Məhkəmə qərarları › İş №e-2(025)-1189/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1189/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1189/2025 26.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X5 İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə 483 manat Təhsil haqqı borcu, 86,94 manat cərimə borcu və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC arasında 30 avqust 2023-cü il tarixdə 1656/2023 (T2023-2024) saylı təhsilin təşkilinə dair müqavilə imzalanmışdır. Qeyd edilən müqavilələrin şərtlərinə əsasən cavabdehin övladı X3 İddiaçı MMC-yə məxsus müəssisədə (bundan sonra Lisey) 2023-2024-cü təhsil ili üçün təhsil almalı və bunun müqabilində O müqavilənin 3.1-ci bəndinə əsasən, təqdim edilmiş endirimli qiymət olan 5800 manat təhsil haqqını (gündəlik yeməyin dəyəri daxil olmaqla), müqavilənin 3.2-ci bəndinə əsasən 2024-cü ilin mart ayınadək, 7 ay ərzində bərabər hissələrlə ödəməyi öz üzərlərinə götürmüşlər. Bildirirlər ki, onlar 2023-2024-cü təhsil ili üçün təhsil haqqından 5317 manat ödəniş etmişlər və beləliklə 2023-2024cü təhsil ili üçün 483 manat Təhsil haqqı borcunuz və 86.94 manat Dəbbə pulu borcları qalmışdır. Qeyd etmək istəyirlər ki, onlar 30 avqust 2023-cü il 1656/2023 (T2023-2024) saylı müqavilə üzrə üzərilərinə düşən bütün öhdəlikləri tam və vaxtında icra etmişlər və 2023-2024-cü təhsil ili üçün övladları X1 tam olaraq təhsil vermişlər. İşdə olan xx.xx.2023-cü il tarixli 1656/2023(T2023-2024) nömrəli Müqavilənin surətinə əsasən X3 İddiaçı MMC-yə məxsus müəssisədə (bundan sonra Lisey) 2023-2024-cü təhsil ili üçün təhsil almalı və bunun müqabilində O müqavilənin 3.1-ci bəndinə əsasən, təqdim edilmiş endirimli qiymət olan 5800 manat təhsil haqqını (gündəlik yeməyin dəyəri daxil olmaqla), müqavilənin 3.2-ci bəndinə əsasən 2024-cü ilin mart ayınadək, 7 ay ərzində bərabər hissələrlə ödəməyi öz üzərlərinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli Arayışın surətindən görünür ki, İddiaçı MMC-də təhsil alan X2 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1656/2023 (T2023-2024) saylı müqaviləyə əsasən İddiaçı MMC-nin xeyrinə 2023-2024 tədris ili üzrə 483 manat Təhsil haqqı borcu və 86.94 manat Dəbbə pulu borcu qalmışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 1656/2023(T2023-2024) nömrəli müqavilə üzrə qismən ödəniş edərək, 483 manat borc və 86.94 manat cərimə borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli 1656/2023(T2023-2024) nömrəli müqavilə üzrə 483 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 1656/2023(T2023-2024) nömrəli müqavilə üzrə 483 manat əsas, 5 manat cərimə borcu və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar