Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1218/2025 23.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbə sakini X1 xx.xx.1954-cü il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X5 xx.xx.1954-cü il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində doğulmuşdur. xx.xx.1998-ci il tarixdə baş-beyinə qan sızmasından ölmüşdür. Ailə üzvüləri arasında miras əmlak-bölgüsü aparılması məqsədilə müvafiq dövlət orqanlarına müraciət edərkən məlum olmuşdur ki, mərhum bacısı X2 doğum haqqında şəhadətnaməsi yoxdur. xx.xx.2024-cü il tarixdə Qəbələ Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək doğum haqqında şəhadətnamə verilməsini istəmişdir. Qəbələ Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-236/2024 saylı cavab məktubunda göstərilmişdir ki, ərizədə göstərdikləri xx.xx.1954-cü il tarixdə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuş "X5"nın "Vətəndaşlıq vəziyyəti aktları" nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 adına doğum haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Doğum faktının məhkəmə qaydasında müəyyən edilməsindən sonra "Doğum haqqında şəhadətnamə"nin alınması mümkündür. Xİ- ЖГ № 553347 pasportdan görünür ki, X6 xx.xx.1954-cü il tarixdə doğulmuşdur. V-ЖГ № 305403 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə başbeyinə qan sızması səbəbindən olmuşdur. Qəbri üstə qoyulmuş baş daşının üstündə qeyid edilmiş yazıdan da görünür ki, X1 doğum tarixi xx.xx.1954-cu ildir. Qəbələ qeydiyyat şöbəsinə xx.xx.2024-cü il tarixli ərizəsində də xx.xx.1954-cü il tarixdə doğulmuş "X6"nın adına doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X11 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizə ilə qonşudurlar. Həmçinin mərhum Tamilla onun sinif yoldaşı olmuşdur. Onlar ikisi də 1954-cü il təvəllüdlüdürlər. Məhkəmə iclasında X7 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, mərhum X5 onun bacısıdır. Tamilla ondan 2 yaş kiçik olmuşdur. Başında problemlər olmuş, elə bu səbəbdən də ailə qurmamışdır. Başından Moskva şəhərində əməliyyat olunandan 2 ay sonra rəhmətə getmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Qəbələ rayon Vəndam kənd İƏN-yi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, V-ЖГ seriyalı, 865403 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X5 xx.xx.1998-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci ildə 38 № ilə qeyd edilmişdir. İşdə olan mərhum X3 məxsus olmuş xx.xx.1979-cu il tarixdə verilmiş Xİ-ЖГ seriyalı, 553347 nömrəli Sovet Sosialist Respublikası İttifaqı Vətəndaşının “Pasport”unun surətindən görünür ki, X2 doğum tarixi 22 mart 1954-cü il kimi göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-236- 2024 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X2 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X2 ata adı “X9”, ana adı “X10” kimi göstərilmişdir. İşdə olan mərhum X3 məxsus “Qəbir daşları”nın foto-şəkillərindən görünür ki, X2 doğum tarixi xx.xx.1954-cü il kimi qeyd edilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Vəndam Qəsəbə İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatdadır və hal-hazırda Vəndam qəsəbəsində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin nümayəndəsinin ifadəsindən və işdə olan sənədlərlə müəyyən olundu ki, Ərizəçi mərhum bacısı X5 22 mart 1954-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam qəsəbəsində doğulmuşdur. X4, anası X8r. Lakin Ərizəçi mərhum bacısı X2 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum bacısı X2 22 mart 1954-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu Vəndam kəndində (qəsəbəsində) doğulması, atasının X9, anasının X10 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1218/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1218/2025
23.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver