Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1242/2025 14.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X9 qarşı “mirasın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi“ tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras qalmış əmlakdan vərəsəlik üzrə payların müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X17, iddiaçılar, İddiaçı4, İddiaçı1, İddiaçı3 və cavabdeh X6 nümayəndəsi X21 iştirakı ilə, iddiaçılar, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X9 qarşı mirasın vərəsələr arasında bölünüb payların müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı4, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X9 qarşı mirasın vərəsələr arasında bölünüb payların müəyyən edilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2008-ci il tarixdə vəfat etmiş X10 miras qalmış JN 364 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Planda sərhədləri göstərilən Qəbələ rayonu,Tüntül kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin vərəsələr arasında bərabər qaydada bölünərək hər birinə düşən paylın müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı4 izahatında göstərmişdir ki, o, xx.xx.1982-ci il tarixdə X18 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Onların İddiaçı1, İddiaçı2 və İddiaçı3 adında uşaqları olmuşdur. X1 Göyərçin Feyzi qızından törəmiş və həmin şəxsdən törəmiş X19 və X20 ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evində həddi-buluğa çatanadək yaşamışdır. Evləndikdən sonra X4 Federasiyasına, X20 isə Bakı şəhərinə köçmüş, X18 isə həmsərhədd ərazidə torpaq sahəsi alaraq ev tikmiş, ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış və valideynlərinə öldükləri günədək baxmışdır. Torpaq islahatı aparılarkən Qəbələ rayonu, Tüntül kəndində yerləşən cəmi 0,15 ha həyətyanı torpaq sahəsi (JN 0364F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə) X16 mülkiyyətinə verilmişdir. X29 xx.xx.2008-ci u il tarixdə vəfat etmişdir. X1 Göyərçin Feyzi qızından qalmış əmlaka (0,15 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi) faktiki surətdə sahiblik edərək mirası qəbul etmiş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X18 vəfat etdikdən sonra X10 miras qalmış fərdi yaşayış evi X19 tərəfindən sökülmüşdür. Ona görə də, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X10 miras qalmış JN 364 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Planda sərhədləri göstərilən Qəbələ rayonu,Tüntül kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin vərəsələr arasında bərabər qaydada bölünərək X11 düşən pay müəyyən edilməsini və fərdi yaşayış evinin sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb edir. İddiaçılar İddiaçı1 və İddiaçı3 hər biri izahat verərək İddiaçı4 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh X6 nümayəndəsi X25 izahatında göstərmişdir ki, X2 Göyərçin Feyzi qızından törəmiş və həmin şəxsdən törəmiş X18 və X20 ilə birlikdə valideynlərinə məxsus olan Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,71 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evində həddi-buluğa çatanadək yaşamışdır. Evləndikdən sonra X4 Federasiyasına, X20 isə Bakı şəhərinə köçmüşdür. X3 həyətyanı torpaq sahəsini bölünərək 0,29 ha X11 və 0,28 ha X9 vermiş, ayrılan ərazilər hasarlanmış və üzərində hər biri tərəfindən fərdi yaşayış evi tikilmişdir. Torpaq islahatı aparılarkən Qəbələ rayonu, Tüntül kəndində yerləşən cəmi 0,15 ha həyətyanı torpaq sahəsi (JN 0364F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə) X16 mülkiyyətinə verilmişdir. X20 1-ci qrup əlil olmuş və xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. X29 mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsini və evini X19 vasitəsilə X12 vəsiyyət etmiş və xx.xx.2008-ci u il tarixdə vəfat etmişdir. X10 miras qalmış 0,15 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən çiy kərpic materialından tikilmiş fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğu üçün X7 ailə üzvləri tərəfindən sökülmüş və ərazidə iki otaqlı fərdi yaşayış evi tikilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan 364 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Planda yeri təyin olunan Qəbələ rayonu,Tüntül kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə X16 mülkiyyətinə verilmişdir. İşdə olan AZ İ 539909 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X23 xx.xx.2008-ci il tarixdə tarixdə vəfat etmişdir. İşdə olan AZ İİ 065520 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan AZ İİ 147834 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X20 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2003-cü il tarixli 2V-01-34 reyestr nömrəli Vəsiyyətnamənin surətinə əsasən X23 bütün əmlakını, o cümlədən Qəbələ rayonu, Tüntül kəndində yerləşən yaşayış evini, bütün tikililəri və həyətyanı torpaq sahəsini X9 vəsiyyət etmişdir. İşdə olan İİİ-JQ 267395 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı4 ilə X8 nikahı xx.xx.1984-cü il tarixli 48 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan Xİİİ-JQ 418955 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1990-cı il təvəllüdlü İddiaçı3 İddiaçı4 və X5 törəmişdir. İşdə olan XİX-JQ 364690 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1995-ci il təvəllüdlü İddiaçı1 İddiaçı4 və X5 törəmişdir. İşdə olan XX-JQ 327168 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1984-cü il təvəllüdlü Mürsəlov İddiaçı2 Validə Ağamməd qızı və X5 törəmişdir. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il il tarixli 2392 saylı məlumata əsasən X24mış mirasa dair İddiaçı4 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığına və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etmədiyinə görə imtina edilmişdir. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il il tarixli 2393 saylı məlumata əsasən X24mış mirasa dair İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığına və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etmədiyinə görə imtina edilmişdir. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il il tarixli 2394 saylı məlumata əsasən X24mış mirasa dair İddiaçı3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığına və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etmədiyinə görə imtina edilmişdir. İşdə olan AR ƏN Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il il tarixli 2395 saylı məlumata əsasən X24mış mirasa dair İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığına və miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim etmədiyinə görə imtina edilmişdir. AR Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olan şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilmıəsi bardə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında şərh edilir ki, Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X16 vərəsələri, X19 və X13r( X20 mirasın açıldığı vaxt sağ olmadığından vərəsə deyil (Mad:1134.1-ci ). Onların hər biri qanunla (Mad:1256) müəyyən edilmiş müdətdə mirasın qəbulundan imtina etməyərək miras kütləsindən özünə düşən payı qəbul etmişdir. Ona görə də, X10 miras qalmış Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi (JN 364 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) qanun üzrə vərəsələr, X19 və X18 arasında 3/4 və 1/4 hissələr üzrə bölünərək X8 payı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. xx.xx.2008-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Qəbələ rayonu, Çuxur Qəbələ kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi Qəbələ rayonu, Tüntül kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi (JN 364 F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) 1ci növbədə vərəsələr, X19 və X18 arasında 3/4 və 1/4 hissələr üzrə bölünərək X8 payı 1/4 hissədə müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1242/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1242/2025
14.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver