Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1186/2025 14.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin ayrılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, iddiaçılar, İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada ayrılması və torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbi barədə iddia qaldıraraq, ümumi paylı mülkiyyətdə olan 529 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi və JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin paylara uyğun gələn hissələrə (2/6 və 4/6) bölünməsi, 2/6 hissəni əhatə edən 0,34 ha torpaq sahəsinin naturada ayrılaraq onların ümumi paylı mülkiyyətlərinə verilməsi, həmin torpaq sahəsinin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilməsi və istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, torpaq islahatı aparılarkən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən ayrı-ayrılıqda 0,75 ha və 0,29 ha həyətyanı torpaq sahəsi altı nəfərin (X4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və X2) ümumi mülkiyyətinə verilmiş və müvaviq olaraq JN 529 F və JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən plan üzrə ümumi paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. X3 vəfatından sonra onlar həmin torpaq sahələrinə buraxılmayaraq faktiki surətdə paylarından məhrum edilmiş, paylı mülkiyyətin iştirakçıları arasında torpaq sahəsinin birgə istifadəsi və paylara uyğun şəkildə naturada bölünməsi barədə ümumi razılıq əldə olunmamışdır. Ona görə də, ümumi paylı mülkiyyətdə olan 529 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi və JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin paylara uyğun gələn hissələrə ( 2/6 və 4/6) bölünməsi, 2/6 hissəni əhatə edən 0,34 ha torpaq sahəsinin naturada ayrılaraq onların ümumi paylı mülkiyyətlərinə verilməsi, həmin torpaq sahəsinin cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən azad edilməsi və istifadəsinə yaradılan maneçiliyin aradan qaldırılması haqqında iddia qaldırmışlar. İşdə olan JN 529 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi X4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi X4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-6498/2025 saylı Mütəxəssis rəyinə əsasən JN 529 F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyətində 2/6 hissə (0,25 ha) və 4/6 /hissələr (0,50 ha) üzrə (üzərində yerləşən tikililər nəzərə alınmadan) naturada bölgüsü Rəyə əlavə edilmiş 3 və 4 nömrəli Yerquruluşu planında göstərilən qaydada mümkündür. JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyətində 4/6 /hissə (0,1933 ha) və 2/6 hissə (0,0967 ha) üzrə (üzərində yerləşən tikililər nəzərə alınmadan) naturada bölgüsü Rəyə əlavə edilmiş 5 və 6 nömrəli Yerquruluşu planında göstərilən qaydada mümkündür. JN 529 F saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsinin bölgüsündən sonra ayrılması nəzərdə tutulan torpaq sahələrinə ayrılıqda gediş-gəliş yolu mövcuddur. JN 529 G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin bölgüsündən sonra ayrılması nəzərdə tutulan torpaq sahələrinə ayrılıqda gediş-gəliş yolu mövcud deyil. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, JN 529 F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-6498/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3 və 4 nömrəli Yerquruluşu planında nəzərdə tutulan qaydada 4/6 və 2/6 hissələr üzrə və N-529G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən həmin Mütəxəssis rəyinə əlavə edilmiş 5 və 6 nömrəli Yerquruluşu planında nəzərdə tutulan qaydada 4/6 və 2/6 hissələr üzrə naturada bölünərək 3 saylı planda ölçüləri və koordinantları göstərilən 0,25 ha həyətyanı torpaq sahəsi və 6 saylı planda ölçüləri və koordinantları göstərilən 0,0967 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb iddiaçılar, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin olunsun. JN 529 F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,75 ha həyətyanı torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-6498/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 3 və 4 nömrəli Yerquruluşu planında nəzərdə tutulan qaydada 4/6 və 2/6 hissələr üzrə və N-529G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadatnaməyə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi AR İN ƏMDX DƏDRX PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-6498/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 5 və 6 nömrəli Yerquruluşu planında nəzərdə tutulan qaydada 4/6 və 2/6 hissələr üzrə naturada bölünsün: 3 saylı planda ölçüləri və koordinantları göstərilən 0,25 ha həyətyanı torpaq sahəsi və 6 saylı planda ölçüləri və koordinantları göstərilən 0,0967 ha həyətyanı torpaq sahəsi naturada ayrılıb iddiaçılar, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətinə verilsin. Cavabdehlər, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100,0 manat dövlət rüsumu və 95,0 manat mütəxəssis haqqı tutulub iddiaçılar, İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1186/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1186/2025
14.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver