Məhkəmə qərarları › İş №e-2(025)-1269/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1269/2025

13.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1269/2025 13.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı Cavabdeh1 və AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçın Cavabdeh1 və AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbi barədə iddia qaldıraraq X3 vəfatından sonra təsərrüfatın ona keçməsi, Qəbələ RİHB Vəndam kənd İƏD üzrə İNnin 1986-1990, 1991-1995 və 1996-2000-ci illər üzrə Cavabdeh1 və X1 təsərrüfat üzvüyünə dair qeydlərinin etibarsız hesab edilməsi, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə X1 mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,35 ha torpaq sahəsi verilməsinə dair JN-1156 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və Cavabdeh1 Armais oğlunun mülkiyyətinə Qəbələ rayonu Vəndam kəndində 0,10 ha torpaq sahəsi verilməsinə dair JN-1286 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqa xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli ( struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən edilmiş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət inzibati icraat qaydasında aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun qeydə alınması və qeydiyyatın ləğv edilməsi barədə ərizələrə inzibati icraat qaydasında inzibati orqanlar tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 09 saylı Qərarı ilə 1. 6.2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbi tələbi barədə iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından qəbul edilməsindən imtina edilməli və ona tələb üzrə AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 və AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və ona tələb üzrə AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar