Məhkəmə qərarları › İş №e-2(025)-1279/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1279/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1279/2023 14.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi"nə dairmülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştiraklarıilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102,600 (bir yüz iki min altı yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona qaytarılması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 onun atası, Cavabdeh2 isə anasıdır. O, 05 aprel 2013-cü ildə 4Ə-443 saylı alqı-satqı müqaviləsi əsasında 0.22 ha torpaq sahəsini satın almış və mülkiyyət hüquqları ********** nömrəsi ilə 30 aprel 2013-cü ildə qeydiyyata alınmışdır. Valideynlərinin təkidi ilə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Niyyəti isə Bakı şəhərində bir neçə ev almaq imiş. O, özü ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. Həmin torpağın sotunun dəyəri 8000-10000 manat aralığında olduğundan razılaşmışlar ki, qiyməti onunla razılaşılaraq satılacaqdır. 2017-ci ildə valideynləri ona zəng vuraraq bildirmişlər ki, torpağı istəyən vardır, ancaq pulunu tam şəkildə ödəyə bilmir. Hissə-hissə ödəyəcəkdir. İlkin olaraq torpağın pulundan 25000 (iyirmi beş min) manat pul ödənildiyini bildirmişdir. 2022-ci ilin yayında isə Azərbaycana gələrkən artıq ona məlum olmuş ki, atası Fəxrəddin həmin torpağın hamısını 09 sentyabr 2017-ci ildə satıb və özünə də həmin pulun bir hissəsi ilə 40000 (qırx min) manata arvadı Cavabdeh2 adına 30 aprel 2018-ci ildə ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0.065 ha olan fərdi yaşayış evi satın almışdır. Beləliklə, 07 aprel 2023-cü ildə ona məlum olmuşdur ki, Cavabdeh3 onun ona verdiyi etibarnamə əsasında ona məxsus olan ünvan 2 ünvanda yerləşən 0.22 ha torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 Qəbələ «Asan xidmət» mərkəzində notariat kontorunda satmış və ona da bu barədə bildirməmişdir. O, məhkəmədə cavabdehlərə qarşı torpağın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddia qaldıraraq göstərirmişdir ki, torpağın qiyməti onunla razılaşdırılmadan satıldığından və o, cavabdeh Fəxrəddin Salmanova 0.22 ha torpağını 30000 manata satılmasına etibarnamə vermədiyindən müqavilə etibarsız sayılmalıdır. Ancaq Cavabdeh1 keçirilən məhkəmə iclasında nümayəndə və vəkili ilə təmsil olunaraq bildirmişdir ki, həmin torpağın sotunu 5800 manat olmaqla, cəmi 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat vəsait ödəməklə satın almış və buna dair sübutları təqdim edəcəkdir. Bununla əlaqədar Cavabdeh1 nümayəndəsi Nümayəndə3la aralarında barışıq sazişi imzalanmış, həmin sazişdə Cavabdeh1 həmin torpaq sahəsini sotunu 5800 manata satın alındığı və cəmi 127600 manat pulun onun alqı-satqı müqaviləsi üzrə nümayəndəsi Cavabdeh3 ödənildiyi təsdiq olunmuşdur. Cavabdeh1 öz üzərinə 127600 manat pulun Cavabdeh3 ödənilməsinə dair sübutları təqdim edəcəyini öhdəsinə götürmüşdür. Ancaq ona cəmi 5 ödəniş tarixçəsini təqdim etmişdir: 11 sentyabr 2017-ci il tarixdə X3 adından X11 19000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə X3 adından X11 4000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə X3 adından Cavabdeh3 5000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə X3 adından X11 5000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə X3 adından X11 237600 rus rublu. Halbuki, Cavabdeh1 127600 manat pulu ödədiyini və buna dair sübutları təqdim edəcəyini göstərirdi. Nə qədər ki, Cavabdeh1 həmin torpaq sahəsini 127600 manata satın aldığını göstərir, eyni zamanda torpağın dəyərinin həmin vaxt o qiymət olduğunu təsdiq edir, 09 sentyabr 2017-ci ildə hər iki tərəf onun əmlakından əsassız varlanıb, Cavabdeh3 ona çatmalı vəsaiti ona ödəməyərək arvadı Cavabdeh2 adına 30 aprel 2018-ci ildə rəsmləşdirilməklə ümumi birgə mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0.065 ha olan fərdi yaşayış evi satın almış, Cavabdeh1 127600 manat dəyərində olan əmlakın dəyərini tam ödəməmişdir. Əlavə olaraq məhkəməyə onu da bildirir ki, həqiqətən də Cavabdeh1 09 sentyabr 2017-ci ildə torpağa dair alqı-satqı müqaviləsi bağladıqdan sonra torpağın borclu qaldığı hissəsini ödəməkdə davam etmişdir. O, Cavabdeh1 ilə barışıq sazişi bağlayaraq təsdiq və bəyan etmişdir ki, ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır. Ancaq onun əmlakı hesabına varlanmış şəxslər əldə etdikləri qazancı ona qaytarmalıdırlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək göstərdi ki, əslində onun təmsil etdiyi şəxslər bu prosesdə olmağı arzu etməyən şəxslərdir. Təmsil etdiyi şəxslər uzun illərdir ki, Rusiya Federasiyasında Kamçatkada yaşayırlar. Cavabdeh1 əri Məhərrəm müəllim Rusiya Federasiyası vətəndaşıdır. İradə xanım işləmir, evdar xanımdır. Məhərrəm müəllim bizneslə məşğul olur, kifayət qədər maddi imkanı var. Torpaq alınan ildə onlar Bakı şəhərində 2-3 yerdə ev almışdırlar. İşdə adı keçən X1 İradənin doğma dayısıdır. İradə xanım dayısına deyib ki, ev almaq istəyirlər və ondan maraqlanmasını istəmişdir. Çingiz müəllim də Mingəçevirdə yaşayırmış. O axtarıb maklerlər vasitəsi ilə, yekun olaraq bu torpaq sahəsini almaq qərarına gəlmişlər. Pulun müqavilədən kənar verilməsinə İradə xanım da, Məhərrəm müəllim də Çingiz müəllimə irad tuturlarmış, Çingiz müəllim də deyirmiş ki, Fəxrəddin köhnə kişilərdəndir, o pulu almağını heç vaxt danmaz. 2017-ci ilin iyun-iyul aylarında İradə xanım da, Məhərrəm müəllim də Azərbaycana gəlmişlər, gəlib Qəbələdə torpaq sahəsinə baxış keçirmişlər və qiyməti danışıb razılaşmışlar. Lakin həmin dövrdə İddiaçı etibarnaməsi olmadığına, özü də Almaniya Federativ Respublikasında olduğuna görə alqı-satqı müqaviləsini icra edə bilməmişlər. İyul ayının sonu, avqust ayının əvvəllərinə qədər onlar Azərbaycanda olmuşlar. Həmin dövrdə bir dəfə əlbəəl 40000 manat, bir dəfə də 30000 manat olmaqla, 70000 manat pulu müqavilə bağlanana qədər özləri Cavabdeh3 vermişlər. Heç kim 128000 manata satdığı torpağın əsas məbləğini sona saxlamaz. 70000 manat təqdim etmişlər, avqustun sonunda onlar Azərbaycandan getmişlər, 30000 manatı alqı-satqı vaxtı təqdim etmişlər. Qalan pulu da Çingiz müəllimə ödəmişlər. Bir dəfə təcili pul lazım olub, onda Fəxrəddin müəllimin adına göndərmişlər. Telefon danışıqlarında da özləri etiraf ediblər, pulu harda, neçə aldıqlarını özləri deyirlər. Həm Simuzər xanım da, həm də onların kürəkəni Zəfər müəllim telefon danışığında hər şeyi özləri etiraf etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin onlara münasibətdə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 Əlihüseyin oğluna və Cavabdeh2 qarşı müştərək qaydada 102.600 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Mübahisənin əsasını isə 2017-ci il tarixində bağlanılmış və alqı-satqıdan əldə olunmuş vəsaitin Cavabdeh3 Əlihüseyin oğlu iddiaçının etibarnamə üzrə nümayəndəsi qismində İddiaçı vermədiyini və nəticədə əsassız olaraq varlandığı göstərilir. Lakin o, əvvəlki iddia tələbinə qarşı etirazında və iddiaçının iddia ərizəsində özünün də qeyd etdiyi daşınmaz əmlakın alqı-satqı müqaviləsində əldə olunan vəsaitdən 28000 manatını iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən X18 Kompleksindən mənzilin alınması üçün verildiyini, 2000 manat pulu isə mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunduğunu bildirmişdir. Yəni satışdan əldə edilmiş 30000 manat məbləğində pulun hamısı iddiaçı üçün xərclənmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunur ki, torpaq sahəsinin satışından guya ona çatmalı olan müəyyən məbləğdə pulun Cavabdeh1 tərəfindən ona, Cavabdeh3 ödənildiyi qeyd edilmişdir. Belə ki, 11 sentyabr 2017-ci il tarixdə X3 adından X11 19.000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə X3 adından X11 4.000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə X3 adından Cavabdeh3 Əlihüseyin oğluna 5.000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə X3 adından X11 5.000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə X3 adından X11 237.000 rus rublu. Göründüyü kimi pulun verilib alınması X6 ilə X13 arasında olmuş və 03 noyabr 2017-ci il tarixində isə X3 adından 5.000 ABŞ dollarının alınması Cavabdeh3 Əlihüseyin oğlu arasında olmuşdur. Ona görə də X3 adından iddia qaldırmaq üçün müvafiq olaraq İddiaçı hər hansı subyektiv hüququ yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Digər tərəfdən isə X6 mülki işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunduğu halda da pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçdiyindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376-cı maddələrinə əsasən də təmin olunmamalıdır. Fəxrəddinin atasından torpaq qalıb, həmin torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirməkdə müəyyən çətinlik olduğuna görə ailə arasında razılıq əsasında Fəxrəddinin qardaşı Anarın adına alqı-satqı qaydasında rəsmiləşdirilib. Lakin həmin torpaq sahəsində bütün ailə üzvlərinin payı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. 20 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, anasından və atasından qalmış torpaq sahəsini vərəsəlik qaydasında onun adına keçirmişlər. Razılaşmışlar ki, sonradan həmin torpaq sahəsini bölərlər. Torpaq sahəsi 88 sot olmuş, 4 nəfər arasında bölünmüş, hərəyə 22 sot torpaq düşmüşdür. O biri qardaşı, bacısı ona heç nə deməmişdir. Fəxrəddin isə onlara düşən torpaq sahəsini oğlu Anar adına keçirilməsini tələb etmişdir. Onunla razılaşmış və notariusa getmişlər. Notariusda dövlət rüsumlarını Anar ödəmişdir. Həmin vaxt Fəxrəddin də, Anarın anası da yanlarında olmuşlar. Notariusa gedəndə orada qeydiyyatı aparana demişdir ki, o, torpaq sahəsini satmır, bağışlayır, qardaşının oğluna bağışlayır. Sənədlər hazır olandan sonra onlara demişlər ki, sənədləşməni alqı-satqı kimi hazırlamışlar. Qardaşı və onun ailəsi etiraz etməmişdir deyə, o da heç nə deməmişdir. Torpağı öz adlarına sənədləşdirlən onlar olduğundan o da etiraz etməmişdir. Notariusda onlara demişlər ki, alqı-satqı ilə bağışlamanın rüsumu eynidir. Onlar da ata-oğul razılaşmışlar. O, həmçinin qeydetmişdir ki, o da öz torpağının bir hissəsini onlara satmaq istəmişdir. Hətta qiyməti belə razılaşmışlar. Hər sotu üçün beş min manata. Lakin sonradan razılaşma baş tutmamışdır. 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X14 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, mübahisəli torpaq sahəsi qaynatasına qalmış torpaqdır. Torpaq sahəsi satılanda o iştirak etməmişdir. Qiymətini də İradə xanımdan eşitmişdir. Sözügedən torpaq sahəsi təxminən 127000 manata satılmışdır. Bundan başqa kim kimə nə qədər pul verdiyindən, kimin nə qədər pul aldığından məlumatım olmamışdır. O, torpaq alqı-satqısında iştirak etməmişdir. Torpaq sahəsi 22 sot olmuşdur. Böyük qaynı Anar Almaniyaya getmiş, balaca qaynı hərbi xidmətdədir. Qaynanası ilə qaynatasının köməyinə çatan odur. Məhkəmə proses iştirakçılarının, şahidlərinin izahatını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 09 sentyabr 2017-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Saday Osmanlı tərəfindən 4Ə-776 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ № ******* nömrəli «daşınmaz əmlakın alqı-satqı müqaviləsi»ndən görünür ki, satıcı İddiaçı ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsinin tam mülkiyyət üzrə alıcı Cavabdeh1 30000 manata satmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin e-2(025)-900/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin e-2(025)-900/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” aşağıdakı şərtlərlə bağlanmışdır.

1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda Qəbələ rayon məhkəməsinin icraatında olan e- 2(025)- 900/2023 № li işi barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar. 2. İddiaçı iddia ərizəsi ilə Qəbələ rayon məhkəməsinə müraciət edərək "ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Qəbələ Regional «Asan xidmət» Mərkəzində Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2017-ci il tarixli 4Ə- 776 reyestr nömrəli müqavilənin etibarsız sayılmasını" tələb etmişdir. 3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər və təsdiq edirlər ki, ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) qeydiyyat üçün hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla Cavabdeh1 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ümumilikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pul ödənilmişdir. 4. Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, onun ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır. 5. Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, Qəbələ rayon məhkəməsində qaldırdığı iddianın məqsədi etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin satışı nəticəsində əsassız olaraq varlandığı 97600 (doxsan yeddi min altı yüz) manat məbləğində pulu ondan alınmaq üçün zəruri sübutları təmin etmək və sonradan 97600 (doxsan yeddi min altı yüz) manat məbləğində pulu Cavabdeh3 almaq üçün məhkəmədə ona qarşı iddia qaldırmaqdır. 6. Hazırkı barışıq sazişinə əsasən Xəlilov X4 İradə Şamil qızının hazırkı barışıq sazişinin 7-ci maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 6.1. Cavabdeh1 qarşı qaldırdığı iddiasından imtina etməyi. 6.2. ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh1 qarşı heç bir iddia qaldırmamağı və həmin torpaq sahəsini Cavabdeh1 geri tələb etməməyi. 6.3. Qəbələ rayon məhkəməsinin icraatında olan e- 2(025)-900/2023 № li iş üzrə iddiası təmin edildiyi təqdirdə ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini heç bir ödəniş olmadan Cavabdeh1 satmağı və bu məqsədlə zəruri alqı-satqı müqaviləsini icra etməyi öhdəsinə götürür. Bu halda çəkilən xərc tərəflər arasında bərabər şəkildə bölünməlidir. 7. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh1 İddiaçı hazırkı barışıq sazişinin 6-cı maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 7.1. Qəbələ rayon məhkəməsinin icraatında olan e-2(025)-900/2023 № li işə baxılarkən ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla ümumikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ödənilməsini məhkəmədə verəcəyi ifadəsində təsdiq etməyi. 7.2. ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla ümumikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə verilməsini təsdiq edən zəruri sübutları İddiaçı təqdim etməyi. 8. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, tərəflərin bu barışıq sazişinin predmeti olan mübahisənin həlli ilə bağlı çəkdikləri bütün xərclər (mediasiya, məhkəmə və sairə) tərəflərin özlərinə aid edilir. 9. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi üzrə üzərilərinə götürdükləri bütün öhdəlikləri tam şəkildə və lazımınca icra etdikdən sonra tərəflərin hazırkı barışıq sazişində qeyd edilən məsələlər üzrə bir-birinə qarşı heç bir iddiası, tələbi, pretenziyası və etirazı yoxdur və olmayacaq. 10. Hazırkı barışıq sazişinin hər hansı bir bəndinin etibarsız hesab edilməsi bütövlükdə barışıq sazişinin etibarsız hesab edilməsinə səbəb ola bilməz. 11. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, onlardan hər hansı biri hazırkı barışıq sazişi üzrə öz öhdəliklərini tam şəkildə və lazımınca icra etməzsə digər tərəf hazırkı barışıq sazişi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. 12. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, tərəflərin hər ikisi hazırkı barışıq sazişinin mahiyyətini tam şəkildə dərk edirlər, hazırkı saziş bağlanan zaman tərəflərin hər ikisi anlaqlı vəziyyətdədir, tam hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər və fəaliyyət qabiliyyətləri məhdudlaşdırılmayıb. 13. Tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, hazırkı barışıq sazişi bağlanan zaman tərəflərdən heç biri hər hansı təsir və təzyiq altında deyil, heç kim onlara bu sazişi bağlamaq üçün təsir və təzyiq etməmişdir, sazişi bağlamağa məcbur etməmişdir, onlar öz hərəkətlərinin mənası və mahiyyətini dərk edirlər. 14. Hazırkı barışıq sazişi Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilmişdir. Tərəflərdən hər birinə müvafiq olaraq 1 (bir) nüsxə verilir. 15. Hazırkı barışıq sazişi tərəflərin onu imzaladığı andan qüvvəyə minir və tərəflərin hazırkı barışıq sazişi üzrə öhdəliklərini tam şəkildə və lazımi qaydada icra edənə qədər qüvvədədir. Beləliklə, yuxarıda göstərilən şərtlər daxilində barışıq sazişi imzalanmış və bununla bağlı “Barışıq Sazişi”nin bir nüsxəsi də məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X6 və Cavabdeh2 arasında olan telefon danışıqlarından görünür ki, Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin Cavabdeh1 satışından onun və həyat yoldaşı Cavabdeh3nnun 127600 manat almasını etiraf etmişdir. İş materiallarında olan İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X6 və X14 arasında olan telefon danışıqlarından görünür ki, Zəfər Cəmilov İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127600 manata satılması barədə məlumatlı olduğunu bildirmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarı

““N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarı

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyənedilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 232.1-ci maddəsinə əsasənTərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

İşin məhkəmə zamanı araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi verilmişdir. İddiaçı tərəfindən atası Cavabdeh3 verilmiş etibarnamə əsasında sonuncu ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin satılmasına dair 09 sentyabr 2017-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Saday Osmanlı tərəfindən 4Ə-776 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ № ******* nömrəli «daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən satıcı İddiaçı (nümayəndə Cavabdeh3) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsinin tam mülkiyyət üzrə alıcı Cavabdeh1 (nümayəndə X13) 30000 manata satmışdır. Hal-hazırda isə iddiaçı ona məxsus torpaq sahəsinin onun verdiyi etibarnamə əsasında atası Cavabdeh3 tərəfindən ümumilikdə 127600 manata satıldığını, ona həmin satışdan ödənilmiş 25000 manat nəzərə alınmaqla, 102600 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə tərəflərin dəlillərinə işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş mövcud sübutlarla əlaqəli şəkildə qiymət verərək qeyd edir ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin özünün verdiyi etibarnamə əsasında Cavabdeh2 satması işin mübahisəsiz halıdır. Alqı-satqı əsasında Cavabdeh2 tərəfindən Cavabdeh3 ödənilmiş pulun məbləği isə tərəflər arasında mübahisəli haldır. Belə ki, iddiaçı tərəf ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin alqı-satqısı nəticəsində Cavabdeh2 tərəfindən Cavabdeh3 torpaq sahəsinin 0,01 hektarı 5800 manata qiymətləndirilməklə 0,22 ha torpaq sahəsi üçün ümumilikdə 127600 manat ödənilməsini iddia edir. Bu halı məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 da təsdiq etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 alqı-satqı nəticəsində ümumilikdə 30000 manat alındığı, həmin pulun hamısının İddiaçı verildiyini iddia edir və ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin 127600 manata satılması ilə bağlı razılaşmır. Göstərilən hallarla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 23 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 dekabr tarixli Qərarında göstərilmişdir ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Hazırkı iş üzrə Cavabdeh3 ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsini Cavabdeh2 127600 manata satması Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 etirafı, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş e-2(025)-900/2023 nömrəli mülki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, iş materiallarında olan İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X6 və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, X6 və X14 arasında olan telefon danışıqları ilə sübuta yetirilməkdədir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi cavabdeh Xəlilova X5 İradə Şamil qızı və X6 ilə olan telefon danışıqlarında torpaq sahəsinin satılmasına görə Cavabdeh1 127600 manat pul almasını etiraf etmişdir. Həmçinin telefon danışığında bu işlər ilə qızının həyat yoldaşı X7 məşğul olduğunu, onunla əlaqə saxlanılmasını bildirilmişdir. Cavabdeh1, X6 və X14 arasında olan telefon danışıqlarında isə Zəfər Cəmilov İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127600 manata satılması barədə məlumatlı olduğunu bildirmişdir. Həmçinin məhkəmə iclasında səs yazılarında olan səslərin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 1091-1092) Məhkəmə hesab edir ki, Cavabdeh3 iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan iddiaçıya məxsus torpaq sahəsinin gəlirindən əldə etdiyi 127600 manat pulun 102600 manatını qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır. Buna görə də iddia olunan 102600 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarını əsas götürərək qeyd edir ki, iş materiallarında olan İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X6 və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, X6 və X14 arasında olan telefon danışıqları sübut kimi qiymətləndirilməlidir. Belə ki, göründüyü Cavabdeh1, X6 və Cavabdeh2 arasında olan telefon danışıqları əqdin (alqı-satqı müqaviləsinin) tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu Cavabdeh1, X6 və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, X6 və X14 arasında olan telefon danışıqları sübut kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ““N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Həmçinin dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. İşin hallarını nəzərə alaraq və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəmə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğısatqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəfindən tərəflər arasında razılaşdırılmış pul məbləği Cavabdeh3 və Cavabdeh2 verilməsi öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş etiraza qiymət bildirərək qeyd edir ki, etirazda göstərilən dəlillər əsassız olmaqla formal mülahizələrə söykənmişdir. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 etiraz ərizəsində ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinə görə Cavabdeh3 ümumilikdə 30000 manat pul ödənilməsini qeyd etsə də, iş materiallarında olan İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, X6 və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, X6 və X14 arasında olan telefon danışıqları ilə etirazda göstərilən hallar öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbinin əsassız olmasının səbəblərini inandırıcı şəkildə izah etmir, yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 393 (üç yüz doxsan üç) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102,600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102,600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar