Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1254/2025 07.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi hakimi X2 İddiaçı cavabdehlər, Cavabdeh2 Qinyaz oğluna və AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi və s. tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh2 Qinyaz oğluna və AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi və s. tələbi barədə iddia qaldıraraq Oğuz rayonu Zarağan kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (reyestr nömrəsi: **********79) özgəninkiləşdirilməsinə dair Cavabdeh2 Qinyaz oğlu ilə aralarında Bakı şəhəri, 50 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1399 nömrəli müqaviləsinin və torpaq sahəsi üzərində Cavabdeh2 Qinyaz oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixli **********6 nömrəli qeydiyyatının ləğv edilməsi, o cümlədən həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Cavabdeh2 Qinyaz oğlu ilə Cavabdeh3 arasında Bakı şəhəri, 50 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli 4Ə-1339 nömrəli müqaviləsinin və torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyatının etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia ərizəsi icraata qıəbul edilməməlidir. AR Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.6-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə..... iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində müqavilənin ləğv edilməsi tələbini Cavabdeh2 Qinyaz oğluna təklif etməsi barədə məlumatı göstərməmiş və həmin təklifi verdiyinə dair sənədi (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi) təqdim etməmişdir. Ona görə də, İddiaçı cavabdehlər, Cavabdeh2 Qinyaz oğluna və AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi və s. tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər, Cavabdeh2 Qinyaz oğluna və AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin və daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi və s. tələbi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1254/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1254/2025
07.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver