiya sessiyasında iştirak etmədiyinə görə mediator Ədalət Əliyev tərəfindən ona xx.xx.2024-cü il tarixli X10 X24 arayış təqdim olunmuşdur. İddiaya Etiraz: xx.xx.2024-cü il tarixdə cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə1 məhkəməyə elektron qaydada etiraz ərizəsi (asan imza ilə imzalanmış) təqdim edərək göstərmişdir ki, İddiaçı məhkəmədə cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı “əmrin ləğvedilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbinin direktoru Nümayəndə1 tərəfindən işdən azad edilməsi barədə verilmiş 24 may 2024-cü il tarixli, 24 nömrəli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və Mediasiya Təşkilatına ödənilmiş 53 manat məbləğində mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddia tələbi ilə razı deyil və düşünür ki, iddia əsassız olduğundan təmin edilməməlidir.Məhkəmənin diqqətin ona çatdırır ki, iddiaçı xx.xx.2016-cı il tarixindən Qəbələ şəhər 3 saylı orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə 41 nömrəli əmr ilə təyin olunmuşdur. Təəssüflər olsun ki, İddiaçı işlədiyi müddətdə heç də əmək intizamına riayət etməmiş, məktəbin daxili intizam qaydalarını pozmuşdur. Belə ki, direktor müavini təsərrüfat müdiri öz üzərinə düşən öhdəliklərini etmək əvəzinə, məktəbdə işləyən təsərrüfat işçilərinə, eyni zamanda müəllimlərə dəfələrlə əsassız olaraq xoşagəlməz sözlər işlətmişdir. Nəticə olaraq iddiaçının iddia ərizəsində qeyd etdiyi “işlədiyi müddətdə heç bir intizam pozuntusuna yol verməmişdir” ifadəsi əsassızdır və düzgün deyildir. Təqdim edəcəyi sənədlərlə də müəyyən olunur ki, iddiaçı işlədiyi müddət ərzində heç də məktəbin daxili intizam qaydalarına riayət etməmişdir. Bunun nəticəsində İddiaçı xx.xx.2023-cü il tarixdə, 29.09. 2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə töhmət verilmişdir. İddiaçı töhmət verilərkən bununla bağlı izahat vermək təklif olunmuş, lakin sonuncu izahat verməkdən imtina etmişdir. İzahat verməkdən imtina etməsinə görə akt tərtib edilmişdir. (aktlar məhkəməyə təqdim ediləcəkdir). Həmçinin töhmətlər məktəbin elanlar lövhəsində asılmışdır. Həmin töhmətlərdən də görünür ki, İddiaçı əvvəllərdə məktəbdə olan müəllimlərlə, digər texniki işçilərlə kobud rəftar etmiş, məktəbin intizam qaydalarına əməl etməmişdir. Bütün bunlara baxmayaraq İddiaçı etdikləri əməllərin məktəb və iş qaydalarına uyğun olmadığı ona çatdırılsa da, etdiyi əməllərə davam etmişdir. Dəfələrlə İddiaçı etdiyi əməllərə göz yumulmuşdur.Hazırkı mübahisəyə səbəb, yəni İddiaçı işdən çıxarılmasına səbəb olan hal isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə 10-cu sinif şagirdi X11 valideyni X12 İddiaçı dəfələrlə Azru İbrahimliyə əxlaqsız hərəkət və təkliflər etməsi, İddiaçı barəsində ciddi tədbir görülməsinə dair ərizə ilə etdiyi müraciətlər və xahiş etməsi olmuşdur. (ərizənin surəti şikayətə əlavə edilir). Eyni zamanda məktəbin müəllimi Mehralıyeva Vəfa ona məlumat təqdim edərək, X34 Osmanov tərəfindən qeyri-etik hərəkətlərin edilməsi barədə məlumat vermişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə məktəbin şagirdi İbrahimli Arzu ona yazılı şəkildə İddiaçı tərəfindən edilənlər barədə məlumat vermişdir.Sözegedən məlumatları və ərizəni aldıqdan dərhal sonra, xx.xx.2024-cü il tarixdə məktəbin Həmkarlar Təşkilatının sədri X7 İddiaçı əmək fəaliyyəti zamanı verdiyi kobud səvhlərə, qeyri-etik davranışlarına, hüquq pozuntusu nəticəsində məktəbin mənafeyinə ciddi xələl gətirdiyi üçün Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi ilə bağlı təqdimatla müraciət etmişdir. Həmkarlar İttifaqının birinci iclası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Həmkarlar İttifaqının iclasının vaxtı və yeri barədə İddiaçı telefonoqramla məlumat verilmişdir. (telefonoqramın təsdiqlənmiş surəti məhkəmə zamanı məhkəməyə təqdim ediləcəkdir.) xx.xx.2024-cü il tarixdə keçirilən Həmkarlar İttifaqının iclasında İddiaçı iştirak etmədiyindən, iclasın tarixi xx.xx.2024-cü il tarixə təxirə salınmış və bu barədə İddiaçı telefon vasitəsi ilə məlumat verilmişdir. (telefonoqramın təsdiqlənmiş surəti məhkəmə zamanı məhkəməyə təqdim ediləcəkdir.) xx.xx.2024-cü il tarixdə Əfqan Abdurahmanov adına Qəbələ şəhər 3 saylı tam orta məktəbində Həmkarlar təşkilatının iclası keçirilmişdir. İclasda 86 nəfər həmkarlar üzvü iştirak etmişdir. İclasın gündəliyində duran məsələ isə məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin daxili nizamintizam qaydalarına riayət etməməsi, X sinif şagirdi X16 qarşı etdiyi qeyri-etik hərəkətlərin müzakirəsi olmuşdur. Nəticədə iclasda iştirak edən 86 nəfərdən 81 nəfəri İddiaçı işdə qalmaması məsələsini təsdiqləmişlər. Beləliklə, Həmkarlar Təşkilatının 24 may 2024-cü il tarixli, 3 nömrəli protokolunn 1 nömrəli qərarına əsasən İddiaçı əmək fəaliyyəti zamanı verdiyi kobud səvhlərə, qeyri-etik davranışlarına, hüquq pozuntusu nəticəsində məktəbin mənafeyinə ciddi xələl gətirdiyi üçün Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Nəticədə xx.xx.2024-cü il tarixli əmrlə İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, İddiaçı işdən çıxarılması barədə əmr tamamilə qanuni və əsaslıdır.İddiaçı işdən çıxarılması barədə tərəfindən əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tamamilə əməl edilmişdir.Eyni zamanda iddiaçının iddia tələbində X11 ərizəsində göstərdiyi faktların Qəbələ rayon Polis şöbəsi tərəfindən araşdırıldığı və öz təsdiqini tapmadığı qeyd edilmişdir. Bununla bağlı qeyd edir ki, X11 və onun valideyni X13 ərizələrini nəzərə alaraq, eyni zamanda Həmkarlat İttifaqının qərarı əsasında İddiaçı işdən azad edilməsi barədə əmr vermişdir. X25 və X26 tərəfindən ona ünvanlanmış ərizə və məlumatların sonuncuların özləri tərəfindən yazıldığını və orada qeyd edilənlərin həqiqətəndə İddiaçı tərəfindən edildiyini məhkəmə iclasında təsdiq edə bilərlər. Məhkəmədən X11 və X13 məhkəmə zamanı şahid qismində ifadələrinin alınmasını xahiş edir. İddiaçıX16 qarşı etdiyi qeyri-etik hərəkətlər təhsil və tərbiyyə müəssisəsi sayılan məktəbin fəaliyyəti ilə bir araya sığmamaqla, istər iddiaçı cəmiyyətin daxili intizam qaydalarına, istərsə də qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır. Bu hal eyni zamanda məktəbin prinsiplərinə də uyğun deyildir. Belə ki, məktəb mühitində təlim-tərbiyə işinin təşkili fəaliyyətin başlanğıc və davamının uğurlu olmasının təminatıdır. Tam təhsil mühiti yaratmaq və əsas məqsədə çatmaq xüsusi nizamintizamdan və qaydaların tətbiqindən asılıdır. Müasir təlim metodları məktəbdə şagirdi dövrün tələblərinə uyğunlaşa biləcək bir şəxsiyyət kimi formalaşdırmaqdan əlavə, eyni zamanda da qarşıda bir çox vəzifələr qoyur. Çünki məktəb şagirdin müxtəlif yaş dövrlərinə uyğun olaraq təlim-tərbiyə sistemi həyata keçirir.Bundan əlavə İddiaçı məktəbdə “yetkinlik yaşına çatmayan uşağa etdikləri hərəkətləri” Qəbələ rayonunun camaatı arasında yayılmış və bu məktəbdə oxuyan şagirdlərin valideynlərinin ciddi narahatçılığına səbəb olmuşdur. Bununla bağlı valideynlər ona məktəb direktoru kimi ərizələr ünvanlayaraq İddiaçı etdiyi əməllərə görə məktəbdən kənarlaşdırılmasını xahiş etmişlər.Həmçinin Əmək Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahat verməkdən imtina etməsi də intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. İddiaçı əvvəl etdiyi hərəkətlərlə əmək və icra intizamınıı pozduğuna görə töhmətlər verilmişdir. İddiaçı yazılı izahat tələb edilmiş, lakin sonuncu izahat verməkdən imtina etmiş, bu hal isə aktlarla rəsmiləşdirilmişdir.Göstərilənlərə əsasən İddiaçı məhkəmədə cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinə qarşı “əmrin ləğvedilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpa edilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib, əlavə olaraq izaharında göstərmişdir ki,o, 2016-cı ildən məktəbə işə təyin olunmuşdur. Ondan əvvəl seçki komissiyasında işləmişdir. Ona demişlər ki, get məktəbi təhvil al. Ondan əvvəlki işçi yaşa görə pensiyaya çıxmışdır. Məktəbi təhvil almağa gedəndəndə direktor demiş ki, əvvəlki işçi işlərini bitirisin, 1 aydan sonra gəlib işə başlayarsan. O, məktəbə heç kimin yerini tutub gəlməmişdir. Onu ora təyin ediblər. Lakin məktəbdə işləməyə başladığı gündən ona öz işlərini görməyə imkan verməyiblər, öz vəzifələrini yerinə yetirə bilməmişdir. Həmin gündən məktəbin qulluqçusu olmuşdur. Əvvəl təssərrüfat işləri üzrə təssərrüfat müdiri imiş, sonradan vəzifəni təssərrüfat işləri üzrə direktor müavini etmişlər. Bütün təssərrüfat işləri onun sərəncamında olmalı, tapşırıqları o, verməli,işçiləri yönləndirməliymiş. Lakin onlara söz deməyə haqqı olmamışdır. Çünki bu işlərin hamısını direktor tənzimləmişdr. Orada ancaq stent vurmuşdur. Yoxlamalar məktəbləri yoxladıqları üçün demiş ki, belə olmaz. Sabah gəlib ondan da məktəbin hesabatını istəyəcəklər. Direktor məzuniyyətə çıxanda da işləri qaydasına qoymaq onun vəzifəsidir. Xadimələrə deyəndə ki, zibil qabı dolub, onu atmaq lazımdır, onu etməmişlər. Lakin eyni işi direktor deyən kimi onu etmişlər. Buna görə də bununla bağlı Ədilə müəlliməyə öz narazıçılığını bildirirmiş, necə olur ki, xadimələr o deyəndə etmirlər, sən deyəndə edirlər. Keçən il 4 saylı məktəbi yoxladıqdan sonra onların məktəbində də 3-4 nəfər xadimə süpürməyə başladılar. Normativ müəyyən olunub ki, hər xadimə 400 kvadrat metr sahə süpürməlidir. Ancaq onların məktəbində cəmi 4 işləyən xadimə olmuşdur. Zavuçla bir siyahı çıxardıb hərəyə 1-2 otaq vermişlər. Amma işləyən yalnız Sara adlı xadimə imiş. Hərədən 30- 40 manat pul alıb onların da işini görmüş, süpürüb-silirmiş. Ədilə müəllimlə olan ən sonuncu mübahisəsi Regionaldan 2 nəfər yoxlamanın məktəbə gəlməsi ilə bağlı olmuşdur. Ədilə müəllimə ötüb-keçib ona deyirmiş ki, məktəbdən siqnal gedib. O, da ona demiş ki, əgər o, nə isə demiş olsa deyərdi ki, filankəslər işləmir. Amma o, heç nə deməmişdir. Hər dəfə yoxlama gəlməmişdən əvvəl hazırlaşırmışlar. Bu dəfə isə xəbərsiz gəlmişlər. Sonradan məlum olmuş ki, Ədilə müəlliməyə şiddətli töhmət verilib. Bu hadisədən sonra aralarındakı münasibət daha da pisləşmişdir. Demiş ki, onu çıxarmaq lazımdır və s. O, da məktəbdə məsuliyyətli adamdır.O, şənbə də, bazar da məktəbdə olur, işini qoyub heç vaxt getmir. Bu deyilənlərin 99%-i yalandır. Düzdür onun 1-2 nəfərlə orada mübahisəsi də olub. Belə ki, müəllimlər, sinif rəhbərləri siniflərlə maraqlanmırlar. O da deyəndəki, sinif niyə dağılıb tökülüb, mübahisə yaranırmışdır. Başqa heç bir qeyri-etik, nalayiq hərəkəti olmamışdır. Adı gedən qız da məktəbin şagirdlərindəndir. Məktəbdəki şagirdlərin hamısı ilə münasibəti yaxşı olub. Ümumiyyətlə, hər günorta məktəbi gəzir, hara bağlı, hara açıq qalıb baxır. Bir dəfə yenə otaqları yoxlayanda, görmüş ki, 10-cu sinifin qapısı bağlıdır. Bütün otaqların açarları da onda olur. Bütün xadimələrin açarları da olur. 2-yə qalmış məktəbdə heç bir şagird olmur. 10-11-ci siniflər məşğələyə getdiyi üçün ümumiyyətlə dərslərə düzgün gəlmirlər. Axşamtərəfi yenə otaqları yoxlayır ki, birdən kimsə otaqda qalar. Yenə də otaqlara baxanda həmin otaqdan şübhələnmişdir.Açarla qapını açanda görmüş ki, otağın küncündə bir oğlanla bir qız oturub. Qeyri-adi heç bir şey yox imiş. Demiş ki, burada neyniyirsiz. Oğlan 9-cu sinif şagirdi imiş. Demiş ki, qızdan nömrə alıram. O da demiş ki, onu çöldə almaq olmur? Onları çölə çıxartmışdır. Oğlan düşüb getmişdir. Qızla da o, 5-10 addım gedə-gedə demiş ki, sən qız uşağısan, dərs yoxdu, başqa şagird yoxdu yanında, adına söz çıxar. Sonra qız da getmişdir. O, bunu heç kimə deməmişdir. Sonradan demişlər ki, sən bu haqda məlumat verməli idin. Bəzən belə hadisələr olur. Uşaqdılar deyə onları üzə çıxarmır, deyir ki, siz körpəsiz, belə şeylər etməyin. Bir gün həmin qızla başqa bir qız axşamtərəfi məktəbə gəliblər. Gecə qarovulçusu Faiq dayıya deyiblər ki, marker almağa gəlmişlər. O, da deyib ki, çıxın alın. Alıb gediblər. Bir gün yenə Faiq dayı ilə o, məktəbdə imişlər. Həmin qız gəlmiş ki, çətiri məktəbdə qalıb. O da demişki, burada çətir yoxdur. Yalnız qara çətir var. Qadın olduğu üçün fikirləşmişdir ki, rəngli çətir olar. Qız demiş ki, elə o qara çətirdir. O, da demiş ki, gəl götür. Götürüb getmişdir. Ona qarşı heç bir qeyri-etik hərəkəti olmamışdır. Yəqin sonradan qorxub ki, onun anasına nə isə deyər, buna görə də gəlib məkətbdə belə söhbət yayıb. Bununla da Ədilə müəllimənin əlində variant yaranıb. Həmin hadisə ilə bağlı polisdə də araşdırma gedib. Polis burada heç bir cinayət əməlinin olmadığını bildirmişdir. Prokurorluğa da onu çağırıb, telefonunu almışlar. Demişlər ki, sizə məlumat verəcəyik. 1 həftə keçdikdən sonra o, telefonu və araşdırmanın nəticəsi ilə bağlı müraciət etmişdir. Demişlər ki, məlumat verəsidirlər. 1 ay sonra yenə araşdırmanın nəticəsinə görə rəsmi məktubla müraciət etmişdir. Amma araşdırmanı göndərməmişlər. Onu ayın 23-ü polisə vermişlər. 24-ü iştirakı olmadan onu işdən çıxarmışlar. İşdən çıxarma ilə bağlı protokol da təqdim olunmamışdır. Protokolun verilməsi ilə bağlı rəsmi müraciət etsə də, ona demişlər ki, dövlət sənədidir, məktəbdə qalmalıdır. Bundan sonra əmək müvəkkilinə müraciət etmiş və onlar protokolun surətini alıb öz işlərinə uyğun araşdırmışlar.Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə1 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı 2016 cı il 1 noyabr tarixində Qəbələ şəhər 3 saylı tam orta məktəbinə onun xəbəri olmadan təssərrüfat işləri üzrə müdir müavini təyin olunmuşdur. O, ilk gündən papka əlində çox iddialı şəkildə işə gəlmişdir. “Bura pulumu verib gəlmişəm, heç kim mənə heç nə deyə bilməz” və s. kimi ifadələr səsləndirmişdir. İddia edir ki, xadimələr onun sözünə baxmırmış. Gəldiyi ilk gündən hamı ilə kobud, nəzakətsiz rəftar edirmiş. Hərəni bir adla, sarıbaş, sarıköynək və başqa adlarla çağırırmış. O, ilk gündən öz vəzifələri kənarda qalmış, başqa işlərlə məşğul olmuşdur. Yerə düşən zibilin, gecikən işçilərin, hətta orta məktəb şagirdlərinin belə sağdan, soldan, arxadan, profildən şəkillərini çəkirmiş. Bunu niyə etdiyini soruşanda deyirmiş ki, Ədilə müəllimənin əleyhinə özünə material toplayır. İddiaçı tərəfindən dəfələrlə daxili nizam-intizam qaydalarının pozulmasına, məktəbdə münaqişələr törətdiyinə görə 2018-ci ildə onun işdə qalıb-qalmaması məsələsinə həmkarlar iclasında baxılmışdır. Lakin onlar ona töhmət verərək işdə qalması üçün şans vermişlər ki, bəlkə öz qüsurlarını aradan qaldırar. Lakin göz yummaqlarına baxmayaraq o, yenə öz davranışlarını dəyişməmişdir. Ona görə də ona xx.xx.2023, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərində 3 dəfə töhmət verilmişdir. Onun həmin töhmətlərdən xəbərinin olmaması ilə bağlı iddiası yalandır, bununla bağlı ona izahatlar verilmişdir. Onun işdən çıxarılmasının əsas səbəbi o olmuşdur ki, xx.xx.2024-cü il tarixində valideyin X1 İlhamın onun qızı Arzuya qarşı əxlaqsız hərəkətlər və təkliflər etməsi ilə bağlı ərizə ilə məktəb rəhbərliyinə müraciət etmişdir. Həmən gün uşağın izahatını almış və ərizəni qəbul etdikdən sonra həmkərlar təşkilatına müraciət etmişdir. 20 may 2024-cü il tarixində iclas keçirilmişdir. İddiaçıı iclasla bağlı məlumatlanırmaq üçün çalışmışdır. Lakin o, telefon zənglərini açmırmış. Həmkarlar təşkilatının sədri Məlahət xanıma etiraz edərək iclasda iştirak etməkdən imtina etmişdir. 22 may tarixində valideyin təkrar müraciət etmiş və məcburiyyət qarşısında qalıb 24 may tarixində yenə həmkarlar iclası keçirdərək İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinn ç bəndi ilə işdən çıxarılması barədə qərar qəbul edilmişdir. Onun işdən çıxarılmasının tezləşdirilməsinin səbəbi valideyin və məktəb kollektivinin onun işdən tez çıxarılmasını tələb etməsi olmuşdur. Hətta valideyinin 11 ci-sinifi bu il bitirib, ali məktəbə daxil olan oğlu var və o, məktəbə soyuq silahla gəlirmiş ki, İddiaçıı öldürəcək, onu məktəbdən içəri buraxmayın. Bununla bağlı növbətçilər də şahidlik edə bilər. Regional idarədən də göstəriş gəlmiş ki, onu məktəbin içərisinə buraxmayın, hadisə baş verə bilər. Rayon yeri olduğu üçün hadisə tez yayılmış və ictimaiyyətin rəyini nəzərə alıb onu 24 nömrəli əmrlə işdən çıxartmışdır. O və bütün məktəb kollektivi İddiaçıla gərgin vəziyyətdə işləmişlər. O, öz işindən başqa hər şey edirmiş. Hamıya lağ edir, təhqir edirmiş. Məktəb kimi bir təlim tərbiyə ocağına yaramayan insandır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Şəki Zaqatala regional şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, X9 Şəki-Zaqatala Regional şöbəsinə 3 iyul 2024-cü il tarixdə İddiaçı ərizəsi daxil olmuşdur. Ərizəsində işlədiyi dövrdə heç bir intizam tənbehi almadığını, işçilərlə heç bir probleminin olmadığını, əsassız olaraq 24 may 2024-cü il tarixdə işdən çıxarıldığını bildirmişdir. Bununla bağlı vətəndaşı və Qəbələ şəhər, 3 saylı məktəbin direktoru Nümayəndə1 sorğu məktubu ilə araşdırma aparılması üçün dəvət etmişdir. Daxil olan materiallara baxış keçirilərkən müəyyən olunmuşdur ki, ona 21 mart 2023-cü il, 29 sentyabr 2023-cü il, 22 may 2024-cü il tarixlərində töhmət verilmişdir. Burada vətəndaşın dedikləri ilə ziddiyyət yaranır. Belə ki, o deyir ki, işlədiyi dövrdə heç bir nöqsanı olmamışdır. Bundan əlavə olaraq 22 may 2024-cü il tarixdə valideyin İddiaçı qızına qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Onlara da həmin şagirdin izahatı təqdim olunmuşdur. Həmçinin məktəbin 5-6 nəfər şagirdin və 5-6 nəfər məktəb kollektivindən İddiaçı daxili nizamintizam qaydalarını pozması ilə bağlı məlumatlar daxil olmuşdur. Toplanmış materiallar Həmkarlar İtifaqına göndərilmiş və 24 may 2024-cü il tarixdə iclas keçirilmiş, iclasda İddiaçı tərəfindən dəfələrlə daxili nizam-intizam qaydalarının pozulması müzakirə olunmuş, eyni zamanda son baş verən hadisəyə münasibət bildirilmişdir və onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunması barədə qərar verilmişdir. Həmin qərara məktəb kollektivinin 81 üzvü imza çəkmişdir. Həmçinin İddiaçı ərizəsində son haqq-hesabının gec verildiyini iddia etmişdir. Bu məsələ də araşdırılmış və müəyyən olunmuşdur ki, həqiqətən də İddiaçı 2024-cü il 24 may tarixdə işdən çıxarılmış, lakin son haqq-hesab 31 may tarixdə ödənilmişdir. Əlavə olaraq, əmək müqaviləsi bağlanarkən 56 günlük məzuniyyət günü müəyyən olunsa da, işçiyə 3-cü qrup əlil olduğu üçün 42 günlük məzuniyyət haqqı ödənilmişdir. Bu hallarla əlaqədar Nümayəndə1 barəsində protokol tərtib olunmuş və 12 avqust 2024-cü il tarixdə inzibati tənbeh etmə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə edilmişdir. Həmçinin qalan haqq-hesabın yenidən hesablanaraq ödənilməsi barədə göstəriş məktubu verilmişdir.Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid X28 verdiyi izahatında döstərmişdir ki, 31 ildir 3 saylı tam orta məktəbdə xadimə işləyir. İddiaçı danışığını, sözünü bilməyən biridir. Bir valideyin görəndə onları, ən çox da onu “mən oxumuşam, siz oxumamısız, bura nəyə gəlmisən, nə işin var burda və s.” kimi ifadələr onlara qarşı işlədərək təhqir edirmiş.O da digər xadimələr də həmişə öz işlərini görmüş, hər xadimənin özünün təmizlədiyi sahə var. Əgər o, öz işini görməsəydi, direktor onu işdən çıxarardı. İddiaçı yaxşı işçi deyildi, ona qarşı heç yaxşı olmayıb, onu təhqir edirmiş, hətta ağladırmış. Məhkəmə iclasında şahid X17 verdiyi izahatında döstərmişdir ki, o, məktəbdə texniki işçi işləyir. Məktəbdə uşaqlara nəzarət edir. Onunla birlikdə 2 nəfər nəzarət edən var. İddiaçıla bir neçə dəfə münaqişələri olub. Heç bir səbəb olmadan mübahisə yaradırmış. Qıraqdan gələn valideyinlər yanında ona dalaşırmış, təhqir edirmiş. Sözü elə bir formada deyirmiş ki, mübahisə yaranırmış. Hətta bir dəfə o, buna görə narahat da olmuşdur. Məhkəmə iclasında şahid X18 verdiyi izahatında döstərmişdir ki, o, mətəbdə kiçik texniki işçi, yəni xadimə işləyir. Öz işini həmişə məsuliyyətlə yerinə yetirmişdir. İlhamla aralarında mübahisənin yaranmasının əsas səbəbi o olmuşdur ki, onun evdə balaca xəstə uşağı var. Onun dərmanlarını vermək üçün 5-10 dəqiqə işə gecikirmiş. Buna görə direktordan da icazə alırmış, xəbəri olurmuş. Bir dəfə gec gəlmişdir, işə gələndə imza çəkəndə valideyinlərin yanında İlham dayı gəlmiş ki, “indi işə gələn vaxtdır, sən kimdən icazə almısan və s” ona qarşı bu kimi ifadələr işlətmişdir. Ona deyirmiş ki, “sənin zibil qabının şəklini çəkmişəm, dolub-daşır, sən hara baxırsan”. O, da deyirmiş ki, səbirli olun, hələ indi gəlmişdir, evdə xəstəsi var. Onlar mübahisə etdikdən sonra onun halı pisləşmişdir. Ondan sonra qaynanası məktəbə gəlibİlhamla dalaşıblar. O, direktordan icazə alırmış. İlhamdan icazə ala bilməməyinin səbəbi də onun nömrəsini telefonuna yaza bilməmişdir, çünki yoldaşı icazə verməmişdir. Məhkəmə iclasında şahid X29 verdiyi izahatında göstərmişdir ki, o, məktəbdə dalandar işləyir. Məktəbin həyətini süpürür. İlhamın kobud rəftarı ilə bağlı narazılığını bildirmək istəyir. Bəzən olurmuş ki, işdən tez çıxırmış. O, onun arxasınca valideyinlərin yanında “az” deyə qışqırır ki, “hara gedirsən”. Lazım gələndə bütün işləri görmüşdür. Gücü çatan yerləri özü eləyir, gücü çatmayan yeri də fəhlə tutdurub eləmişdir. Ya yoldaşı, ya da oğlu gəlib həmin işləri görürmüşdür. İlham işçilərlə mədəni rəftar edə bilmirmiş. Onun arxasınca “sarıbaş” deyə danışıb. O, orada otaqları da təmizləyirmiş. Belə ki, məktəbdə şəhid ailəsinin bir üzvünün təmizləməli olduğu 2 otağı da könüllü şəkildə götürüb təmizləyir. Bunu da heç kimin yanında deməmişdilər.İşindən də hamı razıdır. Məhkəmə iclasında şahid X19 verdiyi izahatında göstərmişdir ki, o, məktəbdə ingilis dili müəllimi işləyir. Bir dəfə İddiaçı onun dərsinə icazəsiz girmişdir. Girib işığı söndürmüşdür. Uşaq oturan stulun üzərinə çıxıb işığı söndürmüşdür. O da bununla bağlı direktora öz narazılığını bildirmişdir. İlham dayı ilə də yüngül mübahisələri olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi (anası) X14 iştirakı ilə şahid X25 verdiyi izahatında döstərmişdir ki, əslində, bu söhbət lap əvvəldən olub. İlk dəfə 9-cu sinifdə baş verib. Məktəbdə hamı,uşaqlar İlham dayıya salam verib keçirmiş. Sonradan o da ona salam verməyə başlamışdır. Meyvə sezonu imiş, bir gün İlham ona demiş ki, “otağıma gəl, alça yeyək”. Sonradan 2-3 dəfə ona şokolod təklif etmişdir, 2 dəfə götürmüşdür. Məktəbdə dərslər təzə başlamışdır. Demək olar ki, çox uşaq gəlməmişdir. Oğlanlar gəlmişdir, onlar da çantalarını sinifə qoyub çölə çıxmışdılar. Sonra İlham dayı onun yanına gəlib demiş ki, sən yaxşı qızsan, səni istəyən var deyib onu qucaqlamışdır. Sinifdə heç kəs olmamışdır. Sonra əlini sinəsinə qoymuşdur. O da onu itələmişdir. Elə olub dalaşmış və birdə onunla danışmamışdır.9-cu sinfin sonu imiş. Ondan sonra 2-ci dəfə 10-cu sinifdə oxuyanda bu hadisələr baş vermişdir. Mayın 13-ü idi, o, 5-ci dərsdən çıxırmış. Altan sinifə gəlmiş ki, ondan söz soruşacaqdır. Altan 9-cu sinifdə oxuyur. Bu zaman İlham dayı içəri gəlmiş, demiş ki, “siz burada nə isə edirsiz, şəklinizi çəkəcəm”. Telefonu cibindən çıxaranda Altan ona yaxın imiş, telefonu əlindən almış ki,onlar heç nə etmirlər. İlham dayı onu itələyib telefonu götürmüşdür. Altana da nəsə deyib dalaşmış, Altan çıxıb getmişdir. İlham dayı gedirmiş, o da ona arxasınca demiş ki, “özünüz də gördüz ki, biz heç nə eləmirdik, nəyi çəkirsiz”. İlham dayı da ona demiş ki, “heç kəsə demərəm, sən ağıllı qızsan”. Sonra aralıq yer var imiş,yan-yana imişlər. Orada İlham onu qucaqlamış, yanağından öpmüşdür. Sonra ayın 17-si, 5-ci günü dərsdən çıxanda ona demiş ki, 1-2 saat ona vaxt ayır, aradabir gəl, söhbət eliyək. Onademiş ki, vaxtı yoxdur, dərsləri çoxdur. Fikirləşmiş ki, 1-ci günü olan söhbət haqqında danışacaqdır. O da demiş ki, onda sabah gəl. Cavab vermiş ki, onun 6cı günü məktəbdə nə işi var. Həm də ki, onun nə sözü var? Demiş ki, “sənin ciyərini sökəcəm, dağıdacam, mən donoram”. Ona demiş ki, o nə deməkdir. Onda İlham ona cinsi əlaqədə olmağı təklif etmişdir. Məhkəmə iclasında şahid X30 verdiyi izahatında döstərmişdir o, bu işin hüquqi qüvvə almasını istəmirmiş. Çünki uşaqlarının elə yaş dövrüdür ki, oğlu məktəbi qurtarır, qızı bu yaşdadır, rayon yeridir. Hər dəfə izahat vermək üçün və s. polislərin qarşısına çıxmalı olacaqdılar. Ona görə bu insan məktəb kimi təlim-tərbiyə ocağında işləməməlidir. Bu gün onun övladına belə hərəkət edən, sabah başqa birinin uşağına edəcək. Onlardan izahat götürmüşlər. 3 gün sonra yenidən izahat almaq istəmişlər. O, demiş ki, polis idarəsinə gəlməyəcəkdir. Onda Zamiq müəllim demiş ki, özü gəlib izahat götürəcək və onlara gəlmişdir. Lakin başdan sona təhdid eləmiş və demiş ki, “sən başsızsan, 2 uşağın var, sizin şahidləriniz yoxdur, sübut edə bilməyəcəksiz, sonda siz haqsız çıxacaqsız, şahidlər olan bir yerdə edərdimi o hərəkəti” bu kimi ifadələr işlətmişdir. Ona demiş ki, sizi polislər, müstəntiqlər çağıracaqlar, uşağı həkim ekspertizasına çağıracaqlar. Bu heç kəsə ediləcək bir təklif deyil. Uşağı qorxu altında saxlamışdır.Uşaqlarının tərbiyəsi, dərsləri ilə bağlı müəllimlərin heç bir şikayəti olmayıb. Oğlunu bu hadisə ilə bağlı güclə sakit etmişdir. Onun burada heç bir marağı yoxdur, şər də atmır, məktəbdə işləyəcək də heç kimi yoxdur. Direktorun işdən İlhamı çıxarmaq üçün başqa səbəbəri də var. Onu haqlı çıxarmaq üçün öz uşağını belə bir işin ortasına atmır.Əgər dediyi kimi, qızında nə isə bir qüsur görmüşdüsə, niyə onun özünə, sinif rəhbərinə heç nə deməmiş, başqa əxlaqsız hərəkətlərə əl atmışdır. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını və çıxışlarını , eləcə də iş üzrə şahidlərin izahatlarının dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 24 may 2024-cü il tarixli, 24 saylı əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin Həmkarlar Təşkilatının 24 may 2024-cü il tarixli, 3 nömrəli protokolunun 1 nömrəli qərarına əsasən tutduğu vəzifədən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Əmrlə ona son haqq-hesabın ödənilməsi nəzərdə tutulmuşdur. Əsas olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd edilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 imzası ilə ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin Həmkarlar Təşkilatının 24 may 2024-cü il tarixli, 3 nömrəli protokolunun 1 nömrəli qərarına əsasən tutduğu vəzifədən azad edilməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasən əmək müqaviləsinə xitam verildiyi barədə ona məlumat verilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 17 may 2024-cü il tarixdə həmin məktəbin Həmkarlar Təşkilatının sədri X7 ünvanladığı təqdimatdan görünür ki, xx.xx.2016-ci ildən 41 nömrəli əmrlə məktəbdə təsərrüfat işləri üzrə direktor müavini təyin edilən İddiaçı ilə əlaqədar olaraq məktəbin 10 “b” sinif şagirdi X11 valideyni X14 xx.xx.2024-cü il tarixdə məktəb rəhbərliyinə şikayət xarakterli ərizə ilə müraciət etdiyi, İddiaçı onun övladına qarşı dəfələrlə əxlaqsız, seksual xarakterli hərəkət və təkliflər edildiyi barədə məlumat verildiyi qeyd edilməklə Arzu İbrahimlinin izahatını, çoxsaylı valideyn ərizə və narazılıqlarını, rayon ictimaiyyətinin bu hadisəyə reaksiyasını nəzərə alaraq Həmkarlar Təşkilatı tərəfindən, məktəb kollektivinin nümayəndəsi kimi məktəbin təlimtərbiyyə işləri üzrə direktor müavini X15 iştirakı ilə İddiaçı işdə qalıb-qalmaması məsələsini səsə qoyaraq yenidən müzakirə olunmasını və qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan X14 Əfqan Abdurahmanov adına Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 xx.xx.2024-cü il tarixdə yazılımış ərizədən görünür ki, o,məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı, övladı 10 “b” sinif şagirdi İbrahimli ArzuRamin qızına qarşı dəfələrlə əxlaqsız hərəkət və təkliflər etdiyi üçün barəsində ciddi və lazımi tədbirlərin görülməsini xahiş etmişdir. İşdə olan Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin 10 “b” sayli sinfin şagirdi Arzu İbrahimlinin direktoru Nümayəndə1 xx.xx.2024-cü il tarixdəyazdığı izahatında o, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı ona qarşı qeyri-etik, hərəkətləri və əxlaqsız təklifləri barəbə məlumat vermişdir. İşdə olan Əfqan Abdurahmanov adına Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli iclasının 2 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə təşkilatın 2-ci iclası keçirilmişdir. İclasın gündəliyində duran məsələ olaraq məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin daxili nizam-intizam qaydalarına riayət etməməsi, onuncu sinif şagirdi X16 qarşı etdiyi qeyri-etik hərəkətlərinin müzakirəsi olmuşdur. Protokoldan görünür ki, iclasın sədri Məlahət Səmədova çıxış edərək bu barədə məlumat vermiş və bildirmişdir ki, məktəb kollektivinin,eyni zamanda valideynlərin və şəhər ictimaiyyətinin təzyiqini nəzərə alaraq iclasın tez bir zamanda keçirilməsi qərara alınmışdır. Qeyd olunmuşdur ki, İddiaçı iclasın keçirilməsi haqqında məlumat verilmiş, lakin o, buna laqeydlik göstərərək iclasda iştirak etməkdən imtina etmişdir. Buna görə də təşkilatın iclası təxirə salınaraq xx.xx.2024-cü il tarixdə saat 17.00-da keçirilməsi, iclasın yeri və vaxtı barədə İ. Osmanova məlumat verilməsi qərara alınmışdır. İşdə olan Əfqan Abdurahmanov adına Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin Həmkarlar təşkilatının xx.xx.2024-cü il tarixli iclasının 3 nömrəli protokolunun surətindən görünür ki,həmin tarixdə 86 nəfər həmkarlar təşkilatının üzvlərinin iştirakı ilə keçirilmiş iclasın gündəliyində duran məsələ olaraq məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin daxili nizam-intizam qaydalarına riayət etməməsi, onuncu sinif şagirdi X16 qarşı etdiyi qeyri-etik hərəkətlərinin müzakirəsi olmuşdur.Çıxışlardan sonra İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, qeyri-etik davranışları və hüquq pozuntusu nəticəsində məktəbin mənafeyinə ciddi xələl gətirdiiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Protokol üzvlər tərəfindən imzalanmış və 81 nəfər təşkilatın üzvü qərarla razılaşdığını bildirmişdir. İşdə olan Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin Həmkarlar təşkilatının sədri X20 tərəfindən 19 may 2024-cü il tarixdə təsdiq edilmiş telefonoqramdan görünür ki, o, 055 499-72- 33 mobil telefon nömrəsi ilə İddiaçı 070 321-10-74 mobil telefon nömrəsinə zəng edərək Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 onun işdən azad edilməsinə dair təqdimatına Həmkarlar təşkilatının iclasında xx.xx.2024-cü il tarixdə saat 16.00-da baxılacağı, həmin vaxtda iclasda iştirakının vacibliyini onun nəzərinə çatdırmışdır. İşdə olan Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin Həmkarlar təşkilatının sədri X20 tərəfindən 23 may 2024-cü il tarixdə təsdiq edilmiş telefonoqramdan görünür ki, o, 055 499-72- 33 mobil telefon nömrəsi ilə İddiaçı 070 321-10-74 mobil telefon nömrəsinə zəng edərək Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 onun işdən azad edilməsinə dair təqdimatına Həmkarlar təşkilatının iclasında xx.xx.2024-cü il tarixdə saat 17.00-da baxılacağı, həmin vaxtda iclasda iştirakının vacibliyini onun nəzərinə çatdırmışdır. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 01.03 2023-cü il tarixli 367 saylı əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı xx.xx.2023-cü il tarixdə məktəbin daxili nizam-intizam qaydalarını pozaraq ingilis dili müəllimi X5 dərs prosesində kobudcasına müdaxilə edərək dərsin gedişini pozduğuna, maneçilik törətdiyinə və müəllimi şagirdlərin qarşısında qeyri-etik sözlərlə təhqir etdiyinə görə ona töhmət elan edilmişdir. Əmrdə əsas olaraq hadisə ilə bağlı tərtib edilən akt və müəllimin rəhbərliyə ünvanladığı ərizəsi göstərilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin müəllimi X5 xx.xx.2023-cü il tarixdə həmin məktəbin direktoru Nümayəndə1 məlumatında o, xx.xx.2023-cü il tarixdə 2 “d” sinfində dərs tədris edən vaxtı məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı qəflətən icazə almadan dərsi pozaraq sinfə daxil olduğu,onu şagirdlərin yanında təhqir etdiyi,səsini qaldıraraq şagirdlərə təsir etdiyini, onun ünvanına təhqiramiz ifadələr işlətdiyini və ikinci dəfə dərsi pozduğunu bildirməklə barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1, direktor müavini A.Qədirovanın,ingilis dili müəllimi N.Cəlilovanın, ibtidai sinif üzrə direktor müavini R.Soltanovanın, gözətçi S. Babayevanın iştirakları ilə xx.xx.2023-cü ildə tərtib edilmiş aktda xx.xx.2023-cü il tarixdə 2 “d” sinfində dərs tədris edən vaxtı məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı qəflətən icazə almadan dərsi pozaraq sinfə daxil olduğu,onu şagirdlərin yanında təhqir etdiyi,səsini qaldıraraq şagirdlərə təsir etdiyi, onun ünvanına təhqiramiz ifadələr işlətdiyi və ikinci dəfə dərsi pozduğu qeyd edilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1, təsərrüfat işləri direktor müavini A.Qədirovanın,katibə makinaçı Q.Əhmədovanın, gözətçi S. Babayevanın və texniki işçi G,Mirzalıyevanın iştirakları ilə xx.xx.2023-cü ildə tərtib edilmiş aktda xx.xx.2023-cü il tarixdə 2 “d” sinfində dərs tədris edən vaxtı məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı qəflətən icazə almadan dərsə müdaxilə edərək dərsin gedişini pozduğu və onu şagirdlərin yanında təhqir etdiyi,səsini qaldıraraq şagirdlərə təsir etdiyinə görə izahat verilməsini ondan tələb etdiyi, lakin onun izahat verməkdən imtina etdiyi göstərilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 29.09 2023-cü il tarixli 386 saylı əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozaraq məktəbin kiçik texniki işçisi X8 təhqir etdiyinə, ona qarşı nalayiq sözlər işlətdiyinə görə ona töhmət elan edilmişdir. Əmrdə əsas olaraq hadisə ilə bağlı tərtib edilən akt və T.Xancanovanın ərizəsi göstərilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin texniki işçisi X6 həmin məktəbin direktoru Nümayəndə1 xx.xx.2023-cü il tarixdə yazdığı məlumatdan görünür ki, o, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəb qarşısında valideynlərin, şagirdlərin və müəllimlərin yanında heç bir əsası olmadan onu təqir etdiyi və şəxsiyyətini alçaldan sözlər dediyi göstərilməklə onun nalayiq hərəkətləri ilə bağlı lazımi tədbirlərin görülməsini xahiş edir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Ə.Əliyavanın, təlim tərbiyyə işləri üzrə direktor müavini A.Qədirovanın, texniki işçi T.Xancanovanın, texniki işçi A.Tağıyevanın və məktəbin katibəsi Q.Əhmədovanın iştirakları ilə xx.xx.2023-cü il tarixdə tərtib etdikləri aktda məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəb qarşısında valideynlərin, şagirdlərin və müəllimlərin yanında heç bir əsas olmadan məktəbin texniki işçisi X6 şəxsiyyətini alçaldan sözlər deməsi qeyd edilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 17.05. 2024-cü il tarixli 22 saylı əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəbin daxili nizam-intizam qaydalarını pozaraq məktəb rəhbərliyinə qarşı kollektiv işərisində kobud etdiyinə, verilən tapşırığı yerinə yetirmədiyinə görə ona töhmət elan edilmişdir. Əmrdə əsas olaraq tərtib edilən akt göstərilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Ə.Əliyavanın, təlim tərbiyyə işləri üzrə direktor müavini A.Qədirovanın, texniki işçi G.Mirzalıyevanın, təşkilatçı E.Kərimovanın və məktəbin katibəsi Q.Əhmədovanın iştirakları ilə xx.xx.2024-cü il tarixdə tərtib etdikləri aktda məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı məktəb rəhbərliyinin verdiyi tapşırığı yerinə yetirmədiyi, valideyn və müəllimlərin içərisində ona kobud cavab qaytardığı və əmək vəzifəsini kobudcasına pozduğu göstərilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Ə.Əliyavanın, təşkilatçı E.Kərimovanın, dalandar İ.Əzizovanın, kiçik xidməti işçi F.Yahyazadənin və xadimə S.Əsədovanın iştirakları ilə xx.xx.2024-cü il tarixdə tərtib etdikləri aktda məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı həmin tarixdə məktəbin daxili nizam-intizam qaydalarının pozaraq rəhbərliyə qarşı hədsiz dərəcədə kobud davrandığına görə verilən töhmətlə bağlı izahat verilməsinin tələb edildiyi və İddiaçı buna etiraz etdiyi, izahat verməkdən imtina etdiyi qeyd edilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin 9 “a” sinif şagirdi Ləman Kərimovanın məktəbin direktoru Ə.Əliyavaya xx.xx.2024-cü il tarixdə yazdığı məlumatda xx.xx.2024-cü il tarixdə sinifdə dərnək rəhbərini gözlədiyi zaman məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı mobil telefonla sinfə daxil olduğu və onların şəkillərini çəkməyə başladığı, səbəbini soruşduqda isə “özümə fakt toplayıram” cavabını verdiyi, dərnək bitib evə gedən zaman da təkrarən onların şəkillərini çəkdiyi, başqa sinifdə olan qızların şəkillərini də çəkdiyi və məsələnin araşdırılmalı olduğu göstərilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin 9 “a” sinif şagirləri Nargilə Qasımlının, Nərmin Bayramovanın, Fuad Abdullayevi məktəbin direktoru Ə.Əliyavaya xx.xx.2024-cü il tarixdə yazdıqları məlumatlarda da Ləman Kərimovanın məlumatda göstərdiyi xüsusatlar eyni ilə qeyd edilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin X “a” sinifin rəhbəri Məhəbbət Rəşidovanın məktəbin direktoru Ə.Əliyavaya xx.xx.2024-cü il tarixdə yazdığı məlumatda məktəbin təsərrüfat müdirinin səhər saatlarında otağının qapısının açılması üçün ondan aylıq pul istədiyi göstərilmişdir. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin İX “b” sinifin rəhbəri Ə.Fəridətərəfindən məktəbin direktoru Ə.Əliyavayaxx.xx.2024-cü il tarixdə yazdığı məlumatda məktəbin təsərrüfat müdirinin qapının açarlıq yerinin (şəftəsinin) qırılmasına görə ondan pul istədiyi göstərilmişdir. İşdə olan valideyn X3 Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Ə.Əliyavaya 2023-cü ilin mart ayında yazdığı məlumatda məktəbin təsərrüfat müdiri İddiaçı övladını hədələdiyi, qorxutduğu göstərilmiş və tədbir görülməsi xahiş olunmuşdur. İşdə olan Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Mustafazadənin valideyni E.Mustafayevin, 6-cı sinif şagirdi Nərmin Mustafazadənin valideyni L.Mustafayevanın, 8-ci sinif şagirdi Həşimli Zəhranın valideyni A.Həşimovanın, X “a” sinif şagirdi Qasımova Dəryanın valideyni G.Qasımovanın, 1-ci sinif şagirdi Süleymanova Məlyin valideyni E.Süleymanovun, 8-ci sinif şagirdi X.Mehricanın valideyni X.Hüsniyyənin, 1-ci “a”sinif şagirdi Rzazadə Ruqiyyənin valideyni A.Ağababayevanın, 9-cu “c” sinif şagirdi Gülüm Nəbiyavanın valideyni N.Məmmədovanın, 10-cu “b” sinif şagirdi Aytac Gözəlovanın valideyni A.Gözəlovanın, 3-cü “d” sinif şagirdinin valideyni Z.Əhmədovanın, valideyn A.Aslanovanın məktəbin direktoru Ə.Əliyava müxtəlif tarixlərdə yazdıqları ərizələrdən onlar görünür ki, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı əxlaqsız hərəkətlərinə görə məktəbdə işləməsinə etiraz edirlər. İşdə olan məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu əsasında Qəbələ rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixdə 31`/3-13-8912-31024 nömrəli məktubla Qəbələ Rayon Məhkəməsinə ünvanladığı materiallara əlavə edilmiş, Qəbələ RPŞ-nin YYÇPİTQ-nun inspektoru Sübhan Zamanlının xx.xx.2024-cü il tarixli arayışında Arzu İbrahimlinin müraciəti ilə bağlı araşdırılma aparıldığı, məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı hərəkətlərində heç bir cinayət və inzibati xəta tərkibi olmadığının müəyyən edildiyi, müraciət müəllifinə cavab verilməklə materialın işə alınmasının məqsədəmüvafiqliyi göstərilmişdir. İşdə olan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ Rayon Təhsil Sektorunun müdiri Arifə Bayramovanın 8 iyul 2024-cü il tarixdə İddiaçı ünvanladığı 3-29-42/2-0-193-4/2024 nömrəli məktubdan görünür ki, onun müraciəti təhsil sektorunda baxılaraq Qəbələ 3 nömrəli tam orta məktəbdə işlədiyi dövrdə fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı məsələyə məktəbin Həmkarlar Təşkilatının ümumi iclasında baxıldığı əmək müqaviləsinə məktəb direktorunun xx.xx.2024-cü il tarixli 24 nömrəli əmri ilə xitam verildiyi nəzərinə çadırılmaqla narazılığı olduğu halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İşdə olan Qəbələ 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞQ/MT035- 2024-473 nömrəli “X10 X24” (mediator Ə.M.Əliyev) arayışından görünür ki, işə bərpa və əmrin ləğvi üzrə əmək mübahisələrinə görə tərəfə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş cavabdeh Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Ə.Əliyava X10 iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl X10 iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X10 iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən mediator X2 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.3-cü maddəsinə uyğun olaraq “X10 X24” arayış verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68.2-ci maddəsinin a bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. “X4” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər.Əmək mübahisələrinin (münaqişələrinin) predmeti və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir. Həmçinin Əmək Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahat verməkdən imtina etməsi də intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki,Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı əmək fəaliyyətində yol verdiyi qanun pozuntularına, tədris müəssisəsinin əmək intizamı qaydalarını pozduğuna görə məktəbin rəhbərliyi tərəfindən barəsində dəfələrlə intizam tənbehi tədbirləri görülmüş, ona 21 mart 2023-cü il, 29 sentyabr 2023-cü il, 22 may 2024-cü il tarixlərində töhmət verilmişdir. İşin bu halı iş materialları, cavabdeh Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1, eləcə də iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Şəki Zaqatala regional şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatlarıı ilə də təsdiq edilmişdir.Lakin barəsində tətbiq edilmiş intizam tənbehi tədbirlərindən nəticə çıxartmayan iddiaçı hərəkətlərini davam etdirmişdir. Buna görə də Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 24 may 2024-cü il tarixli, 24 saylı əmri ilə Həmkarlar Təşkilatının 24 may 2024-cü il tarixli, 3 nömrəli protokolunun 1 nömrəli qərarına əsas götürülərək məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasən xitam verilmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri barədə iddiaçı vaxtında məlumatlandırılmışdır. Bundan savayı, məhkəmə qeyd etməti zəruri hesab edir ki, Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 İddiaçı ilə əmək müqaviləsinə xitam verməzdən əvvəl Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmişdir. Əmr verən zaman Həmkarlar ittifaqı təşkilatının qərarını nəzərə almışdır. İddiaçının iddia ərizəsində həmkarlar ittifaqı təşkilatının iclaslarının iştirakı təmin edilmədən keçirildiyi barədə iddiasına tənqidi qiymət verən məhkəmə qeyd edir ki, həmkarlar ittifaqı təşkilatının iş materiallarına əlavə edilmiş telefonoqramları və işin halları İddiaçı bu fikirlərini təkzib edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının Həmkarlar ittifaqı təşkilatının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarına dəvət edilməməsi və nəticə etibarı ilə həmin iclasda iştirak etməməsi Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilə və əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin qurumun bu qəbildən olan iclaslarında barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b “ və ya “ç” bəndinin tətbiq edilməsi məsələsi qaldırılan işçinin imperativ qaydada iştirak etməsi nəzərdə tutulmamış və onun bu iclasda iştirak etməməsinin həmin iclas üzrə qərarın qanunsuz və ya etibarsız hesab edilməsinin əsaslarından biri kimi müəyyən edilməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarda məhz iddiaçının məsələsinə baxılmış və bu baxımdan həmin iclas iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndində göstərilən kütləvi tədbir hesab edilə bilməz. Bundan əlavə cavabdeh tərəf iddiaçının Həmkarlar ittifaqı təşkilatının iclasında iştirakını təmin etmək üçün iclası təxirə salınmışdır. Həmçinin, cavabdeh tərəfindən həmin quruma iddiaçı ilə bağlı məsələ üzrə əsaslandrıma sənədləri də əlavə etməklə əsaslandırılmış yazılı təqdimatla müraciət edilməsi, bu qurum tərəfindən həmin təqdimata müəyyən edilmiş müddətlər çərçivəsində baxılması və əsaslandırılmış yazılı qərar qəbul edilməklə cavabdehə göndərilməsi hüquqi nəticə etibarı ilə bu məsələni tənzimləyən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edildiyini təsdiq edir. Bundan əlavə iddiaçı tələbində şikayətçi X11 və X14 şikayəti üzrə Qəbələ rayon Polis şöbəsində araşdırılma aparıldığı, əməlində hər hansı cinayət və inzibati xəta halının olmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndi ilə tənzimlənməkdədir. Hazırkı halda İddiaçı əməlində inzibati xəta və cinayət tərkibinin olmaması onun Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməməsinə əsas vermir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, X25 və onun anası X30 məhkəmə iclasında ifadələrində Qəbələ rayon Polis şöbəsində ərizələrinin geri götürdüklərini qeyd etsələr də, həqiqətəndə məktəb rəhbərliyinə ünvanlanmış ərizələrdə göstərilən halların İddiaçı tərəfindən edildiyini qeyd etmişlər. Həmçinin məhkəmə nəzərə alır ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu hal işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci baddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsasdır. İddiaçı X16 etdiyi hərəkətlər ilə işəgötürən Qəbələ şəhər 3 saylı tam orta məktəbinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işdə olan sənədlərlə (məktəblilərin valideynlərinin ərizələri) sübuta yetirilməkdədir. Əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarını və işin şərh olunan hallarını nəzərə almaqla müqayisəli təhlil edən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ şəhər Əfqan Abdurahmanov adına 3 nömrəli tam orta məktəbin direktoru Nümayəndə124 may 2024-cü il tarixli, 24 saylı əmri əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla verilmişdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, əxlaq - insanın mənəvi keyfiyyətini, əhvaliruhiyyəsini müəyyən edən ictimai həyatın bütün sahələrində (məişət, ailə, əmək prosesi, elm və siyasət) insanların davranışını tənzim edən sosial institutdur. Əxlaq insanların öz davranışlarında rəhbər tutduqları prinsip, norma və qaydaların məcmusu, onların həyatda birbirinə, ailəyə, işlədiyi kollektivə, millətə, bütövlükdə cəmiyyətə olan münasibətinin ifadəsidir. İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır. Müəllim təkcə biliyini yox, ömrünü də şagirdləri arasında paylayır. Həm də müasir anlamda yalnız öyrətmir, eyni zamanda, yetişdirir, tərbiyə edir, formalaşdırır və hər bir gənci xalqa, cəmiyyətə təqdim edir. O, şagirdlərin zehni fəallığını təmini, müstəqil işləmələrin qayğısına qalır, yetirmələrini düşündürücü suallar üzərində çalışdırır, keçilən mövzunu müasir həyatla əlaqələndirir, hər bir dərsin həm də tərbiyəvi xarakter daşımasına, uşaqların mənəvi aləminin zənginləşməsinə ciddi diqqət yetirir. Təhsil islahatı dövlətin təhsil siyasətinin bir istiqamətidir. Cəmiyyətin maariflənməsi məsələsi də məktəbin və müəllimin fəalliyyətinin tərkib hissəsi və icra edəcəyi vacib işlərdən biri olmalıdır. Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllimşagird” münasibətlərinin qurulmasında nəzakətli olmalı, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Bu prizmadan qeyd olunan xüsusatları kompleks halda nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı məktəb kollektivi, onun rəhbərliyi və məktəbin müəllim, texniki heyyəti ilə kobud və hörmətsiz, həmin məktəbin şagirdi X16 qarşı qeyri-etik davranışı qəbuledilməz və yolverilməzdir. Çünki, bu cürə hərəkətlər təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirməklə yanaşı cəmiyyətdə kamil insan yetişdirən və formalaşdıran məktəbin və pedaqoji mühitin imicinə mənfi təsir edir,insanlar arasında təhsil müəssisəsinə qarşı mənfi fikir formalaşdırır. İş materiallarına əlavə olunmuş müxtəlf siniflərdə təhsil alan şagirdlərin valideynlərinin məktəb rəhbərliyinə İddiaçı barəsində çoxsaylı müraciətləri məhkəmənin belə qənaətə gəlməsinə əsas verir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin məktəb direktorunun 24 may 2024-cü il tarixli, 24 nömrəli əmrinin ləğv edilməsi və həmin məktəbdə işlədiyi məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi hissəsi təmin edilmədiyindən və həmin tələblərin məntiqi əlaqəliliyi səbəbindən onun məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia tələbinin əsaslandığı hallara dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Şəki Zaqatala regional şöbəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Qəbələ şəhər 3 saylı tam orta məktəbinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidməti Şəki Zaqatala regional şöbəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş əmək haqqının bərpası» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar